------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
26
ağaya bu təklif olunduqda etiraz etmişdir. Ağanın oğlu
Məhəmməd isə Nəcəfə - Seyid Əşrəf ağanın
oğlu Seyidəli ilə
birgə oxumağa getdiyinə görə xaricdə qalmışdır.
Günlərin bir günü Mirbağır ağanın evinin qabağında qara
maşın dayanır. Onun içində bir nəfər oturmuşdu. O, Ayna
Sultanovanın həyat yoldaşı Həmid Sultanov idi. O, ağaya
müraciət edərək dedi:
«Ağa, səni tutacaqlar, gəlmişik səni aparaq, gizlədək».
Mirbağır ağa cavab verdi:
«Mən heç bir pis iş görməmişəm, xalqımı müdafiə etmişəm,
kömək etmişəm, heç yerə getməyəcəyəm, gizlənməyəcəyəm».
Onun nüfuzunun böyük olması, əlbəttə,
dar düşüncəli dövlət
aparatı işçilərini rahat buraxa bilməzdi. Ermənilər keçən əsrin
əvvəlində Kür çayı boyu Salyana hücum etdikdə Mirbağır ağa
vaxt itirmədən türklərə müraciət etmiş və kömək istəmişdi.
Ağanın bu addımı sonralar ona baha başa gəlmiş və ilk
repressiya qurbanlarından biri olmuşdur. 1930-cu ildə həbs
edilmiş və 1932-ci ildə Stalinə məktubla müraciət etmişdir.
1933-cü ildə həbsdən qayıtdığı vаxt tikdirdiyi məscidlərdən və
mədrəsələrdən əsər-əlamət qalmamışdı.
Adi ruhani kimi
fəaliyyət göstərmiş və yenə də əvvəlki böyük nüfuzu qalmışdı.
Mirbağır ağanın minbərə çıxması böyük hadisə kimi
qarşılanırdı. Onun müdrik kəlamlarını eşitmək üçün çox adam
toplanırdı və onu həmişə səbrsizliklə gözləyirdilər. Üç il Sibirdə
sürgündə Mirbağır ağa daha da güclü olmuşdu. Lаkin 1937-ci
ildə həbs edildikdə qərarı qəti verdilər: «Güllələnsin və bütün
mülkiyyəti əlindən alınsın!».
Bu, onun ailəsinə və əsasən xalqına ağır cəza idi.
Mirbağır ağa Qazaxıstanın Karaqanda şəhərində 1941-ci ildə
rəhmətə getmişdir.
Mirbağır ağanın ailə üzvləri həm davranışda,
həm də
biliklərə yiyələnməkdə ondan çox bəhrələnmişlər. Ərəbistandan
gətirdiyi həyat yoldaşı rəhmətə getdikdən sonra Mirbəyim adlı
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
27
xanımla evlənir və ondan üç qızı həyata gəlir:
Mirələviyyə,
Mirrübabə və Mirteyyibə.
Üçüncü xanımı Səlmi olmuşdur. O Şorsulu kənd sakini idi.
Ondan da iki qızı olur -
Sura və Sara.
Mirbağır ağanın iki qızı yaşayır -
Sara və Mirteyyibə.
Mirteyyibənin qızı
Balacaxanım babasının yolunu davam
etdirir. Bir qızı var -
Zeynəb. Sara xanım Şorsulu kəndində,
Mirteyyibə isə rayon mərkəzi Sаlyаndа olur. Nəvələri və
nəticələri öz ailələri ilə Salyanda və başqa rayonlarda, əsasən
Bakıda məskunlaşmışlar. Onun nəvələrinin özləri indi babadırlar
və onun xatirəsini əbədi olaraq xoş məramlarla xatırlayırlar.
Ağaya Azərbaycan SSR Ali Məhkəməsinin 1959-cu il 7-
3/303 saylı qərarı ilə bəraət verilmiş və əmlakının
az bir hissəsi
ailəyə qaytarılmışdır.
Mirbağır ağanın qardaşı uşaqları
Mirsüleyman, Mirsəlim
və Mirhadı da ağanın adına layiq insanlar olmuşlar. Onların
həyat tərzi, davranışları, yaşayışı nəsillərə nümunədir. Paklıq,
doğruluq, ədalət təcəssümü olan bu insanların həyatı keşməkeşli
olsa da, onlar Allahı, «Qurani-Kərim»i unutmamış, öz
zəhmətləri, dinə bağlılığı ilə minlərlə insana örnək olmuşlar.
Allah onlara və bütün dünyasını dəyişmiş övladlarına rəhmət
eləsin, balalarını min budaq etsin!
Ağanın nəvəsi Ağalarov Mirmehdi Sadiq oğlu da yaxşı
buyurur:
Ey könül, Allahı sev, ol dərddən, qəmdən kənar,
Çün səni xəlq eyləyib, səninçin yaratmış kainat,
İstəsən məqsədə çatmaq, yada sal Peyğəmbəri.
Səbrdir həll eləyən, həll olmayan müşkülləri.
АĞА MİRBАĞIR АĞАNIN QIZI
MİRTEYYİBƏ XАNIM
Atam haqqında nə isə söyləmək mənim üçün həm asandır,
həm də çətin. Çətindir, ona görə ki, hələ erkən yaşlarımdan ata
------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа ------------
28
qayğısından məhrum olmuşam. Atasızlığın
nə olduğunu
dadmışam. Amma Mirbağır ağa kimi bir müqəddəs şəxsiyyətin
qızı olmağımla fəxr edirəm.
37-ci il idi. İki nəfər hərbi geyimli şəxs gecə yarısı evimizə
gəldi. Bizim göz yaşlarımıza baxmayaraq atamı həbs edib
apardılar. Mənim onda 11 yaşım var idi. Bacımla mən atasız
qaldıq. Bir neçə gündən sonra evimizə gəlib ev əşyalarımızı da
müsadirə edib apardılar. Biz acınacaqlı bir həyat tərzi yaşadıq.
Hər şeyə dözdük. El-oba atamın adını keçmişdə olduğu kimi,
yenə də uca tutur. Onun xalqa, elə bağlılığı haqqında çox şeylər
eşitmişəm. Bu gün də onun xoş əməllərindən söhbət açanlara,
onu yad edənlərə Tanrıdan uzun ömür diləyirik.
АĞА MİRBАĞIR АĞАNIN NƏVƏSİ
АĞАZƏKİ MƏLİKOV
Anam Mirməsmə danışır ki,
bаbam bölgədə böyük nüfuz
sahibi idi. Onun yanına hətta İrandan belə məsləhət almağa
gələrdilər. Xalq arasında mübahisəli bir hadisə baş verərdisə
bunun üçün dövlət orqanlarına deyil, ağaya müraciət edərdilər.
Ağa isə həmin insanları barışdırıb yola salardı.
Onu tanıyan və tanımayan, adını eşidən, müdrik kəlamlarını
dinləyən, öncə görmələrindən hali olan hər kəs daima onu
qəlbində bəsləyəcək, yaddaşında saxlayacaq, imkanı daxilində
onun haqqında maraqlı məlumatları gələcək
nəslə ərmağan kimi
çatdıracaq. Bax beləcə, biz qocalıb bu dünyaya əlvida
deyəcəyik, mənim babam Mirbağır ağa kimi müqəddəslər isə
zaman-zaman yaşayacaq, insanlara adları, sözləri ilə ümidlər
paylayacaqlar.
Onu da bildiririk ki, xeyirxah, tanınmış eloğlumuz,
professor R.Hüseynov ağanın yaşadığı evin qabağında
barelyefini qoydurmuşdur. Ömrü uzun olsun.