13
Pastor Makdonald
Ruhani Makdonaldın kitabı daha güclü təəssürat yaratmışdı.
Neçə illər ərzində bütün ölkədə bu kitab haqqında yazır və
danışırdılar. Gənc ruhanilər və ilahiyyatçı tələbələr bu kitabı
özləri üçün rəhbər tuturdular, ancaq onu ateistlər də,
ümumiyyətlə, dinə laqeyd olan insanlar da, maraqla oxuyub
öyrənirdilər. Onu günəşli kitab adlandırırdılar.
Müəllifin şəxsiyyəti də çox maraqlıydı. Fin ruhanilərinin və
fin xalqının mənəvi inkişafında dərin çevriliş etmiş bu kitabın
müəllifi, əslən isveçliydi və Finlandiyada yaşayan ən məşhur
isveçli ailəsindən çıxmışdı. Onun əcdadları Şotlandiyadan
gəlmişdilər, protestantlarla katoliklərin dini müharibəsi zamanı
vətənlərini tərk etmişdilər. Qraf Makdonald nəsli Şotlandiyada,
həmişə, qatı dindarlığı və yüksək mənəviyyatıyla seçilmişdi.
Ailədə qoyulmuş qaydaya görə, ailənin bir uşağı hökmən ruhani
olmalıydı. Makdonald soyadlı ruhanilər isə, Şotlandiyada
həmişə ən yaxşı kilsə xadimləri olurdular. Ancaq Roma papası
həmişə onlara şübhəylə yanaşır, İngiltərədəki papa kardinalları
onları daima izləyirdilər.
153
Ruhani Makdonaldlar yüksək savadla seçilirdilər. İncilin
dərin biliciləri hesab olunurdular. Gözəl natiq, ilhamlı vaizlər
kimi tanınmışdılar. Hamılıqla mənəviyyatca çox yüksəkdə
dayanan insanlar kimi ad qazanmışdılar. Ancaq onların kilsə
xidməti və ayinlərinin yerinə yetirməsində bir qeyri-adilik vardı,
xaç suyuna salmada, kəbin kəsmədə, dəfn mərasimində və öz
tabeliyində olan mahalın dini tərbiyəsində fərqli şəkildə
davranırdılar.
Makdonaldlar katolik ruhanilərin işsiz-gücsüz və harın ömür
sürməsinə, habelə, ölkənin problemlərinə laqeyd qalmasına qarşı
mübarizə aparır, onları xalqın qaniçənləri, tənbəl kölələr və kilsə
tacirləri adlandırırdılar. Həmişə islahat tələb edən alimlərlə
maraqlanar, bəzən isə onlarla dostluq edərdilər: bu ilahiyyatçı
alimlər kilsə təliminin təmizlənməsi, sağlamlaşdırılması və
həyata tətbiqiylə bağlı müsbət ideyalar irəli sürürdülər.
Lüteran islahatı dalğası Şotlandiyaya gəlib çatanda
Makdonaldlar hamılıqla protestant kilsəsinə qoşuldular. Qızğın
katolik olan Mariya Stüart, Lüterin ardıcıllarını təqib etməyə
başladı, nəticədə Makdonaldlar ölkədən qaçmalı olub, kral
Qustav Adolfun hökmdarlıq etdiyi İsveçə sığındılar.
Yüksək mənəvi keyfiyyətləri və o dövr üçün çox az rast
gəlinən dərin bilikləri sayəsində Makdonaldlar yeni vətəndə
böyük nüfuz qazana bildilər. Krallar onları sevir, İsveç
zadəganları onlara həsəd aparırdı.
Makdonaldlar Finlandiyada məskunlaşaraq kobud, pozğun
və çox vaxt soyğunçuluqla məşğul olan isveçlilər zadəganlığı
arasında “ağ qarğalara” çevrildilər. Onlar finlərlə doğmalaşdılar,
onları sevdilər. Qarşılığında özləri də finlərin sevimlisinə
çevrildilər. Ən ucqar meşəliklərdə
154
yaşayan finlər belə, onları tanıyır və bu ailənin üzvlərini sevgiylə
bizim Makdonaldlar çağırırdılar!
Makdoaldlar lüterançılığa keçəndən sonra da, qatı din-
darlıqlarını saxlamışdılar. Bibliya onların ailəsində masaüstü
kitab olmaqda qalırdı. Habelə, ailənin köhnə ənənəsi,
övladlardan birinin hökmən ruhani olması qaydasını da qoruyub
saxlamışdılar.
Beləliklə, Luka Makdonald Snelmanın yaşadığı dövrdə
ruhani olmuşdu. O fin və İsveç dillərindən başqa alman, fransız
və ingilis dillərini dərindən bilir, bu dillərdə yazıb- oxuya və
sərbəst şəkildə danışa bilirdi. Sonradan rus dilini də dərindən
öyrənmişdi. İki Alman universitetinin elmlər doktoru adını
almışdı. Fəlsəfəni və iqtisadiyyatı yaxşı bilirdi. Astronomiya və
geologiyayla maraqlanırdı.
Ona Helsinqfors universitetində, ilahiyyat fakültəsinin
professoru vəzifəsini təklif etmiş və az keçmiş xalq seymi- nin
üzvü seçəcəklərini vəd etmişdilər. Luka Makdonald bu təklifləri
qəbul etməmişdi. O, qətiyyətlə kənd ruhanisi kimi işləyəcəyini
bildirmişdi.
- Bir düşünün, siz nə edirsiniz? - ona deyirdilər. - Siz parlaq
işgüzar gələcəyinizi məhv edirsiniz!..
- Mənsiz də yetərincə işgüzar ruhani lariniz var, - Luka
Makdonald acı təbəssümlə deyirdi. - Kilsə gələcəyi
düşünənlərin yeri deyil. Kilsə ardıcıllıq və ardıcıllar tələb edir.
Keşiş-siyasətçilər, keşiş-demaqoqlar - kilsənin və xalqın
bədənindəki ağrılı yaralardır. Mən daha yüksək “gələcək”
qazanmaq istəyirəm, unudulmuş, cəhalət içində yaşayan
bədbəxt fin xalqının arasında yaşayıb onların həvarisi olmaq
istəyirəm.
- Ancaq bir düşünün, - deyirdilər, - siz qrafsınız, zadəgan,
yüksək mədəniyyət sahibisiniz və... kəndə getmək
155
istəyirsiniz!.. Axı orada əqli, əxlaqi və fiziki çirkinlik baş alıb
gedir, yarıvəhşi bir həyat hökm sürür...
