Qum, seyyid məHƏMMƏDHƏSƏn musəVİ kaşANİ


AŞURA GÜNÜ SÜBH DÖYÜŞ HAZIRLIĞI



Yüklə 2,38 Mb.
səhifə38/47
tarix15.03.2018
ölçüsü2,38 Mb.
#32082
1   ...   34   35   36   37   38   39   40   41   ...   47

AŞURA GÜNÜ SÜBH DÖYÜŞ HAZIRLIĞI

İmam Hüseyn (əleyhis-salam) 72 nəfərdən ibarət olan kiçik qoşunu xeymələrin qarşısına gətirdi. Bu qoşun 32 süvari, 40 nəfər piyadadan ibarət idi. Qoşunda 70 yaşlı Müslüm ibni Ovsəcədən tutmuş, 14 yaşlı Qasim ibnil-Həsənə kimi müxtəlif yaş qruplarına mənsub olan döyüşçülər var idi. Çadırların arxasında yığılmış odun komalarına, qamışlara od vurmaqla düşməndən qorunurdu. Sağ cinahın sərkərdəliyi Züheyr ibni Qinə, sol cinahınkı isə Həbib ibni Məzahirə, süvarlərin bayrağı Həzrət Abbas (əleyhissalam)-a tapşırılmışdı.



AŞURA GÜNÜ İMAM (əleyhis-salam)-IN XİTABI

Özünü həlledici bir döyüşə hazırlayan İmam Hüseyn (əleyhis-salam) cəddi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in əbasını geyərək, müşk ilə ətirləndi, ata minib yuxarı qaldırdığı Quranla birlikdə atını düşmənə sarı çapdı. Allahın dərgahından pənah diləyən halda düşmənə xitab edərək dedi:–Pərvərdigara, Sən hər bir çətinlikdə mənim arxam, ümidimsən. İlahi, Sən qəlblərin zəif, əməllərin süst olduğu, insanın dostları onu tək qoyub düşmənləri bədxahlıq üzündən bu (kimi) giriftarçılıqlarda şadlıq, şənlik etdiyi anda narahatlıq və pərişanlıqda yeganə arxasan. Ey Allahım, mən özümü Sənə tapşırıram. Düşmənlərimdən yalnız Sənə şikayət edirəm. Yeganə arzum Sənə tərəf (gəlmək)dir. Səndən başqa kim məni qəm-qüssədən qurtara bilər? Yalnız Sən hər rəhmətin keşikçisi, hər fəzilətin sərvəri, hər bir arzu edənin son pənahısan.

İmam (əleyhis-salam) qılıncının qəbzəsinə söykənmiş vəziyyətdə uca səslə kufəlilərə müraciət edərək buyurdu:–Ey Kufə camaatı, sizi and verirəm Allaha, deyin görüm məni tanıyırsınızmı?

Camaat:–Bəli, sən Rəsulullahın nəvəsisən.

İmam (əleyhis-salam):–Sizi and verirəm Allaha, deyin görüm cəddimin Allahın Peyğəmbəri olmasına inanırsınızmı?

Camaat:–Bəli, Allahı bu işdə şahid tuturuq.

Həzrət:–Bilirsinizmi ki, mənim anam Fatimə, Peyğəmbərin qızıdır?

Camaat:–Bəli, bilirik.

Həzrət:–İnanırsınızmı ki, mənim cəddəm (nənəm) Xədicə bu ümmət qadınları içərisində ilk müsəlmandır?

Camaat:–Bəli.

Həzrət:–Bilirsinizmi ki, əlimdəki bu qılınc Rəsulullahın qılıncıdır?

Camaat:–Bəli.

Həzrət:–Bilirsinizmi ki başımdakı əmmamə Rəsulullahın əmmaməsidir?

Camaat:–Bəli.

Həzrət:–Bilirsinizmi ki, atam Əli İslamı qəbul edən ilk şəxsdir və onun elmi, biliyi hamıdan artıq, səbri hamıdan çoxdur. O, hər bir imanlı şəxsin mövlası (rəhbəri) sayılır?

Camaat:–Bunların hamısını qəbul edirik.

Həzrət:–Belədirsə, bəs nə üçün mənim qanımı tökməyi halal hesab edirsiniz?

Camaat:–Bütün bu sözləri qəbul edirik, amma səni öldürməyincə, əl çəkən deyilik.

İmam Hüseyn (əleyhis-salam) bu sözləri buyuranda qızları və bacıları eşidib ağlayırdılar. Onların naləsi İmam (əleyhis-salam)-ın qulağına çatdı, Həzrət Abbası, Əli Əkbəri çağırıb dedi:–Onları sakitləşdirin, canıma and olsun, bundan sonra çox ağlayacaqlar!

İMAM HÜSEYN (əleyhis-salam) KUFƏLİLƏRƏ HÖCCƏTİ TAMAM EDİR

İmam Hüseyn (əleyhis-salam) müdam çalışırdı ki, müharibə odu mümkün olduqca gec qızışsın və kufəlilərə höccəti tamam etsin. Məhz bu səbəbə görə də özü Şam qoşununa tərəf irəliləyib, onların qarşısında dayandı və bu böyük cəmiyyətə və ibni Sədə bir nəzər saldı. O, Kufənin adlı-sanlı adamlarının içində idi. İmam (əleyhis-salam) buyurdu:–Dünyanı yaradan, onu məhv olmaq yeri qərar verən Allaha şükür olsun! Aldananlar məhz dünyaya aldananlar, bədbəxtlər isə dünya tələsinə giriftar olanlardır. Ey camaat! Dünya sizi aldatmasın. Dünya, ona ümid bağlayan hər kəsi məyus edər; ona tamah salan hər kəsin arzusunu ürəyində qoyar. Bu gün mən görürəm ki, siz elə bir iş üçün yığışmısınız ki, Allah onun səbəbi ilə sizə qəzəblənmiş, üzünü sizdən çevirmişdir; Öz əzabını sizlərə nazil etmmiş, geniş rəhmətini sizdən götürmüşdür. Doğrudan da bizim necə də mehriban Allahımız var! Sizlər necə də nankor insanlarsınız! Siz özünüz mənə itaət etməyinizi, Rəsulullaha iman gətirməyinizi etiraf etmişdiniz. Amma indi o Həzrətin ailəsinə qarşı müharibə etmək üçün qollarınızı çırmalamış, onları öldürmək niyyətindəsiniz.

Şeytan sizə qələbə çalmış, Allahı yadınızdan çıxarmışdır. Sizə və sizin istəklərinizə lənət olsun. Biz hamımız Allahınıq və ona tərəf qayıdacağıq. Siz iman gətirib, sonra kafir olanlardansınız. Ölüm olsun zülmkarlara.

İbni Səd özünü itirmiş halda qışqırdı:–Vay olsun sizə, nə üçün susub cavabını vermirsiniz? Allaha and olsun, o Əliyyibni Əbi Talibin oğludur. Əgər bu minvalla axşama kimi sizin içinizdə qalıb söz desə, heç vaxt ələ keçməz, mühasirə də sona yetər.

Şimr irəli çıxıb həyasızcasına dedi:–Ey Hüseyn ibni Əli, nə istəyirsən? İstədiklərini bizə başa sal, sənin məqsədini dərk edək.

İmam Hüseyn (əleyhis-salam) öz xitabəsini davam etdirdi:–Ey camaat, Allahdan qorxun və məni qətlə yetirməkdən əl çəkin. Bilin ki, mənim qanım sizə halal deyildir. Mənim hörmətimi sındırmaq rəva deyildir. Mən sizin Peyğəmbərin qızının oğluyam. Mənim nənəm Xədicə Peyğəmbərin arvadıdır. Siz o Həzrətin ki buyuruduğu Həsən və Hüseyn behişt cavanlarının sərvəridirlər sözlərini eşitmişdiniz.

Şeyx Müfid yazır: Sonra İmam Hüseyn (əleyhis-salam) öz atına minib qoşunun hamısı, yaxud əksəriyyətinin eşidə biləcəyi uca səslə buyurdu: Ey camaat! Mənim sözümü eşidin, məni öldürməyə tələsməyin. İmkan verin, mən sizi vəzifəli olduğum şeylərə nəsihət edim və sizə höccəti tamam edim. Əgər insaflı olsanız, xoşbəxtliyə çatarsınız, yox əgər insanlıqdan əl çəkib məni təsdiq etməsəniz, ziyanını özünüz görəcəksiniz. Belə isə, öz məqsədiniz üçün bir yerə yığılın, ta ki, gələcəkdə peşman olmayasınız). Sonra mənim barəmdə qəzavət edin və daha mənə möhlət verməyin. Şübhəsiz, mənim ixtiyar sahibim tək olan Allahdır ki O, yaxşı insanları himayə edəndir.

Bunu deyib Allah dərgahına şükr etdi, öz Allahına layiqincə həmd və sitayiş, Onun Peyğəmbərinə, mələklərinə və sair peyğəmbərlərə salam göndərdikdən sonra buyurdu:–Ey camaat, yaxşı-yaxşı baxın, görün mən kiməm, kimlə qohumam, sonra ağlınızı başınıza yığıb özünüzü məzəmmət edin. Baxın görün məni öldürmək sizin üçün rəvadırmı? Məni qətlə yetirmək etmək halaldırmı? Məgər mən sizin Peyğəmbərinizin qızının oğlu, onun canişini və əmoğlusunun oğlu deyiləmmi? Məgər mənim atam ilk mömin, Rəsulullahın peyğəmbərliyinə şəhadət verən ilk şəxs deyildimi? Məgər seyyidüş-şühəda Həmzə mənim əmim deyildirmi? Məgər behiştdə iki qanadlı pərvaz edən Cəfər mənim əmim deyilmi? Peyğəmbərdən eşitdiyiniz Həsən və Hüseyn behişt cavanlarının sərvəridir kəlamı mənim və qardaşımın barəsində deyilmi? Əgər məni düzdanışan bilsəniz elə–həqiqətdə belədir və Allaha and olsun ki, Onun yalan danışanlarla düşmən olduğunu eşitdiyim gündən, heç vaxt yalan danışmamışam–sözümü eşidin; yox əgər məni yalançı hesab etsəniz, onda sizin aranızda elə adamlar var ki, Peyğəmbərin bu sözü barəsində sizə xəbər verə bilər; Cabir ibni Əbdüllah Ənsari, Əbu Səid Xidri, Səhl ibni Səd Saidi, Zeyd ibni Ərqəm, Ənəs ibni Malikdən soruşsanız, sizə deyərlər ki, onlar mənim və qardaşım barədə Peyğəmbərdən belə bir şey eşidiblər. İndi görün, bu qədər dəlil sizə, mənim qanımı tökməkdən əl çəkməyiniz üçün kifayət etmirmi?

Şimr yenə də dedi:–Əgər sənin nə dediyini bildimsə, qoy Allaha şəkk əsasında ibadət edim. (Demək istəyirdi ki, sizin sözləriniz bizim üçün dərk olunmazdır, nə dediyini dərk etmirik.)

Həbib ibni Məzahir ona belə cavab verdi:–Ey Şimr! Allaha and olsun ki, sən Allaha 70 dolayısı yolla ibadət edirsən. Şəhadət verirəm ki, sən düz deyirsən və İmam Hüseyn (əleyhis-salam)-ın dediyini dərk etmirsən. Çünki sənin qəlbinə möhür vurulmuşdur, buna görə də qəlbində haqqa yer yoxdur.

İmam Hüseyn (əleyhis-salam) sözlərini davam etdirərək dedi:–Ey Camaat! Dediklərimdə şəkkiniz olsa belə, deyin görüm mənim Peyğəmbərin qızının oğlu olmağımda da şəkkiniz var? Allaha and olsun, məşriqlə məğrib arasında məndən başqa heç kim Peyğəmbərin oğlu deyildir; istər sizin aranızda olsun, istərsə də qeyrisində. Vay olsun sizə, məgər mən sizdən bir kəsi öldürmüşəm ki, onun qisasını məndən almaq istəyirsiniz? Yoxsa sizin mal-dövlətinizi məhv etmişəm ki, onun əvəzində mənimlə vuruşursunuz? Yaxud bir kəsi yaralamışam qisasını məndən alırsınız?

Sizinləyəm ey Şibs, ey Həccar, ey Qeys və ey Yəzid! Məgər siz məktubda mənə yazmamışdınız ki, Meyvələr yetişmiş, bostanlar yaşıllaşmışdır. Əgər sən bizə tərəf gəlsən, biz sənin intizarındayıq?

Qeysə aşkar şəkildə xitab olunduqda, onun namərdliyi, vəfasızlığı hamının hüzurunda ifşa olunduqda tab gətirə bilmədi, İmam Hüseyn (əleyhis-salam) a dedi:–Biz sənin nə dediyini bimirik və sözlərini başa düşmürük. Sizin yalnız bir yolunuz var: Əmioğlun Yezid ibni Müaviyəyə tabe olun, o da sizə qarşı xoşagəlməz rəftar etməsin.

İmam Hüseyn (əleyhis-salam) buyurdu:–Yox! Heç vaxt belə bir iş görmərəm! Allaha and olsun, mən heç vaxt zilləti, xarlığı qəbul etməz, sizdən isə qulların öz sahiblərindən qaçdığı kimi qaçmaram!121




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə