Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə18/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   14   15   16   17   18   19   20   21   ...   51

 
 
79 
lıqpəyə adlı  kəndlər də mövcuddur. Xan titulu 
Azərbaycan toponimlər sistemində bir sıra vahidlərlə 
mühafizə olunmuşdur (Xanlıq, Xankəndi, Xanbulaq 
və s.). 
 
Xallava.  Bəzi mənbələrdə  Xəliloba kimi veril-
mişdir. Dağətəyi  ərazidə yerləşir. Rayon mərkəzin-
dən 14 km aralı  dəniz səviyyəsindən 1380 m  hün-
dürlükdədir.  
Tədqiqatçıların dediklərinə görə, “Xallava” topo-
nimi təhrifə uğramışdır. 1979-cu ildən rəsmi sənəd-
lərdə Xallava və yaxud Xanlava kimi verilmişdir. 
Bəzi fikirlərə görə, Xal Kürd dilində yer,  Lava isə 
sahildir. Başqa  fikirlərə görə isə “Xan” ev,  məkan 
mənasında Lava kompleksinin birləşmələrindən 
əmələ gəlmişdir. Birinci formada “sahildə yer”, ikin-
ci formada “sahildə məkan” mənasında verilmişdir.  
Toponimləri:  Dəfnədalı bulağı, Nəcəf bulağı, 
Xallava çayı, Quru bulaq, Qurdlu bulaq, Salavat 
dağı (Dağda köhnə  kəndin Dağqışlağın  qalıqları  və 
orta  əsrlərə aid qəbiristanlıq) yerləşir. Qara qaya 
kahası, Nəcəfin kahası, Nəsibin kahası, Şükürün ye-
ri, Məhərrəm yerləri, Dağdağanlar piri, Təndir 
palıdın yanı,  
Qarqışlaq. Ölü kənd. Bəylik olmuşdur. Hörmət-
li ziyalımız iqtisad elmləri doktoru Həbib Şirinovun 
doğulduğu kənddir. Bu gün kəndin qalıqları 
qalmaqdadır.  


 
 
80 
Toponimləri:  İsti bulaq, Güllü bulaq, Qarqışlaq 
çayı, Sınıq məscid, Köhnə qəbiristanlıq, Qoç daşlar, 
Sandıq qəbir,  Əli  bulağı, Tut bağları, Alma bağı, 
Cəvizlik, Dəyirmanın yanı, Sarılıq,  İldırım vuran, 
Yolaşan, Cəbə, Yastan yeri. 
 
Xıdırlı.  Bərgüşad çayının sol sahilində  dəniz 
səviyyəsindən  1004  m hündürlükdə, rayon mərkə-
zindən 10 km-də yerləşir. Keçən əsrin ortalarına aid 
mənbələrin birində Mişovdağın ətəyində Xıdırlı adlı 
46 tüstüdən ibarət bir elatın yaşaması (CHMPU 6), 
həmin  əsrin 80-ci illərində isə Cavad qəzasında 
eyniadlı 54 ailədən ibarət yarım köçəri köçün olması 
(Alifin s. 386) qeyd edilmişdir ki, bu da göstərilən 
yaşayış  məntəqəsinin yerləşmə  ərazisinə uyğun gə-
lir. Görünür, hər iki məlumat eyniadlı tayfaya aid 
olub, onlar oturaqlaşaraq bir neçə yerdə  Xıdırlı 
yaşayış məntəqələrini yaratmışlar.  
Yerli məlumatlara görə, Xıdırlı  kəndini Məhər-
rəm, Həsən, Xıdır adlı şəxslər salmışlar.  
Hazırda kəndin sakinlərinə  Məhərrəmlilər, Hə-
sənlilər, Xıdırlılar nəslindən olanlar deyilir.  
Toponimləri: Qara dərə, Həsən dağ, Yazı düzü. 
Ağdam rayonunda Xıdırlı  kəndi, Salyan rayo-
nunda Xıdırlı kəndi və Xıdırlı palçıq vulkanı, Dəvəçi 
rayonunda Xıdırzində kəndləri var.  
 


 
 
81 
Xəndək.  Həkəri çayının sol sahilində dağətəyi 
ərazidədir. Rayon mərkəzindən 25 km aralıda dəniz 
səviyyəsindən 850 m hündürlükdə yerləşir. Yaşayış 
məntəqəsi vaxtilə cənubi Azərbaycana Xəndək kən-
dindən gəlmiş Hacı  Məmməd adlı  şəxsin saldığına 
görə belə adlandırılmışdır.  
Tədqiqatçılar toponimin mənasını X əsrdə  Səl-
cuq oğuzlarına qoşularaq orta Asiyadan gəlmiş Xan-
dək adlı türkdilli tayfanın adı ilə izah edirlər.  
Toponimləri: Sulu dərə, Yazı düzü. 
Şəki rayonunda Kandak, Gürcüstan ərazisində 
Aşağı  Xəndək, Yuxarı  Xəndək, Dəvəçi rayonunda 
Xəndək kəndləri var.  
 
Xocik.  Həkəri çayının sahilində yerləşir. Kənd, 
rayon mərkəzində  şimal tərəfə  25 km məsafədə, 
Laçın-Bakı  şosesinin üstündə, dəniz səviyyəsinin 
836 m hündürlüyündədir.  
Kənddə qədim abidələrin, yaşayış yerlərinin qa-
lıqları  və  qədim qəbiristanlıq var. Tədqiqatçıların 
verdikləri məlumatlara görə, kəndi Cənubi Azərbay-
canın Xocik kəndindən gələn sakinlər salmışlar. 
Xocik toponimi Xoca sözündən olaraq “Kiçik tica-
rət” anlayışını verir.  
Toponimləri: Qoşa çinar, Xocik piri, Yol qəbiris-
tanlığı, Qara güney, Qanlı yal, İldırımçaxan, Nazı-
ölən.  


 
 
82 
Xocahan.  Həkəri çayının sahilindədir. Rayon 
mərkəzindən 22 km məsafədə, dəniz səviyyəsindən 
726 m hündürlükdədir. Həkəri dəmir yolu stansiya-
sından 12 km aralıdadır. Ümumi sahəsi 2540 hektar-
dır. Kəndin adı Xocalar, “xocaların məskunlaşdığı 
yer” mənasındadır. Kənd tarixən bölgənin mərkəzi 
olmuşdur. Toponim Xoca komponentindən  əmələ 
gəlmişdir. Orta əsrlərdə din və yüksək ticarətlə məş-
ğul olan insanlara “Xoca” deyə müraciət edirmişlər. 
Toponimin tərkibində olan “-an” şəkilçisi məkan və 
cəmlik mənasındadır.  
Toponimləri: Həmid ağa ziyarətgahı, Əjdaha də-
rəsi, Umud kahası, Madar dərəsi, Quzey bulağı, 
Qurd dərəsi, Tülkü dərəsi, Sarı yamac, Kaha dərəsi, 
Uzun dərə,  Əjdaha daş, Köhnə  qışlaq, Niftalı  dərəsi, 
Süpürgəli dərə, Məsəli bulağı. 
Zəngəzur  ərazisində  məşhur bazarlardan biri Xo-
cahan bazarı olmuşdur. Hətta, İran ərazisində yaşayan 
insanlar o bazara gələrmişlər. Qafanın Keypəşin kən-
dinin sakinləri Xocahanlıların törəmələrindəndir. Bu-
nunla bağlı 1772-ci ildə tərtib edilmiş Gəncə-Qarabağ 
əyalətlərinin müfəssəl dəftərində göstərilmişdir. 
 
Xələc. Bərgüşad çayının sahilində, dağlıq ərazidə, 
Qarabağ silsiləsində yerləşən kənd. Yaşayış məntəqə-
sinin adı türkdilli oğuz-xalac tayfasının adı ilə bağlıdır. 
Xalaclar erkən orta əsrlərdə Amu-Dərya çayının cənub 
sahilində yaşamış oğuz tayfalarındandır. Ərəb xəlifə-


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə