Qulam Sadiq, Saday Quluyev s 15 1937-ci ilin represiya qurbanı



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə16/53
tarix08.07.2018
ölçüsü2,57 Mb.
#53999
1   ...   12   13   14   15   16   17   18   19   ...   53

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
53
onun tikilməsini də Hacı Tağının adı ilə bağlayırlar. Təxminən 
1911-12-ci illərdə tikilməsi güman edilən məscidin sağ 
tərəfindəki  şəbistan hissəsində  mədrəsə olmuşdur. Burada 
Kərbəlayi Molla Hüseyn, Molla Abısəməd, Molla 
Əbdülhəsən, Molla Əziz kimi savadlı mollalar dərs demişlər.  
Şəhər kolxoz bazarında yerləşən məscid də öz orijinallığı ilə 
seçilir. Məscid keçən  əsrin ikinci yarısı  və bizim əsrin 
əvvəllərində Salyanın varlı tacirlərindən biri olan Hacı  Səməd 
tərəfindən tikilmişdir. Binanın 24 metrdən ibarət olan minarəsi 
sökülmüşdür. Hazırda minarənin təxminən 12 metrə çatan qalığı 
durur. Binanın divarlarında kitabəyə rast gəlməsək də, yaşlılar 
məscidin Birinci Dünya müharibəsi başlanan vaxt, yəni 1914-cü 
ildə açıldığını bildirirlər. Təxminən 400 nəfərə qədər adam üçün 
nəzərdə tutulmuş məscid həm də mədrəsə olmuşdur. Burada dini 
təhsili olan və xalq arasında «ruhani» adı ilə tanınan  Molla 
Məmməd dərs demişdir.  
 
Sahib Həsənov, tarixçi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
54
«SARI  SEYDAN»  OCAĞI 
 
Sаlyаnın müqəddəs ocaq və pirləri arasında «Sarı Seydan» 
ocağı da mühüm yer tutur.  
«Sarı Seydan» ocağının tarixi barəsində 2 ehtimal var: 
1721-ci ildə rusların Azərbaycana basqını zamanı  İrandan 
seyidlər müsəlman bacı-qardaşlarının köməyinə  gəlmiş, (Sali 
Seydan, yəni seyidlər ili) düşmən basılmış, lakin onların rəhbəri, 
seyid Saləddin döyüşdə qəhrəmancasına şəhid olmuş və o Xalac 
kəndində dəfn edilmişdir.  
İkinci ehtimal isə aşağıdakından ibarətdir: M.S.Ordubadinin 
«Qılınc və  qələm» romanında belə bir epizod var: şəhid olmuş 
bir  ərəb mücahidini-imamın yaxınlarından birini Şeyx Nizami 
Gəncəvi Salyanın Xalac kəndi  ətrafında dəfn edir. O şəhid, 
qərib, islam uğrunda  şəhid olmuş  cəngavərin adı Sarı Seydan 
imiş.  
Elə o vaxtlardan da xalq bu qəribin, imamımızın 
əshabələrindən olan Sarı Seydanın qəbrini ziyarətgaha çevirmiş, 
insanlar bu müqəddəs ocağa, Allahın dərgahına üz tutaraq, öz 
niyyət və diləklərinin qəbul edilməsi üçün dualar etmişlər. 
Bu gün «Sarı Seydan» ocağına iman gətirən yüzlərlə  xəstə, 
dilək, niyyət sahibləri Allah dərgahına üz tutanda xalqımızın 
qeyrətli oğullarının da ölənlərinə  rəhmət, özlərinə can sağlığı 
diləyirlər. Minlərlə insanın dua etdiyi, alqış elədiyi o nurlu 
insanlar bu müqəddəs yeri abadlaşdırmış, ocağın üstünü 
götürmüş, ziyarətə  gələnlər üçün hər cür şərait yaratmışlar. 
Namaz qılmaq, dəstəmaz almaq, qurban kəsmək üçün ayrıca 
otaqlar tikilmiş, bura ziyarətə  gələnlərin dincəlməsi üçün 
rahatlıq yaradılmışdır. 
Adının çəkilməsini istəməyən o xoşbəxt insanlara qibtə  də 
edirsən... Böyük savab qazanmış o qeyrətli insanlara biz də üz 
tuturuq. Allah ölənlərinizə min rəhmət eləsin, sizi xatadan-
bəladan, mərdiməzardan uzaq eləsin.  


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
55
«Sarı Seydan» ocağı  sınanılmış ocaqlarmızdandır. El-oba 
bura həmişə ailəsi ilə birlikdə ziyarətə  gəlir. Allah onları  və 
bütün iman sahiblərini darda qoymasın, «Sarı Seydan» ocağı 
onların yolunu daha da nurlu etsin.  
 
