Partiyalararası mübahisələri, şəxsi çəkişmələri bir qırağa
qoyub xalqın sağlamlığının bərpası və qorunmasıy- la məşğul
olmaq zamanı gəldi. Ölkədə vərəm xəstəliyi üzrə hesabat
məlumatları toplandı, xəstələrin, hər il bu xəstəlikdən ölənlərin
sayı dəqiqləşdirildi. Bununla yanaşı başqa xəstəliklər üçün də
hesabatlar hazırlanırdı:
148
-
Malyariyadan əziyyət çəkən insanların sayı.
-
Traxomaya yoluxanların sayı.
-
Pis qulluq və yoluxucu xəstəliklər nəticəsində ölən
uşaqların sayı.
-
Bir il ərzində diş ağrısından əzab çəkmiş insanların sayı.
-
Kar və kor olanların sayı.
-
Bir ildə ölkədə sərxoşluğa xərclənən pulun, sərxoş halda
törədilən cinayətlərin, sərxoş halda törədilən davaların,
bıçaqlanmaların, qətllərin, yanğınların, zorakılıq və soy-
ğunçuluqların hesabatı.
Qorxunc rəqəmlər alınırdı! Hesabatlar haray çəkir, çəkic
kimi başlara enirdi. Xalqın vəziyyəti xəcalət doğururdu. Öz-
özüylə döyüşmək ruhu aşılayırdı.
Hakimiyyət, bölgələr, ayrı-ayrı icmalar fəlakət zonalarına
getmək üçün gəzərgi həkim dəstələrinə çağırış etdilər. Diş, göz,
qulaq, uşaq, qadın xəstəlikləri üzrə həkim qrupları yaradıldı.
Onlar ardıcıl olaraq kənd-kənd gəzir, ehtiyacı olanları müalicə
edirdilər. İnsanlara gigiyena və sanitariya qaydalarını,
sağlamlıqlarını necə qorumalı olduqlarını izah edirdilər.
Uşaqların, qadınların və kişilərin sağlam həyatını pul vahidinə
çevirirdilər: onların sağlam böyüməsi və yaşaması ölkəyə hansı
qazancı gətirir və onların xəstəliyiylə ölümü hansı itkiyə səbəb
olur?
Kəndlilər insan həyatının iqtisadi dəyərini anlamağa
başladılar. Onlara deyirdilər: “Pulunu oğurlanmaqdan qo-
ruyursan. Sənin uşaqların, arvadın və sən özün, ən qiymətli,
canlı kapitalsınız. Onları qoru. Boşuna xərcləmə, artır”.
Kəndlərin çoxunda nümunəvi kəndli evləri tikildi: bu evlərdə
tüstünü bayıra ötürən boruları olan soba qurulur, ikiqat çərçivəli
pəncərələr qoyulurdu. Fəhlələrdən ibarət
149
briqadalar yaradılır və onların vasitəsilə çox ucuz başa gələn bu
cür nümunəvi evlər tikilirdi. Hökumət bir çox yerlərdə tikinti
materialları anbarı yaratdı və bu anbarlardan kəndli icmaları
vasitəsilə kənd evlərinin tikintisinə ucuz qiymətə bütün lazımi
materiallar, o sıradan şüşə, həncama və çərçivəsi də üstündə olan
hazır qapı-pəncərələr, ev avadanlıqları satılırdı.
Beş, səkkiz, on il sonra kəndlərin böyük əksəriyyətində
vəziyyət yaxşılığa doğru dəyişdi. Evlər mal-qara tövləsi
olmaqdan çıxıb insana layiq mənzillərə çevrildi. Kəndlilər daha
yaxşı və isti paltarlar geyindilər. İctimai xadimlərin nəzarəti
altında seçilmiş ən yaxşı insanların rəhbərlik etdiyi
emalatxanalar kənd camaatı üçün minlərlə kostyum, palto,
ayaqqabı və alt paltarlar tikməyə başladı. Bunların hamısı ən
yaxşı parça və materiallardan hazırlanır, sonra bütün ölkəyə
yayılırdı. Çox ucuz qiymətə demək olar, maya dəyərinə satılırdı.
Əhali yeni, necəsə, bayram və sevinc ifadə edən bir görkəm
aldı. Artıq cır-cındır və yamaqlı paltarlar gözə dəymirdi. Daha,
payızda və qışda demək olar, yarıçılpaq gəzən adamlara rast
gəlinmirdi. Onlarla birlikdə daimi öskürək, zökəm, bronxit və
soyuqdəymələr də yoxa çıxdı. Vərəm qurbanlarının sayı qısa
müddətdə iki dəfə azaldı. Uşaq ölümlərinin sayı aşağı düşdü.
Traxomaya yoluxmalar aradan qalxdı. Bölgələrin bir çoxunda
əhali belə bir xəstəliyin varlığını unutmağa başladı. Qadınlar
daha sağlam oldular. Doğulan uşaqların sayı artdı, uşaqlar əksər
hallarda sağlam və boy-buxunlu olurdular.
Ölkədə işçi qüvvəsi artdı. İnsanlar daha çox qazanmağa və
yaxşı qidalanmağa başladılar.
150
Həmin həkim-yazıçının dəfnində ölkənin bütün kəndlərini
təmsil edən yüzlərlə insan iştirak edirdi. Onları yerli əhalinin
arasından seçib göndərmişdilər. Nümayəndələr ucaboylu,
genişçiyinli, enlikürək bahadırlar, alyanaq, güclü, möhkəm
əzələli gənclərdən ibarətdi.
Onlar “xalqı sağlamlaşdıran” bu böyük insanın tabutunu
çiyinlərində bütün şəhərdən keçirib apardılar. Küçələri iri
addımlarla, sıx sıralarla keçib gedən bu yüzlərlə çiçəklənən
nəhəngə, gənc kəndlilərə baxan şəhərlilər sevinclə deyirdilər:
“Ölkənin canlı dayaqları gedir! Onlar insandan çox, canlı
nəhəng dor ağaclarına bənzəyirlər!”
Mərhumun cənazəsini məzara qoymazdan öncə kəndli
gənclərdən biri qabağa çıxıb bu sözləri dedi:
- Biz bura kənd çöllərindən və meşələrindən gəlmişik. Sənin
məzarının qarşısında, adət edildiyi kimi deyil, çiçək- lərsiz və
əklillərsiz dayanmışıq. Bu, səbəbsiz deyil, biz özümüz sənin
Suomidə saldığın bağçanın canlı çiçəkləriyik. Əbədi rahatlıq
içində uyu, ey xalq bağbanı! Biz sənin xeyirxah və müdrik
əməyinlə öyünürük. Sən həqiqi xalq hakimiydin, yüz minlərlə
kəndlini sağaltdın. Xalqın damarlarına yeni, təmiz qan vurdun.
Bizim əzələlərimizi öz əllərinlə möhkəm kəndir kimi hördün.
Ölkə üçün bahadırlar nəsli yetişdirdin, bizə sağlam əməyin
sevincini bağışladın...
Minnətdar xalq sənə abidə ucaltmaq istəyir. Buna haqqın
çatır, ancaq sənin ən yaxşı abidən bizlərik! Biz - yeni xalq
həyatının yaradıcılığı və onun yaradıcılarıyıq. Sənin əməyinin
bəhrəsi olan bizlər yeni, sağlam gənclik canlı abidə kimi
müqəddəs əməyini, xalqa xidmət nümunəsi olan ömrünü daima
fın ziyalılarına xatırladacağıq. Adın, zaman keçdikcə
sağlamlığım qaytardığın xalqın ağlında və ürəyində özünə daha
da dərindən yer edəcək, onun yadda
151
şında qat-qat artıq möhkəmlənəcək. Sən Sezar, Napoleon
deyildin. Bir qarış da olsun, yad torpağını işğal etməmişdin. Bir
damcı da olsa insan qanı tökməmişdin, ancaq öz vətəninə
minlərlə yeni sağlam, güclü, faydalı əməkçi əlləri qazandırdın.
Öz xalqının həyatını yaxşılıqlarla zəbt etmiş ey böyük mübariz
və fateh - sənə eşq olsun!
152
|