Ölkədə özəlləşdirmənin hüquqi bazasının formalaşması ciddi müzakirələr meydana çıxarmış,
müxtəlif elmi və siyasi qüvvələrin müdafiə etdiyi alternativ proqramlar paketi işlənilmişdir. Təbii
ki, dövlət sahibkarlığı 70 ildən artıq dominant olmuş və bu siyasəti dünyanın 25-dək
ölkəsində
reallaşdırmış ideologiyanın birdən-birə başqa yönə çevrilməsi, iqtisadi siyasətdə startegiyanın əks
istiqamətə - dövlətsizləşdirməyə yönəldilməsi müxtəlif çətinliklər yaratmaqla yanaşı, taktiki
məsələlərdə onu həyata keçirmək istəyənlər arasında ciddi fikir ayrılığına da gətirib çıxarmışdır.
Bu əsasda Rusiyada özəlləşdirmə ərəfəsində üç əsas konsepsiya işlənilmiş və müzakirəyə təqdim
olunmuşdur.* Birinci konsepsiya i.e.d. L.Piyaşevin rəhbərliyi altında radikal liberal iqtisadçılar
tərəfindən işlənilmişdir. Onun mahiyyəti bütün əmlakın bir hissəsini ləngimədən əvəzsiz, digər
hissəsini isə uzunmüddətli kreditlər formasında müəssisənin kollektiv istifadəsinə verməkdən
ibarət idi. *
Bu zaman hər bir müəssisə sərbəst şəkildə onlara çatan əmlakın bir hissəsini onu almaq arzusunda
olanlara satır və əldə etdiyi vəsait hesabına
kreditləri və faizləri ödəyir, inkişaf və modernləşdirmə
fondu yaradır.
İkinci proqramın konseptual əsasları holdinqlərin yaradılması ideyası üzərində qurulmuşdur. Bu
proqramın müəllifləri Rusiyanın Sənaye Nazirliyi ilə Ali Sovetin yanında Ali İqtisadi Şura hesab
olunurdu. Onların yanaşmasına görə, ölkədə bütün iri müəssisələr səhmləşdirilir, səhmlərin bir
hissəsi vasitəsiz olaraq dövlət əmlak fondunun timsalında hökumətin sərəncamına keçir, digər
hissəsi isə bir-biri ilə bağlılığı olan başqa müəssisələrlə, maliyyə təşkilatları arasında bölüşdürülür.
Səhmlərin yerdə qalan hissəsi bu zaman və ya müəyyən müddət ötdükdən sonra qiymətli kağızlar
bazarında satışa çıxarılır. Layihəyə əsasən istənilən halda dövlətin əlində keçmiş dövlət
müəssisələrinin nəzarət-səhm paketi gələcəkdə investisiya-holdinq
şirkətləri yaratmaq məqsədilə
saxlanılır.
Üçüncü proqram Rusiya Federasiyası Dövlət Əmlak Komitəsinin mütəxəssisləri tərəfindən
işlənilmişdir. Bu konsepsiyanın ətrafında mübahisələr özəlləşdirmənin metodları və müddətinə
görə yaranmışdır. Bu zaman müxtəlif yanaşmalar əsasında mülkiyyətin çoxsaylı özəlləşdirmə
üsulları təklif olunur və onların hər birinin tərəfdarları öz təklifinin üstün cəhətlərini önə çəkməklə
daha çox haqlı olduğunu əsaslandırmağa çalışırdılar. Ümumilikdə, belə üsulların sayı beşə çatırdı:
1) müəssisənin əmək kollektivinin mülkiyyətinə verilməsi;
2) mülkiyyətin bu və ya digər mexanizmlərlə bütün cəmiyyət üzvləri arasında
bölüşdürülməsi;
3) müəssisənin onu idarəedənlərin (direktorların) mülkiyyətinə verilməsi;
4) müəssisənin, xaricilər də daxil olmaqla, istənilən alıcıya bazar qiyməti ilə satılması;
5) eklektik yanaşma - bu metod özündə əvvəlki dörd üsulun ayrı-ayrı elementəri üzrə müxtəlif
kombinasiyaları birləşdirirdi.
Hər bir üsulun opponentlər tərəfindən tənqidi qiymətləndiril-məsi belə əsaslandırılırdı: birinci
üsulda effektivlik və sosial ədalət, ikincidə effektivlik çatışmır, üçüncü
və dördüncü üsulda da
sosial ədalətsizliyə yol verilir, nəhayət, eklektik yanaşmada birinci üsulda olduğu kimi həm
effektivlik və həm də sosial ədalət istisna edilirdi.
Təklif olunan üsullar arasında ideal variantın mövcud olmaması qiymətləndirmə meyarlarının
müxtəlif olması ilə izah oluna bilər.
Rusiyada özəlləşdirmənin bu və ya digər üsullarının seçilməsində mövcud qanunvericilik daha çox
texniki yanaşmalara üstünlük vermişdir. Belə ki, 1991-ci ilin iyunun 3-də RSFSR-in Ali Soveti
tərəfindən qəbul edilmiş "RSFSR-də dövlət və bələdiyyə müəssisələrinin özəlləşdirməsi haqqında"
Qanuna görə, özəlləşdirmənin üsularının seçilməsində əsas fondların dəyəri və məşğulluğun
səviyyəsi başlıca meyar hesab olunurdu. Bu isə problemin həllində "texniki" yanaşmanın
dominatlığını təsdiq edir. Nəticədə də müəssisənin fəaliyyətinin maliyyə-təsərrüfat və kommersiya
fəaliyyəti ilə bağlı göstəriciləri, eləcə də digər sosial aspektlər kənarda qalırdı. *
1995-ci ilin 1
yanvar tarixinə, özəlləşdirilməsi nəzərdə tutulan müəssisələrə edilən müraciətlərin
reallaşdırılmasına görə, Rusiyanın iqtisadi rayonları arasında ən yüksək göstəricilər Volqaboyu
(0,997), Volqa-Vyatka (0,992), Qərbi Sibir (0,971) rayonlarına məxsusdur.
Aşağıdakı cədvəldə 1993-1995-ci illərdə Rusiya özəlləşdirməsinin birinci və başlıca
mərhələsinədək yekunları 1993-cü illə müqayisəli şəkildə təqdim edirik. Cədvəl məlumatlarından
göründüyü kimi özəlləşdirmənin pik dövrü 1993-1994-cü illərə təsadüf edir. Belə ki, müəssisələrin
özəlləşdirilməsi üçün verilmiş ərizələrin sayı 1995-ci ildə 1993-cü illə müqayisədə 81,7%, o
cümlədən bələdiyə mülkiyyətli müəssisələr üzrə 79,8%, Rusiya Federasiyası subyektinin
mülkiyyətinə məxsus müəssisələr üzrə 85,2%, federal mülkiyyət üzrə 82,1% azalmışdır. Əgər
1993-cü ildə özəlləşdirmə də bələdiyyə və dövlət bölməsində çalışan 37,5 mln nəfərdən 11 mln.
nəfəri aktiv iştirak etmişdirsə, 1994-cü ildə müvafiq olaraq 30,6 mln nəfərə qarşı 7 mln, 1995-ci
ildə isə bu prosesə 25,2 mln nəfərə qarşı cəmisi 1 mln nəfər cəlb olunmuşdur. *
Başqa sözlə desək, özəlləşdirmə prosesində 1993-cü ildə dövlət
və bələdiyyə müəssisələrinin
işçilərinin hər üçündən, 1994-cü ildə hər dördündən, 1995-ci ildə isə hər iyirmi beşindən biri
iştirakçı olmuşdur. Bununla əlaqədar olaraq, dövlət və bələdiyyə müəssisələrində çalışanların sayı
1993-cü ildə 37,6 mln nəfərdən 1995-ci ildə 25,2 mln nəfərədək və ya 33 faiz azalmışdır. Eyni
zamanda iqtisadiyyatda məşğul olanların sayı həmin dövr üzrə 70,9 mln. nəfərdən 67,1 mln
nəfərədək (7%) aşağı düşmüşdür.
1996-cı ilin başlanğıcına olan statistik yekunlara görə, Rusiyanın bütün sənaye müəssisələrində
özəl və qarışıq mülkiyyət formasının payı 80 faizə çatırdı ki,
bu müəssisələrdə də sənaye
məhsulunun 89 faizi istehsal olunurdu. Özəlləşdirilən müəssisələrin hər üçündən birinin
işləməməsinə baxmayaraq, qeyri-dövlət bölməsində çalışanların məcmu məşğulluqdakı xüsusi
çəkisi 70%-dən çox idi. Sahələr üzrə mülkiyyət forması həddindən artıq kəskin intervallar üzrə
fərqlənirdi. Belə ki, əgər yeyinti, yüngül və tikinti materialları sənayesi üzrə hər 5 müəssisədən 2-
si özəl idisə, yanacaq-energetika kompleksində bu nisbət 10-dan 1-ə bərabər idi.
Həmin dövrə olan digər məlumata görə, özəlləşdirmə nəticəsində 26 mindən çox səhmdar
cəmiyyət formalaşmışdır ki, onun da 3000-ə qədəri qarışıq mülkiyyət formasında
fəaliyyət
göstərirdi. "Qızıl səhm" buraxılması yolu ilə 716 səhmdar cəmiyyətdə başlıca məsələlərin həllində
dövlətin nəzarəti saxlanılırdı. Ümumiyyətlə, dövlət mülkiyyətinin strukturu belə idi:
maşınqayırma müəssisələri -454 SC, yeyinti sənaye-285 SC, tikinti-239 SC və rabitə- 519 SC1
Rusiyada kiçik və orta müəssisələrin özəlləşdirilməsi prosesi nisbətən asan həyata keçirilmişdir.
1997-ci il fevralın 1-nə olan məlumata görə bütövlükdə ölkə üzrə 38600 - pərakəndə ticarət, 10400
- ictimai iaşə, 20509- məişət xidməti müəssisələri özəlləşdirilmişdir. Həmin tarixə özəlləşdirmiş