Qrup: 2004b tələbə: Əzimova Firuzə



Yüklə 91,35 Kb.
səhifə5/5
tarix12.05.2022
ölçüsü91,35 Kb.
#86836
1   2   3   4   5
Əzimova Firuzə oxu təlimi metodikası 2004B ll kurs-2

Oxunun ifadəliliyi

İbtidai siniflərdə oxunun mühüm keyfiyyətlərindən biri onun ifadəliliyidir. Oxunun ifadəliliyi həm anlayışın dərinləşməsi, həm də emosiyanın, təxəyyülün inkişafı, estetik zövqün tərbiyəsi üçün son dərəcə mühüm əhəmiyyətə malikdir. Parlaq, ifadəli oxu uşaqların diqqətini qavramalı olduqları başlıca fikrə cəlb edir, məzmunu tam aydın, obrazlı şəkildə çatdırır. İfadəli oxu prosesində oxucu əsərin ideya məzmununa daxil olmaqla obrazların, lövhələrin xarakter xüsusiyyətlərini açmalı, hadisələrə, qəhrəmanların hərəkətlərinə, daxili aləminə, müəllifin münasibətini, hisslərini dəqiq göstərməlidir.İfadəli oxu üçün şagirdlərə verilən ilkin tələblər aşağıdakı kimi olmalıdır:

1. Danışdığın kimi oxu.

2. Sadə və təbii oxu.

3. Oxuda durğu işarələrinin tələbini gözlə.

4. Sözləri aydın və düzgün tələffüz et.

5. Ayrı - ayrı adamların sözlərini oxuyarkən, hər şəxsin xarakterinə görə səsini dəyişdir.

6. Oxuduğun mətnin məzmununa uyğun olaraq, səsini ölç və lazım olan yerdə onu qüvvətləndirib-zəiflətməyi bacar.

7. Oxuduğun cümlələrdə yalnız fikrini deyil, eyni zamanda orada ifadə edilən hissləri də verməyə çalış.

8. Qrammatik, məntiqi və emosional vurğunu gözlə.

9. Oxu zamanı yalnız durğu işarələrinin tələbinə görə deyil, eyni zamanda mənaya görə də lazımi fasilələrə əməl et.

10. Oxu zamanı nəfəsini idarə etməyi bacar.



İfadəli oxu üçün şagirdlərin səviyyəsinə müvafiq verilən bu tələblər hər hansı bir mətnin oxunmasında irəli sürülməlidir. İfadəli oxuda müxtəlif hallar, hisslər, həyəcanlar (şadlıq, gəmginlik, təəccüb, qorxu və s.) verilir. Bir sıra halları nitqdə ifadə etmək şagirdlərə əvvəlcədən məlumdur. Şagirdlər öz adi danışıqlarında sorğu, yumşaq danışıq (incə söhbət), kobud cavab vermək, şıltaqlıq etmək və s. bu kimi hallarda intonasiyadan bacarıqla istifadə edirlər.Lakin daha mürəkkəb hiss və həyəcanları, məsələn, kinayə, istehza, zarafat, səmimiyyət və s.-ni ifadə etməkdə çətinlik çəkirlər. Buna görə müəllim şagirdlərə nitqdə olan bu mürəkkəb əhval-ruhiyyəni ifadə etməyi oxu dərslərində öyrətməlidir.İbtidai siniflərdə şagirdlərin ifadəli oxu üzrə ilkin vərdişlərə yiyələnmələri müəllimin özünün bu vərdişlərə necə yiyələnməsindən, şagirdlərə necə nümunə olmasından asılıdır.Oxunun ifadəliliyinin təmin edilməsi üçün ilkin şərt mətnin məzmununun şüurlu mənimsənilməsidir. İfadəlilik isə öz növbəsində şüurluluğu artırır. İfadəli oxu vərdişlərinin yaradılması müəllimdən səbirli, qətiyyətli olmağı, müntəzəm və sistemli iş aparmağı tələb edir. Şagirdlərin emosional, ifadəli nitqə yiyələnmələri üçün ilk növbədə nitq texnikası üzrə iş aparılmalıdır. ”Nitq texnikası”anlayışına oxu və danışıq prosesində tənəffüs, səs və diksiya daxildir.
Yüklə 91,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə