184
Qara qaya. Qəzyan kəndində ən böyük qayadır.
Böyüklüyünə, əzəmətinə görə qara qaya adlanır.
Qara qaya oronimi Cibikli, Əyin, Mistan ərazisində
də var.
Qocaşan. Qəzyan kəndindədir. Çərəli kəndi isti-
qamətində olan təpənin adıdır.
Qarapir. Xocamsaxlı kəndində Qara pir yerli və
qonşu kəndər tərəfindən ziyarət edilirdi. Dağdağan
piri də eyniadlı ərazidədir.
Qaradaş. Gödəklər kəndində Yazı düzü istiqa-
mətində olan böyük daşın adıdır.
Qaraqaya. Cibikli kəndində olan iri qayadır.
Qara qaya toponimi Mistan kəndində də qeydə alın-
mışdır.
Qurd dərəsi. Boynakər kəndindədir. Rayon əra-
zisində qurdla bağlı totemlər çoxluq təşkil edir. Hə-
min kənddə həm də Qurd ölən adlı toponim də möv-
cuddur.
Qaraqaya. Mahmudlu kəndində olduqca böyük
qayadır. Qaya Mahmudlu Qayalı kəndlərini bir-
birindən ayıran sərhəddir.
Güneylərə gün düşdü.
Qara daşa ün düşdü.
Mahmudlu öz elindən
Allah, didərgin düşdü.
185
Qurban təpə. Qarabağ yaylasının cənub şərqin-
də yerləşir. Əliquluuşağı kəndinin Qurban təpə
müqəddəs sayılan dağıdır. Qurbanlıq dağın ən
hündür yerində kəsilər və niyyətlər tutulardı.
Quru dərə. Göyyal kəndində olan ərazidir.
Quru, yəni suyu olmayan mənasında işlənən oronim-
dir. Quru dərə toponiminə rayonun Muradxanlı
kəndində də rast gəlinir.
Qumqazılan. Mistan kəndinin ərazisindədir. Çı-
xarılan qumun çəkisi çox yüngüldür. Oronim qumun
çıxarılması ilə əlaqədar yaranmışdır. Muğanlı kəndi-
nin yuxarı tərəfindən də Qum qazılan adlı qum
karxanası var.
Qalaça. Göyərcik kəndində Yolaşan ərazidə,
hündür təpənin üstündə tikilmiş qədim mühafizə qa-
lasıdır. Bu günə qədər qalıqları qalmaqdadır. Tarixi
haqqında heç bir məlumat yoxdur. Qalacıqdan bax-
dıqda Zəngəzur ərazilərinin çox hissəsi görünür.
Qaramalı dərə. Çərəli kəndində meşə ərazisində
torpaqdan qaynayan bulağın adıdır. Bulağın içərisi
həmişə çamur, palçıq olduğu üçün belə adlanır. Suyu
yay aylarında quruyurdu.
Quşçu bulaq. Göyərcik kəndindədir. Quşçu me-
şəsində olduğuna görə Quşçu bulaq adlandırılmışdır.
186
Qala dərəsi. Qaracalı kəndində, dağətəyi ərazi-
dədir. İnformatorlar o ərazidə qalanın qalıqlarının
olması haqqında məlumat verirlər.
Qara dərə. Xıdırlı kəndində olan böyük dərənin
adıdır.
Qalayolu. Muradxanlı ərazisindən keçən piyada
yolun adıdır. Şuşa qalasına gedən yol.
Qaraqoyunlu dağı. Dağ Qaraqoyunlu tayfasının
adı ilə bağlıdır. Qaraqoyunlu tayfasına məxsus dağ
mənasındadır.
Qaranlıq dərə. Xələc kəndindədir. Cəlal Bərgü-
şadlının “Siyrilmiş qılınc” əsərində məlumat veril-
mişdir.
Qaranlıq. Cılfır kəndi ərazisindədir. Bulaq və
biçənək yerinin adıdır.
Günəş düşməyən, kol-kos başmış olduğuna görə
Qaranlıq adlandırılmışdır.
