91
Qaralar. Yazı düzündə yerləşən kənd. Qaralar
toponimi Qara şəxs adından və -lar şəkilçisindən
ibarətdir. "Qaranın nəslindən olanlar, qaragillər"
mənasını bildirir. "Qara" türkcə "böyük", "lar" isə
cəm şəkilçisidir. Toponim "böyüklər" mənasındadır.
Ta qədimdən bu yerlərdə yadelli qəsbkarlara əyilmə-
yən cəsur insanlar yaşayıblar. Qaralar kəndində
Hinduverd burnu adlanan qalanın qalıqları vardır.
Babəkin bu yerlərdə böyük cəbbəxanaları olub. Qara
ilə Həkəri çayını birləşdirən yeraltı yolun xaraba-
lıqları da Qaralar kəndindədir. Kənddə qazıntılar za-
manı müxtəlif dövrlərə aid rəngli küplər üzə çıxmış-
dır. Bəzi məlumatlara görə, Qaralar Cənubi Azər-
baycanın Kəbirli kəndindən gələn nəslin adıdır.
İmişli, Sabirabad və Tovuz rayonlarında da Qaralar
adlı kənd var.
Toponimləri: Hundverd qalası, Xan bulağı, Üç
qardaş piri, Gülablı bağı, Quşqonan dağı, Böyük göl,
Kalbaşahgəldinin bağı, Sarı dağ, Düz qaranlıq, Əyri
dərə, Salman dərəsi, Rəhimin bağ yeri, Məmişin
çaylağı, Məsdalının dombası, Həsənin bağ yeri,
Muxdarın bağ yeri, Həmzə yeri, Çay arası, Hacıcəfər
yeri, Tülkülük, Kalbasadıxın bağı, Allacının şamı,
Qəmbərin yeri, Bəylərin iydəliyi, Alyarın payı,
Hökümətin yeri.
Qaracallı. Rayon mərkəzindən 15 kilometr
şimal-şərqdə, Həkəri çayının sağ sahilində, dağətəyi
92
ərazidə yerləşən kənd. Kəndin adı XVIII əsrdə
Naxçıvandan Qarabağlı Pənahəli xanın Qarabağa
köçürdüyü kəngərlilərin Qaracallı tayfasının adı ilə
əlaqədardır. Sonralar Qarabağda yaşamış qaracallılar
müxtəlif rayonlara yayılmış, Qaracallı adlı bir neçə
yaşayış məntəqəsi bina etmişlər. Bəzi məlumatlara
görə, türkləşmiş kürdlər qaracallı, yaxud qaraçorlu,
bərgüşad, bəxtiyarlı və kürd tayfalarına məxsusdur.
Qubadlının Qaralar və Qaracallı kəndlərində də belə
türkləşmiş kürdlər yaşayırdılar. Onlar öz doğma
dillərini yadırğamışlar. Ucar, Xaçmaz və Cəbrayıl
rayonlarında da Qaracallı adlı kəndlər vardır.
Toponimləri: Humay qayası, Çoban taxtı, Qor-
xunc dərə, Qala dərəsi, XVIII əsrə aid qəbiristanlıq,
Üç ağız.
Qədili. Rayon mərkəzindən 25 km şimal-qərbdə,
dağətəyi ərazidə yerləşən kənd. Qədim adı Qarapə-
rilər olub. Qədili toponimi Qədirli nəslinin adı ilə
bağlıdır. Səlcuq qəbilələri Azərbaycanda 130-dan
çox kənd bina etmişlər: Qədirli, Şahsevən, Muradlı,
Təkə, Uduqlu, Boyadəyəli və s.
Toponimləri: Məmməd bulağı, Abbaslı bulağı,
Əzizli bulağı, Pircan dağı, Topa dağ, Ağ dağ, Təyə
dərə, Uzun dərə, Quru dərə, Yelpik dərə, Yal təpə,
Göy təpə, Ağ təpə, Sarı təpə, Qızıl qaya.
Qiyaslı. Dağətəyi ərazidə yerləşən kənd. Yaşayış
məntəqəsi Nehrəm kəndindən (Naxçıvanın Babək
93
rayonu) gəlib. Əvvəlcə Altınca Qiyaslı kəndində
məskunlaşmış, sonra onların bir hissəsi ayrılaraq
Qiyaslı kəndinin indiki yerinə köçüb yurd salmış,
qiyaslı nəsli tərəfindən bina edildiyi üçün kənd belə
adlanmışdır. Bəzən onu Altınca Qiyaslı, yaxud da
Narlı Qiyaslı adlanan yaşayış məntəqəsindən (indiki
Altınca) fərqləndirmək üçün kəndə Aşağı Qiyaslı da
deyilir. Ağdam, Ağsu, Xanlar rayonlarında da Qi-
yaslı adlı kəndlər var.
Toponimləri: Muncuqlu düzü, Şor dərə, Xanım
qız piri, Narlı dərə.
Qundanlı. Bərgüşad çayı sahilində, dağətəyi
ərazidə yerləşən kənd. Bu toponim Qundanlı nəsli-
nin adı ilə bağlıdır. Kəndin əvvəlki adları Qundanlı
Müskanlı, Daşaltı, Əzizobası, Şərəfli olub (1917-ci
ilə qədər).
Toponimləri: Kuyal, Dərbənd, Ağ dərə, Araşqın,
Çömçəli dərə, Daqan düşən, Saldaş, Qaya arası,
Ərəb yurdu, At ağlı, Mayak dərə, Qaya bulağı, Bərk
dağı, Tərlan dağı, Vəli düzü, İsti su, Qaya arası,
Balban təpə, Baş bulaq, Sarı yoxuş, Gülmalı adası,
Hüseynin quyuluğu, Sabir bulağı, Cəvizli bulaq,
Qurdbulaq, Köhnə qalaçalıq.
Qilican. Həkəri və Bərgüşad çaylarının birləşdiyi
ərazinin sağ sahilindədir. Rayon mərkəzindən cənub
şərqdə 21 km-liyində dəniz səviyyəsindən 728 m
94
hündürlükdə yerləşir. Kəndi kənarlardan Bərgüşad
dağ silsiləsi əhatə edir. Ərazidən Həkəri Qubadlı
şosesi keçir. Stansiyaya qədər olan məsafə 14 km-
dir. Yaşayış məntəqəsini yaxın kənddən gəlmiş
seyidlər salmışlar. Həmin ərazi köhnə yurd yerləri
olmuşdur. Tədqiqatçılar Qılıcan toponimini Qılıclı
(Kəlicli) Türk tayfalarının adı ilə əlaqələndirirlər.
Toponimləri: Kaha dərə, Qışlaq, Vəlibəy əkən,
Çinli dərə, Top çinar, Daş götürən, Köhnə qışlaq,
Əncirli, Saqqızlıq, Nüslət bulağı
Qəzyan. Bərgüşad çayının sağ sahilində, dağlıq
ərazidədir. Rayon mərkəzindən cənubda rayonun
9 km-də dəniz səviyyəsindən 750 m hündürlükdə
yerləşir. Kəndin içərisindən Qubadlı–Həkəri şosesi
keçir. Qazian qazi olanlar, küfrlərə qarşı döyüşmələr
mənasındadır.
Onu da qeyd edək ki, Teymur Muskanlı kəndinin
yaxınlığında XVIII əsrin sonlarına qədər Pir Qəzyan
kəndi olmuşdur. Bu günə qədər həmin kəndin qalıq-
ları, kahaları, bağları və qədim qəbiristanlığı qalmaq-
dadır. Əhalisi təqiblərə məruz qalaraq kəndi tərk edib,
Təbriz şəhərinə köçərək orada sakinləşmişlər.
Qəzyan kəndi Milli Qəhrəman Əliyar Əliyevin
və yazıçı Cəlal Bərgüşadın doğulduğu kənddir.
Toponimləri: Aşağı Qaravun, Yuxarı Qaravun,
Nəbi darı, Molla Məhərrəm düzü, Su arxı, Papaqlı
Dostları ilə paylaş: |