ZАKİR  İBRАHİMOV 
Qırxçıraq kənd sakini 
Mən hər il bu ocağa gəlirəm. Oğlum Türkiyədə təhsil alırdı. 
«Sarı Seydan» ocağına niyyət etmişdim ki, oğlum sağ-salamat 
qurtarıb, Vətənə qayıtsın, qurban kəsim. Niyyətim qəbul olub. 
Allah bütün niyyət sahiblərinin  аrzusunu ürəyində qoymasın. 
«Sarı Seydan» köməklərinə çatsın.  
«Sarı Seydan» ocağına axund, gənc islamşünas, ağır seyid 
nəslindən olan Əlisəf Abbasov nəzarət edir, burada dini ayin və 
adətlərə tam riayət edilməsinə çalışır.  
Gənc olmasına baxmayaraq, onun başı çox bəlalar 
çəkmişdir. Seyid Əlisəf torpaqlarımızın azadlığı  uğrunda 
döyüşlərdə  iştirak edib. Şuşada - 1988-ci ildə Kövhər ağa 
məscidinin açılışı zamanı o vaxtkı  bərbad məscidin minbərinə 
qalxmış, azan vermişdir.  
Sonralar o Salyanın görkəmli  din xadimləri  Аxund Hacı 
Salmanın, Axund Əlqəmənin  yanında islamın sirlərini 
öyrənmiş, kamillik zirvəsinə çatmışdır.  
Onu da qeyd edək ki, Əlisəfin anası seyid Kübra bel-kürək 
seyidlərindən olan seyid Mirsadiq oğlu seyid Rza ağanın 
törəməsidir. 
Əlisəfin bir qızı var: Mirkübra.  
Bu gün seyid Əlisəf öz ustadlarının, müəllimlərinin yolunu 
layiqincə davam etdirir. «Sarı Seydan» ocağına gələnlərin 
hamısı ondan razılıq edir. 
«Yumşaq rəftarda xeyir, yaxşılıq və  bərəkət vardır, 
mülayim rəftar etməyən xeyirdən məhrum olur. Həmişə 
xeyir söz söyləyin,  şər sözlərdən uzaq olun». (Qurani-
Kərimdən bir аyə). 


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
56
Dəfələrlə bölgəmizdə olarkən xeyriyyəçilərimizin məscidlər 
tikdirdiyinin  şahidi olmuşuq. Lakin Salyanda, Ərəb Bəbirxanlı 
kəndindəki məscidin xuddamı  Hаcı  Ağahüseyn kişi başqalarından 
seçilir.  
O, el arasında öz zəhmətsevərliyi, vətənpərvərliyi, səxavəti, 
ədaləti ilə tanınmış insandır.  İmkansızlara, yetim-yesirə  əl tutmağı 
özünə müqəddəs borc hesab edir.  
Hаcı  Ağahüseyn Səfərov hələ o qanlı-qadalı günlərdə, 20 
Yanvarda Bakıda təcavüzə  məruz qalmış  oğul və  qızlarımıza ilk 
yardım aparan, şəhidlərimizin matəm mərasimini təşkil edənlərdən 
biridir.  
Onu da xatırladaq ki, bu məscidin yenidən tikilib ərsəyə 
gəlməsində Ağahüseyn kişi çox əziyyətlər çəkib.  
Söhbət təkcə  mənəvi  əzab-əziyyətlərdən getmir. O qeyd edir ki, 
məscidin tikilməsində Salyanın, Neftçalanın,  ətraf yerlərin qeyrətli 
oğullarının, xüsusən B.Leysanov, Q.Həsənov,  Ş.Salmanov, 
S.Salmanov,  Ş.Qədirov, G.Salmanov  və o cümlədən digər 
oğullarımızın böyük zəhməti olub. Amma yenə  də  əsas yük 
Ağahüseyn kişinin boynuna, onun balalarının, kənd sakinlərinin 
çiyninə düşüb, məscidin inşasını 1989-cu ildə başlyıb, 2000-ci ildə 
başa çatdırıb. 
2003-cü il sentyabr ayının 24-də  Həzrəti Məhəmmədə (s) 
Peyğəmbərlik verildiyi gün məscidin dövlət qeydiyyatına alınması 
mərasimi keçirildi.  
Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı 
Yusif  Ələkbərov,  şöbə müdiri Şəmsəddin müəllim,  Dini 
Qurumlarla iş üzrə Dövlət Komitəsinin məsul işçisi, islamşünas 
alim Mustafa İbrahimov, Komitənin Salyan üzrə nümayəndəsi, 
fəlsəfə elmləri namizədi  Tərlan Quliyev, Əli Bayramlı  şəhər 
məscidinin axundu  Məşədi  Əvəz,  rayon sakinlərindən  Seyid 
Mirnadir ağa, Məşədi Fəridə, Əvəz müəllim və başqaları çıxış 
edib məscidlə bağlı ürək sözlərini dedilər. 
Tədbirin sonunda Dini Qurumlarlа  iş üzrə Dövlət 
Komitəsindən göndərdirlmiş müqəddəs «Quran» kitabları  və 
müəllifi olduğu kitablar görüş iştirakçılarına hədiyyə edildi.  


Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə