87
Kəpəz. Qubadlı toponimləri silsiləsində Kəpəz
oronimini qeyd etmək yerinə düşər. Kəpəz dağının
adına P.Zeliniskinin qeydlərində də rast gəlirik. Kə-
pəz dağının paralellerinə Gəncə və Türkiyə ərazisin-
də rast gəlinir. Kəpəz sözü “acların dağı” mənasını
verir. Ə. Dəmirçizadə tərəfindən KAP komponenti
yurd, vətən, beşik mənasını verən türk mənşəli söz
kimi qəbul edilmişdir. “Qacaq Nəbi” dastanında da
KAP/kep kimi işlənmişdir. Qayalıq, daşlıq çalarına
malik yurd yeri.
Qayalı. Qarabağ yaylasında, rayon mərkəzindən
7 km şimalda, Bazarçayın sol sahilindən 2 km ara-
lıda yerləşən kənd. Kəndin qədim adı Qarıkahası
olub. XIX əsrdə Zəngəzurun Sisyan rayonunda möv-
cud olmuş Qayalı kəndindən zəirxanlı, alıxanlı,
eyvazlı və xələfli nəsilləri köçüb burada məskunlaş-
dıqdan sonra kənd Qarakahalı, Qayalı adlanmışdır.
Bir müddət keçəndən sonra kəndin adındakı Qarıka-
halı komponenti ixtisara düşmüşdür. Azərbaycanda
"qaya" termini ilə bağlı çoxlu oronimlər mövcuddur.
Toponimləri: Şirin bulaq, Şor bulaq, Kollu dərə,
Qızıl qaya, Qaban dərəsi, Maral dərəsi, Böyük
quzey, Qara qaya, Boğazısəpməz, Səbətkeçməz,
Düyü torpağı, Kəklik bulağı, Yazı düzü, Cavanşir
türbəsi, Orta əsr qəbiristanlığı.
"Qaya" sözü "sıra dağlardan ayrılmış qol", "dağ-
ların müəyyən hissəsində daş süxurlardan olan çətin
88
keçilən yer" mənasındadır. Qayalı toponimi "qaya"
və "-lı" komponentlərindən ibarətdir. Qaya müsbət
relyef mənası bildirən termindir. Kənd ərazisindəki
qayalarda çoxlu mağaralar da olmuşdur. Kəndin Qa-
yalı adlanması, çox guman ki, ərazinin qayalıq
olması ilə əlaqədardır. Kənd əhalisi heyvandarlıq,
taxılçılıq və tütünçülüklə məşğul olurdu.
Qaraqoyunlu. Dağətəyi ərazidə yerləşən kənd.
Yerli məlumatlara görə, təxminən XVIII əsrdə Xan-
qaraqoyunlu kəndindən (indiki Bərdə rayonundakı
Qaraqoyunlu kəndi) ayrılmış ailələr əvvəlcə Şayıflı
kəndinin (Zəngilan rayonu) yaxınlığında Xanyeri
deyilən yerdə məskunlaşmış, sonra isə indiki yerə
köçərək Qaraqoyunlu kəndini salmışlar. Köçəri türk
tayfalarından olan qaraqoyunlular 24 tirədən ibarət-
dir. Qaraqoyunlular 1410-cu ildə Azərbaycan Qara-
qoyunlu dövlətinin əsasını qoymuşlar. 1468-ci ildə
Ağqoyunlu dövləti bu dövlətin varlığına son qoydu.
XV əsrin sonlarında qaraqoyunluların bir hissəsi –
qızılbaş tayfalarının tərkibinə daxil olublar. Qaraqo-
yunlular baharlı, qaramanlı, dilağarda, düyərli, al-
pout, hacılı, cəyirli, bayramlı tayfalarından ibarət
idilər.
Toponimləri: Ağalı düzü, Qanqallı dərə, Çiyçiyə
dərəsi, Kum dərəsi, İstiotlu dərə, Emincan, Sofu piri,
Kəhriz.
89
Qarağac. Həkəri çayı sahilində, dağlıq ərazidə
yerləşən kənd. Əsl adı Qaraağaclıdır. Qarağac
toponimindəki "qara" sözü "böyük" mənasını daşı-
yır. Yaşayış məntəqəsi Qarağaclı adlı yerdə salındığı
üçün belə adlanmışdır. Sonralar bu toponimin tərki-
bindəki -lı şəkilçisi düşmüşdür. Kəndin yerləşdiyi
ərazidə qara ağacın müxtəlif növlərinə rast gəlmək
olar.
Toponim adını bu ağacdan almışdır. Tərtərdə,
Sabirabadda və Cəlilabadda da Qarağac adlı kəndlər
var.
Qaraimanlı. Həkəri çayının sahilində, dağətəyi
ərazidə yerləşən kənd. Qaraimanlı (Qaramanlı) yaşa-
yış məntəqəsini XIX əsrin sonlarında Qara İman adlı
şəxs saldığına görə kənd belə adlanmışdır. Kəndin
şərqindəki qışlaq yeri də Qara İmanlı qışlağı adlanır.
Toponim çox ehtimal ki, türk- dilli qaraman tayfa-
sının adı ilə əlaqədardır. Qaraimanlı (Qaramanlı)
adındakı "qara" sözü cəsarət, igidlik bildirir. Qara-
manlar Səlcuq sultanı Toğrulun zamanında (1038-
1063) əvvəlcə Anadoluya, buradan da başqa yerlərə,
o cümlədən Azərbaycana yayılmışlar. Onların XII
əsrdə Azərbaycana şimaldan gəlmələri fikri də möv-
cuddur. Qaramanlar varsaq, qara, quşdəmir, isa və
kosun qollarından ibarətdir. XV əsrdə Cənubi Azər-
baycanda yaşamış qaramanlar qızılbaş tayfalarından
biri olmuşlar. Səfəvi şahları bu tayfaya hərbi
90
xidmətlərinə görə Azərbaycanda çoxlu müxtəlif yer-
lər, torpaqlar vermişlər.
Qaramanlı Kiçik Asiyada yaşayan türk tayfası-
dır. Onlar Azərbaycana XIII əsrin I yarısında
gəliblər. Qaramanlar oğuzların salğur tayfa birliyinə
mənsubdurlar. Onlar səlcuq sultanı Toğrulun zama-
nında Anadoluya gələrək burada müstəqil Qaraman
bəyliyi yaradıblar. Azərbaycandakı qaramanlar
azərbaycanlıların etnogenezində iştirak ediblər.
Qaraqoyunlu hökmdarı Qara Yusifin qoşun başçısı-
nın adı Qaraman olub. Qarabağın hakimi Yarəhməd
(XIV əsr) qaramanlı tayfasındandır. Səfəvi ordusun-
da qaramanlı bəyləri də vardır.
Qaramanlı tayfası öz adını Şeyxin oğlu Nur-Sofi
Qaraman tərəfindən Anadoluda səlcuq sultanlığının
süqutundan sonra yaranan müstəqil Qaramanlı bəyli-
yindən almışdır. 1471-ci ilə qədər oranı 7 hökmdar
idarə edib. Həmin bəyliyin bəzi sakinləri oranı tərk
edib Azərbaycana gəlmiş və tayfalarının adı ilə bir
neçə kənd salmışlar. Qaramanlı sözü Azərbaycan
toponimiyasında omonim yer adlarındandır. Qara-
man adlı kənd Göyçay və Yevlax rayonlarında da
var. Ağdam rayonu ərazisində Qaramandağ adlı dağ
mövcuddur.
Toponimləri: Şor bulaq, Sarı aşıq da Qaraman
tayfasındandır. Qaramanlı bulağı, Şir təpə, Mahmud-
lu bağı, Yazı düzü .
Dostları ilə paylaş: |