7
İnzibati idarəetmə
Finlandiyanın Rusiyaya birləşməsi müqaviləsinə əsasən
1816-cı ildə parlamentin iş prinsipini müəyyən edən yeni
konstitusiya qəbul edildi. I Aleksandr çar manifestində
səsləndirilmiş fikirlərini bir daha təsdiq etmiş oldu: “biz... Bizim
tərəfimizdən vəd edilən: ölkənin məxsusi konstitusiyasının
Bizim dövlətimiz və Bizim varislərimiz tərəfindən həmişə
müqəddəs şəkildə qorunacağını bir daha təsdiq edirik”.
Yenidən qurulmuş parlamentin Helsinqforsda keçirilən
açılışına Finlandiyanın hər yerindən dövlət məmurları gəlmişdi.
Snelman da burada iştirak etmiş və məruzə oxumuşdu. O
məruzəsinə isveçlilərin vaxtında Finlandiya məmurlarının
vəziyyətiylə bağlı tarixi məlumatlarla başlamışdı:
-
İsveçlilər gözəl xalqdır: ağıllı, vicdanlı, xeyirxah,
nəzakətli, həyatsevər və mədənidirlər. Mən isveçlilərə hörmətlə
yanaşıram. Onların arasında çoxlu dostlarım var. İsveçə
ürəkdən, yaxşılıq diləyirəm. Ancaq bizim yoxsul və
57
baxımsız ölkəmizin artıq isveçlilərin hakimiyyəti altında
olmaması məni xoşbəxt edir. Xalqımızın İsveç dövlətindən deyil,
İsveç məmurlarından azad olmasını alqışlayıram.
İsveç inzibati idarəçiləri Finlandiyada kim idilər? Onlar ikiqat
şəri təmsil edirdilər: bizim xalqımız üçün də, İsveç hakimiyyəti
üçün də, şər törətməklə məşğul idilər. Bu istənilən hakimiyyət
üçün şər mənbəyi olan bir zümreydi. İsveç məmurları öz
ölkələrində ağıllı, vicdanlı və əməksevər insanlardır, ancaq
təəssüf, bizdə belə deyildilər. İsveç hakimiyyəti bir çox başqa
hakimiyyətin buraxdığı təhlükəli səhvi təkrarladı. Ölkə
daxilindəki məmurları diqqətlə seçib ayırsa da, əyalətlərdəki
yüksək vəzifələrə cəmiyyətin tör- töküntülərini təyin etmək
yolunu tutdu.
- Bütün xalqlarda olduğu kimi, isveçlilərdə də varlı və
tanınmış ailələrin pis övladları vardı: tənbəl, acgöz, axmaq,
nanəcib, içki düşkünü, tərbiyəsiz gənclər.
Oxuduqları bütün məktəblərdən qovulmuş bu gəncləri heç bir
xidmətə: dəftərxanaya, ticarət kontoruna işə götürmürdülər.
Onlar müstəqil şəkildə heç bir iş görməyi bacarmırdılar: işləmək
istəmir, günlərini boşuna keçirir, ağılsızcasma pul dağıtmaqla
məşğul olurdular.
Bu nadan və tənbəllərlə nə etməli? Əgər onların valideynləri
və ya yaxın qohumları arasında nüfuzlu adamlar olurdusa, bu
pozğun gəncləri Finlandiyada məmur vəzifəsinə təyin
etdirirdilər.
Bu cür min, iki min məmurun nələr törətdiyini yəqin, yaxşı
təsəvvür edirsiniz! Gimnaziyanın iki, yaxud üç sinfini bitirmiş,
tənbəl, əxlaqca pozğun olan bu adamlar Finlandiyada günlərinin
çoxunu xidmətdə deyil, bahalı restoranlarda və bütün digər
əyləncə yerlərində keçirirdilər.
58
Onlar işləmək istəmir, bunu bacarmırdılar. Kobud və
savadsızdılar. Xidməti işlərində səliqəsiz davranırdılar. Yerli
əhaliyə yuxarıdan aşağı baxırdılar. İşə gec gəlir, tez gedirdilər.
İşdə də, adətən, kofe içir, siqaret çəkir, qəzet oxuyur, yaxın
tanışlarıyla laqqırtı vururdular. Vacib işdən ötrü yanlanna gələn
insanları qəbul otağında uzun müddət gözlədirdilər. Kobud
köməkçilər insanların üstünə: Rəis məşğuldur. Gözləyin! - deyə
qışqırırdılar.
Əgər belə bir “rəisin” qəbuluna düşmək olurdusa, o insanları
yarısərxoş, üzündən axmaqlıq və yuxusuzluq tökülən, özünü
lovğalıqla hindtoyuğu kimi şişirtmiş bir görkəmdə qəbul edirdi.
Adətən qəbula gələnin sözünü yarımçıq kəsib kobud şəkildə
çımxırırdı:
- Sabah gəlin! Bu gün mən bərk məşğulam.
- Xahiş edirəm, mənə qulaq asm. Mən uzaqdan gəlmişəm.
- Sabah! - hindtoyuğu bu dəfə daha ucadan bağırırdı.
- Mənim gecələmək üçün yerim və pulum yoxdur...
- Sizə, “sabah gəlin” deyildi! Rədd olun burdan!
Gecə əyləncə yerlərində çaxır su kimi axırdı. Bu yerlərin
ətrafında bədənlərini baha qiymətə satan qadınlar dolaşırdı.
Bütün bu əyləncələr çoxlu pul tələb edirdi. Bu gecə
fahişəxanalarında baş verənlər namuslu adamları dəhşətə
gətirirdi, onlar soruşurdular:
- Bu nə deməkdir? Stokholm bütün bunlara necə yol verir? Bu
nə vaxtadək belə davam edəcək?
Əhali əziyyət çəkirdi. Şikayətlənirdi. Nə baş verdiyindən baş
açmırdı. Özü də əxlaqsızlığa və pozğunluğa yuvarlanmağa
başlayırdı. Onlar buna belə haqq qazandırdırdılar: əgər
hakimiyyət belə edirsə, mən də əlimə düşən fürsəti qa-
çırmayacağam!
59
- Allaha şükür, indi daha belə deyil, - Snelman sözünə davam
etdi. - Yavaş-yavaş, tədricən, biz indi hər yerdə öz fin
məmurlarımızı vəzifəyə təyin edir, yaxud yerli isveçlilərdən
yaxşılarım işə götürürük. Biz indi yeni tuluğa təzə çaxır tökə
bilərik. Yeni dövrü qiymətləndirin. Bu işin əvvəlindən, necə
lazımdırsa elə işləməyə çalışın. Köhnə ruhu qovun, izi-tozu da
qalmasın. Yeni fin ənənələri yaradın. Qoy xalq sizin onun
qaniçənləri deyil, xidmətçiləri və hamiləri olduğunuzu görsün.
Sizə müraciət edənlərin sözünə milçək vızıltısı kimi yanaşmayın,
imkan daxilində, həmişə onlar üçün nəsə etməyə çalışın. Qoy
xalq, görülməyən işlərin, sizin istəmədiyinizə görə deyil, sadəcə
hələlik mümkün olmadığı üçün görülmədiyini bilsin.
Unutmayın, siz məmurlar da, müəllimlər və ruhanilər kimi xalqın
tərbiyəçilərisiniz.
Bilirsinizmi, ədalətsizliyin ən başlıca müəllimi kimdir? -
Snelman kinayəylə soruşdu. - Məmurlar! Qanunvericilər və
qanun keşikçiləri! Xalqa qanunlara əməl etməməyi onlar
öyrədirlər. Buna görə də, yeni Finlandiya adından sizdən xahiş
edirəm: qanunvericilər və qanun keşikçiləri! Vətəndaşlarda
qanuna hörmət hissini tərbiyə etməkdə bizə kömək edin. Ya da
bundan da artığına, xalqa dərin daxili ədalət hissini aşılamağa
can atın.
Snelmanın bu nitqiylə məsələ bitmədi. Bütün ölkədə əhali
məmura ciddi, eyni zamanda həm də ehtiramla yanaşmağa
başladı. Bir-iki mərhələdən sonra, fin məmurlarının yeni nəsli
yarandı. Daha ağıllı və əxlaqlı məmurlar təbəqəsi formalaşdı.
Onlar yaxşı nümunəyə çevrildilər. Əhali onlarla qürur duyur və
hörmət göstərirdi.
60
|