200
Əgər Quranın təhrifə uğramadığına etiqad olmasa, bu vaxt onun möcüzə oldu-
ğunu isbat etməyin nə faydası vardır? Əgər Quranın təhrifə uğramadığına etiqad
olmasa, bu vaxt onu mötəbər, müqəddəs və dəyərli hesab etmək mümkündürmü?
Bu vaxt onu yenə də “muhəymin” adlandırmaq olarmı?
Odur ki, biz Quran barədə iki etiqada sahib olmalıyıq:
1- Quranın möcüzə olduğu (bu mövzu kitabın növbəti hissəsində araşdırılacaq);
2- Quranın təhrif olunmadığı (bu mövzu kitabın bu hissəsində araşdırılır).
Quranın təhrifə uğramadığını onun ilahi bir möcüzə olduğundan qabaq araşdır-
mağımızın səbəbi, bu mövzunun “Quranın tarixi”
1
ilə əlaqədar olmasıdır. Təhrif
mövzusu, ondan ötrü tarixi bir mövzudur ki, bu hadisə yalnız İslam tarixinin
müəyyən bir dönəmində baş verə bilərdi:
1- Həzrət Peyğəmbərin (s) vəfatından sonra xəlifə Osmanın dövründə mus-
həflərin yığışdırılması və beş, yaxud yeddi mushəfin yaradılmasınadək (hicrətin
otuzuncu ilinə qədər);
2- Bu dövrdən (hicrətin otuzuncu ilindən) etibarən hicrətin dördüncü əsrinin
əvvəllərində İbn Mücahid tərəfindən qiraətlərin “yeddi qiraət”də inhisarlaş dırıl-
ma sınadək.
Hicri dördüncü əsrdən sonra Quranın təhrifə uğradığını kimsə iddia etməmişdir
və hal-hazırda da belə bir iddia mövcud deyildir.
Şiə məzhəbi Quranın təhrif olunmadığına
etiqad bəsləyir
Məlum oldu ku, Quranın müqəddəsliyi və etibarı zəminində onun təhrifə uğra-
madığına etiqad bəsləmək olduqca əhəmiyyətlidir.
Qeyd etməliyik ki, bu mövzunun şiə alimləri tərəfindən araşdırılması xüsusi
əhəmiyyətə malikdir. Çünki Quranın təhrif olunmadığına möhkəm əqidəsi olan və
hal-hazırda yer üzündə Quranın nurani hökmlərininin bayraqdarı, İslamın fədakar
müdafiəçiləri olan şiələrə
2
iftira atılır ki, şiələr Quranın təhrifə uğradığına etiqad
bəsləyirlər! Bu iftiralar uzaq keçmişdən indiyədək o qədər geniş təbliğ olunmaq-
dadır ki, bəzi əhli-sünnə nümayəndələri bu inancı şiənin danılmaz inancı kimi
qəbul etmişlər. Bəzi qərəzli qruplaşmaların şiələrə bu əsassız iftiraları atmaqda
məqsədi, digər məzhəbdən olan müsəlmanlarda şiələrə qarşı nifrət hissi oyatmaq
və İslam ümmətinin vəhdətini çətinliklə üzləşdirməkdir.
1
Çünki əvvəlki beş hissədə “Quranın tarixi” barədə olan mövzular araşdırılmışdır.
2
Nümunə olaraq, İmam Xomeyninin (r.ə) “Şeytan ayələri” kitabının müəllifi Salman Rüşdi barədə tarixi
fətvasını qeyd etmək olar.
201
Təhrifin mənası
Əzhəri deyir:
َﻑَﺭ ْﻭَﺮ ْﺣِﺍ ﻭ َﻑﱠﺮَﺤَﺗ ﻭ َﻑَﺮَﺤْﻧﺍ َﻭ ﺎًﻓ ْﺮَﺣ ﺊﺸﻟﺍ ﻦﻋ َﻑﺮَﺣ
Bunların hamısı “bir şeydən uzaqlaşmaq, kənara çıxmaq” mənasını bildirir.
