A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
Qiyməti 50 qəpik
10 fevral 2017-ci il № 9-12 (9103)
QƏZET
1931-ci ildən
nəşr olunur
QƏZET
1931-ci ildən
nəşr olunur
"Müalicə-profilaktik yeməklərə, süd və ona
bərabər tutulan digər məhsullara və vasitələrə sərf
olunan xərclərin, həmçinin dəniz nəqliyyatında
üzücü heyətə verilən yemək xərclərinin normaları-
nın müəyyən edilməsi barədə" Azərbaycan Respub-
likası Nazirlər Kabinetinin 2007-ci il 4 iyun tarixli
89 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci abzasını rəhbər tuta-
raq Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. "Müalicə-profilaktik yeməklərə, süd və ona bə-
rabər tutulan digər məhsullara və vasitələrə sərf olu-
nan xərclərin, həmçinin dəniz nəqliyyatında üzücü
heyətə verilən yemək xərclərinin normalarının müəy-
yən edilməsi barədə" Azərbaycan Respublikası Nazir-
lər Kabinetinin 2007-ci il 4 iyun tarixli 89 nömrəli qə-
rarının (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007, № 6, maddə 694) 2-ci hissəsi aşağıdakı
redaksiyada verilsin:
"2. Dəniz nəqliyyatında üzücü heyətə verilən
yemək xərclərinin gündəlik norması Xəzər dənizin-
də üzən gəmilərin üzücü heyəti üçün 15 manatadək,
Xəzər dənizindən kənarda üzən gəmilərin üzücü heyə-
ti üçün 15 ABŞ dollarınadək məbləğdə müəyyən edil-
sin.".
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş naziri
A
zərbaycan çox böyük müsbət
beynəlxalq imicə malik-
dir. Beynəlxalq təşkilatlarda bizim
sözümüz keçir və təsirimiz artır. Biz
beynəlxalq əlaqələrimizi bu il də
genişləndirəcəyik. Keçən il ölkəmizə
20-yə yaxın dövlət və hökumət başçısı
rəsmi və işgüzar səfərlər etmişdir. Bu
da bir göstəricidir. Biz beynəlxalq
təşkilatlar çərçivəsində fəal işləmişik.
İslam Əməkdaşlıq Təşkilatı Zirvə
görüşündə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi və aprel
ayında Azərbaycana Ermənistan
tərəfindən edilən təcavüzlə bağlı
kontakt qrupu yaratdı. Bu qrup artıq
fəaliyyətə başlayır. Bu, bizim böyük
uğurumuzdur. Son illər ərzində bizim
fəaliyyətimiz nəticəsində Qoşulmama
Hərəkatı Dağlıq Qarabağ münaqişə-
sinin Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həll olunması ilə bağlı
qətnamələr qəbul etmişdir.
Dağlıq Qarabağ münaqişəsinin həl-
li yolları bəllidir. Bizim mövqeyimiz
dəyişməz olaraq qalır. Bizim ölkəmi-
zin ərazi bütövlüyü bərpa edilməlidir.
Bütün işğalçı qüvvələr bizim torpaqla-
rımızdan çıxarılmalıdır. BMT Təhlükə-
sizlik Şurasının dörd qətnaməsi icra
edilməlidir. Status-kvo qəbuledilməz-
dir, dəyişdirilməlidir. Keçən il ATƏT
də bu məsələ ilə bağlı öz ciddi sözünü
demişdir - status-kvo qəbuledilməzdir.
Bu, aksiomdur və bu, dəyişdirilməlidir.
Status-kvonun dəyişdirilməsi işğalçı
qüvvələrin torpaqlarımızdan çıxarıl-
ması deməkdir. Budur, münaqişənin
həlli yolları. Bunun başqa yolu ola
bilməz. Azərbaycan heç vaxt öz tor-
pağında ikinci qondarma erməni döv-
lətinin yaranmasına icazə verməyəcək.
Azərbaycan heç vaxt bu vəziyyətlə ba-
rışmayacaq. İşğalçı rejim, Ermənistan
rəhbərliyi bunu nə qədər tez dərk etsə,
bu, onlar üçün o qədər də yaxşı olacaq.
2016-cı ilin aprel ayında Azərbay-
can dövləti və Azərbaycan Ordusu iş-
ğalçılara çox ciddi zərbələr vurmuşdur.
Növbəti erməni hərbi təxribatına cavab
olaraq, Azərbaycan Ordusu əks-hücum
əməliyyatı keçirmiş və minlərlə hektar
torpağı işğaldan azad etmişdir. Bu, bi-
zim şanlı tarixi qələbəmizdir. Bu, bir
daha dövlətimizin, xalqımızın, ordu-
muzun gücünü göstərir. Bir daha onu
göstərir ki, biz istənilən vaxtda məsələ-
ni hərbi yolla həll edə bilərik. Minlərlə
hektar torpaq işğalçılardan boşaldıldı.
İndi orada təmizlik işləri, bütün mə-
nalarda təmizlik işləri aparılır. Azər-
baycan Ordusu indi on minlərlə hektar
torpağa nəzarət edir. İndi o ərazilərdə
işğalçıların izi-tozu qalmayıb. Biz o
bölgələrdə lazımi tədbirləri görəcəyik
ki, vətəndaşlarımız oraya qayıtsınlar və
artıq bu proses başlayır.
Aprel döyüşləri bizim şanlı ta-
riximizdir, böyük qələbəmizdir. Biz
hərbçilərimizlə fəxr edirik. Bu döyüş-
lər zamanı Azərbaycan xalqı bir daha
öz birliyini nümayiş etdirmişdir. Belə-
liklə, hesab edirəm ki, 2016-cı il mü-
naqişənin həlli ilə bağlı çox önəmli il
olmuşdur. Çünki qarşı tərəf – Ermənis-
tan təşviş içində idi, vasitəçilərdən xa-
hiş edirdi ki, tezliklə bu döyüşlər başa
çatsın və onlar danışıqlar prosesinə
qayıtmağa hazır olduqlarını bildirmiş-
lər. Azərbaycan ictimaiyyəti yaxşı bilir
ki, onlar müxtəlif beynəlxalq təşkilat-
lara, o cümlədən Kollektiv Təhlükə-
sizlik Müqaviləsi Təşkilatına müraciət
etmişlər. Baxmayaraq ki, Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatının
bu məsələ ilə heç bir əlaqəsi yoxdur.
Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatına bu vaxta qədər rəhbərlik et-
miş şəxslər sadəcə olaraq, böyük siyasi
səhv buraxaraq ermənipərəst mövqe
və qəbuledilməz fikirlər ifadə etmiş-
lər. İndi biz hamımız onların aqibətinin
necə olduğunu yaxşı bilirik. Yəni, aprel
döyüşləri həm bizim parlaq qələbəmiz-
dir, həm bir daha Azərbaycan dövləti-
nin gücünü göstərdi, həm də bir daha
göstərdi ki, biz heç vaxt bu vəziyyətlə
barışmayacağıq. Biz bütün təxribatlara
layiqli cavab verəcəyik. Eyni zaman-
da, illər boyu Ermənistan tərəfindən
yaradılmış mif tamamilə darmadağın
edildi. Xaricdən silahlar, pullar, digər
yardımlar olmasa, onlar bir həftə ər-
zində bizim qabağımızda duruş gətirə
bilməzlər. Bunu özləri də etiraf edirlər.
Biz bunu çoxdan bilirdik.
Biz həmişə olduğu kimi, konstruk-
tiv mövqe tuturuq, haqq-ədalət bizim
tərəfimizdədir, beynəlxalq hüquq nor-
maları da həmçinin. Tarixi həqiqət də
bizim mövqeyimizi möhkəmləndirir.
Hərbi güc də, iqtisadi potensial da, siya-
si nüfuz da bizdədir. Yəni, biz məsələni
istədiyimiz kimi həll edəcəyik. Bizim
istəyimiz ölkəmizin ərazi bütövlüyünü
bərpa etmək, işğal altında olan bütün
torpaqlarda Azərbaycan bayrağını qal-
dırmaqdır. Budur, bizim məqsədimiz
və biz bu məqsədə doğru irəliləyirik.
Aprel döyüşləri bu istiqamətdə çox
önəmli tarixi addım olmuşdur.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
(Yanvarın 10-da Azərbaycan
Respublikası Prezidentinin sədrliyi
ilə keçirilən Nazirlər Kabinetinin
2016-cı ilin sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasındakı nitqindən)
BU SAYIMIZDA
XocALI SoYQIRIMInI töRƏDƏnLƏR
teZLikLƏ ƏDALƏt MƏhkƏMƏSi QARşISInDA
cAvAB veRMƏLi vƏ cƏZALAnDIRILMALIDIR
RAUf vƏLiYev: “BiZiM çoX
ZƏkALI, BAcARIQLI vƏ iSteDADLI
gƏncLƏRiMiZ vAR.”
Fevralın 1-də Gənclər Günü münasibətilə Yaxt-klubda Azər-
baycan Xəzər Dəniz Gəmiçiliyində çalışan və Dövlət Dəniz Aka-
demiyasında təhsil alan gənclərlə görüş keçirildi. Görüşdə Bakı
Gəmiqayırma Zavodunun rəhbərliyi və
fəal gəncləri də iştirak edirdilər.
Səh. 2
“tRAnZit DAşIMALARDAn ƏLDƏ oLUnAn
gƏLiRLƏR 5,5 DƏfƏ ARtIRILMALIDIR”
Gəmiçilikdə çalışan
və Ümummilli Lideri-
miz Heydər Əliyevin
ideyaları ilə silahlanmış
Yeni Azərbaycan Par-
tiyasının üzvü olması
ilə qanuni iftixar hissi
keçirən 8 işçimiz on iki
il əvvəl Yeni Azərbaycan
Partiyası Səbail rayon
təşkilatına “Xəzər dəniz-
çiləri” ərazi ilk təşkilatının yaradılması
xahişi ilə müraciət edir və az sonra
onların bu arzuları qarşısında “yaşıl
işıq” yandırılır.
DƏniZDƏ inSAn hƏYAtInIn MühAfiZƏSi
üZRƏ tƏLiM kURSLARI keçiRiLiB
13 MeDAL QAZAnIBLAR
Azərbaycan
Respublikasının
insan hüquqları üzrə
müvəkkili (Ombuds-
man) Xocalı soyqırı-
mının 25-ci ildönümü
ilə əlaqədar bəyanat
yayıb.
Azərbaycan cüdoçu-
ları İtaliyanın Liqnano
şəhərində ənənəvi “Alpe
Adrea” beynəlxalq turni-
rində 5 qızıl, 4 gümüş və 4
bürünc medal qazanıblar.
SOCAR-ın Təlim, Tədris
və Sertifikatlaşdırma İdarəsinin
Dənizdə insan həyatının mü-
hafizəsi üzrə təlim mərkəzində
“Dəniz Neft-Qaz Sənayesi üzrə
Təlim Təşkilatı”nın (OPITO)
standartlarının tələblərinə uy-
ğun olaraq, şirkətin əməkdaşla-
rı üçün “Dənizdə təhlükəsizlik
texnikasının əsasları və
fövqəladə hallar şəraitində hazırlıq”
(BOSIET) üzrə təlim kursu keçirilib.
Transxəzər dəh-
lizi ilə daşımaların
həcminin artırılması
ilə əlaqədar Kurık
limanının tikintisinin
ikinci fazasının icrası-
na başlanmalıdır.
Səh. 5
Səh. 6
AZƏRBAYcAn XƏZƏR DƏniZ
gƏMiçiLiYinin nAiLiYYƏtLƏRinDƏ
YAP üZvLƏRinin XiDMƏti AZ DeYiL
Səh. 8
AZƏRBAYcAn ReSPUBLikASI nAZiRLƏR kABinetinin
Q Ə R A R I
№ 21 Bakı şəhəri, 30 yanvar 2017-ci il
Səh. 3
Səh. 4
“Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi” QSC Türkiyədə iki
yeni şirkət təsis edib. “Caspdry”
və “Casptankers” adları ilə fəa-
liyyət göstərəcək şirkətlər Xəzər-
dənkənar hövzələrdə Azərbaycan
bayrağı altında üzən gəmilərin
daha səmərəli istismarına nail
olmağa çalışacaq.
“Caspdry” quru, “Casptan-
kers” isə maye yüklər daşıyan
gəmilərin istismarını həyata ke-
çirəcək.
Fevralın 3-də İstanbulda ke-
çirilən mərasimdə dünyanın ta-
nınmış təsnifat cəmiyyətlərindən
olan Amerika Gəmiçilik Bürosu
( ABS) “Caspdry” şirkətinə İSM-
in tələblərinə cavab verdiyini
təsdiqləyən uyğunluq sertifikatı-
nı təqdim edib. Yaxın vaxtlarda
“Casptankers”ə də belə sertifikatın təq-
dim olunacağı gözlənilir. Bu sertifikatlar
isə hər iki şirkətə Xəzərdənkənar höv-
zələrdə iri həcmli gəmilərin istismarına
imkan verəcək.
ABS-in rəsmi nümayəndələri və
auditorlarının iştirak etdiyi mərasim-
də “Azərbaycan Xəzər Dəniz Gəmi-
çiliyi” QSC-nin sədri Rauf Vəliyev
bildirib ki, “Caspdry” və “Casptan-
kers” bütün standartlara, o cümlədən
yüksək təhlükəsizlik tələblərinə ca-
vab verərək beynəlxalq sularda quru
yük və neft məhsulları daşımalarında
lider şirkətlərin birinə çevriləcəkdir.
Eyni zamanda, şirkətlərin fəaliyyəti
azərbaycanlı dənizçilərin beynəlxalq
sularda üzmə imkanlarını da xeyli ge-
nişləndirəcək.
Donanmasının yenilənməsinə xü-
susi diqqət yetirən “Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi” QSC-nin əsas hədəf-
lərindən biri də xarici sularda davamlı
fəaliyyət göstərməkdir. Hazırda Gəmi-
çiliyin Qara və Aralıq dənizlərində 10
quru yük gəmisi üzür.
gƏMiçiLiYin tƏSiS etDiYi Yeni şiRkƏtLƏR gƏMiLƏRiMiZin
XARici SULARDA DAhA SƏMƏRƏLi iStiSMARInA nAiL oLAcAQ