Qatar. Bəxtiyarlı kəndinin qarşısında yerləşir.
Toponim Azərbaycan dilindəki qatar (cərgə, sıra ilə
düzülmüş) və qaya sözlərindən ibarətdir. Yəni, qaya-
lıq yan-yana sıralanmış dağ mənasındadır.
Qara kaha. Məlikəhmədli kəndindədir. Rayon-
da böyük olan kahalardan biridir. Qara sözü kahanın
böyüklüyü ilə bağlıdır.
187
Ləpirli. Qədili kəndi ərazisinin torpağı çox narın
olduğuna görə hər bir gəzənin ayağının izi torpaqda
qalır. Ona görə də Ləpirli adlanır.
Lənətləmə. Qarğış dağ kəndindən Xələc kəndinə
çıxan yolun sağ tərəfində Qarğışdağ kəndinin 2 kilo-
metrliyindədir. Erməni pristavını həmin ərazidə öl-
dürüb daşlıqda basdırıblar. Hər oradan keçən əlinə
daş alıb çınqıllığa tullayırdı və onu lənətləyirdilər.
Lənətləmə adlı mikro toponim Çardaxlı kəndində də
var.
Mağara ziyarətgahı. Əliquluuşağı kəndində
ziyarətgah. Kəndin yaxınlığındakı qayalıqda inşa
olunmuşdu. Mağaranın içərisində oturmaq, gözlə-
mək üçün hündürlüyü 1 m olan səhnəyə oxşar yer
var. İki oturacaq stolu, daşdan yonulmuş, daşdan
açılmış iki işıqlığı və qapısı var. Mağaranın tarixinin
neçənci əsrə aid olduğu məlum deyil.
Mədi ölən. Tarovlu kəndi ilə Zeyvə kəndi
arasında olan aşırım ərazidədir. Mədi ermənilərin
qoşun başçısı olmuşdur. Azərbaycan kəndlərinə hü-
cum zamanı qoşunları ilə birlikdə öldürülmüşdür.
“Bəyəm Mədiyə güllə batmır?” məsəli Tarovlu
camaatının dilində həmişə işlədilir. O əraziyə həm
də Nəbi öldürən də deyilirdi.
188
Maltəpə. Çox da hündür olmayan təpəlik. Bala-
soltanlı və Padar kəndləri yaxınlığında ticarət yolu
adlanan yolun üstündə yerləşir. Tacirlər həmişə o
ərazidə düşər, mallarını yaxında olan kəndlərə satar-
mışlar. Ticarət edilən yer.
Maral dərəsi. Qayalı kəndinin Yazı düzü istiqa-
mətində uzanan dərənin adıdır. Rayonda bu qəbildən
olan toponimlər çoxdur. Maralucan (Xələc kəndi),
Maralucan (Göyərcik kəndi)
Məzrə düzü. Məzrə kəndinin ərazisində çox
böyük sahəni əhatə edir. Biçənək yerləridir.
Məscid. Dondarlı kəndi. 1732-ci ildə Nadir şah
tərəfindən inşa etdirilmişdir. Həmin vaxt Şirvandan
Zəngəzura gələn Nadir şah tikdirdiyi bu məsciddə
ibadət etmişdir. Nadir şahın ordusundan qalan bir
şəcərə 1916-cı ilə kimi həmin məscidin fəaliyyətini
davam etdirmişdir. Sovet hökuməti tərəfindən rep-
ressiya olunmuş Azərbaycanın tanınmış ziyalısı
Bəhlul Əfəndi (Bəhlul Behçət) bu nəsildəndir. Onun
nəvəsi Həmdullah Əfəndiyev ruhani təhsili almışdır
və dini fəaliyyətlə məşğuldur.
Mir Sədi Ağa ocağı. Mirlər kəndində tarixən el
arasında müqəddəs sayılan bir ocaq, bir şəcərə
vardır. Bu ocağı Mir Sədi Ağa ocağı adlandırırlar.
Mir Sədi Ağa şəcərəsi qəbri Türkiyədə (Amasiyada)
Dostları ilə paylaş: |