- Məhz elə buna görə ora getmək zəruridir. Xəstə adamların
həkimə
ehtiyacı
olur.
Xalqın
xəstəliyi
isə
bizim
düşündüyümüzdən də ağırdır... Mən bütün yazı və yayı heybəmi
çiynimə alıb Finlandiyanı başdan-ayağa gəzdim. Sal sürənlərin
tonqalı başında, meşədə qatran bişirənlərin düşərgələrində
gecələdim. Bizim varlı kəndlərdəki toylara da getdim, orada varlı
maldarlar yaşayır. Onların hər şeyi var, öküz kimi gövdəli, donuz
kimi piylidirlər. Mənəvi-ruhani baxımdan isə heyvandan
seçilmirlər. Sizə bu səfərimdən sonra xalqımızın çox dəhşətli bir
vəziyyətdə olduğunu hiss etdiyimi deməliyəm...
Adam özündən xəcalət çəkir. Bizim hamımız, bütün savadlı
insanlar üçün, bu böyük utancdır. Mədəniyyətimiz üçün də
xəcalətdir... Yüz minlərlə müxtəlif məzhəbdən olan xristian
ruhaniləri və yepiskopları bundan xəcalət çəkməlidir, onlar
əhalinin böyük hissəsinin düşdüyü bu dəhşətli əqli, iqtisadi və
mənəvi faciələri görür, bütün bu əzablara, ağrı-acılara, xalqın
məhv olmasına laqeydcəsinə baxır və sanki bütün bunları adi şey
hesab edirlər.
- Susa bilmirəm, - Luka Makdonald davam edib deyirdi. -
Mən
qışqırmalıyam,
həyəcan
zəngi
çalmalıyam,
hakimiyyətdəkilərin, yazıçıların, alimlərin və ən çox da dərin və
uzun-uzadı yuxuya getmiş ruhanilərin yatmış düşüncələrini və
vicdanlarım oyatmalıyam. Onlar hamılıq- la ölü bir yuxuya
dalmışlar. Cinayətkarcasına yatırlar.
Elə Luka Makdonaldın bu kitabı da vicdanın harayı, köməyə
çağırış fəryadı kimi yaranmışdı.
Kitab yalnız ilhamla deyil, həm də istedadlı bir qələmlə və
yüksək bədii zövqlə yazılmışdı. Bir sıra mənzərələr
156
dantesayağı cəhənnəmin bu dünyadakı nümunələrini sarsıdıcı
bir qüvvəylə təsvir edir, xalqın necə əzab çəkdiyini, işgəncə
içində
olduğunu,
qəzəbləndiyini,
sərxoşluqla
necə
zəhərləndiyini, özlərini və övladlarını necə məhv etdiklərini
bütün qorxuncluğuyla açıb ağardırdı.
Ön sözdə Makdonald gəncliyində matros şagirdi kimi
üzdüyü gəmidə səfər etdiyi Qərbi Afrikada, vəhşi adlanan
insanların hayatıyla bağlı gördüklərini qələmə alır.
Bu vəhşi afrikalılar məndə insanabənzər heyvan təəssüratı
yaratmışdı. - Makdonald yazırdı. - Fikrimcə, o zaman bu
adamlara şəfqətdən çox, nifrətlə baxırdım. Həm də, qürur
hissiylə mədəni baxımdan bu vəhşilərdən nə qədər uzağa gedə
bildiyimizi düşünürdüm.
- İndi isə belə düşünmürəm, - Makdonald kədərlə əlavə edir.
- Öz xalqımın hayatıyla nə qədər yaxından tanış oluramsa,
Afrikanın vəhşilərinə öz xalqıma nisbətən bir o qədər çox
hörmət bəsləməyə başlayıram. Mənə elə gəlir, bizim əhali onlara
nisbətən daha kobud, kütbeyin və mənəvi baxımdan çürükdür.
Daha sonra Makdonald çox böyük ustalıqla xalq həyatının
tipləriylə bağlı səhnələri təsvir etməyə başlayır. Oxucunu öz
arxasınca
aparıb
ona
kəndli
daxmalarında,
usta
emalatxanalarında, öz mənzillərində, meyxanalarda, yarmarka
və bazarlarda nə baş verdiyini məharətlə təsvir edir. Düşkünlük
və hərislik, yalan, fırıldaqçılıq, oğurluq, vicdansızlıq,
daşürəklilik, təkəbbür, sərxoşluq, bir-biriylə tutaşmalar...
Müəllif, uşaqların amansızcasına döyülməsi, qadınlarla kobud
rəftar və başqa bu kimi neqativ halları bütün çılpaqlığı açıb
göstərir.
Bunların hamısı adi görünür. Çünki oxucu, bu yamanlıqların
insan təbiətinin məhsulu deyil, daimi ehtiyacın do
157
ğurduğu şər olduğunu anlayır. İnsanlar ruhlarına görə xəbis, əclaf
və yaramaz deyillər, onları sadəcə basıb əzir, alçaldırlar. Onlar
ağır əməyin, ümumi alçaldıcı davranışın işgəncəsi altındadırlar.
Buna görə də, onların ürəyi nifrətlə doludur və onlar bu qəzəbi,
həmişə, özlərindən zəif olanların üstünə tökməyə hazırdırlar. Bu
acınacaqlı vəziyyəti müvəqqəti də olsa, unutmağa çalışır, bunun
üçün içib keflənirlər. Ağır əmək bahasına qazandıqları qəpik-
quruşu mənasız yerə, içkiyə xərcləyirlər. Kobud heyvani
instinktlərlə yaşayırlar. Yüksək, nəcib duyğuları yadırğayıblar.
Vicdan, həqiqət, mənəviyyat və Allah barədə düşünmürlər.
- Mən Çində də olmuşam. - Makdonald yazırdı. - Çinlilərin
həyatının, məişətinin və ruhunun dərinliklərinə göz gəzdirməyə
çalışmışam. Təəccüblü, sirli və qorxunc xalqdır!
Xalq hamılıqla sözün əsl mənasında ateistdir. Onlar etiqadca
ateist olmasalar da, ilahilik ideyasını danmasalar da, çoxlu sayda
tanrıları var. Onlara səcdə edirlər. Ancaq onlarda ilahilik
duyğusu yoxdur. Ruhlarının Allaha ehtiyacı yoxdur. Onlar sanki
yaxşı qurulmuş mexanizmdirlər. Buxarla, elektriklə, küləklə, nə
ilə desən, işləyirlər, yalnız ruhla hərəkətə gəlmirlər.
Onlar vətənlərini sevirlər, ancaq bu heyvani sevgi, hər bir
Konstantinopol itinin öz yaşadığı küçəni sevməsinə bənzər bir
duyğudur. Yaşadıqları torpağa, qurdun meşədəki mağarasına
olan sevgisinə oxşar bir hisslə bağlıdırlar. Həmçinin, ailələrini,
xalqlarını da, belə bir heyvani duyguyla sevirlər. Çox kobud,
instinktə, kortəbiiliyə bağlıdırlar. Heç nədə mənəviyyatdan əsər-
əlamət yoxdur.
- Bizim xalqın böyük əksəriyyəti bu cür əməli dinsizlərə
çevrilib, - L.Makdonald yazırdı. - Onlar Allahı və dini
158
prinsip olaraq danmırlar. Sadəcə, Allah haqqında düşünmür və
danışmırlar. Allah və din onların həyatında heç bir rol oynamır.
Onları xristian adlandırılır, özlərini xristian sadırlar, ancaq İsa
Məsihi, onun təlimini yada salan, adını dilinə alıb danışan
yoxdur. Nə üçünsə bu ad onlar üçün heç bir məna kəsb etmir.
Qurumuş çayları xatırlayın: onların suyu çox-çox qədimlərdə
kəsilib, ancaq yenə də “çay” adlanırlar. Bizim quru “xristianlıq”
da bunun kimidir. Xristianlar İsa Məsihsiz, Allahsız və dinsiz
qalıblar. Onlara ehtiyac da yoxdur.
Hələ ən təəccüblüsü, yüzlərlə məbədin olmasıdır, -
L.Makdonald davam edirdi. - Yüzlərlə yenisi də tikilir. Onlarda
minlərlə ruhani çalışır. Hər bayramda bu məbədlərdə ilahi
ayinlər icra olunur. İnsanları xaç suyuna salır, kəbin kəsir,
tövbələrini qəbul edir, ölüləri duayla yola salırlar... və bütün
bunların hamısı “boşunadır”!
Kilsələrə qoca qarılardan başqa heç kim getmir. Heç kim
kilsə mərasimlərinə əhəmiyyət vermir. Ruhanilər siyasətlə
məşğul olur. Çox vaxt silahla gəzir və müxtəlif partiyaların
təbliğatını aparırlar. Ticarətlə məşğul olurlar. Ağac emalı, kərpic
zavodlarının sahibidirlər. Yüz minlərlə çəllək pivə və arpadan
çəkilmə tünd araq düzəldib xalqa satırlar.
Bu heç kimi təəccübləndirmir. Adamlar sanki, xristian
ruhanilərinin İsa Məsihin həvarilərinin işinin davamçıları
olduqlarını, onların işinin xalqın dini və əxlaqı tərbiyəsindən
ibarət olduğunu, vicdanlar və ürəklərlə məşğul olmalı olduğunu
unudublar...
- Bilirsinizmi? - L.Makdonald acı təbəssümlə deyirdi, - bizim
məbədlərimiz, ruhanilərimiz və qatı katexizislərimiz barədə
düşünəndə mən həmişə ölkəmizdə çay üzərində qurulmuş
yüzlərlə su dəyirmanını xatırlayıram. Bəndlərin
159
üzərində qurulmuş binalarda yerləşən bu dəyirmanların içində
taxıl üyütməli olan dəyirman daşları olur. Dəyirman daşı böyük
və yoğun tirlə, fırlanan nəhəng dəyirman çarxına bərkidilib. Su
öz axarıyla bu çarxı, o isə öz növbəsində dəyirman daşını fırladır,
ancaq dəyirmanın gözünə heç kim dən tökmür. Dəyirmana heç
kim getmir, o unudulub və boşuna işləməkdə davam edir.
Bu cür boşuna işləyən, unudulmuş, heç kimə gərək olmayan
dəyirmanlar mənə bizim fın kilsəsini xatırladır. Çarx fırlanır,
dəyirman daşı çax-çax səsiylə dönür, ancaq un yoxdur: çünki heç
kim dəyirmanın gözünə dən tökmür.
İsa Məsihin kitabçıların və fariseylərin haqqında dediyi,
quruyub qaxac olmuş əncirə bənzər bir şey alınır. Mən bir az da
müasir, bizim yerli fın şəraitinə uyğun bir müqayisə aparmaq
istəyirəm. Bizdə çörək dükanlarının və sexlərinin üzərində,
lövhə əvəzinə, çörək rəngində olan ağacdan düzəlmə qoğal,
kolbasa dükanının üzərindən isə ağacdan yonulmuş bud simvolu
asılır. Görünüşcə çörəyə və bud ətinə oxşasalar da, ağacdan
düzəldilib və yeməyə yaramır. Onlar yemək üçün deyil, yalnız
nişan vermək üçündür. İndi düşünün, - Makdonald qızğınlıqla
səsləndi, - burada bizim fın kilsəsi və onun xidmətçiləri haqda nə
demək olar: “boş-boşuna işləyən, un üyütməyən dəyirman! Quru
və çürük ağac! Taxta qoğal!” - Bilirəm, mənim bu sözlərimdən
sonra kilsə xidmətçilərinin arasından minlərlə ikiüzlü haray
çəkəcək: “bu deyilənlər kilsəni, ruhaniləri təhqir edir, dini
sarsıdır”. Mən isə onlara demək istəyirəm: Yalançılar! Yeni
fariseylər! Mən kilsəni təhqir etmirəm, Onun işini pozanlara,
sanki, İsa Məsihin canlı bədənini iflic etmək üçün çalışanlara
qarşı çıxıram, bunun dərdini çəkirəm. Mən “ruhaniləri” günah-
landırmıram, həqiqi ruhaniləri axtarıram, canlı, ilahi ruhla
160
ilhamlanmış insanları haraylayıram. Cəmiyyətə və gənclərə
belə bir ricayla üz tuturam:
- İnsanları, İsa Məsihin həqiqət buğdasına qonaq edin.
Özünüz bu buğdanın yerini tutun. Məbədlərin mehrablarını
hörümçək torundan və tozdan təmizləyin. Kilsədə məmurluq
edənləri, siyasi yüksəliş üçün çalışanları və ticarətlə məşğul
olanları həvari xidmətindən qovun. Xalqın ruhunda sönmüş
olan duyğuları yenidən alovlandırın. Milyonlarla insanın
kobudlaşmış, odunlaşmış ruhunu canlandırın. Onlarda Allaha
sevgini oyadın.
Din, gözəl və bəzəkli ayinlərlə bağlı mücərrəd kitab
göstərişlər toplusu deyil, - Makdonald yazırdı. - Ayinlər bədənə
geyilən paltar kimidir, onlar bədənə hər hansı geyim kimi
gərəkli ola bilər, lakin bədənin özü deyil. Paltar bədəndən artıq
olmadığı kimi, dinin göstərişləri və ehkamları da onun özündən
üstün deyil. Əvvəl inanc olmalıdır, sonra onun tərifi və
qaydaları yaranmalıdır. İnsanlarda, xalqda inanc duyğusu
oyadın. İnsanlarda yeməyə, içməyə, nəfəs almağa, başqalarıyla
ünsiyyətə tələbat olduğu qədər, Allaha da tələbat yaradın. İnanc
oyatmağa çalışın.
Bizdə, çox vaxt, gimnaziya şagirdləri imtahanları verib
qurtarandan sonra toplaşır və təntənəli şəkildə dərsliklərini
yandırırlar. Nə üçün? Bu nə deməkdir? Çünki bizim
məktəblərin ruhu ölüb, onlar şagirdlərə canlı düşüncələr yerinə
quru və darıxdırıcı məktəb formullarının cansız tozunu verir.
Bilik yanğısı oyada, şagirdlərdə elmə maraq yarada bilmir.
Onlara elmi anlamaq və dəyərləndirmək qabiliyyəti verə bilmir.
Bədiilik, bədiilik duyğusu, gözəllik tələbatı olmadan
incəsənət yaranmadığı kimi, elmlik olmadan, elmə sevgi
161
yaranmadan, elmi biliklərə yanğı doğulmadan elmin və elm
adamlarının meydana gəlməsi də mümkün deyil.
Öncə elmilik, sonra elm yaranır.
Öncə bədiilik, sonra incəsənət yaranır.
Elmilik və bədiilik, bilik yanğısı və gözəllik - münbit
torpaqdır, elm və incəsənət isə onların üzərində bitən, göz
oxşayan çiçəklərdir.
Din məsələsində də bunun kimidir, - Makdonald yazırdı: -
birinci dindarlıq, duyğu, sonra bu duyğunun təzahürü,
müəyyənləşməsi kimi din ortaya çıxır. Həm də dinin mahiyyəti
heç də ayinlərdə, ehkamlarda, hadisə və istinadların
müqəddəsləşdirilməsində deyil. Bunlar da lazımdır! Ancaq
bütün bunların arxasında dərin fəlsəfi və bədii mənalar dayanır!
Kimya və fizika elektrik, işıq və istilik üçün öz formullarını
işləyib hazırlayıb, ancaq işıq, istilik və hərəkətverici işçi
qüvvəsinin olması üçün əvvəlcə elektrikin olması zəruridir. Biz
gərək canlı enerjiylə yüklənək. Hər bir insan canlı elektrik
stansiyası olmalıdır. Əvvəl gərək elektrik, işıq və istilik və
hərəkətverici qüvvə olsun, sonra onların müəyyən edilməsi.
Qısaca desək, dovşan ətinin qızartmasını bişirmək üçün əvvəl
dovşan olmalıdır. Dovşan olmadan dovşan qızartması da olmur.
Dində də belədir. İsa Məsih İudcyada, əlində katcxizis, dua kitabı
tutub gəzmirdi. O insanların ürəyində dua yanğısı, dua tələbatı,
həqiqət ehtiyacı, sevgi alovu oyadırdı.
İsa Məsih, töycü toplayanı, vergi yığanı, hakimlərin bu-
yuruğuyla xalqı soyanları öz arxasınca getməyə çağırırdı. İsa
Məsihin bir neçə sözündən sonra vergi toplayan özünün firavan
həyatını təmin edən sakit işini atıb onun ardınca gedirdi. Onlar
İsa Məsihin davamçısına, İncilin vaizinə
162
çevrilirdilər. Alçaq və zorakı yolla özünə çörək qazanan, vergi
toplayan şəxs, İncilin həvarisinə çevrilirdi. Bizdə isə iblisin
istehzasına səbəb olan əməllər törənir!.. Həvari rütbəsi daşıyan
adamlar vergi toplayanlara çevrilirlər. Yalnız xalqdan necə pul
qoparmaq, şəxsi qazanc, harın, avara və tənbəl həyat barədə
düşünürlər. Onların sözünün xalqa təsir etməməsində,
ümumiyyətlə, onlara heç kimin qulaq asmamasında, təəccüblü
nə var?! Bu adamlar insanların ruhundakı dini hissləri oyada
bilmirlər. Deyəsən heç bunu istəmirlər də! Oyatmırlar da...
Onlar dindən ölü inanc təlimi toplusu düzəldiblər. Dini
hansısa bir dinin qrammatikasına, onun yüzlərlə qaydalarına,
paraqraflarına və təlimatlarına çeviriblər. İncili özlərinin
darıxdırıcı, cəfəng yozumlarıyla gözdən salıb, İsa Məsihin
şəxsiyyətini, onun təliminin mahiyyətini bütünlüklə unudublar.
İsa Məsih: “Allahı xatırla”, “yaddaşını Allahın yüzlərlə
mənası, xüsusiyyəti və hökmləri ilə doldur” - demirdi. İsa Məsih
daima bunu öyrədir və təkrarlayırdı: sev, sev, sev! İnsanları sev!
İstənilən insanı sev! Hər bir canlını sev! Bütün dünyanı sev:
ağacı da, daşı da, çöldəki qum dənəsini də, göydəki ulduzu da
sev. Hər şeyi sev! Hər şeyə həyat verəni sev! Tanrını və öz
yaxınlarını sev - deyirdi İsa Məsih, - və bütün İlahi Qanunların,
dinin və peyğəmbərlərin təliminin mənası da elə bu sevgidir.
Sevgi, başqalarıyla bərk-bərk bağlanmaq duyğusu, ətrafımızda
olanların hamısıyla vəhdət - bax, insanı, adamları, xalqları və
insanlığı imana gətirən budur. - Luka Makdonald bu sözlərin
müxtəlif çalarlarını dönə-dönə deməkdən, dayanmadan
təkrarlamaqdan yorulmazdı.
163
Bu kitabda iç üzlərinin açılması, özlərinin tənbəlliyinin,
fəaliyyətsizliyinin və ruhani kütlüyünün ifşası Makdonladın
rəqiblərinə xoş gəlməsə də, onlar özlərini o yerə qoymur, sanki
bu acı həqiqətləri görmür və fikri yayındırmaq üçün kiçik
detallara üz tutur, kitabın qeyri-adi yazılış tərzinə irad tutmağa
çalışırdılar. Kitabın mahiyyətindən yan keçib onun zahiri
təsviriylə bağlı haray-həşir salırdılar. Müxtəlif jurnal və
qəzetlərdə bu məzmunlu yazılar çap etdirirdilər:
-
Kitabın süjeti yaxşı düşünülməyib. Qarmaqarışıq və
sistemsizdir. Material bütöv bir axına tabe edilməyib. Bu
müxtəlif tipli zibillərin bir yerə toplanmasıdır. Hər şey
təsadüflərə bağlanır, çoxlu təkrarlar var: onlarla yerdə eyni
şeylərdən təkrar-təkrar söz açılır.
L.Makdonald kitabına yönələn hücumlar barədə oxuyanda və
ya eşidəndə, bunlara təbəssümlə yanaşırdı, ancaq kitabının
beşinci nəşrindəki ön sözdə bununla bağlı yazmağı qət etmişdi:
-
Öz kitabımı müdafiə etmək istəmirəm, ancaq onun
məqsədini və xarakterini aydınlaşdırmaq, nə üçün belə yaz-
dığımı, sonrakı nəşrlərdə düzəlişlər etmədiyimin səbəbini izah
etmək istəyirəm. Mən romançı deyiləm və bu kitabım sizin asudə
vaxtlarınızda oxuyub həzz almağınız üçün nəzərdə tutulmuş
bədii bestseller deyil. Mən xalqın qasidi və səlahiyyətli
nümayəndəsiyəm, xalq mənimlə sizə, onun hesabına ödəməli
olduğunuz yüzlərlə hesab qəbzi göndərib.
Hamı həyatın ağırlığından, əzabından, gətirdiyi uğur-
suzluqlardan danışır, ancaq heç kim bu həyatı lazım olduğu kimi
qurmaq, daha yaxşı etmək üçün çalışmaq istəmir. Sanki hamımız
həyata kənardan tamaşa edirik və hər şeyi mühakimə edən
hakimlik səlahiyyətimiz var. Hamı böyük işlər, böyük insanlar,
böyük sevinclər tələb edir, bu yangıyla
164
yaşayır, ancaq heç kim özünü və ətrafındakı həyatı heç olmasa
adi bayağılığından, axmaqlığından və heçliyindən, heç olmasa
bir millimetr yüksəyə qaldırmaq barədə düşünmək istəmir.
İnsanlar vicdansız borclulara bənzəyirlər: hamılıq- la, istənilən
üsulla borclarını ödəməkdən boyun qaçırırlar.
Mənim kitabım hamının əlindən, yaxud da vicdanından
tutmağa çalışır. Bənnanı və naziri, ruhanini və zabiti, vəkili və
taciri, valideynləri və uşaqları, çəkməçini və rəssamı, parlament
üzvünü və kənd bələdiyyəsini, xalq müəllimini və qəzet
redaktorunu, kəndlini və yazıçını tutub deyir:
- Siz nə edirsiniz?.. Nə üçün heç bir faydalı iş görmürsünüz?
Həyat bəxş etmək üçün əlinizi ağdan-qaraya vurmursunuz! Nə
üçün siz bu həyatı ya müftəxor, ya da soyğunçu və dağıdıcı ünsür
kimi yaşayırsınız? Həyatı qurub yaradan bir mədəni-qurucu ola
biləcəyiniz halda peyin qurdu kimi üfunət qoxuyan çirkabın
içində sürünür, həyatı da peyin qalağına döndərirsiniz. Buna
görə də, - L.Makdonald sözünə davam edirdi, - mənim kitabım
sizin vaxtı ötmüş veksellərinizlə dolu olan portfel kimidir. Mən
əziyyətə qatlaşıb onları sahiblərinə çatdırmağa vaxt tapa
bilmirəm: birinci, ikinci, üçüncü - zorakılara, iyrənclərə,
tənbəllərə, namussuz və vicdansızlara, daha kimlərə və kimlərə...
Kiminsə əlindən, ya da vicdanından yapışan kimi, bu
alverçilər, həkimlər, ruhanilər, zorakı məmurlar - tənbəl qullar
hamısı bir səslə özlərini sadəlövh uşaq yerinə qoyur, yalançılığa
vururlar. Özlərini günahlandırmaqdansa, kitaba, onun müəllifinə
hücum edirlər. Narazı şəkildə qışqırırlar: Niyə, daima bizim
tənbəlliyimizdən,
çatışmazlığımızdan,
özgə
hesabına
yaşamağımızdan yazırsınız? Bizim eybəcər bir ömür
sürdüyümüzü deyirsiniz... Yaxşı, səninlə razıyıq: biz, tənbəl,
axmaq və harın qullarıq. Ancaq necə yaxşı ola
165
bilərik? Bizə həyatın yaradıcılıq qabiliyyəti olan qurucuları
olmağı öyrədin. Deyin görək, biz nəyi necə etməliyik?
Bu “nə etməliyik” sualı çox qəribədir, - L.Makdonald
yazırdı. - İnsanlar milyonlarla dövriyyəsi olan ticarətlə məşğul
olur, böyük fabrikləri, bankları, meşə və digər idarələri,
təsərrüfatları idarə edir və heç kim başqasından necə işləməli və
nə etməli olduğu barədə məsləhət istəmir - hamı öz işini bilir,
qazanmaq üzrə mütəxəssis olur. Başqaları, icmaları, şəhərləri,
bölgələri, bütöv ölkəni idarə edir, başqa siyasi partiyadan olan
insanları alçaltmaq üçün: “Xalqı necə idarə etmək mənim
işimdir” - deyib qışqırırlar.
Müəllimlər xalq məktəblərində milyonlarla uşağa bilik
verirlər. Professorlar universitetlərdə minlərlə tələbəyə yüzlərlə
mühazirələr oxuyur, ruhanilər nazirlərə, krallara, hər gün moizə
oxuyur, qəzetçilər yol göstərir və xalqı necə idarə etmək dərsi
keçirlər.
Hamı ağıllıdır, hamı müdrikdir, hamı hər şeyi bilir, ancaq
onlardan: “Nə üçün pis yaşayırsınız? Nə üçün yaxşı həyatın
yaradıcıları olmaq istəmirsiniz?” - deyə soruşanda, o andaca
hamısı təcrübəsiz uşaq görkəmi alıb deyir: Gözəl həyatın
qurucuları olmaq yerinə tənbəl müftəxor və ya yırtıcı
soyğunçuya çevrilməyimizin günahı bizdə deyil. Bizi buna
öyrətməyiblər. Buyurun, siz öyrədin. Bütün bu şikayətlər, “bizə
bunu öyrətməyiblər” kimi bəhanələr, tənbəl və tərbiyəsiz bir
şagirdin kobud ikiüzlülüyünə, iyrənc yalanma bənzəyir, -
Makdonlad narazılıqla deyirdi. - Bunu bacarmırlar, çünki
onlarda faydalı əməklə məşğul olmaq vərdişi inkişaf
etdirilməyib, tərbiyə olunmayıb, bəslənməyib. Hamı nə etmək
lazım olduğunu çox gözəl bilir, ancaq bu adamlar ac qalsa da,
yeməyə iştahası olmayan xəstə kimidirlər. Adamların çoxu buna
oxşar belə bir
166
xəstəliyə yoluxublar: Yeni həyatın yaradıcısı olmağa “iştahaları”
yoxdur. Onları müalicə etmək lazımdır. Ancaq necə və nə ilə?
Onlara “yeməyin”, yəni “yaxşı həyat yaratmağın” faydasından
danışmaqla iş düzəlməz, bunun üçün onlarda bu iştahanı
oyatmaq, yeni həyat qurmağa tələbat yaratmaq lazımdır.
Çıraq yağla doludursa və alışdırılıbsa, “mən nə etməliyəm” -
deyə soruşmur. Siz də canlı çıraqlar olun, - Makdonald yazırdı, -
hər biriniz bir çıraq kimi, gördüyünüz faydalı işlə ətrafınıza işıq
saçın.
Soba odunla doludursa və yanırsa heç kimdən “mən nə
etməliyəm” - deyə soruşmur. O evi və onun sakinlərini isidir. Siz
də, soyuq ruhları isidən canlı sobalar olun. Mənim vəzifəm, -
Makdonald daha sonra yazırdı, - hər bir insana onun nə etməli
olduğu barədə ayrıca resept verməkdən ibarət deyil, vəzifəm,
bütün bu insanlarda yeni həyat qurucusu olmağa ehtiyac
yaratmaqdır: Ən yaxşı yanacaq yağıyla dolu çıraq olmaq. Yaxşı
yanan odunla dolu canlı soba olmaq. Ona görə də dediklərimi
dönə-dönə təkrarlayıb, on dəfələrlə, fikrimi müxtəlif yollarla
çatdırmağa çalışaraq, imana qayıtmağa çağırıram, - deyə
Makdonlad kitabının əsas mövzusu üzərinə qayıdırdı.
Əgər insanların, xalqın dini duyğuları olmasa, nə elm, nə
fəlsəfə, nə incəsənət, nə siyasət, nə də texnologiyalar həyatı
əzablardan, adamları şərdən xilas edə bilməz. Mən dindən yox,
dini duyğudan danışıram, - L.Makdonald qeyd edirdi. - Dinlər
var, özü də çoxsaylı və fərqlidir, lakin ən müxtəlif dinlərə
mənsub olan insanlar eyni dini duyğularla yaşayırlar. Öz oğlunu
və ya qızını Tanrı naminə qurban verib, odda yandıran ibtidai-
vəhşi insan bu dini duyğunun yüksək həddində olur, ancaq bu
onda kobud, eybəcər-iyrənc for
167
mada təzahür edir. O, vəhşi insandır, lakin kobud formada olsa
belə, dünyaya hakim olan qüvvəylə özü arasındakı sıx bağlılığı
duyur. O, ailəsinin ən qiymətli şeyini, övladını bu ilahi gücə
qurban verir.
Florensiyalı çox varlı tacirin yeganə övladı olan Assizli
Fransisk Yer üzünə xristianlıq günəşinin işığını yaymağı qət
etdiyi üçün özünün səs-küylü, şən, eyş-işrət içində keçən
həyatını atdı, xalqda, insanlarda, hətta, göydə uçan
qaranquşlarda, meşədə yaşayan qurdlarda belə insana və Allaha
sevgi oyatsın deyə, köhnə rahib cübbəsi geyinib xalqın içinə
getdi.
O başqa bir monax ordeninin yaradıcısı Dominik kimi dini
ehkamların amansız qoruyucusu deyildi. Dominikançılar
özlərinə “Allahın köpəkləri”, “İnancın keşikçi köpəkləri”
deyirdilər. Fransiskçilər keşikçi köpəklər deyildilər, onlar
İlahiliyi tərənnüm edən bülbülə bənzəyirdilər. Onları, yalnız yer
üzünün deyil, bütün kainatdakı sevgi vəhdətinin apostolları
adlandırmaq olardı.
Göydəki günəş və ulduzlar, oyuqdakı qurd, evdəki ana,
ölkədəki nazir, çöldəki ot - bütün bunlar vahid yaradıcı gücün
təzahürüdür, bütün bunlar bir ailənin üzvüdür. Nə varsa hamısı
doğmadır, bir-birinə yaxındır. Bir-birinin qardaşı, dostu,
həmkarı, yardımçısıdır. Mən səninləyəm, sən mənimləsən, biz
dünyaylayıq, dünya bizimlədir, biz hamımız bir vəhdət
içindəyik. Əgər dünyaya ziyan vurursansa, yoldaşına və ya
hansısa vəhşiyə yamanlıq edirsənsə, onda özünə ziyan vurur,
özünə yamanlıq edir, özünü eybəcər və iyrəncliyə düçar edirsən.
İlahi duyğular deyiləndə mən bunu başa düşürəm. - deyə
L.Makdonald davam edirdi. - Bu bütün insanlığa və canlıların
hamısına qarşı bəslənən təmiz, işıqlı, yaradıcı sevgidir:
168
Dostuna da, düşməninə də!
Allaha da, qurbağaya da!
Rafaelə də, bənnaya da!
* * *
Elə xalqlar var, - L.Makdonald kitabının sonunda yazırdı, -
öz övladlarını yüzilliklər boyunca, nəsildən-nəslə davam edən
bir qaydada, uşaqlıq çağından başlayaraq, qədim Spartada
olduğu kimi: igidlik, ölçü-biçi gözləmək, yaşlılara qulaq asmaq
ruhunda tərbiyə edir. Eyni zamanda övladlarını düşmənə nifrət,
qisas və qan düşmənçiliyi ruhunda tərbiyələndirib bunu yüksək
insani keyfiyyət hesab edən xalqlar da var. Xalqların tarixində,
misal üçün Romanın çürüməkdə olduğu mərhələdə, Karakall və
Kommodun hakimiyyəti və ya III Napoleonun dövründəki kimi,
cəmiyyəti başına götürmüş soyğunçuluq, pozğunluq və
dəbdəbəyə pərəstiş kimi fəsadlarla qarşılaşmaq mümkündür.
Xalq kütlələrində qanuna hörmət duyğusu, nizam-intizam,
vətənpərvərliklə yanaşı, başqa xalqlara xoruzlanmaq hissi
aşılayan xalqlar da olub və olmaqdadır.
Bir sıra xalqların içində insanın sərbəstliyi və müstəqilliyi,
əqlinin gücü, möhkəm xarakteri və başqa bu kimi müsbət
xüsusiyyətləri inkişaf etdirilmiş, tərbiyə olunmuş və
bəslənmişdir.
Ancaq hansı ölkələrdə və hansı dövrlərdə, ilahi duyğu
insanların və xalqların başhca hərəkətverici qüvvəsi kimi,
sistemli, elmi və insan ruhu əsasında inkişaf etdirilmiş və
bəslənmişdir? - deyə L.Makdonald kədərlə soruşurdu. - Ov və
savaş itləri yetişdirirlər, cıdır atlan yetişdirirlər, yaltaqlığı
yetişdirirlər, siyasi yalanlan yetişdirirlər, par
169
tiyaların mübarizəsini, “xalqı aldat” bacarığını bəsləyir, inkişaf
etdirirlər. Kommunizmin rəhbərləri proletariatın mülkədarlara
nifrətini bəsləyib inkişaf etdirirlər.
Nə qədər bitkini və heyvanı cinsləşdirirlər! Bitkiçilik və
heyvandarlığın qayğısına qalırlar!.. Yalnız insanların ilahi
duyğusunun keyfiyyətcə yüksəldilməsi haqda kimsə nə düşünür,
nə də danışır.
Bütün yer üzündəki insanlarda və xalqlarda ilahi duyğu
mədəniyyətini yüzlərlə dinin ehkam, kult və ayinləriylə
əvəzləyiblər, - L.Makdonald həyəcanla deyir və əlavə edirdi: Nə
deyirsiniz? Sizcə, bununla bağlı yalnız bir dəfə demək
yetərlidinni? Ağır çəkili və qalın fəlsəfi traktat yazıb sonra da
onu, məşhur mərhumlarsayağı Elmlər Akademiyasının
kitabxanasındakı rəflərdə fəxri yerə qoyub saxlamaq doğru-
durmu? Sizdə, mənsiz də, bu cür ağır çəkili, müdrik olmayan,
ancaq müdriklik donu geyindirilmiş onlarla insan var. Əgər sizə
qəbirüstü abidələr gərəkdirsə, onda məzarlığa gedin... Mən isə
sizin yanınıza ölü deyil, canlı olaraq gəldim. Sizi ölümdən,
ictimai çürümək təhlükəsindən xilas olmağa, ilahi doğuluşa
çağırmaq üçün gəldim.
Mən sizi işıqlı pasxa mərasiminə çağırıram! Sizi birlikdə,
böyük şairin dünyanın kədəri haqqında deyil, onu sevmək barədə
yazılmış sevinc dolu mahnını oxumağa çağırıram: gəlin, bu
mahnını birlikdə oxuyaq, ey yaradıcılıq sevincinin vurğunları.
Sevinci doyunca içib, yanğınızı söndürün! Günəş kimi, həyatı
işıqlandırın, onu sevincə qərq edin!
Hələ çox qədimlərdə, Roma ilə Karfagen arasında Aralıq
dənizinə yiyələnmək uğrunda savaş gedəndə, - L.Makdonald
kitabın beşinci nəşrinin ön sözünün sonunda yazırdı, - Romanın
böyüklüyünün amansız qoruyucusu
170
Katon, yeri gəldi-gəlmədi, bu sözləri təkrar etməkdən usan-
mırdı: “Karfagen hökmən dağıdılmalıdır!”
Roma senatında yeni işğal edilmiş ölkələrin torpağının
bölüşdürülməsindən söz gedəndə, müharibə etməkdən və ya
hansısa qonşu ölkəylə ittifaqa girməkdən danışanda, bu və ya
başqa xalq qəhrəmanını təltif etməyi müzakirə edəndə, Katon bu
söhbətlərin sona çatmasını gözləyər, axırda söz alıb deyərdi:
- Bunlar hamısı yaxşıdır, siz müdrik qərarlar qəbul etdiniz,
ancaq başlıcası bu deyil. Görün, sizə nə deyirəm: hər şeydən
qabaq, qatı düşmənimiz Karfagenin gücünü heçə endirmək
gərəkdir. Karfageni dağıtmaq lazımdır.
Katonun dayanmadan təkrarladığı bu fikir, Romanın bütün
hakimlərinin beyninə batmışdı. Beləliklə, Karfagen dağıdıldı və
Roma dünyanın vahid ağasına çevrildi. Mən də onun kimi
hərəkət edirəm, - L.Makdonald dedi. - Əsas fikrimi yüz dəfə
təkrarlamağa hazıram, bu tələbimi dönə-dönə deməkdən
usanmıram: “Müftəxor, dağıdıcı deyil, həyatın yaradıcıları
olun.”
Bilmək azdır. Bu fikri daima xatırlamaq və bir an da
unutmamaq gərəkdir. Həyatı qurmağın məsuliyyətini, tələbatını
və sevincini duymalısan. İnsan revmatizm və ya başqa bir
xəstəlikdən əziyyət çəkəndə ağnyan yerə yalnız bir dəfə məlhəm
sürtməklə qalmır, bunu on, yüz dəfə təkrar edir, məlhəm öz
təsirini göstərənə, xəstəlik sağalana kimi, ağrıyan yerlərə
məlhəm sürtməkdən əl çəkmir.
Eynilə mən də, təsiri duyulana kimi öz düşüncəmi xəstə
beyinlərlə yeritməyə davam edəcəyəm. Küləkli hava siqaret
yandırmağa mane olduğundan, bir neçə dəfə kibrit çaxmalı
olursunuz. Elə isə, sizin düşüncələrinizi və iradənizi bu pis
havada mənim necə bir dəfəyə alışdıra biləcəyimi
171
fikirləşirsiniz. Ona görə də, - L.Makdonald kitabına yazdığı ön
sözünü belə tamamlayırdı, - sizin məni günahlandırdığınız
“sistemsizlik” elə mənim sistemimdir, pedaqoji üsulumdur,
fikirlərimi usanmadan təkrarlamağım isə bir nöqtəyə
döyəcləməkdir... Kəndin kovxası vergi borcunu ödəməyən
kəndliyə yalnız bir dəfə “sənin borcun var, onu ödə” demir. On
dəfə, iyirmi dəfə, onu hər dəfə görəndə, yorulmadan: “Borcunu
nə vaxt ödəyəcəksən? Sən axı onu çoxdan ödəməli idin!” - deyə
təkrarlayır.
Mən də, kitabımın hər bir başlığının sonunda, bütün
oxucularıma xatırlatmaq istəmişəm: “Biz yeni və daha yaxşı
həyat qurmağa nə vaxt başlayacağıq? Siz cənab və ya xanım,
həyata olan borcunuzu ödəyəcəksinizmi?”
L.Makdonald kitabını belə bir gözəl əfsanəylə bitirirdi:
İki ruh görüşdü, onlardan biri şər, ölüm, zorakılıq, yalan, o
biri isə həqiqət, xeyir, sevinc və həyat ruhuydu. Görüşdülər və
onların arasında hansının daha güclü olmasıyla bağlı mübahisə
düşdü. Mübahisəni şər ruhu başlatdı. O kobud bir təbəssümlə
həqiqəti, xeyiri, sevinci və həyatı təmsil edən ruha hücum çəkdi:
- Sən niyə öz darıxdırıcı kölgənlə yer üzündə avaralanırsan?
İnsanlara mane olursan, onları həmişə olduğu kimi heyvansayağı
yaşamaq sevincindən məhrum edirsən. Əgər adamlar və xalqlar
danışmağı bacaran vəhşilər olmaq istəyirlərsə, qoy belə də
olsunlar. Onlar əhliləşmiş heyvan olmağı arzulayırlarsa, onları
dinc burax, qoy istəklərinə çatsınlar. Onsuz da onları dəyişə,
yenidən yarada bilməyəcəksən... Onlar sənin deyil, mənim
sürümdədirlər... Mən onlara nə gərək olduğunu bilirəm. Onlar da
mənə qulaq asır, ardımca düşüb gəlirlər. Mənim onların üzərində
ağalığım səninkindən güclüdür... Xatırla, neçə minilliklər
172
boyunca onların arasına neçə müqəddəs insan, neçə-neçə
peyğəmbərlər, xeyirxah müdriklər göndərmişəm Onların hamısı
mənə qarşı mübarizə aparmışlar. Bu mübarizə nə ilə qurtardı?..
Əlbəttə, onların məğlubiyyəti ilə.
Yer üzündəki ilk iki insanı - Adəmlə Həvvanı - Allahın
yolundan mən azdırdım, ona qulaq asmamağa inandırdım, -
deyə şər və ölüm ruhu ilhamla dedi.
Mənim Qabilim sənin Habilini öldürdü.
Mənim Dəlilam sənin Samsonunu kor elədi.
Mənim kahinlərim sənin peyğəmbərlərini öldürdü.
Mənim gücüm Sokratı zindanda zəhərləyib öldürdü.
Mən İsanı Qolqofda çarmıxa çəkdim.
Mənim iradəmlə Romanın sirklərində sənin minlərlə ən yaxşı
adamın həlak oldu.
Mənim əllərim Yan Qusu tonqalda diri-diri yandırdı.
Mən inancı inkvizisiyanın əlinə verdim. Avropanın siyasətini
tiranların və yalanın hökmünə tapşırdım. Azadlıq uğrunda
mübarizləri cəllada çevirdim və gilyotini onların hakimiyyət
silahı etdim.
İsa Məsihin səhrada düşüncəyə dalmasını xatırlayırsan- mı?
O zaman mən özüm də qırx gün İsa Məsihin yanında olmuşdum.
Orada İsa Məsihə dedim:
“Özünü aldatma, boş xəyala qapılma! Yer üzünün insan-
larından İlahi krallığın övladları yaratmağa çalışma. Onlara
həqiqət, yüksək ideyalar lazım deyil, toxluq, tənbəl bir dinclik
və heyvani, donuzsayağı bir məmnunluq istəyirlər. Onlara
qarınlarım doyuracaq çörək ver, bədənlərinə həzz, gözlərinə
gözəl mənzərəyə baxmaq imkanı yarat, sənin kölən olacaqlar.
Ardınca səhraya da, dağa da gedəcəklər. Səni kral olaraq
tanıyacaq, sənin üçün yaşayacaq, uğrunda öləcəklər.”
173
- 0 mənə qulaq asmaq istəmədi. - Qara qüvvələri təmsil edən
ruh xəbiscəsinə irişdi. - Bu dəfə mən ona başqa bir məsləhət
verdim:
“Sən insanların ruhunu bir qab mərcimək şorbasına almaq
istəmirsən? Onlara qarınları vasitəsilə deyil, ruhları vasitəsilə
təsir etmək istəyirsən? Eləsə onları təəccübləndir! İnsanların
ağlını və ürəyini özünün möcüzə yaratmaq gücünlə ələ al. Qoy
onlar səndə fövqəladə bir varlığın təcəssüm olunduğunu
düşünsünlər və kor itaətlə, kölə kimi ardınca gəlsinlər.”
O yenə də mənə yox dedi! - şər ruhu yenidən xəbis və alçaq
bir təbəssümlə gülümsündü. - Görürsənmi, o, insanları,
qarınlarını doyurmaqla özünə kölə etməyi, ona baş əymələrini
əsla istəmədi. O bu yer böcəklərinin hər birinin şüurlu və azad,
həm də böyük bir şəxsiyyət olmağını istəyirdi və mən ona
üçüncü məsləhətimi verdim:
“Yaxşı! Sən insanların özlərini böyük saymalarını istəyirsən?
Onlar öz iradə və gücləriylə başqalarını təəccübləndirsinlər? Elə
isə, bir dön Romaya və tornalılara bax. Romanın iradəsi yer
üzünün xalqları üçün qanundur. Hər bir romalı vüqarla deyir:
Dostları ilə paylaş: |