bütün müəssisə və digər dövlət mülkiyyətli obyektlərinin sayı 124.332-yə çatmışdır ki,
bu da bəzi
dövrlərdə orta aylıq göstəricinin 900 müəssisəyə qədər çatmasının nəticəsi olmuşdur.
Yanacaq-energetika kompleksi müəssisələrində aparılan struktur dəyişikliklərinin nəticəsində
onların şaquli-inteqral əsaslarla yenidən formalaşmasından sonra, dövlət bu sahədə nəzarət-səhm
paketini daha üç il müddətində saxlamağa qərar vermişdir ki, bu da Rusiya iqtisadiyyatının
mühüm sahələri üzrə dövlət nəzarətinin saxlanılmasının vacibliyindən irəli gəlirdi.
Rusiyada özəlləşdirmənin gedişi zamanı başlıca olaraq səhmlərin bölüşdürülməsinin dörd
üsulundan geniş istifadə olunmuşdur:
Birincisi, kommersiya müsabiqələri və hərracları vasitəsilə satış
üsuludur ki, bu, əsasən iri
olmayan müəssisələrin səhm paketinin hissə-hissə satışı zamanı tətbiq edilirdi.
İkincisi, müəssisələrin effektliyini yüksəltmək məqsədilə onun trast müqavilələri əsasında
idarəetməyə verilməsidir. Bu üsul özündə girov əməliyyatlarının modernləşdirilmiş variantını əks
etdirsə də, onun reallaşdırılmasından xəzinəyə vəsait daxil olması şansı verilən vədlərdən və
götürülən öhdəliklərə əməl edilmə dərəcəsindən asılı vəziyyətə düşürdü.
Üçüncüsü, mülkiyyətin borca və ya borcun əlavə emissiya yolu ilə ödənilməsinə görə yenidən
formalaşdırılmasıdır. Bu üsulun tətbiqi Federal büdcəyə regionlar arasında qarşılıqlı hesablaşma
yolu ilə silinən 5 trln. rublluq borca qənaət etmək imkanı yaratmış, habelə bir çox kreditorları
borclarını ödəməyə məcbur etmişdir.
Nəhayət, dördüncüsü, investisiya müsabiqələridir. Bu üsul özündə tələbin bəzi formalarının
məhdudlaşdırılmış variantını birləşdirərək, dövləti az mənfəət
müqabilində özəl kapital
qoyuluşlarını stimullaşdırmağa vadar edirdi. İnvestisiya öhdəliklərinin yerinə yetirilməsi üzərində
effektiv nəzarət mexanizminin mövcud olmamasına
baxmayaraq, hazırda yalnız belə üsullar tətbiq
etməklə alıcıdan real maliyyə qoyuluşları əsasında sahibi olduğu müəssisəni modernləşdirməyi və
onun fəaliyyətini səmərəli təşkil etməyi tələb etmək mümkündür.
Cədvəl məlumatlarından göründüyü kimi, 1995-ci ildə özəlləşdirilən müəssisələrin sayının
azalmasına baxmayaraq, daxil olan vəsaitlərin rus rublu ilə miqdarı 1993-cü illə müqayisədə 10,1
dəfə çoxdur. Bu inflyasiya ilə əlaqədar olaraq əsas fondların dəyərinin 1994-cü ildə yenidən
qiymətləndirilməsi ilə izah olunur.
Kütləvi özəlləşdirmə mərhələsindən sonra Rusiyada özəlləşdirmənin fərdi layihələr əsasında
aparılmasına üstünlük verilmişdir. Bu mərhələdə mülkiyyətdə struktur islahatlarının bu cür
üsullarla davam etdirilməsi artıq yeni prosesdə büdcəni doldurmaq üçün fiskal məqsədlə yanaşmanı
önə çıxarmışdır. Belə ki, yalnız 1998-ci ildə federal büdcə dövlət əmlakının satışından və onun
istifadəçilərinin icarə haqqı formasında ödənişlərindən 9400 mlrd. rubl əldə etmişdir. Bu vəsaitin
8100 mlrd. rublu dövlət əmlakının satışından, 1000 mlrd. rublu
federal səhm paketləri üzrə
dividendlərdən, 300 mlrd. rublu federal mülkiyyətin icarəsindən daxil olmuşdur.
Rusiya, kütləvi özəlləşdirmə proqramının geniş miqyaslı tətbiqi və bütün əhaliyə bu prosesdə
nəzəri cəhətdən iştirak imkanları yaratması ilə də fərqlənir. Rusiya kütləvi özəlləşdirmə modeli
müəssisələrin 80%-ə qədərinin özəlləşdirilməsi prosesini əhatə etmiş və 660-dan çox çek
investisiya fondlarının, eləcə də digər maliyyə institutlarının vasitəsilə demək olar ki,
bütün əhali
təbəqəsini əhatə etmişdir. 1992-ci il oktyabrın 1-dən Rusiyanın bütün vətəndaşlarına paylanan
vauçerlərin dövriyyə müddəti 1994-cü il iyunun 30-da bitmişdir. Nominal dəyəri 10 min rubl və
ya 30 dollar ətrafında olan özəlləşdirmə vauçerlərinin bazar qiyməti 0,08 dollarla 36 dollar
intervalında dəyişmişdir. Ölkədə həyata keçirilən geniş səhmləşdirmə zamanı səhmlərin 35 faizə
qədəri vauçer zəlləşdirilməsi vasitəsilə reallaşdırılmışdır.
Rusiyada kütləvi özəlləşdirilmə prossesində müəssisənin sıravi işçilərinə verilən güzəşt payının
maksimum həddi dünya praktikasında anoloqu olmayan səviyyəni xarakterizə edirdi. Belə ki,
burda səhmdar kapitalın bölüşdürüməsi zamanı işçilərin 51 faizə qədər güzəşt əldə etmək hüququ
var idi. Səhmləşdirmə ilə bağlı ötən fəsildə geniş müzakirə apardığımızdan, bu fəsildə yalnız
səhmdar cəmiyyətlərinin dinamikasını təqdim etməklə kifayətlənirik.
Aşağıdakı diaqramlarda kütləvi
özəlləşdirmədən dərhal sonra, yəni vauçer özəlləşdirilməsi başa
çatan kimi (1994-cü ilin iyul - avqust aylarında) və 1995-ci ilin sonu - 1996-cı ilin əvvəlində
səhmdar kapitalın strukturunda baş verən dəyişikliklər təqdim olunur.
1. Shmdar kapitalın strukturu
1. 1. Özəlləşdirmədən dərhal sonra
Dövlət - 20%
İnvestisiya fondları - 3%
Digərləri - 7%
Direktorat -19%
İşçilər - 48%
Müəssisədən kənar şəxslər - 3%
1.2. 1994-cü
il iyul-avquust
Dövlət - 9%
İnvestisiya fondları - 5%
Digərləri - 20%
Direktorat -15%
İşçilər - 43%
Müəssisədən kənar şəxslər - 8%
1992-1995-ci illərdə dövlət müəssisələrinin bazasında 29 min səhmdar cəmiyyət yaradılmışdır ki,
onlardan da yalnız 90-ı holdinq şirkəti formasında təşkil olunmuşdur. Növbəti səhifədə cədvəl
vasitəsilə Rusiyada dövlət müəssisələrinin özəlləşdirilməsi nəticəsində yaradılmış SC-lərin
dinamikası təqdim olunur.
Rusiyada səhmdar cəmiyyətlərinin formalaşmasının pik dövrü 1993-cü ilə təsadüf edir ki, bu da
kütləvi özəlləşdirmə modelinin tətbiqinin ilk ilində müəssisələrin vauçer
özəlləşdirilməsinə aktiv
münasibəti və eləcə də səhmdarların fəal iştirakı ilə izah oluna bilər. Bundan əlavə özəlləşdirmə
üsulları arasında səhmləşdirməyə üstünlük verilməsi və onun geniş miqyasda tətbiqi də
özəlləşdirilən müəssisələrin təşkilati-hüquqi formasını bu yöndə formalaşmasını
səciyyələndirmişdir.