Qulam Sadiq, Saday Quluyev s 15 1937-ci ilin represiya qurbanı



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə18/53
tarix08.07.2018
ölçüsü2,57 Mb.
#53999
1   ...   14   15   16   17   18   19   20   21   ...   53

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
60
yaşlarından atasından ərəb və fars dillərini öyrənmiş, müqəddəs 
kitabımız «Qurani-kərim»i  əzbərdən mənimsəmişdir. Onun 
hafizəsinin belə qüvvətli olması  hаmını heyrətə  gətirmişdi. 
Nəhayət, 1898-ci ildə onu ali ruhani təhsili almaq üçün Nəcəfül-
Əşrəf şəhərinə göndərirlər.  
Mirhəşim ağa Nəcəfdə 15 il təhsil aldıqdan sonra ali dini 
rütbə alır, həmin  şəhərdə  də ailə qurur. O, bir müddət Nəcəfdə 
yaşadıqdan sonra ailəsi və 2 uşağını götürüb doğma vətəninə, 
Salyan  şəhərinə  gəlir. Çox keçmir ki, övladının biri rəhmətə 
gedir. Həyat yoldaşı o biri uşağı götürüb öz məmləkətlərinə 
getmək istəyir. Bunu görən Mirhəşim ağa öz ailəsini götürüb 
Nəcəf şəhərinə qayıdır. Orada bir neçə il qaldıqdan sonra həyat 
yoldaşı da dünyasını  dəyişir. Mirhəşim ağa daha orada qalmaq 
qərarından daşınaraq oğlunu götürüb Salyana qayıtmaq istəyir. 
Dostlarına məktub yazıb bildirir ki, həyat yoldaşım vəfat edib, 
indi daha Salyana qayıdıram. Bundan agah olan dostları  ağa 
üçün ev tikmək qərarına gəlirlər. Amma dostlarından biri öz 
ikimərtəbəli evini ağaya bağışlayır. Hazırda həmin evdə ağanın 
övladları yaşayırlar.  
Mirhəşim ağa Salyanda hörmətli el ağsaqqallarından sayılan 
Məhəmməd Rza kişinin qızı Maytab xanımla evlənir. Maytab 
xanımdan ağanın 4 oğlu, 2 qızı olur. Böyük oğlu 24 yaşında, 
1948-ci ildə avtomobil qəzasında həlak olur. Onun digər 
oğlanları  seyid Abdulla və dördüncü övladı  seyid Mirdaməd 
ağa da vəfat etmişdir.  
Mirhəşim ağa dövrünün alimi sayılırdı. O, ruhanilik edib, 
ruzi qazanar, ailəsini dolandırardı. Ağa verilən nəzirlərin çox 
cüzi hissəsini götürər, qalanını öz sahibinə qaytararmış.  
Fağır seyid olduğuna görə, onu xalq arasında «Kasıblar 
ağası» adlandırırmışlar.  
Ağanın ikinci övladı  Mirsəfurə  Cəlilabad rayonunda ailə 
həyatı qurmuş, hal-hazırda orada yaşayır. Üçüncü övladı  seyid 
Mövsüm ali təhsilli baytar həkimidir.  


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
61
Ağanın dördüncü övladı  seyid Mirdaməd  (1934-1999) - uzun 
illər fəhlə, sonralar plastik kütlə emalı zavodunda ambardar işləmişdir. 
Mirdaməd ağanın 1 oğlu, 3 qızı var: Mirşahin, Mirmaytab, Yaqut, 
Rəxşəndə.  
Nəvəsi Mirabdulla babasının yolunu davam etdirir. Quranı (özü 
də babasına məxsus, hicri tarixi ilə 1351-ci ildə çap edilmiş Quranı) 
tam başa vurub.  
Ağa öz qızına anası Maytabın adını qoymuşdur. Hazırda Salyan 
rayonunda  Vaqif Hüseynovun ömür-gün yoldaşıdır. Vaqif müəllim 
həm ağsaqqal, həm də xeyriyyəçi bir adamdır. O, Kürqaraqşlı 
kəndindəki məscidi Mirhəşim ağanın adına inşa etdirib. Allah ondan 
razı olsun.  
Ağanın beşinci övladı  Mirsəfiyyə  tibb bacısı, sonbeşiyi  seyid 
Hüseyn Salyan rayonu 5 saylı SMD-də mühasib işləyir.  
Seyid Mirhəşim ağa çox mülayim, sadə  və insanların qəlbini 
oxşayan bir adam olub. Xalqının xeyir-şərində  təmənnasız iştirak 
edərdi. Dünyasını  dəyişənlərin kəfən-dəfnini ağa təmənnasız özü 
yerinə yetirərdi. 
1941-ci ilin dekabrında seyid Mirhəşim ağa xəstələnir və bir neçə 
gündən sonra rəhmətə gedir. Məzarı Salyan rayon qəbristanlığında 
müqəddəs ziyarətgah kimi anılır. Buraya hər gün ziyarətə onlarla 
adam gəlir.  
 
MİRHƏŞİM  АĞАNIN  NƏVƏSİ 
MİRŞАHIN  MİRDАMƏD  OĞLU 
 
-Babam Mirhəşim ağa elimizin, obamızın ağsaqqalı, 
rayonumuzun  ən hörmətli adamı idi. Camaatın pənah bilib sığındığı 
müqəddəs şəxsiyyət kimi hamının qəlbində bu gün də yaşayır. Onun 
adı hər evdə, hər ailədə and yeri, inanc məfhumu deməkdir. Təbiətən 
çox sakit, nurlu və mehriban bir adam olub. Danışırlar ki, adam 
onunla söhbət etməkdən doymurmuş. Bu nurlu insanın hər kəlamı 
məzmunlu imiş. Bütün ağalar hamımızın  əzizi və müqəddəsidir. 
Allah-təaladan babama rəhmət, xalqıma əmin-amanlıq diləyirəm.  
 
 
 


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
62
VАQİF  HÜSEYNOV 
Sаlyаn şəhər sаkini, xeyriyyəçi. 
 
Tarix həmişə dühalar yetirib. Onlar öz elmləri, 
qabiliyyətləri, kəşfləri ilə qaranlıqları  işıqlandırmış, insanlara 
düz yol göstərmişlər.  
Salyan diyarında da belə insanlar çox olmuşdur. Mirhəşim 
аğа, Molla Məhəmməd Səlyani, Molla Abdulhəsən, Molla 
Allahyar Cəngənli, Molla Əziz, Mirzə  Həşimxan,  Şeyx Səməd 
Rəbbani,  Şeyx Rüstəm,  Əbu  Ərəbqardaşbəyli, Hacı  Həkim 
Səməd Arbatani, Pirəbbə, Molla Ağabba, Molla Mirtərlan ağa, 
Mirəşrəf ağa və onlarca görkəmli din xadimlərimizin xidməti 
sayəsində Salyan rayonu müsəlman dünyasında «Darülmöminlər 
diyarı» kimi tanınır. Bu müqəddəs insanların hər birinin həyatı 
bu günkü gənclərimizə örnəkdir.  
Onların həyatlarının öyrənilməsi, təbliği dinimizə, 
islamımıza böyük köməkdir.  
Allah dünyadan köçən islam əhlinə rəhmət eləsin.  
 
HАCI  CАVАD  ƏLİYEV 
 
- Mənim valideynlərim son dərəcə dindar olmuşlar. Mən də 
o ruhda tərbiyə almışam. Özüm də namaz əhliyəm.  Şəriətimiz 
buyurur ki, böyüyü tanıyan Allah-təalanı tanıyar. O kəslər ki, 
düz yolda, Allah yolundadırlar, halala haram qatmırlar, onların 
ruzisi başlarından töküləcək. Bölgəmizin müqəddəs insanları 
Аğа Mirheydər ağa, Mirhəşim ağa, Mirəşrəf ağa və başqaları 
hələ 70-80 il bundan əvvəl haqq dünyasına qovuşsalar da, onlar 
onların 
əməlləri camaatın xatirəsindən silinməmiş, 
unudulmamışdır. Mən deyərdim ki, bundan böyük xoşbəxtlik 
yoxdur. Allah o nurlu seyidlərimizə rəhmət eləsin. 
 
 
 


Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə