12
Kəndlilər
Xalqın həyatına və dünyada baş verən hadisələrə cina-
yətkarcasına baxış, ya da özünün dediyi kimi, alçaq kölə, saray
nökərçiliyi baxımından yanaşma, Snelmanı məktəb illərindən
başlayaraq həmişə hövsələdən çıxarardı. Məktəbdə oxudulan
bütün tarix kitablarında, sonra isə universitet professorlarının
mühazirələrində, yalnız krallardan, onların nazirlərindən,
zadəgan ailələrin didişməsindən, hersoqlardan, generallardan,
ən yaxşı halda isə yüzlərlə böyük alimdən, məşhur yazıçılardan
və dahi rəssamlardan söz açılırdı. Onların ömür yolundan
danışılır, müharibə və savaşlar, saray çəkişmələri,
diplomatiyanın hiyləgərlikləri, sui-qəsdlər və üsyanlar geniş və
hərtərəfli təsvir edilirdi.
Milyonlarla xalq kütləsinin bütün ölkələrdə nəsildən- nəslə
keçən həyatı barədə isə ya ötəri xatırlanır, ya da ümumiyyətlə
söz açılmırdı.
Milyonlarla kəndli, fəhlə, yüz minlərlə sənətkar və mil-
yonlarla aşağı statusa malik şəhərli, sanki, bütün bu müddət
ərzində tarixin baxışlarından kənarda qalmışdı.
129
Xalq kütlələrinin əqli inkişafı, insanlığın sayı milyonlarla
ölçülən bu hissəsinin könlünün, iradəsinin tərbiyə edilməsi,
maarifləndirilməsi barədə çox az düşünülmüş, olduqca az işlər
görülmüşdü. Demək olar, heç kim xalqın zahiri və daxili mənəvi
həyatının yaxşılaşdırılması qayğısına qalmamışdı.
Əkinçiliyi, maldarlığı, kərpic kəsməyi yaxşılaşdırmış, daha
yaxşı kağız, parça hazırlamağı öyrənmiş, ancaq beyinləri,
ruhları, sağlamlığı, bolluğu yüksəltmək və milyonlarla insanın
rahatlığını artırmaq üçün əllərini ağdan-qaraya vurmaq, bu
məqsədləri gerçəkləşdirmək üçün düşünmək istəməmişlər və elə
indi də düşünmək istəmirdilər.
Xalqın aşağı təbəqəsinin həyatını, rifahını, əxlaqını, xa-
rakterini taleyin ümidinə buraxmışdılar. Sanki, bu məsələlər heç
kimə aid deyildi. Öz aləmlərində, “kim necə istəyir, elə yaşasın”
kimi bir fikri ortaya atmaqla bu məsələni öz yoluna
qoymuşdular. Əgər bununla yaxşı nəsə baş verəcəksə, qoy bu da
onların xoşbəxtliyi olsun. Yox, bütün bunlar onları dözülməz,
ağır və iyrənc vəziyyətə salacaqsa, qoy dözsünlər.
Beləliklə, xalq hər yerdə və həmişə yaşadığı ağır şəraitə
dözməli olmuşdu. Ehtiyaclara və məhrumiyyətlərə dözmək, tabe
olmaq sanki xalqın vəzifəsinə çevrilmişdi. Hər yerdə və daima
deyirdilər: xalq - içki düşkünüdür. Xalq - ərincəkdir, işləmək
istəmir. Xalq - kobuddur, acgözdür, amansızdır. Sonra isə əlavə
edirdilər: xalq öz böyüklüyünü yalnız öz səbri və dözümüylə
göstərə bilir. Aclıq çəkir, soyuqdan donur, kirin-pasın içində
yaşayır və... bunların hamısına qəzəblənmədən boyun əyir.
Hamı xalqın səbrini tərifləyir, xalqın səbrinə heyranlığını
bildirirdi. Kövrəlir, doluxsunurdular. Xalqın səbrindən
130
din düzəltdilər. îsa Məsihin dinini də, bunun əsasında səbir və
dözüm dininə çevirdilər.
Bu səbir kultu Snelmanı çox bərk narahat edirdi. O bu
məsələylə bağlı ikili anlaşılmazlıq və narahatlıq duyurdu:
birincisi, yüksək təbəqəni təmsil edən siniflərin özləri üçün
istənilən azadlıqları, rahatlığı, rifahı tələb etməsi və buna nail
olması, bununla yanaşı onların xalqı ən acı və ağır ehtiyaclara
dözməyin zəruriliyinə inandırmasıyla bağlıy- dısa, ikincisi, xalq
kütləsinin bütün bunlara dözməsi, səbr etmesiyle bağlıydı.
Kütlənin əqli baxımdan keyləşməsi, yuxuya dalması onu
özündən çıxarırdı. Xalqı öz yoxsullu- ğu, cahilliyi, içki
düşkünlüyü və hüquqsuzluğuyla barışması, öz həyatının zahiri və
daxili çirkabları içində yaşamağa alışması da, onu bundan az
qəzəbləndirmirdi.
- Xalqın milyonlarla nümayəndəsi ikiayaqlı donuz günündə, -
Snelman qəzəbli vaxtlarda öz-özünə deyirdi - kirin içində,
kütbeyincəsinə və şəhvət düşkünü kimi yaşayır. Yalnız qarnını
necə doyuracağını düşünür. Ancaq bu onlarınmı günahıdır? -
sonra Snelman öz sözünə düzəliş verirdi. - Axı bu onların
bədbəxtliyi deməkdir.
O, bununla bağlı həmin iki mənzərəni müqayisə edirdi: bağı
və meşəni.
Bağda, hər yerdə yollar salınmışdı. Yollar çınqılla döşənmişdi
- təmizliyi, quruluğu, gözəlliyi göz oxşayırdı. Yollar boyunca
çiçək ləkləri, meyvə ağacları və bəzək kolları əkilib. Boş
sahələrdə qısa biçilmiş, hər gecə suvarılan şirəli otluqlar uzanır...
bağın müxtəlif guşələrində dincəlmək üçün köşklər qurulub,
onların ətrafında qızılgül və yasəmən kolları əkilib. Bir çox
yerlərdə fəvvarələr çağlayır. Kölgəli yerlərdə oturmaq üçün rahat
oturacaqlar qoyulub. Hər bir
131
xırdalıqda, istənilən ağac və çiçəkdə, düşüncəli və qayğıkeş
əllərin izi duyulur.
Meşədə isə bütünlüklə başqa mənzərədir. Burada hər şey
vəhşi və başlı-başına buraxılmış haldadır. Hər şey taleyin
ümidinə qalıb. Ağac və kollar toxumlarının təsadüfən düşdüyü
yerlərdə bitib. Bir sıra yerlərdə keçilməz sıxlıq yaradıblar. Əgər
tufan hansısa ağacı aşırıbsa, düşdüyü yerdə qalıb çürüyür.
Hansısa cığırlar varsa da, səliqəsiz və dolaşıqdır. Onları
təmizləyən, səliqəyə salan yoxdur.
Bağ - əhalinin yüksəkdə dayanan təbəqəsidir. Onlar üçün əqli
mədəniyyətin, rahat həyatın, incəsənətdən zövq almağın,
gigiyena və sağlamlığın qayğısına qalmağın yolları açıqdır.
“Xalq meşəsi” isə daha çox təbiətə uyğun bir həyat yaşayır.
Əgər onu qoruyur və saxlayırlarsa, bu ancaq onun canlı meşə
kimi, ehtiyac duyulan təbii material kimi lazım olmasına
görədir... Lakin axı xalqın milyonlarla nümayəndəsi də, elə canlı
bağda olanlar kimi, insandırlar.
Onlar da təbii zəkaya sahibidirlər.
Onların da bacarıq və istedadları var.
Ən yüksək mənəvi inkişafa çatmaq qabiliyyətindədirlər.
Onlarla sadəcə məşğul olmaq lazımdır. Bu milyonların hər
birinə sözün əsl mənasında insan ola bilmək üçün imkan
yaratmaq zəruriyyəti var.
Snelman bu düşüncələrin təsiriylə ən geniş xalq kütlələrini:
kəndliləri, fəhlələri və aşağı təbəqədən olan şəhərliləri
maarifləndirməyi öz həyatının başlıca məqsədi elan etmişdi.
O Finlandiya xalq maarifinin Pyotr Amenskisi oldu. (Pyotr
Amenski İsa Məsihin doğulduğu, yaşadığı, öz təlimini yaydığı
və öldürüldüyü Fələstin torpaqlarının müsəlmanların işğalından
azad edilməsi üçün Avropada başlaya
132
Səlib yürüşlərinin mənəvi-ruhani rəhbəriydi. O, Fələstində olub,
oradakı müqəddəs yerlərin və xristianların təhqiramiz
vəziyyətini görəndən sonra Avropaya qayıdıb bu məzmunda
ehtiraslı moizələr oxumağa başlamışdı: “Müqəddəs yerlərin
təhqir olunduğunu görmək utancvericidir. Öz müqəddəs
yerlərinizi zorakılıqdan və təhqir edilməkdən azad edin.”)
Snelman da buna bənzər şəkildə, harada olurdusa bu sözləri
təkrarlayırdı:
- Ölkə əhalisinin böyük hissəsinin cahil və kobud olmasına
dözmək utanmazlıqdır. Mədəniyyət günəşinin İşığıyla
aydınlanan, gözləri açılan, savadlı insanlar üçün bu vəziyyətə
laqeyd qalmaq bağışlanmaz və böyük cinayətdir. Dövlət özünü,
yuxarı mərtəbələrində hündür tavanı, geniş pəncərələri olan
böyük və işıqlı otaqlardan ibarət, aşağı mərtəbələrində isə,
qaranlıq, nəmli, darısqal zirzəmili, demək olar, pəncərəsiz otaqlı
hündür qülləyə bənzətməməlidir.
Xalq kütlələrinin əsas və başlıca hissəsinin maariflən-
məməsi dövlətin bağışlanmaz günahıdır: bunun nəticəsində
dövlətin öz-özünü qarət etməsi, dağıtması və təhqir etməsi baş
verir - Snelman deyirdi. - Vəhşi halında yaşayan xalqlar
haqqında danışılanda, onlann məhrumiyyətlər içində yaşadığı,
yoxsulluq və səfalətdən öldükləri deyilir, çünki öz torpaqlarının
sərvətlərindən istifadə edə bilmirlər.
Ən qorxunc vəhşilik, - Snelman sözünə davam edirdi, -
ölkədəki hər bir insanın fiziki, əqli və mənəvi gücündən istifadə
edə bilməmək və ya buna çalışmamaqdır.
Milyonlarla hektar sahəni tutan ən yaxşı və qiymətli ağacların
bitdiyi bir meşə təsəvvür edin. Əgər onu heç kim qorumursa,
təmizləmirsə və gərəyincə istifadə etmirsə, onda bu meşənin nə
əhəmiyyəti var? Bir də görürsən nəhəng
133
ağaclar tufan nəticəsində aşır. Çürüyür. Çürüntülər yağış sularını
özünə çəkir. Meşənin bir hissəsi bataqlığa dönür, malyariya
mənbəyinə çevrilir. Qiymətli tikinti materialları əvəzinə çürüntü
yığını olan bataqlıq yaranır. Sağlam meşə havası əvəzinə,
ətrafdakı yüz kilometrlərlə ərazidə yaşayış məntəqələri, qızdırma
törədicisi olan mikroblarla dolu havayla nəfəs almalı olur. Böyük
rifah əvəzinə böyük yamanlıq törənir.
- Anlayın, anlayın, bir daha anlayın, - Snelman təkrarlayırdı,
- hər bir sağlam, güclü əməkçi ölkə üçün qiymətli sərvətdir. Heç
olmasa pulla hesablayın: ölkədə adi bir insanı yedirmək neçəyə
başa gəlir! Ona əslində nə qədər pul xərclənir! Lazımi qaydada
canlı və xeyir gətirən bir qüvvə kimi tərbiyə edilmiş hər bir insan
bu ölkəyə nə qədər fayda verə bilərdi!
Ölkədə içkiyə qurşanmış neçə adamın olduğunu hesablayın,
ancaq xalqın şüurlu tərbiyəsinə vaxtında fikir verilsəydi, onlar
hamısı ayıq zəhmətkeşlər olacaqdılar. Ölkədə nə qədər savadsız,
tənbəl, nəhayət nə qədər cinayətkar olduğunu hesablayın. Əgər
bu adamlar ilkin uşaqlıq, sonra gənclik illərində, insanın
xarakterinin formalaşdığı dövrlərdə, ağıllı bir şəkildə tərbiyə
olunsaydılar,
həyatın
qaranlıq
meşəsində
başsız
qoyulmasaydılar, ana vətənləri üçün faydalı övladlar kimi yetişə
bilərdilər.
Belə məqamlarda Snelman Avropaya səyahəti zamanı
qarşılaşdığı bir maraqlı əhvalatı danışmağı sevirdi. Almaniyada
olanda, Berlində, bir böyük Avstriya yazı- çısıyla görüşmüşdü.
Bu yazıçı öz mənşəyinə görə təmiz slavyan olsa da, yalnız alman
dilində yazırdı. Bu yazıçı on illər boyunca böyük bacarıqla qəzet
səhifələrində yazdığı məqalələr və parlaq siyasi pamfletlərlə,
istedadlı sofist kimi,
134
alman Avstriyasının cənubi slavyanların, yəni Qalitsiyada
polyakların, çexlərin və slovakların, serblərin, xorvatların və
slovenlərin üzərində mədəni hakimiyyət hüququnun olduğunu
sübut etməyə çalışırdı.
- Slavyanlar, yumşaq, qadm təbiətlidirlər, - deyə bu satqın
yazırdı. - Onlar fantaziyaçı, xəyalpərəstdirlər, ancaq şair xəyallı
deyillər. Onları anadangəlmə tənbəl hesab etmək olar. Yüz illər
boyunca türk zorakılığının köləliyində qalmaqla iliklərinə qədər
əməyə nifrət bəsləməyə gəlib çıxmışlar. Bu - işsiz-gücsüz
adamların toplaşdığı bir tayfadır. Uğursuz məqamla üzləşəndə
insan ləyaqətini alçaldan və mədəni avropalıları əsəbiləşdirən
yoxsulluq və çirkab içində yaşamağı seçirlər.
Yaxşı dolanışığa çatanda, xüsusilə də, ticarət və siyasətdə,
özlərini vicdansız, yalançı, satqın, yırtıcı, fırıldaqçı kimi
aparırlar. Acgözcəsinə yüngül qazanca cumur, qısa müddətdə
qazandıqlarını çox tez və yelbeyinliklə xərcləməyə meyl edirlər.
Onların ağıllı və sərt alman məktəbinə ehtiyacı var - deyə bu
satqın publisist yazırdı. - Slavyançılıq, sıx, uzun tüklü, yumşaq,
eyni zamanda həm də iylənmiş və kirli qoyun dərisidir. Bu dərini
aşılanmaq üçün alman dabbağına vermək lazımdır, o zaman bu
dəridən gözəl və isti kürk çıxa bilər.
Dönük-yazıçı çox istedadlı və hərtərəfli, parlaq təhsil almış
bir şəxs idi. Bütün əsas Avropa dillərini bilirdi. Çox asanlıqla
yazdığı cəlbedici və kəskin yazılarında bütün ölkələrin və
dövrlərin yazıçılarından, fəlsəfi, tarixi və ədəbiyyatla bağlı
mənbələrdən götürülmüş çoxsaylı sitatlar verilirdi. Ancaq bu
yazıların hamısında vicdansızcasına fikir hökm sürür və onlara
Avstriya hökuməti tərəfindən böyük məbləğdə pul ödənilirdi.
135
Dönük-yazıçı alçaq adamdı. O, yüngül əxlaqa, pozğun ruha
sahibdi. Əyyaşlıqda ad çıxarmışdı. Kart oynamağı, bahalı həyat
sevən, gəzəyən qadınlarla əylənməyi çox sevirdi. Bütün bunlar
isə, çoxlu pul tələb edirdi.
O özünün danılmaz böyük istedadı və gözəl təhsiliylə
namuslu yolla da çox böyük məbləğdə pullar qazana bilərdi.
Ancaq bu yolda gərək ürəyini, ruhunu sərf edəsən. Həm də, bu
yol əqli və mənəvi təmizlik, gözəllik, yüksək ideallara sadiqlik
tələb edir.
Dönük-yazıçıya isə, bütün bunlar yad idi. Onun Avstriya
sərhədləri içində keçən tələbəlik-gənclik illəri Mettemix
irticasının boğucu hakimiyyəti dövrünə düşmüşdü. Qoca saray
tülküsü olan Mettemix, türk paşasının yerinə bizanslı saray
hərəmağasını təyin edib, onu nazir adıyla avropalaş- dırmış,
özünün bütün siyasətini şəxsi hakimiyyəti və şəxsi sərvətini
artırmağa yönəltmiş, Avropa xalqlarının pozğun- laşması üçün
məqsədyönlü bir üsuli-idarə yaratmışdı. 0, insanları özünə cəlb
etməyin yalnız bir satınalma üsulunu bilirdi. Adamları satın
almaq üçün xüsusi katibləri, satınalma mütəxəssisləri vardı. Bu
adamlar özünəməxsus istedada malikdilər: kimi, nə ilə və nə vaxt
satın ala biləcəklərini çox yaxşı bilirdilər.
Satqınlığın ümumi hal alması, qazanmaq, özü də asan yolla
və tez qazanmaq yanğısı Mettemix dövrünün inancına
çevrilmişdi. Cəmiyyətdə mənəvi hava çatışmırdı. Hətta, ziyalı
təbəqəsinin böyük hissəsi mettemixçiliyin boğucu tüstüsündən
zəhərlənmişdi. Adətən, işıqlı şeylərə can atan gənclik belə,
mənəvi düşkünlüyə enmişdi. İdeyasızlıq, prin- sipsizlik günü-
gündən daha da artırdı.
Heç kim böyük idealları rəhbər tutmaq istəmirdi.
Təmizlik alovu çatmırdı.
136
Müqəddəslik yoxa çıxmışdı.
Qəhrəman-rəhbərlər tapılmırdı.
Bu dönük-yazıçı belə bir boğucu mənəvi mühitdə ye-
tişmişdi. Sanki onda əxlaq duyğusundan əsər-əlamət qal-
mamışdı. İdealizmin bütün formaları ona gülünc, qeyri-
səmimi, saxta və teatr tamaşası kimi görünürdü. O, “həqiqət və
gözəllik axtarışına cəhd” adlandırdığı şillerçiliyə xəbis- cəsinə
gülürdü.
Uzun illər ərzində ondan “əqidəsindən dönməyən” bir alçaq
yetişmişdi. Öz slavyan mənşəyiylə yanaşı ruhunu və əqlini
almanların xeyrinə işlətməsi və slavyan xalqlarını
kölələşdirmək üçün sövdələşməsiylə böyük zövq yaşamaqda
olduğunu düşünürdü. Özünün cinayətkar ədəbi işini, özünün
alçaqcasına dediyi kimi, “vicdanla” yerinə yetirirdi.
-Almanlar mənə yazılarıma görə yaxşı pul verir, mən də
onlarüçün yaxşı yazılaryazıram. Siz məndən nə istəyirsiniz? -
bu dönük-yazıçı patriot-slavyanlann gözünün içinə baxıb
irişirdi. - Siz Florensiyada və Venesiyada iki böyük italyan
heykəltəraşının, Donatello ilə Verrokionun yaratdığı iki
abidəni görmüsünüzmü? Venesiya və Florensiyada, iki
kondotyerə, yəni iki muzdlu ordu başçısına qoyulan abidələri
deyirəm. Venesiyalı və florensiyalılar bu iki muzdlu ordu
başçısına yaxşı pul ödəyirdilər, onlar da öz ağala- nna
“namusla”
xidmət
edirdilər.
Onların
düşmənləriylə
qəhrəmancasına döyüşür, Venesiya və Florensiyaya böyük
xidmətlər göstərirdilər. Ona görə də, İtaliyanın bu iki res-
publikası öz qəhrəman kondotyerlərinin şərəfinə belə bir
möhtəşəm abidə ucaldıb.
Əgər Milan, Genuya, Piza, Verona və ya Romada bu iki
muzdluya daha çox pul versəydilər, onlara da, Venesiyaya
137
Dönük-yazıçı alçaq adamdı. 0, yüngül əxlaqa, pozğun ruha
sahibdi. Əyyaşlıqda ad çıxarmışdı. Kart oynamağı, bahalı həyat
sevən, gəzəyən qadınlarla əylənməyi çox sevirdi. Bütün bunlar
isə, çoxlu pul tələb edirdi.
0 özünün danılmaz böyük istedadı və gözəl təhsiliylə
namuslu yolla da çox böyük məbləğdə pullar qazana bilərdi.
Ancaq bu yolda gərək ürəyini, ruhunu sərf edəsən. Həm də, bu
yol əqli və mənəvi təmizlik, gözəllik, yüksək ideallara sadiqlik
tələb edir.
Dönük-yazıçıya isə, bütün bunlar yad idi. Onun Avstriya
sərhədləri içində keçən tələbəlik-gənclik illəri Mettemix
irticasının boğucu hakimiyyəti dövrünə düşmüşdü. Qoca saray
tülküsü olan Mettemix, türk paşasının yerinə bizanslı saray
hərəmağasını təyin edib, onu nazir adıyla avropalaş- dırmış,
özünün bütün siyasətini şəxsi hakimiyyəti və şəxsi sərvətini
artırmağa yönəltmiş, Avropa xalqlarının pozğun- laşması üçün
məqsədyönlü bir üsuli-idarə yaratmışdı. 0, insanları özünə cəlb
etməyin yalnız bir satınalma üsulunu bilirdi. Adamları satın
almaq üçün xüsusi katibləri, satınalma mütəxəssisləri vardı. Bu
adamlar özünəməxsus istedada malikdilər: kimi, nə ilə və nə vaxt
satın ala biləcəklərini çox yaxşı bilirdilər.
Satqınlığın ümumi hal alması, qazanmaq, özü də asan yolla
və tez qazanmaq yanğısı Mettemix dövrünün inancına
çevrilmişdi. Cəmiyyətdə mənəvi hava çatışmırdı. Hətta, ziyalı
təbəqəsinin böyük hissəsi mettemixçiliyin boğucu tüstüsündən
zəhərlənmişdi. Adətən, işıqlı şeylərə can atan gənclik belə,
mənəvi düşkünlüyə enmişdi. İdeyasızlıq, prin- sipsizlik günü-
gündən daha da artırdı.
Heç kim böyük idealları rəhbər tutmaq istəmirdi.
Təmizlik alovu çatmırdı.
136
Müqəddəslik yoxa çıxmışdı.
Qəhrəman-rəhbərlər tapılmırdı.
Bu dönük-yazıçı belə bir boğucu mənəvi mühitdə yetişmişdi.
Sanki onda əxlaq duyğusundan əsər-əlamət qalmamışdı.
İdealizmin bütün formaları ona gülünc, qeyri- səmimi, saxta və
teatr tamaşası kimi görünürdü. O, “həqiqət və gözəllik axtarışına
cəhd” adlandırdığı şillerçiliyə xəbis- cəsinə gülürdü.
Uzun illər ərzində ondan “əqidəsindən dönməyən” bir alçaq
yetişmişdi. Öz slavyan mənşəyiylə yanaşı ruhunu və əqlini
almanların xeyrinə işlətməsi və slavyan xalqlarını kölələşdirmək
üçün sövdələşməsiylə böyük zövq yaşamaqda olduğunu
düşünürdü. Özünün cinayətkar ədəbi işini, özünün alçaqcasına
dediyi kimi, “vicdanla” yerinə yetirirdi.
-Almanlar mənə yazılarıma görə yaxşı pul verir, mən də
onlarüçün yaxşı yazılar yazıram. Siz məndən nə istəyirsiniz? -
bu dönük-yazıçı patriot-slavyanların gözünün içinə baxıb
irişirdi. - Siz Florensiyada və Venesiyada iki böyük italyan
heykəltəraşının, Donatello ilə Verrokionun yaratdığı iki abidəni
görmüsünüzmü? Venesiya və Florensiyada, iki kondotyerə, yəni
iki muzdlu ordu başçısına qoyulan abidələri deyirəm. Venesiyah
və florensiyahlar bu iki muzdlu ordu başçısına yaxşı pul
ödəyirdilər, onlar da öz ağalarına “namusla” xidmət edirdilər.
Onların düşmənləriylə qəhrəmancasına döyüşür, Venesiya və
Florensiyaya böyük xidmətlər göstərirdilər. Ona görə də,
İtaliyanın bu iki respublikası öz qəhrəman kondotyerlərinin
şərəfinə belə bir möhtəşəm abidə ucaldıb.
Əgər Milan, Genuya, Piza, Verona və ya Romada bu iki
muzdluya daha çox pul versəydilər, onlara da, Venesiyaya
137
və Florensiyaya xidmət etdikləri kimi, canla-başla xidmət
edəcəkdilər.
- Mən də ədəbiyyat muzduruyam, - deyə bu satqın yazıçı öz
slavyan qardaşlarına deyirdi. - Bütün ömrüm boyu məni
almanların elədiyi kimi, hətta, onlardan daha artıq, maddi
baxımdan
təmin
edin,
sizin
üçün
vuruşacağam...
Bacarmırsınız?.. Yoxsa istəmirsiniz?.. Onda mənim zərbələrimi
gözləyin və müdafiə olunun, mən güclü və çevik rəqiblə qılınc
oynatmağı sevirəm.
Slavyanlar bu ədəbiyyat ilanına nifrət edirdilər, ancaq
almanlar onu “parlaq yazıçı” və “cürətli slavyan filosofu” kimi
çox yüksək dəyərləndirirdilər.
Bir dəfə Snelman Berlində olanda bu satqm yazıçı da
təsadüfən oradaydı. Snelman Finlandiyada olanda bu yazıçının
ədəbi fəaliyyəti barədə heç nə eşitməmişdi. Hətta, onun adını da
bilmirdi. Burada, Berlində, almanların dediyi kimi, bu iki
mədəniyyət apostolunun, slavyan və finin şərəfinə banket təşkil
etmişdilər.
Banketin sonunda, artıq qonaqların böyük hissəsi çıxıb
getdikdən sonra, Snelman “slavyan mədəniyyət apostolu- nu” bir
qırağa çəkib onunla mədəniyyətcə kiçik olan xalqların
ölkələrində mədəni işin problemləri barədə danışdı.
- Gəlin açıq danışaq, - Snelman dedi, - almanlar ürəklərinin
dərinliyində bizə - finlərə və slavyanlara yuxarıdan aşağı
baxırlar. Keçmiş zamanda onlar haqlı ola bilərdilər, lakin
gələcək zaman üçün yox. Biz finlər, siz slavyanlar isə daha çox,
böyük bir gücü təmsil edirik. Onlar artıq becərilməkdən
münbitliyini itirməkdə olan torpaqda, biz isə indiyədək
əkilməmiş, verimli, qara torpaqda çalışırıq... Ancaq, biz yaxşıca
çalışmalıyıq. Bizə, gənc xalqlara,
138
alman, fransız və ingilislərdən iki, üç, on dəfə artıq işləmək
lazımdır. Biz onlara çatmalı və həm də... onları ötməliyik!
Biz onları ötəcəyik! - Snelman ilhamlı bir səslə dedi. - Biz
yalnız şəhərliləri maarifləndirməklə qalmayacağıq. Kəndlərdə
ibtidai məktəblərin və yoxsul kitabxanaların olmasıyla
kifayətlənməyəcəyik. Biz hər bir kəndlinin, balıqçının, qatran
bişirənin evində bilik məşəlini yandıracağıq, tndiki azyaşlı
uşaqlardan güclü, inkişaf etmiş, xeyirxah bir nəsil
yetişdirəcəyik.
Snelman uzun müddət və qızğınlıqla öz sevimli mövzusu
ətrafında danışdı, o qarşısındakı adamın da özü kimi, slavyan
xalqlarının alovlu mədəniyyət apostolu olduğunu düşünürdü.
Öz doğma xalqının mənafeyini və maraqlarını Avstriya
dövlətinə satmış bu alçaq, Snelmanm danışığına irişə-irişə,
gözlərindəki xəbis təbəssümlə qulaq asır və düşünürdü: daha bir
darıxdırıcı axmaq!
O bu düşüncələrlə Snelmana cavab vermək üçün bir müddət
fikirlərini toplamağa çalışdı, ancaq Snelmanm sözləri, onun
qızğın ruhu bu alçalmış adamın ürəyindəki buzu əritməyə
başladı. O xidmətçilərdən konyak gətirməyi tələb etdi və
acgözlüklə, böyük qədəhlərlə içməyə başladı. Snelman öz adəti
üzrə çox qızğın danışırdı və həmsöhbətinin az bir vaxtda bir
butulka konyakı içib qurtarmağı onun diqqətindən yayınmışdı.
Birazdan, bütünlükləkeflənənhəmsöhbəti gözlənilmədən
yerindən qalxdı. Ağır addımlarla, sanki böyük bir ayı kimi, ona
yaxınlaşıb dedi:
- Kifayətdir, əziz Snelman! Özünüzün bu böyük ruhunuzun
müqəddəs odunu boş yerə xərcləməyin. Onu öz xalqınıza sərf
etmək üçün qoruyun. Siz xoşbəxt insansınız. Belə
139
bir övladı olan xalq da xoşbəxtdir... Sabah buradan çıxıb evinizə
qayıdırsınız. Çox yaxşı. Biz sizinlə burada, ilk dəfə görüşdük.
Bunadək nə siz məni, nə də mən sizi tanıyırdım. Bu da yaxşıdır.
Daha doğrusu, nə yaxşı siz mənim kim olduğumu bilmirsiniz.
Ancaq mən də, sizi tanımağımın özüm üçün yaxşı olub-
olmadığını deyə bilmərəm. Eh, əzizim Snelman, siz qeyri-
adiliyinizlə, qranit şənliyinizlə haradan gəlib çıxdınız? Mən nə
üçün sizinlə artıq iş-işdən keçəndən sonra, belə gec görüşdüm?..
Bu vaxt divar saatı zəng çalıb gecəyarısı olduğunu bildirdi.
- Yox, mən indi vaxtın gec olduğunu demirəm, bu gö-
rüşümüzün mənim həyatım üçün gec olduğunu deyirəm. -
Snelmanın həmsöhbəti acı-acı köks ötürüb dilləndi... - Əgər
gəncliyimdə Snelmanı görüb onun söhbətlərinə qulaq assaydım,
indi mən də, mənsub olduğum bütöv bir nəsil də, büsbütün başqa
adamlar olardılar... Ancaq artıq gecdir... gecdir... Gedək, yataq...
Əziz Snelman, bizim aramızda gülünc və qorxunc bir
anlaşılmazlıq var... Xahiş edirəm, əlinizi mənə verəsiniz.
Snelman əlini ona uzatdı. Həmsöhbəti gözlənilmədən onun
əlindən öpdü.
- Siz nə edirsiniz? - baş verən hadisədən özünü itirmiş
Snelman əlini geri çəkdi.
- Fikir verməyin, - həmsöhbəti tutqun bir görkəmlə dedi. -
Mən sizin əlinizi öpmürəm... İnsan ürəyində özünə yer etmiş
snelmançılığm əlini öpürəm... Ruhumda basdırılan, mənə doğma
olan mərhumun əlindən öpürəm...
- Nə demək istədiyinizi anlamadım, - Snelman çaşqınlıq
içində dedi.
140
- Anlamağınız heç lazım da deyil, - sərxoş yazıçı gülümsünüb
dedi. - Hə, siz onsuz da məni başa düşə bilməzsiniz... Bütün
bunları mənim slavyan ruhumun xüsusiyyətlərinə yozun, getsin!
Snelman ertəsi günü doğma Suomiyə getdi və bundan 15- 20
gün sonra Vyanadan bir məktub aldı. Məktub çox qəribə və
imzasız idi. Onda beş qısa sətir yazılmışdı: “Siz mənim ruhumu
alt-üst etdiniz... Yeni qaydayla yaşaya bilmirəm. Köhnə qaydada
yaşamaq iyrəncdir. Sanki təsadüfən, ehtiyatsızlıqdan, özümü
öldürürəm. İtə it kimi ölmək yaraşır”.
Məktubu yazanın xətti Snelmana tanış deyildi. O heç nə başa
düşmədi. Sonra bir az düşünüb sonuncu ayda çap edilən Vyana
qəzetlərini oxuyub nəsə işıqucu axtarmağa başladı və “Faciəli
təsadüf’ adlı yazıyla qarşılaşdı: tanınmış slavyan yazıçısı, dərin
və cəsarətli mütəfəkkir... ehtiyatsızlıq ucbatından özünü ölümcül
yaralamış, bundan üç saat sonra, şüurunu itirmədən, heyrətamiz
bir soyuqqanhlıqla ölmüşdü...”
Snelman ölənin kim olduğunu öyrənincə, Berlindəki
banketdə baş verən əlöpmə səhnəsinin və bu təsadüfi ölümün
mənasını anladı. Mərhumun bu sözlərini xatırladı: “Əgər
gəncliyimdə Snelmanı görüb onun söhbətlərinə qulaq assaydım,
indi mən də, mənsub olduğum bütöv bir nəsil də, büsbütün başqa
adamlar olardıq... Snelmanlar bizimlə nə üçün vaxtında
danışmadılar?..”
Snelman yazıçının adını çəkmədən bu qəmli əhvalatı
danışanda dinləyicilər çox vaxt ondan, bu yazıçı hansı xalqın
nümayəndəsi, çexmi, polyakını, serbmi, xorvatmı, ya başqasımı
olduğunu soruşurdular?
Adətən mülayim tərzdə danışmağı sevən Snelman bu sualı
eşidəndə kəskin şəkildə deyərdi:
141
- Bekarçılıqdan doğan maraq! Bunu nə üçün bilmək
istəyirsiniz? Adam çox böyük günaha batmışdı, ancaq buna görə
özünə layiqincə ağır cəzalandırdı. Özü özünü yer üzündən sildi.
Onun adını xatırladıb ruhunu incitməyə dəyərmi? Burada vacib
olan başqa şeydir. Təsəvvür edin: böyük istedadı olan bir şəxs,
nəhəng əqli qabiliyyət yiyəsi, zəngin bilik qazanmış bir insan,
parlaq ədəbi istedad. Ancaq... nəticədə, öz həyatını boşuna
yandırıb kül edən, əyyaş, qumarbaz, pozğun, muzdlu
ədəbiyyatçı, öz xalqının ləyaqətini satışa çıxaran adam...
Axı o, bu böyük istedadıyla öz xalqının mədəniyyətinin
apostolu ola bilərdi, əlbəttə, əgər düzgün tərbiyə olunsaydı...
əgər gəncliyində ona xoşbəxtliyin öz cismani həyatını yandırıb
külə döndərməkdə deyil, öz xalqının əqlini və ürəyini
alovlandırmaqda olduğunu başa salsaydılar...
Bu universitetin yetirməsi, elmin övladı, ədəbiyyatın kahini,
paytaxtda böyüyən bir adamın həyat tarixçəsidir, - Snelman
sözünə davam etdi. - Siz nə istəyirsiniz? Məktəbi, kitabı
olmayan, sağlam, gözəl, sevinc dolu bir həyat qurmaq üçün heç
bir ağıllı çağırış, canlı söhbət eşitməyən xalqdan bundan artıq nə
gözləmək olar?.. Milyonlarla əhali cismani, əqli və əxlaqi
baxımdan çürüyüb gedir və heç kim bu mühitin üfunətini hiss
etmir, hamılıqla pis qoxuya öyrəşiblər. Alışıblar. Bu iyrəndiyin
içində doğmalaşıblar. Hamılıqla, elə belə də olmalı imiş kimi
düşünürlər.
Beləmi olmalıdır?
Milyonlarla insan vəhşi və beyini kütləşdirən yoxsulluq
mühitində doğulur, yaşayır və ölür. Milyonlarla anadangəlmə
istedadlı insan bütün həyatını heyvan kütbeyinliyi içində
yaşamalı olur. Bu beləmi olmalıdır? Sizin milyonlarla qardaşınız
mənəvi baxımdan kobud, amansız
142
və axmaq ehtirasların düşkünüdür. Sizcə, budamı belə olmalıdır?
Bütün bu yüzlərlə “beləmi olmalıdır?” sualı doğuran iyrəncliklər
və cinayətlər üçün utanmırsınızmı? Bu ictimai kütbeyinlik və
laqeydlikdəmi “belə olmalıdır?”
Snelmanın danışığı belə anlarda peyğəmbəranə bir ilham
səviyyəsinə qalxardı. Dedikləri alovlu bir qamçı kimi küt
beyinlərə və soyuq ürəklərə çırpılardı. Ən yuxulu və tənbəl
zəkanı belə yerindən tərpədər, ayıldardı. Canlı ürəklərin həvəsini
coşdurardı.
Onun söhbətlərindən təsirlənən həkimlər, kənd ruhaniləri,
xalq müəllimləri, əyalət məmurları xalq kütləsinin həyatını, onun
ən müxtəlif cəhətlərini diqqətlə öyrənməyə başladılar.
Qəzetlərdə, jurnallarda, ayrıca kitablarda xalqın hayatıyla bağlı
zəngin materiallardan ibarət əsərlər çap olunmağa başladı.
Onların arasında iki kitab daha çox diqqət çəkirdi. Biri, “Kənd
həkiminin xatirələri”, o birisi isə, “Kənd ruhanisinin qeydləri”
adlanırdı. Bu kitabların hər ikisi, ədəbi tənqiddə və mətbuatda əsl
tufan qopardı. Bəziləri bu kitablara heyranlığını bildirir, onları
öyüb göylərə qaldırır:
- Düşünmək bacarığına malik və öz xalqı üçün ürəyi ağrıyan
istənilən savadlı insan bu kitabların hər ikisini oxumalıdır. Bu
kitablar kor gözləri açır. Mənəvi baxımdan sonacan kütləşməyən
hər bir insanın üzündə xəcalət qızartısı doğurur deyə qeyd
edirdilər.
Narazı qalanlar da vardı. Müəlliflərin üzərinə ildırım
yağdırır, göy gurultusu qoparırdılar. Onları daşqalaq etməyə
hazırdılar. Bu yazıçıları öz xalqının tör-töküntüsü adlandırır,
kitablar haqqında deyirdilər:
- Hər iki kitab, başdan-başa fın xalqını təhqir edir. Büsbütün
yalandır. Rənglər iyrənc şəkildə tündləşdirilib. Hər şey
karikatura kimi şişirdilib.
143
Əlbəttə, birincilər kitablara daha ədalətli dəyər verirdilər.
Narazı qışqırıqlar isə yalançı, ədabaz vətənpərvərlərin
fikirlərindən ibarətdi, onlar vətənə məhəbbəti, kimliyindən və
necəliyindən asılı olmayaraq, yalnız özününküləri sevmək kimi
bayağı bir şəkildə anlayırdılar. Bu adamlar təhlükəni görməmək
üçün başını quma basdıran dəvəquşuna bənzəyirdilər. Başlan
qumdan çıxarıldığı üçün incimiş və nifrət püskürməyə
başlamışdılar. Deyilən kitabların çapı başqa bir təsirə də nail
olmuşdu. Biri həkim, digəri ruhani iki müəllif öz kitablarının hər
səhifəsində fın xalqını haraylayırdı:
-Ayılın! Öz doğma xalqınızın xilası üçün çalışın! Sizin
ölkənizin əhalisinin dörddə üçü dəhşətli vəziyyətdədir. Kəndlilər
və fəhlələr bir sinif kimi məhv olmaqdadır. Onlar fiziki və
mənəvi baxımdan aşınır, məhv olurlar.
Həkim və ruhani, bu iki istedadlı yazıçı, yalan demirdilər.
Məsələyə birtərəfli yanaşmır, əsəbləri qıcıqlandırmağa ça-
lışmırdılar. Onlar yaşadıqları bölgənin gündəlik həyatını,
insanların məişətini, bütün cizgiləriylə, sakit şəkildə təsvir
edirdilər. Bu isə, həqiqətən, sarsıdıcı mənzərəydi. Oxucuların bir
çoxu deyirdi:
- Milyonlarla qardaşımızın belə faciəli vəziyyətə düşməsinə
nə üçün dözürük? Bu şəraitdə özünü cinayətkar sayırsan, susub,
kütləvi şərə tamaşa etmək, elə bu şərin iştirakçısı olmaq
deməkdir.
Başqaları dəhşətə gəlib soruşurdular:
- İnsanlar belə bir həyata necə dözürlər? Axı onlar heyvan
deyil, müqəddəs varlıqdırlar? Bu, Dantenin təsvir etdiyi
cəhənnəmdən də dəhşətlidir. Dantenin cəhənnəmində insanlar
törətdikləri günahlara görə cəzalanır, əzab çəkirdilər, bəs bu
insanların günahı nədir? Bir də, Dantenin cəhənnəmi
144
əvvəldən sonuna kimi şairin dahiyanə uydurmasından başqa bir
şey deyil, burada isə hər şey dəhşətli dərəcədə realdır, bütün
hadisələr gerçək olaraq baş verir.
“Kənd həkiminin xatirələri” əsərinin müəllifi xidmətə
başladığı gündən başlayaraq, qarşılaşdığı hadisələri qələmə alır.
Əvvəlcə o, tibb fakültəsini necə bitirməyindən, xidmət yerinə
hansı arzularla gəldiyindən söz açır. İndiyə kimi təmin olunmuş
bir həyat yaşamamışdı, uşaqlığı və gəncliyi ehtiyac içində
keçmişdi: kiçik bir şəhərdə, çəkməçi ailəsində doğulub
böyümüşdü. Həyatın hamının üzünə gülmədiyini yaxşı bilirdi,
lakin bununla belə, xidmət etdiyi bölgədə gördükləri onu bərk
sarsıtmışdı.
Təhkim olunduğu bölgəni gəzəndə, gördüklərinin qorxulu
bir yuxu, dəhşətli bir qarabasma olduğunu zənn etmişdi. Sanki
müasir dövrdən uzaq keçmişə, mağara insanlarının yaşadığı
zamana gedib çıxmışdı.
Əvvəlcə, təhkim olunduğu bölgənin bu faciəli vəziyyətinin
hansısa bir acı təsadüf və ölkə üçün istisna hal olduğunu
düşünmüşdü. Lakin yolu qonşu bölgələrə düşdükcə, eyni
mənzərəylə qarşılaşmışdı. Bəzi yerlərdə daha pis vəziyyət hökm
sürürdü. Hər yerdə ibtidai dövrlərə bənzər vəziyyət hökm
sürürdü.
Qayalıq yerlərdə yaşayan adamlar kobud yonulmuş və pis
hörülmüş daş daxmalarda yaşayırdılar. Qapılar alçaq,
pəncərələr kiçikdi. Evlərin damı və pəncərəsi yarıtmaz ol-
duğundan soyuq, yağış, qar evə dolurdu. Şüşə demək olar,
tapılmırdı, onun yerinə pəncərəyə əsgi və ya karton parçaları
yapışdırırdılar. Çox vaxt da şüşələrin yeri boş qalır, pəncərə
əvəzinə kiçik dəliklər açılırdı.
Soba boruları isə, ümumiyyətlə, yoxdu. Daşdan və gildən
hörülmüş ocaq yanır, qalxan tüstü bütün evə yayılır, sonra
145
isə yol tapıb damdakı dəlikdən çıxırdı. Evdəkilərin gözləri acışır,
tüstüdən boğulurdular. Ev avadanlığı hisə batırdı.
Adamlar eyni paltarda işləyir, yeyir və yatırdılar. İllərlə
yuyunmurdular. Döşəkağılarının yuyulmalı olması ağıllarına da
gəlmirdi. Adamları bit-birə basmışdı. Dəhşətli göz xəstəliyi -
traxoma geniş yayılmışdı. Çox tez-tez soyuqlayır və nəticədə
vərəm xəstəliyinə tutulurdular. Quyular və tualetlər yanaşı
olduğundan su çirklənir, yatalaq xəstəliyi üçün zəmin yaranırdı.
Uşaqlar arasında dizenteriya, dif- teriya, qızılca və çiçək tüğyan
edirdi. Ölən uşaqların sayı minlərlə hesablanırdı. Bütün əhali
xəstəlik içindəydi. Artım səviyyəsi düşmüşdü. Qidalanma pisdi,
əvəzində dəhşətli, eybəcər sərxoşluq hökm sürürdü. Lal-karların,
qozbellərin, korların, ağıldankəmlərin, əl-ayağı şikəst olanların
sayı-hesabı yoxdu. Hətta, cüzamlılara da rast gəlmək olurdu.
- Kəndə getmək adamı dəhşətə gətirir, - həkim-müəllif
yazırdı. - Öz yerinə, adamların, cəmiyyətin, mədəniyyət adlanan
anlayışın yerinə xəcalət çəkirsən. Haradasa, uzaqlarda, teatrlar,
musiqi, rəssamlar və yazıçılar, parlament və elmlər akademiyası
var, buradasa, milyonlarla insan cəhənnəmdə yaşayır deyə
düşünürsən.
Bir daxmaya girirsən - üç uşaq torpaq döşəmədə uzanıb
qızılca çıxarır. Onların arasında yenicə doğmuş qadın xəstəlikdən
inildəyir. Ata isə bərk sərxoş halda oturub. Ondan soruşursan:
Heç xəcalət çəkirsən? Evdə bu qədər xəstə canıyla əlləşir, əzab
çəkir, sən isə içib keflənmisən! Kefli ata mırıldanır: Sən özün
burada yaşamağı sınaqdan çıxart, içməsən ürəyin partlar. Bizim
həyatımızda içkisiz ötüşmək olmur.
Başqa bir daxmada fərqli mənzərə: ana vərəmin son
mərhələsini yaşayır, qanlı öskürək başlayıb, uzanıb, başını
146
yerdən qaldıra bilmir. Ata qızdırma içində sayıqlayır. Hər ikisi
yerdə, cır-cındırdan ibarət yataqda uzanıb. Onların arasında iki
qızcığaz, döşəmədə sürünürlər: birinin bir, o birinin iki yaşı var.
Hər ikisi canlı skeletdir.
Qonşulardan haray yoxdur: belə mənzərələrə öyrəşiblər,
üstəlik, onların da boğazdan yuxarı çətinlikləri var.
Haradasa, çiçək və ya yatalaq epidemiyası başlananda, ora
iki-üç həkim göndərirlər, əhali isə qəzəblə mırıldanır:
- Nə dezinfeksiya? Nə peyvənd? Bu Allahın göndərdiyi
bəladır! Uşaqları müalicə etməyin, qoy ölsünlər: barı aclıq
çəkməkdən canlan qurtarar. Siz böyüklərə kömək edin, bizi
sağaldın.
Az qala hər evdə sifilisə yoluxanlar, qotura tutulanlar,
suçiçəyindən, göz xəstəliyindən, xərçəngdən əziyyət çəkənlər
var. Bütün bunları gördükcə, əvvəl ümidsizliyə qapılırsan, sonra
yorulub küt bir laqeydliyə alışırsan. Belə bir vəziyyətdə, yeni
doğmuş qadının sərxoş ərinin dediyi kimi, ya içib keflənmək, ya
da özünü asmaq istəyirsən.
- Cənablar! - həkim-yazıçı şəhər əhalisinə, siyasətçilərə, elm,
incəsənət və mətbuat adamlarına müraciət edirdi. - Siz nə
vaxtacan gizlənqaç oynayacaqsınız? Vətənpərvərlikdən, xalqa
sevgidən, özünüzün mədəniyyətə xidmətinizdən dəm
vurursunuz, ancaq deyin görək, xalq üçün, vətən üçün,
mədəniyyət üçün nə edirsiniz? Bəziləriniz xaincəsinə, utan-
madan, alçaqcasına, cinayətkarcasma bu “əziz vətəni”, “sevimli
xalqı” çapıb-talayırsınız, sərvətlərini oğurlayırsınız. Bir
başqaları dəftərxanalarda və redaksiyalarda avaralanır, məktəb
və universitetlərdə məmurluq edirlər... və onların “sevimli
xalqına” mənsub olan milyonlarla insan çürüyür, eybəcərləşir,
içkiyə qurşanır, pis yollara düşür. Xalq təməlinədək dağılır.
147
Nə qədər gec deyil, ölkəni və xalqı xilas edin, - həkim- yazıçı
onlara çağırış edirdi. - Xalqın içinə gedin. Onları müalicə edin,
savadlandırın, tərbiyələndirin.
Onlara ev tikməyi və təsərrüfat qurmağı, torpaqda səmərəli
işləməyi öyrədin. Milyonlarla əhaliyə gigiyena, günəş, təmiz
hava, işıq, quru və isti mənzil verin. Onlara insan kimi yaşamağı
öyrədin. Kömək əlinizi uzadın.
- Dövlət, - kitabının sonunda həkim-yazıçı yazırdı, - böyük
ailə, xalq isə sizin kiçik qardaşlarınızdır. Onların dəhşətli həyatı
əhalinin yüksək təbəqəsinin biabırçılığı və cinayətidir.
Unutmayın: xalq uzun müddət dözə bilər, ancaq hər şeyin bir
sonu var. Xalq qəzəbdən vəhşiləşə bilər. Buna yol verməyin!
Ədəbi çevrələrdə həkim-yazıçının kitabı ətrafında uzun
müddət müzakirələr getdi. Lakin o, ictimai dairələrdə öz böyük
işini görmüşdü. Finlandiyanın səhiyyə təşkilatlarında öz
həmkarlarının kitabının az qala bütün səhifələrini araşdırıb
öyrənirdilər.
Bölgə rəhbərləri, icma nümayəndələri yığışıb bu kitabda
qaldırılan onlarla problemi həll etməyə başladılar. Müxtəlif
yerlərdəki vəziyyətlə bağlı mühazirələr hazırlanır, məqalələr
çap edilir, materiallar toplanırdı. Xalqın içində kök salıb
köhnəlmiş yamanlıqla bağlı davam edən sükut pozuldu, şəri göz
önünə çıxarıb insanların qarşısına qoydular.
Dostları ilə paylaş: |