120
Ubəyy ibn Kə`bin
1
və Abdullah ibn Məs`udun
2
mushəflərinin özəlliklərindən da-
nışacağıq.
1
Ubəyy ibn Kə`b:
Ubəyy ibn Kə`b ibn Qeys ibn Ubeyd ibn Zeyd ənsarın Bəni-Nəccar tayfasındandır. O, Peyğəmbərin (s)
səhabəsi və vəhy ka bi olmuşdur. Quranın qiraə ,
cəm edilməsi və təlimində, həmçinin təfsir və fiqhdə
böyük ustadlardan sayılırdı. Bəzi rəvayətlərdə qeyd olunur ki, Peyğəmbər (s) onu “Əbul-Munzər” künyəsi ilə
çağırarmış. Həmçinin rəvayət olunur ki, Peyğəmbər (s) ona “Seyyidul-ənsar” ləqəbini vermiş və o, həyatda
ikən müsəlmanlar onu “Seyyidul-muslimin” çağırmışlar. Ərəblər arasında oxuyub yazanların sayının az
olduğu cahiliyyət dövründə (İslam zühur etməmişdən qabaq) Ubəyy ibn Kə`b yazmağı bacaranlardan biri
idi. İslam zühur etdikdə o, “ikinci əqəbə”də ənsardan olan yetmiş nəfərdən biri olmuş və Peyğəmbərlə (s)
beyət bağlamışdı. O, Bədr, Uhud, Xəndək və başqa döyüşlərdə Peyğəmbərin (s) kənarında olmuşdur. O,
vəhy ka bliyindən əlavə, Peyğəmbərin (s) yazarı da olmuşdur. Şiə mənbələrinə is nadən, Peyğəmbər (s)
vəfat etdikdən sonra Ubəyy ibn Kə`b Peyğəmbərin (s) canişinliyi mövzusunda e raza qalxan
on iki nəfərdən
biri olmuşdur.
Ubəyy ibn Kə`b və Quran elmləri:
O, bütün Quranı Peyğəmbərə (s) qiraət etmişdir. Məşhur bir hədisə is nadən, Peyğəmbər (s) Quranı dörd
nəfərdən təlim almağı tövsiyə etmişdir ki, onlardan biri də Ubəyy ibn Kə`bdir. Başqa bir hədisdə qeyd olunur
ki, Ubəyy ibn Kə`b ümmət arasında qiraə hamıdan yaxşı bilən bir şəxsdir. Bəzi qədim rəvayətlərdən əldə
olunur ki, Ubəyy ibn Kə`bin qiraə nin geniş yayılması “Osmani mushəfin” yazılmasından qabaqkı dövrə
təsadür edir və onun qiraə o dövrlərdə geniş yayılan qiraətlərdən biri idi. “Osmani mushəf” yazıldıqdan
sonra – belə ki, Ubəyy ibn Kə`b həmin heyə n üzvlərindən biri idi – onun qiraə yenə də diqqət mərkəzndə
qaldı və gələcək nəsillərə ötürülərək sonrakı yüzilliklərdə “mötəbər qiraətlər” hesab
edilən qiraətlərin
əsas mənbələrindən biri oldu. “Yeddi qiraət” arasında Nafe və İbn Kəsirin “hicazi qiraə ”, eləcə də, “hicazi
qiraət”dən müəyyən qədər qaynaqlanan Əbu Əmr ibn Əlanın “bəsri qiraə ” əsas e barilə Ubəyy ibn
Kə`bin qiraə əsasındadır. “Kufi qiraə ”ndə Asimin və Kəsainin qiraə üzərində Ubəyy ibn Kə`bin qiraə nin
böyük təsiri olmuşdur. İmam Sadiq (ə) hədislərin birində buyurur ki, Ubəyy ibn Kə`bin qiraə Əhli-beyt (ə)
tərəfindən təsdiqlənmişdir.
Osmanın xilafə dövründə “Osmani mushəf” yazılıb yığılarkən Ubəyy ibn Kə`b və Zeyd ibn Sabit on iki
nəfərlik heyə n nüfuzlu üzvləri olmuşlar. Qədimi bir
tarixi mənbədə qeyd edilir ki, bir dəstə iraqlı Ubəyy
ibn Kə`bin oğlu Məhəmmədin yanına gəlimiş və ondan atasının mushəfini istəmişlər. Məhəmməd belə bir
mushəfin olduğunu inkar etməmiş və demişdir ki, bu mushəfi Osman ondan almışdır. Hicri birinci əsrin ikinci
yarısında Məhəmməd ibn Kə`b Qurəzi Ubəyyin mushəfindən birnüsxəni görmüşdür ki, Osmani mushəflə
bu mushəf arasında elə də böyük fərqlər yox imiş. Hakim Nişaburi “Mustədrək”də yazır ki,
camaat Osmana
qarşı üsyana qalxdığı vaxt Ubəyy həyatda imiş və Osman qətlə ye rilməmişdən qabaq o, dünyasını dəyişdi.
(Böyük İslam ensiklopediyası, c.6, s.463-465. )
2
Abdullah ibn Məs`ud:
Abdullah ibn Məs`ud ibn Ğafil ibn Həbib “Huzeyl” qəbiləsindəndir. Anasının adı “Ummi-Əbd” idi və buna
görə də ona “İbn Ummi-Əbd” künyəsi verilmişdi. Əbu Nəim İsfahaninin rəvayə nə görə, iman gə rən
al ncı şəxs idi. Hörmətli bir səhabə idi. Peyğəmbərin (s) xadimi, sirdaşı və daim o həzrə n kənarında idi.
O, iki dəfə hicrət etmişdir: bir dəfə Həbəşəyə və bir dəfə Mədinəyə. Peyğəmbərin (s)
iş rak etdiyi bütün
döyüşlərdə iş rak etmişdir. Quran hafizi və fəqih səhabələrdən idi. Günlərin birində Ömər ona baxıb dedi:
“Elmlə dolu xəzinədir.” Peyğəmbər (s) vəfat etdikdən sonra Kufənin beytul-malının məsulu təyin edildi
və Osmanın xilafə dövründə Mədinəyə gəldi. O, Əbazərin kəfn-dəfn mərasimində iş rak etmişdir. Onun
Əmmar, Salman, Əbazər, Miqdad və Ubəyy ibn Kə`bin sırasında Əhli-bey n (ə) imamə ni tanıtdıranlardan
olduğunu demişlər. Deyilənlərə görə, o, yetmiş surəni Peyğəmbərdən (s) eşidərək öyrənmişdir. Onun iffətli,
fəzilətli, imanlı bir kişi olduğuna, Peyğəmbərin (s) onu mədh etdiyinə şəkk yoxdur. Hicri 32-ci ildə vəfat etdi
və Bəqi məzarlığında dəfn edildi. Osmani mushəf cəm edilərkən Abdullah ibn Məs`ud və Osman arasında
qarşıdurma yarandı və dördüncü fəsildə bu məsələyə toxunacağıq. (“əl-Kuniyyə vəl-əlqab”, c.1, s.216 və
470; “Ə`lam”, Zərəkli, c.4, s.137; Dr. Ramyar, “Tarix-e Quran”, s.354.)
121
Ubəyy ibn Kə`bin mushəfi
Cəlaləddin Siyuti “əl-İtqan”da İbn Əştənin “Məsahif” kitabındakı Əbu Cəfər
Kufinin rəvayətinə istinadən Ubəyy ibn Kə`bə mənsub mushəfdə surələrin
mündəricatını qeyd etmişdir. Bu mündəricatda birinci “Həmd” surəsi, sonra
“tuvəl” surələr, yəni Bəqərə, Nisa, Ali-İmran, Ən`am, Ə`raf,
Maidə və Yunus
surələri yerləşir. Sonuncu surə isə “Nas” surəsidir.
1
İbn Nədim “əl-Fihrist” əsərində Ubəyy ibn Kə`bə mənsub mushəfdə surələrin
ardıcıllığını Fəzl ibn Şazanın rəvayətinə istinadən qeyd etmişdir. Fəzl ibn
Şazan isə bu rəvayəti etibarlı bir ravidən nəql etmişdir ki, bu ravi Ubəyy ibn
Kə`bə mənsub mushəfi “Qəryətul-ənsar” adlı kiçik
bir kənddə Məhəmməd ibn
Əbdulməlik Ənsari adlı bir şəxsdə görmüşdür. Ubəyy ibn Kə`bə mənsub mushəfin
nüsxələrindən birinin hicri-qəməri 3-cü əsrin ortalarına qədər qalması isə maraqlı
faktdır.
2
Əbu Abdullah Zəncani də Ubəyy ibn Kə`bin mushəfində surələrin ardıcıllığını
İbn Nədimin “əl-Fihrist” əsərinə istinadən qeyd etmişdir.
3
Bu iki mənbədə (“əl-Fihrist” və “əl-İtqan” əsərlərində) qeyd olunan mündəricatı
(Ubəyy ibn Kə`bə mənsub mushəfdə surələrin mündəricatını) müqayisə etdikdə
görürük ki, 24-cü surəyə qədər, yəni “Mu`minun” surəsinə qədər heç bir fərq
mövcud deyil. Lakin “Mu`minun” surəsindən sonra
müəyyən fərqlər nəzərə çar-
pır.
Dr. Ramyar bu iki mənbədəki fərqləri araşdıraraq deyir:
“İbn Nədimin “əl-Fihrist” əsərində 12 surə qeydə alınmamışdır və həmin
surələr bunlardır: Ənkəbut, Loğman, Duxan, Zariyat, Tur, Qəmər, Təhrim, Sə`əl,
Sail, Muzzəmmil, Muddəssir, Bələd, Əsr.
Lakin “əl-İtqan” əsərində 7 surə qeydə alınmamışdır və bu surələrdən heç biri
“əl-Fihrist” əsərində qeydə alınmayan surələrlə üst-üstə düşmür: İbrahim, Fur-
qan, Səcdə, Məlaikə, Zuxruf, İnsan və Buruc.”
4
“ət-Təmhid” əsərinin müəllifi bu iki mənbədəki mündəricatı bir-birinin
vasitəsilə tamamlamış, nəticədə 116 surənin adını açıqlamışdır.
5
Bu
işin isə heç
bir “nəqli” və “əqli” (elmi) əsası yoxdur.
Qeyd etmək lazımdır ki, İbn Nədimin “əl-Fihrist” və Siyutinin “əl-İtqan”
əsərlərində “ﻊْﻠَﺧ” və “ﺪْﻔَﺣ” adlı iki surə Ubəyy ibn Kə`bin mushəfində surələrin sı-
rasında qeyd edilmişdir. Bu iki surə “əl-Fihrist” əsərində 90-cı və 92-ci surələrdir.
1
“əl-İtqan”, c.1, s.201-202.
2
“əl-Fihrist”, s.29-30.
3
“Tarixul-Quran”, s.141-144.
4
“Tarix-e Quran”, s.345-347.
5
“ət-Təmhid”, c.1, s.325-331.