Qulam Sadiq, Saday Quluyev s 15 1937-ci ilin represiya qurbanı



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə34/53
tarix08.07.2018
ölçüsü2,57 Mb.
#53999
1   ...   30   31   32   33   34   35   36   37   ...   53

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
110
- Məgər görmürsünüz ki, mən camaatla xudafizləşirəm. Maşına 
əziyyət verməyin, indi gedərik. Mən icazə verəndə maşın işə 
düşəcək. Sonra Аğа Mirbаğır аğа dodaqaltı nə isə deməyə başladı 
və əllərini Allah dərgahına qaldırdı. İnanın: möcüzə baş verdi. Аğа 
Mirbаğır аğа əllərini aşağı salan kimi maşın işə düşdü. Bu mənim 
Аğа Mirbаğır аğа ilə ilk və son görüşüm oldu. 
 
HƏSƏNOVА  FƏRİDƏ  MƏHƏMMƏD  QIZI 
1962-ci il təvəllüdlü. Tibb işçisi.  
Salyan rayonu, 
Şorsulu kənd sakini.  
 
Atаm Ağаnın kərаməti sаyəsində yаşаyıb 
Mənin nənəm  Аğа Mirbаğır  аğаnın qonşusu olub. Ailə 
qurduqdan sonra nə qədər uşaqları olursa 2-3 aydan sonra ölürlər. 
11-ci uşaq dünyaya gələndə ağbirçəklərin tövsiyəsi ilə nənəm uşağı 
Аğа Mirbаğır  аğаnın yanına aparır və  məsələni ona danışır.  Аğа 
Mirbаğır  аğа bir xeyli fikrə getdikdən sonra hansısa kitaba baxır. 
Yaşlı olmasına baxmayaraq, qəflətən ayağa durur və  cəld uşağı 
qucağına götürərək ucadan deyir: «Mənim oğlumun adı 
Məhəmməddir.  İndi Nəcəfül-Əşrəfə oxumağa gedib. Bu uşağın 
adını  Məhəmməd qoyuram. Ömrünü Аllah versin. Hesab edirəm, 
bu gün adını qoyduğum Məhəmməd elə mənim oğlumdur. Adı ilə 
böyüsün». Adını Аğа Mirbаğır аğа qoymuş atam həmişə, ömrünün 
sonuna kimi özünü Аğа Mirbаğır  аğаnın övladı saydı  və onun 
adına layiq olmağa çalışırdı. Anamın atası, babam Bilal Həsənov 
1941-ci ildə Qazaxıstanda  Аğа Mirbаğır  аğа ilə eyni düşərgədə 
həbsdə olub. O danışırmış ki, bizim düşərgəyə ağ ləbbadə geymiş, 
çox nurani görkəmli bir şəxs gətirdilər.  Əlləri qandallı idi. 
Nəzarətçilər başqa millətlərin nümayəndələri olsalar da, onunla çox 
ehtiramla rəftar edirdilər. Soraqlaşıb öyrəndik ki, Аğа Mirbаğır 
аğаdır. Bir həftədən sonra eşitdik  Аğа Mirbаğır  аğа  vəfat edib. 
Həmin gün bizi başqa düşərgəyə göndərdiklərindən onun barəsində 
əlavə məlumat ala bilmədik.  
  


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
111
 
MEHDİYEV  HАBİL  MÜRSƏL  OĞLU  
1927-ci il təvəllüdlü.  
Salyan rayonu, 
Ərəbqardaşbəyli kənd sakini.  
 
Mən Ağаnı görmüşəm 
Atam Mürsəl o dövrlərdə tanınmış ruhanilərdən olduğundan 
Аğа Mirbаğır аğа ilə də çox yaxın dost olub. Müntəzam olaraq 
bir-biri ilə sıx əlaqə saxlayırmışlar. Mənim təxminən 9-10 yaşım 
olanda atam məni yaşlı kişilərə qoşub  Аğа Mirbаğır  аğа üçün 
kənddən pay göndərərdi. Demək olar ki, ayda 2-3 dəfə mən Аğа 
Mirbаğır  аğаgilə pay aparırdım. Evləri Salyanda «Köhnə  bərə 
ağzı» məhəlləsində idi. Yanında məscid də var idi. Mən onu çox 
yaxşı xatırlayıram. Onun ağ  bənizi, ağ saqqalı, səliqəli geyimi 
sakit danışığı, aram-aram yerişi indi də gözlərimin qabağındadır.  
1937-ci ildə  Аğа Mirbаğır  аğа ilə yanaşı din xadimi kimi 
əsassız olaraq atamı da tutdular və heç birindən sonralar xəbər 
gəlmədi. Sonra bizə dedilər ki, atam 1939-cu ildə Komi ASSR-
də öz əcəli ilə vəfаt etmişdir.  
 
PАŞА  BАLАBƏY  OĞLU  MƏLİKOV  
1915-ci il təvəllüdlü.  
Salyan şəhər sakini.  
 
Fəxr edirəm ki, Аğа аtаmın dostu idi 
Аğа Mirbаğır  аğа atamla eyni məhəllə sakini olduğundan 
çox yaxın dostluq əlaqələri olub. Mən onu ilk dəfə təxminən 7-8 
yaşım olan vaxtlardan xatırlayıram. 14-15 yaşım olardı, atam 
evə çox dilxor gəldi və bildirdi ki, «Аğа Mirbаğır аğаnı NKBD-
yə çаğırıblаr. Çox darıxdırıcı söhbət olub. Hazırlaşın, bir azdan 
Ağagilə getməliyik». Axşam üstü Аğа Mirbаğır аğаgilə getdik. 
Həmişə nikbin görünən  Аğа Mirbаğır  аğа çox tutqun idi. 
Atamla xeyli söhbət etdilər. Biz az yaşlı olduğumuzdan sakitcə 


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
112
oturub onların söhbətinə qulaq asırdıq. 3-4 gün sonra isə, yəni 
1930-cu ildə  Аğа Mirbаğır  аğаnın həbs edilməsi xəbərini 
eşitdik. Sonra Аğа Mirbаğır  аğаnı 1933-cü ilin axırlarında, 
həbsdən gələndən sonra gördüm. Çox arıqlasa da yenə vüqarlı 
görünürdü. Yetkin gənc oğlan olduğumdan, dostunun oğlu kimi 
ona yaxınlaşıb kef-əhvalını soruşdum. Sonralar arabir 
rastlaşardıq. Camaat danışırdı ki, hökumət Аğа Mirbаğır аğаnın 
xalq arasında olan nüfuzundan, hörmətindən qorxur. Axırda 
böhtan atıb tutacaqlar. Doğrudan da çox çəkmədi ki, 1937-ci 
ildə Аğа Mirbаğır аğаnı həbs etdilər. Çox hayıf ki, biz belə dahi 
şəxsiyyəti çox tez itirdik. Аğа Mirbаğır  аğаnın dünyasını 
dəyişməsindən 70 il ötməsinə baxmayaraq, onun nurlu çöhrəsi 
gözlərim önündə, həzin səsi isə daim qulağımda səslənir. O 
vaxtlar  Аğа Mirbаğır  аğа  məclisə daxil olarkən hamı ayağa 
qalxardı. Camaat danışırdı ki, Аğа Mirbаğır аğа gələrkən, elə bil 
6-cı imam Cəfəri-Sadiq məclisə gəlirdi. Bəli, Аğа Mirbаğır аğа 
xalq arasında çox böyük nüfuza malik idi. Atam Balabəy kişi o 
vaxt Həcc ziyarətindən qayıtdıqdan sonra Аğа Mirbаğır  аğа 
atamı  məsciddə  təbrik edərək ona çox nəfis çap olunmuş 
«Quran» bağışlamışdı. Çox heyf ki, Аğа Mirbаğır  аğаnın 
yadigarı olan «Quran» təsadüf nəticəsində itirildi.  
 
ƏKRƏM  MƏLİK  OĞLU  MURАDOV 
1928-ci il təvəllüdlü. 
Salyan şəhər sakini.  
 
Ağа Sаlyаnı qırğındаn qurtаrdı 
Təxminən mənim 9-10 yaşım olardı. Anamla birlikdə bazara 
gedirdik. Köhnə  hərbi komissаrlığın yanında, o vaxtlar 
komendatura var idi. Gördük ki, 80-100 nəfərə  qədər adamı 
komendaturanın yanında küçədə diz üstə dayandırıblar. 
Qonşumuz  Аğа Mirbаğır  аğа da orada idi. Birinci cərgədə diz 
üstə dayanmışdı. Mən onu görcək anama dedim və biz çəkilib 
bir az kənarda dayandıq. O vaxtlar rayonda hamının yaxşı 


Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə