179
hissəsidir. Araz çayının Füzuli rayonu ərazisindən
başlayaraq Cəbrayıl rayonunun Sirik, Qubadlı
rayonunun Saray (Yazı düzü), Poladlı, Xocamusaxlı,
Çardaxlı, Zəngəzurun müasir Ermənistanın ərazi-
sində qalan Qala boyu ərazilərindən keçərək, Naxçı-
vanın Əlincə qalasınadək və oradan da Türkiyə
sərhədlərinədək uzanan vahid bir mühafizə sistemi-
dir. Keşik-mühafizə qalaları görüş dairəsi prinsipinə
uyğun qurulmuşdur. Yəni 1-ci qaladan 2-ci, 2-cidən
3-cü və s.mütləq görünməlidir. Qalaların yuxarıda
adları çəkilən kəndlərdəki qalıqları da bunu sübut
edir. Həm də əlçatmaz sərt qayalar üzərində qurulan
bu sistemdəki ocaq yerləri göstərir ki, bir qaladan
digərinə siqnallar od qalamaqla, işıq-tüstü sistemi
vasitəsilə ötürülmüşdür “Dədə-Qorqud” filmində
deyildiyi kimi.
Azərbaycan Respublikasının, eləcə də tarixi Qər-
bi Azərbaycan ərazisindəki qədim qəbiristanlıqlarda
daşdan yonulmuş at, qoç heykəlləri çoxdur. Bunlar
islamdan əvvəlki dövrə aid abidələrdir. Belə daş
heykəllər Qubadlı rayonunun Qaracallı, Abdalanlı,
Mahmudlu, Mollu, Novlu kəndlərinin ərazisində də
vardı.
Elmdə qoç, at, qartal heykəllərinin mənası
düzgün başa düşülmədiyindən bunlara sovet dövrün-
də ermənilər sahib çıxmağa cəhd göstərmişlər. Çox
vaxt onları ərazilərimizdən oğurlamışlar. Əslində
180
bütpərəstlik dövrünün simvolları olan bu heykəllər
ulduz bürclərinə sitayişlə bağlıdır. Yəni at bürcü
(Peqas) və qoç bürcünün simvolları olan bu cür
heykəl-simvollar, inama görə, axirət dünyasında
insanları müşayiət edən varlıqlardır.
Qoç heykəllərinin daha çox yayılması yaranışın
başlanğıcının, yəni mart ayının 21-nin o dövrdə Qoç
bürcünə təsadüf etməsi ilə bağlıdır.
Qaravul Təpə. Dəmirçilər kəndindədir. Ərazi-
dən çox yerlər müşahidə olunduğuna görə qaravul
məqsədilə seçilmişdir.
III. 1. Qubadlı toponiminin mənşəyi haqqında
Qubadlı toponiminin yaranması və etimologiyası
ilə bağlı müxtəlif fikirlər vardır. Qubadlı yer adına
ilk dəfə İkiçayarası (Mesopotomiya) bölgəsindəki
mixi yazılarda rast gəlinir. Azərbaycan Respublikası
ərazisindəki Qubadlı toponiminin və İkiçayarası
Qubadlı şəhərinin adındakı eynilik onların eyniköklü
olduğunu söyləməyə əsas verir.
Qeyd etmək lazımdır ki, Qubadlı rayonunun
daxil olduğu Zəngəzur ərazisi Xürrəmilər hərəka-
tının əsas mərkəzlərindən biri idi. Babəkin başçılıq
etdiyi qoşunun əsas hissəsi vaxtilə Azərbaycanda
yaşayan yerli türk tayfalarından toplanmışdı. Bütün
yazılı qaynaqlarda qeyd edilir ki, həmin türk
181
tayfaları həmişə öz döyüşkənliyi ilə fərqlənmişlər.
Bu, Qubadlı əhalisinin türk əsilli olduğunu sübut
edən danılmaz faktdır.
Qubadlı adının Qızılbaş-şahsevən tayfaları ilə
bağlılığına dair fikirlər də mövcuddur. Mənbələrə
əsasən, onların burada məskunlaşması Səfəvi şahı
Şah I Abbasın buraya səfəri dövrünə təsdüf edir.
Həmin dövrdə Şahsevən tayfası Azərbaycanın hər
iki hissəsində (əsasən Muğan düzündə) yaşayırdı.
M.V.Vəliyevin (Baharlının) yazdığına görə Şah-
sevən tayfalarının Bəydili nəsli var idi. Bəydili
nəslinin tərkibində Cilovlu, Cəyirli, (Çakırlı) və
Kobadlı oymaqları yaşayırdı.
Mənbələrin təhlili nəticəsində “Kobatlı” Qubadlı
yer adının Bəydili nəsli ilə əlaqələndirilməsi bu tor-
paqların bilavasitə türk yurdu olduğunu bir daha təs-
diqləyir, çünki Bəydili Oğuz xanın Yıldız xandan
olan nəvəsi idi.
Qısıraq əfsanəsi. Ölkənin padşahının qızı xəstə-
lənir. Padşahın vur-tut bir qız övladı var idi.
Loğmanlar çağrılır, heç bir nəticəsi olmur.
Padşah elan edir ki, qızımı kim sağaltsa, onu
dünya malı ilə qane edəcəyəm.
Bir gün şahın elçi daşında bir qocanın oturdu-
ğunu götürürlər. Sən kimsən? Mən padşahı görmək
istəyirəm, Padşaha qocanı göstərirlər. Görün qoca nə
istəyir. Qoca cavab verir: - Mən heç nə istəmirəm.
182
Padşahı görmək istəyirəm. Bir də gəlişimin məqsədi
odur ki, padşahın qızı xəstədir, icazə versə, ona
baxaram.
Qoca dediyini padşaha çatdırırlar. Qocanı yanına
çağırır: Qızımı müalicə etsən, səni dünya malı ilə
qane edərəm.
Qoca qıza baxır, padşaha deyir ki, qızının dərma-
nı var, dediklərimi tapsanız, qızınız sağalar. Qızını-
zın dərmanı Qız südü, qısıraq suyu, dəvə buynuzu,
yumurta tüküdür.
Ancaq mən bunlardan qısıraq suyunu tapıb
gətirərəm. Qoca həmin sudan gətirir. Ancaq qıza bu
sudan verin yaxın zamanda qız xəstəlikdən qurtular.
Günü-gündən xəstə qız yaxşılaşır. Qısıraq bulağı
Çardaxlı kəndindədir.
Qala boynu. Qədim qalalardan biridir. Qurd-
qalaq kəndinin yaxınlığında olan meşəlikdə Çayzəmi
ilə Ağa çayının üstündə olan sıldırım qayalığın çox
hündür yerində olan qədim bir tikilidir. Bəhlul Beh-
cətin 1938-ci ildə nəşr olunmuş “Qaçaq Nəbinin
tarixi” əsərində bu qalanın Nəbinin dəstəsinin sığı-
nacağı olduğu qeyd edilir. Nəbinin atının bağlandığı
yer, arpa verdiyi axur da son illərə qədər qalırdı.
Qurd qaya. Yuxarı Cibikli kəndinin Türklərin
totemi olan Qurdların yaşadığı qaya kimi mənalan-
dırılır. “Qaçaq Nəbi tarixi” əsərində Qurd qayasının
183
adı çəkilir. Rayonun bir neçə ərazisində qurdla bağlı
etonimlər təkcə qurdu yox, həm də kəngərlərin
Qurdlar tayfasının adı ilə də bağlılığını bizlərə deyir.
Türkün qayası mənasındadır. Qurd dərə, Qurd ölən
Boynakər kəndində də bu cür toponimlər var.
Qayaqaşqa. Ulaşlı kəndinə dağ massivi rəng
dəyişkənliyinə görə adlandırılır.
Quyuluq. Hacılı kəndinin ərazisində əhəng
istehsal etmək, 5 ədəd əhəng quyusu, əhəng daşı qu-
yunun içərisində tağbənd şəklində nəfəsliyi olmaqla
yığılıb yandırılarmış. Sadə şəkilli əhəng mədənləri.
Qızıl qaya. İşıqlı kəndindədir. Qayanın hündür
yerindən yay aylarında bal süzülür. Toponim rayo-
nun digər kəndlərində də qeydə alınmışdır.
Quzuqıran. Saldaş kəndində olan ərazidə otu-
nun zəhərli olmasına görə səhər-səhər quzular
yeyərkən ölürmüşlər. O səbəbdən də Quzuqıran
adlandırılıb.
Qılınc təpə. Bu toponim Hacılı kəndindədir,
təpənin güncıxan tərəfindən nazik daş layı uzanır,
kənardan baxanda qılınca oxşayır.
Qala boynu. Fərcan kəndindədir. Həmin ərazidə
gözətçi qalanın qalıqları bu günə qədər qalmaqdadır.
Qala təpəsi kəndin hündür təpələrindən biridir.
Dostları ilə paylaş: |