1
“ِء ْﻲﱠﺸﻟﺍ ُﻑْﺮَﺣ” ifadəsi “bir şeyin tərəfi” mənasını bildirir.
2
Rağib İsfahaninin “Mufrədat” adlı izahlı lüğətində qeyd etdiyinə əsasən, bir
şeyi təhrif etmək, onu “əyri, qıyacı, çəpəki etmək” deməkdir. Məsələn, “təhrifu
qələm” (ﻢَﻠَﻗ ُﻒﻳِﺮْﺤَﺗ) dedikdə, “qələmin ucunu çəpəki yontmaq” nəzərdə tutulur.
“Qələmun muhərrəfun” ( ٌﻑﱠﺮَﺤُﻣ ٌﻢَﻠَﻗ) dedikdə isə, ucu çəpəki yontulmuş qələm
nəzərdə tutulur.
3
Kəlamı təhrif etmək, onu iki ehtimaldan birində qərar verməkdir, hansı ki,
kəlam üçün iki məna ehtimal verilirdi. Başqa sözlə desək, kəlamı təhrif etmək,
kəlamı elə bir şəkildə mənalandırmaqdır ki, əslində, bu kəlamda bu məna nəzərdə
tutulmamışdır. Məsələn, aşağıdakı Quran ayəsində məhz bu məna nəzərdə tutulur:
...ِﻪِﻌِﺿﺍَﻮَﻣ ْﻦَﻋ َﻢِﻠَﻜْﻟﺍ َﻥﻮُﻓﱢﺮَﺤُﻳ ﺍﻭُﺩﺎَﻫ َﻦﻳِﺬﱠﻟﺍ َﻦِﻣ
“Yəhudilərin bir qismi (Tövratın) kəlmələri(ni) öz yerindən təhrif edirlər...”
4
Daha aydın desək, bu kimi məqamlarda təhrif, kəlamın mənasını dəyişmək və
kəlamı həqiqi mənasında deyil, başqa bir mənada mənalandırmaqdır. Bu izahla,
hər kim Quranı qeyri-həqiqi mənada mənalandırarsa, onu təhrif etmişdir. Necə ki,
bəzi yəhudilər Tövrat xüsusunda belə etmişlər.
Yuxarıdakı ifadənin oxşarı (َﻢِﻠَﻜْﻟﺍ َﻥﻮُﻓﱢﺮَﺤُﻳ) Quranda dörd dəfə işlənmiş, hamı-
sında da bir dəstə yəhudinin özlərinin səmavi kitabını məna baxımından təhrif
etdiklərinə işarə edilir. Bir ayədə bu ifadə işlənir:
٥
ِﻪِﻌِﺿﺍَﻮَﻣ ِﺪْﻌَﺑ ْﻦِﻣ َﻢِﻠَﻜْﻟﺍ َﻥﻮُﻓﱢﺮَﺤُﻳ
Nəhayət, onların Tövrata qarşı rəftarı belə təsvir olunur:
. َﻥﻮُﻤَﻠْﻌَﻳ ْﻢُﻫ َﻭ ُﻩﻮُﻠَﻘَﻋ ﺎَﻣ ِﺪْﻌَﺑ ْﻦِﻣ ُﻪَﻧﻮُﻓﱢﺮَﺤُﻳ ﱠﻢُﺛ ِﷲ َﻡﻼَﻛ َﻥﻮُﻌَﻤْﺴَﻳ ْﻢُﻬْﻨِﻣ ٌﻖﻳِﺮَﻓ َﻥﺎَﻛ ْﺪَﻗ َﻭ
“Onların (yəhudilərin) bir dəstəsi Allahın kəlamını eşidir, lakin (Alla-
hın kəlamı) barəsində düşünüb başa düşdükdən sonra bilərəkdən onu təhrif
edirdilər.”
6
1
İbn Mənzur, “Lisanul-ərəb”.
2
Müraciət edin: əvvəlki qaynaq; həmçinin, “Qamus-e Quran”; “Mufrədat”.
3
“Quranpəjuhi”, s.86.
4
Nisa surəsi, ayə: 46.
5
Maidə surəsi, ayə: 41.
6
Bəqərə surəsi, ayə: 75.
202
“Təhrif”in terminoloji mənası
Qeyd etdik ki, “təhrif” sözünün lüğəvi (leksik) mənası, “sözün mənasına
müdaxilə etmək”, yəni sözün mənasını dəyişməkdir. “Təhrif”in terminoloji
mənasında isə “Quranın sözlərinə müdaxilə etmək” nəzərdə tutulur. Başqa sözlə
desək, terminoloji təhrif “ləfz təhrifi”, lüğəvi təhrif isə “məna təhrifi”dir.
Buna əsasən demək olar ki, Quranda “təhrif” sözü ancaq lüğəvi mənada
işlənibdir. “Quranın təhrif olunmadığı” mövzusunda isə söhbət “ləfz təhrifi”ndən,
yəni terminoloji təhrifdən gedir.
“Təhrif”in qisimləri:
1- Məna təhrifi;
2- Ləfz təhrifi.
“Ləfz təhrifi”nin qisimləri:
1- Azaltma (təhrifun bin-nəqisə);
2- Artırma (təhrifun biz-ziyadə);
3- Ardıcıllığı pozma.
1- Quranın məna təhrifi:
Baxmayaraq ki, Qurani-Kərimdə “təhrif” sözü bu mənada (yəni Quranın
mənasının təhrif edilməsi mənasında) işlənməmişdir, lakin “Ali-İmran” surəsinin
7-ci ayəsində “mütəşabih ayələr” barədə belə buyurulur:
...ِﻪِﻠﻳِﻭْﺄَﺗ َءﺎَﻐِﺘْﺑﺍ َﻭ ِﺔَﻨْﺘِﻔْﻟﺍ َءﺎَﻐِﺘْﺑﺍ ُﻪْﻨِﻣ َﻪَﺑﺎَﺸَﺗ ﺎَﻣ َﻥﻮُﻌِﺒﱠﺘَﻴَﻓ ٌﻎْﻳَﺯ ْﻢِﻬِﺑﻮُﻠُﻗ ﻰِﻓ َﻦﻳِﺬﱠﻟﺍ ﺎﱠﻣَﺄَﻓ
“Amma qəlblərində (haqdan) dönüklük olan kəslər fitnəkarlıq və təvil etmək
(düzgün olmayan məna vermək) məqsədilə bu kitabın mütəşabihinə tabe olar-
lar...”
Bu ayə aydın şəkildə bildirir ki, bəzi fitnəkarlar mütəşabih ayələri öz yanlış
yozumları üçün dəstavüz (istinad yeri) edirlər.
Təəssüflər olsun ki, Quranın “məna təhrifi”nə məruz qaldığı əsla inkar olunmur. Çün-
ki “təfsir be-rəy”, yəni Quranı şəxsi rəy, nəzər əsasında təfsir etmək “məna təhrifi”dir
və İslam tarixi boyu belə faktlara saysız rast gəlinir. “Quranın təfsiri” tarixində bir
sıra kəlami cərəyanlar, firqələr meydana gəldi ki, onların meydana gəlməsinin başlıca
səbəbi elə Quran ayələrini düzgün mənalandırmamaq, təfsir etməmək olmuşdur. Bu
firqələrdən Mufəvvəzə, Mucəssəmə və başqalarını göstərmək olar.
Hədislərdə də Quranın məna təhrifinə məruz qaldığı bəyan edildikdən sonra
bu işi görənlər kəskin şəkildə məzəmmət olunur. Hədislərin birində İmam Baqir
(ə) buyurur:
Dostları ilə paylaş: |