Qrup: 1595 Fənn: Azərbaycan dili Müəllim


Gözlə əlaqə qurmağı unutmayın



Yüklə 213,17 Kb.
səhifə2/2
tarix11.12.2023
ölçüsü213,17 Kb.
#147461
1   2
Xaspolatova Məryəm 3 - Kopya

Gözlə əlaqə qurmağı unutmayın
G öz təması etmək, etibarlı bir insan olduğunuzu bildirir. Ancaq sosial sahəni keçməklə birbaşa digərinə baxmaq təhlükə qavrayışı da yarada bilər. Buna görə normal şəkildə gözlə əlaqə qurmağı unutmayın. Bu, dürüst, özünə güvənən və etibarlı bir insan olduğunuzun göstəricisidir.
Həqiqi bir əl sıxmağı həyata keçirin
Bədən dili qaydalarına görə əl sıxışarkən yaxşı təəssürat yaratmaq üçün çox vacibdir. Tədqiqatlar göstərir ki, əl sıxma bədən dilində ən vacib addımlardan biridir. Başqalarının əlini qısa müddətə və inamla, incitmədən sıxa bilərsiniz.
Nəfəs al və nəfəs aldıqca danış
Sağlam ünsiyyətin təməli düzgün nəfəs almaqdan keçir. Dərindən nəfəs almaq sakitləşdirici təsir göstərir. Bu şəkildə qan təzyiqimiz tənzimlənir və stress hormonumuz azalır. Bu, digər insanla mülayim bir ünsiyyət açarıdır.
Əllərinizi hərəkət etdirin və gizləməyin
Əllərinizi daim gizlətməyə çalışırsınızsa, bu ətrafda gərgin bir qavrayış yaradır. Şübhəli davranışı aşılamamaq üçün və söhbətlərinizi dəstəkləmək üçün əllərinizi hərəkət etdirin.
Dinləyərkən başınızla təsdiq verməyi unutmayın
Şifahi razılıq həmişə qarşılıqlı ünsiyyətdə antipatik təsir göstərə bilər. Başınızı silkələyərək təsdiq vermək çox vacibdir, çünki göz təması ilə dəstəkləyəcəksiz. Bu, digərinə “səni dinləyirəm” demək üçün başqa bir yoldur. Bu həm də təqdir və xoş bir söhbət olduğunun göstəricisidir. Ancaq bu hərəkət çox təkrarlanmamalıdır.
Tez-tez saata baxmayın
Biri ilə ünsiyyət qurarkən saata davamlı baxmaq qarşı tərəfə hörmət etmədiyiniz mənasına gəlir. Bu, digərinə “tez danış, çox vaxtım yoxdur” deməkdir. Bədən dili qaydalarına görə bu səbirsizlik nümunəsi əsla edilməməlidir.
Şişirdilmiş jestlərdən çəkinin
Şişirdilmiş mimikalar digər insanda güvən problemini yarada bilər. Kiçik və idarə olunanlara, şişirdilmiş mimikalara üstünlük verilməlidir.
Massaçusets Texnoloji İnstitutunun əlaqə vasitələri laboratoriyasının apardığı tədqiqatlar göstərib ki, hətta olduqca çətin görünən qeyri – verbal siqnallar işgüzar ünsiyyətin gedişində əslində nəyin baş verdiyi haqqında tam təsəvvür yarada bilər. Məsələn danışıqların müsbət və ya mənfi gedişi şüuraltı səviyyədə qəbul olunan faktorlardan çox asılıdır: sizin pozanız həmsöhbətinizin pozasına nə qədər uyğun gəlir, danışığın gedişində insan hansı dərəcədə fiziki aktivlik göstərir, fikir hansı tonda söylənilir və s. İnsanlar özləri də şübhələnmədən söhbətin gedişində alimlər mübadilə etdiyi sosial siqnalları qeydiyyata alan və analiz edən cihazın (sosiometr adlanan) köməyi ilə ilk iki dəqiqədə deyə bilərlər ki, danışıqlar, biznes planın təqdimatı və ya işə qəbul olmağa aid müsahibə nə ilə nəticələnəcək.
Fuksional Maqnit Rezonans Tomoqrafiyası (FMRT) qədər heç nə qeyri – verbal ünsiyyətə aid elmə bu qədər böyük töhvə verməyib. Bu üsulu istifadə edərək radiodalğaların və güclü maqnit sahəsinin köməyi ilə insanın daxili orqanlarının və toxumalarının dəqiq, detallı təsvirlərini almaq olar. FMRT xüsusi halda, baş beyinin xüsusi intensivlikli qan dövranının baş verdiyi və ya oksigen istifadəsi kəskin artdığı sahələrini aşkar etmək üçün istifadə olunur.
FMRT bizə imkan verdi ki, beyinin fəaliyyətinin prinsiplərini daha yaxşı başa düşək və xüsusi halda, qeyri – verbal kommunikasiya zamanı nə baş verdiyini aydınlaşdırmaqda kömək edir. Heç olmazsa tədqiqatlardan birini götürək ki, onun gedişində anlamaq mümkün olub ki, nə üçün gülümsəməklə müraciət edən insanlara qarşı simpatiyamız yaranır və nə üçün biz onları yaddaşımızda yaxşı saxlayırırq. FMRT – nin köməyi ilə alimlər sübüt edə biliblər ki, beyinin orbitofrontal qabığı (“həvəsləndirən mərkəzi”) insan gülümsəyən insanlar ilə tanış olduqda yüksək aktivlik göstərir və nəticədə onların adlarını yadında saxlayır.


Ədəbiyyat siyahısı:

  1. https://markzone.az/is-h%C9%99yatinda-b%C9%99d%C9%99n-dili/

  2. https://www.nkpi.az/index.php?page=addread&id=13590

Yüklə 213,17 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə