R b a y c a n X z r d n z g m



Yüklə 29,63 Mb.
Pdf görüntüsü
səhifə3/8
tarix01.07.2018
ölçüsü29,63 Mb.
#52594
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


25 noyabr 2016-cы il   № 77-80 (9083)

3

Nazirlər Kabineti “Azərbaycan 

İpoteka Fondu” Açıq Səhmdar Cə-

miyyətinin (ASC) vəsaiti hesabına 

verilən ipoteka krediti, o cümlədən 

güzəştli ipoteka krediti üzrə borca-

lanın (borcalanların) aylıq məcmu 

gəlirinin hesablanması Qaydası”nı 

təsdiq edib.

Bu  Qayda  ASC-nin  vəsaiti  he-

sabına  müvəkkil  banklar  tərəfin-

dən  ipoteka  kreditinin,  o  cümlədən 

güzəştli  ipoteka  kreditinin  verilməsi 

zamanı  borcalanın  (borcalanların) 

aylıq  məcmu  gəlirinin  hesablanma-

sı  ilə  bağlı  məsələləri  tənzimləyir. 

İpoteka krediti yaşayış sahəsi almaq 

üçün müvəkkil bankın verdiyi və hə-

min  yaşayış  sahəsinin  ipotekası  ilə 

təmin edilən borcdur. Müvəkkil bank 

ipoteka krediti üzrə tələb hüquqları-

nın əldə edilməsinə və bununla bağlı 

yaranan digər münasibətlərin tənzim-

lənməsinə dair cəmiyyət ilə müvafiq 

müqavilə  bağlamış  bankdır.  Aylıq 

məcmu  gəlir  borcalanın  (borcalan-

ların)  müraciətindən  əvvəlki  ardıcıl 

gələn 12 aylıq dövr ərzində sabit və 

sənədlə təsdiq olunan bütün növ gə-

lirlərinin orta aylıq məbləğinin məc-

musudur.  Borcalanın  (borcalanların) 

aylıq  məcmu  gəlirinin  hesablanması 

zamanı  Azərbaycan  Respublikasının 

ərazisində  əldə  edilən,  həm  də  onun 

hüdudlarından  kənardakı  mənbələr-

dən daxil olan milli və xarici valyuta-

dakı gəlirləri nəzərə alınır. Borcalanın 

(borcalanların)  aylıq  məcmu  gəliri 

hesablanarkən  nəzərə  alınan  gəlir 

mənbələri  muzdlu  işlə  əlaqədar  gə-

lirlərə, muzdlu işlə əlaqədar olmayan 

gəlirlərə və alınmış cari transfertlərə 

bölünür.  Borcalanan  (borcalanların) 

aylıq  məcmu  gəliri  hesablanarkən 

əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif 

(vəzifə) maaşına və ya əməkhaqqına 

əlavələr,  mükafatlar),  Əmək  Məcəl-

ləsi ilə işçinin iş yeri və əməkhaqqı-

nın  saxlanıldığı  dövr  üçün  ödənilən 

əməkhaqqı  (o  cümlədən  əmək  qabi-

liyyətinin müvəqqəti itirilməsi dövrü 

də daxil olmaqla), istehsalat qəzası və 

yaxud peşə xəstəliyi nəticəsində sağ-

lamlığın  pozulmasına  görə  ödənclər 

nəzərə alınır.

Hesablama zamanı nəzərə alınan 

muzdlu işə aid olmayan fəaliyyətdən 

gəlirləri  sahibkarlıq  və  qeyri-sahib-

karlıq  fəaliyyətindən  əldə  edilən  gə-

lirlərdən  ibarətdir.  Sahibkarlıq  fəa-

liyyətindən əldə edilən gəlirlər Vergi 

Məcəlləsinə  əsasən  müəyyən  edilir. 

Bu  zaman  borcalan  (borcalanlar)  ən 

azı son 24 ay müddətində sahibkarlıq 

fəaliyyəti  ilə  məşğul  olmalıdır.  Sa-

dələşdirilmiş  vergi  ödəyiciləri  üzrə 

nəzərə  alınan  aylıq  məcmu  gəlirin 

məbləği, gəlir və xərclərin əsaslandı-

rılmış təhlili əlavə olunmaqla, ticarət 

və istehsal sahələri üzrə ortaaylıq döv-

riyyənin 20 faizindən, xidmət sahələri 

üzrə isə 40 faizindən çox ola bilməz.

Qeyri-sahibkarlıq  fəaliyyətindən 

əldə edilən gəlirlərə faiz gəliri, divi-

dend,  qiymətli  kağızlardan  əldə  olu-

nan gəlirlər, əmlakın icarəyə verilmə-

sindən gəlir və royalti aiddir.

Borcalanın  (borcalanların)  aldığı 

cari  transfertlərə  əmək  pensiyaları, 

sosial  müavinətlər  (birdəfəlik  müa-

vinətlər  istisna  olmaqla),  təqaüdlər, 

sığorta  ödənişləri,  maddi  yardımlar 

(birdəfəlik  maddi  yardımlar  istisna 

olmaqla)  və  aliment  aiddir.  Gəlirlə-

rin  hesablanması  zamanı  borcalanın 

(borcalanların)  gəlirləri  ipoteka  kre-

ditinin,  o  cümlədən  güzəştli  ipote-

ka  kreditinin  verilməsi  üçün  tələb 

olunan aylıq gəlirin ən çoxu 50 faizi 

həcmində  nəzərə  alınır.  Borcalanın 

(borcalanların) xarici valyuta ilə əldə 

olunan gəliri bu gəlirin əldə edildiyi 

tarixdə Mərkəzi Bankın müəyyən et-

diyi  məzənnəyə  müvafiq  hesablanır. 

Borcalanın  (borcalanların)  gəlirləri 

vergi, əmək, sığorta, o cümlədən sosi-

al sığorta və bank qanunvericiliyi ilə 

müəyyən  edilmiş  təsdiqedici  sənəd-

lərə  əsasən  hesablanır.  Əməyin  ödə-

nilməsi sistemləri üzrə ödənilən mü-

kafatlar ödəniş sənədinə daxil edildiyi 

ayda, əməkhaqqı, pensiya, müavinət, 

təqaüd  isə  hesablandığı  dövrün  gəli-

rində  nəzərə  alınır.  Faktiki  ödənilən 

alimentlər  borcalanın  (borcalanların) 

məcmu gəlirindən çıxılır, faktiki alı-

nan  alimentlər  isə  borcalanın  (bor-

calanların)  məcmu  gəlirində  nəzərə 

alınır.

Borcalanın  (borcalanların)  or-



taaylıq  gəliri  müraciətindən  əvvəlki 

ardıcıl gələn 12 ay ərzindəki ümumi 

gəlirlərinin 12-yə bölünməsi yolu ilə 

hesablanır. Borcalanın (borcalanların) 

ortaaylıq  gəliri  hesablanarkən  vergi, 

sosial sığorta haqları və digər məcbu-

ri dövlət ödənişləri borcalanın (borca-

lanların) gəlirindən çıxılır.



Xalqın istiqlal mübarizəsinin əsas 

mərhələlərindən biri olan 17 noyabr – Milli 

Dirçəliş Günü Azərbaycanın müstəqilliyi-

nin bərpa edilməsində tarixi rol oynayıb.

Mənəvi əsaslarını və başlanğıcını XX əs-

rin 60-cı illərindən götürən bu tarix sonralar 

ulu öndər Heydər Əliyevin siyasi uzaqgörən-

liyi və müdrikliyi ilə dönməz xarakter almış, 

müstəqil  Azərbaycan  müasir  inkişaf  yoluna 

qədəm qoymuşdur.

Keçən  əsrin  axırlarında  dünyanın  altıda 

birini əhatə edən Sovet İttifaqının iqtisadi, si-

yasi, mənəvi və ideoloji dayaqları sarsılmışdı. 

İmperiyanın siyasi “beyin mərkəzi”nin xalq-

lara,  xüsusilə Azərbaycan  xalqına  qarşı  yü-

rütdüyü ayrı-seçkilik siyasəti kəskin xarakter 

aldı. M.Qorbaçov hakimiyyətinin dəstəyi ilə 

ermənilər Dağlıq Qarabağda azərbaycanlılara 

qarşı haqsız ərazi iddialarına başladı. Ermə-

nilərin Topxanada törətdikləri vəhşiliklər, Ağ-

damda isə iki azərbaycanlını qətlə yetirmələri 

Bakıda  milli  hissləri  alovlandırdı.  XX  əsrin 

əvvəllərində  istiqlalın  ləzzətini  dadan  xalq 

bu  dəfə  müstəqillik  arzularını  reallaşdırmaq 

üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 

1988-ci ildən başlayaraq Azərbaycanda milli 

istiqlal hərəkatı geniş vüsət aldı. Milyonlarla 

insanın  toplaşdığı Azadlıq  meydanında  səs-

lənən tələblərin mahiyyəti getdikcə dəyişərək 

müstəqil dövlət qurmaq ideyası milli düşün-

cəyə hakim kəsildi.

Hakimiyyətə  gəlişi  ilə  xalqa  sağlam  ruh 

və özünüdərk gətirən ümummilli lider Heydər 

Əliyev sovet ideologiyasının sərt qadağaları-

na baxmayaraq, milli mənəvi dəyərlərə, Azər-

baycan elminin və mədəniyyətinin dirçəlişinə 

xüsusi  önəm  verdi.  Bütün  sahələrdə  inkişaf 

və oyanış müşahidə olunmağa başladı. Azər-

baycan əsl intibah və dirçəliş dövrünə qədəm 

qoydu.  Məhz  ulu  öndər  Heydər  Əliyevin 

təşəbbüsü  ilə  dünyanın  müxtəlif  ölkələrində 

təhsil alan milli ruhlu alimlər və ziyalılar or-

dusu yetişdi. Dahi şəxsiyyət Heydər Əliyevin 

respublikada  yaratdığı  bu  mənəvi-psixoloji 

və  iqtisadi  baza  təxminən  20  il  sonra  Sovet 

İttifaqı  dağılmağa  başlayanda  xalqın  dayağı 

oldu.


1988-ci ildə xalq hərəkatının alovlandığı 

bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi 

qüvvələr isə mövcud vəziyyəti qiymətləndirə 

bilmədilər.  Xalqın  maraqlarından  daha  çox 

imperiyanın maraqlarını düşünən bu adamla-

rın siyasi səbatsızlığından 20 Yanvar faciəsi 

baş verdi. Bir-birini əvəzləyən hakimiyyətlər 

xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək 

iqtidarında deyildilər. Həmin o ağır məqam-

larda yenə də ulu öndər Heydər Əliyev xalqın 

istiqlal ruhunu ölməyə qoymadı.

1990-cı il noyabrın 17-də Naxçıvan Mux-

tar  Respublikasının  Ali  Sovetinin  yeni  tər-

kibdə ilk sessiyası keçirildi. Muxtar respub-

likanın adından “Sovet” və “Sosialist” sözləri 

çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən 

silinmədiyi  bir  dövrdə  Naxçıvanın  adından 

“Sovet” və “Sosialist” sözlərinin çıxarılması 

müstəqilliyimizin  qazanılması  yolunda  çox 

böyük tarixi addım idi. Bununla ümummilli 

liderimiz  milli  dövlətçiliyimizin  dirçəlişi  is-

tiqamətində ilk böyük addım atdı.

Ulu  öndər  Heydər  Əliyevin  sədrliyi  ilə 

keçirilən  həmin  tarixi  sessiyada  muxtar  res-

publikanın  dövlət  rəmzləri  haqqında  məsələ 

də müzakirə olundu. Xalq deputatlarının mü-

zakirəsindən  sonra  üçrəngli  bayrağın  dövlət 

rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sü-

rüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üç 

rəngli bayrağının bərpa olunması barədə qə-

rar çıxaran sessiya onun dövlət bayrağı kimi 

qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali 

Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, 

milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan 

tarixi yolun başlanğıcı qoyuldu.

Noyabrın 16-18-də Bakı 

Ekspo Mərkəzində Azərbaycan 

Ekologiya və Təbii Sərvətlər 

Nazirliyi və IDEA (International 

Dialogue for Environmental 

Action – Ətraf Mühitin Mü-

hafizəsi naminə Beynəlxalq 

Dialoq) İctimai Birliyinin dəstəyi 

ilə 7-ci Azərbaycan beynəlxalq 

ətraf mühit sərgisi (“Caspian 

Ecology”) keçirilib. Ekologiya və 

ətraf mühitin mühafizəsi sahə-

sində həm Xəzər, həm də Qafqaz 

regionlarında həyata keçirilən 

bu mühüm tədbirin təşkilatçısı 

qismində isə “Caspian Event 

Organisers” (CEO) şirkəti çıxış 

edib.

Dünyanın  14  ölkəsindən  62 

şirkəti bir məkana toplayan sərgi-

də Azərbaycanla yanaşı, Almani-

ya,  Çexiya,  Danimarka,  İngiltərə 

və  digər  ölkələrdən  şirkətlər  də 

olub. “Caspian Ecology” sərgisin-

də “Arkon Flow Systems” (Çexi-

ya),  “BLUCAST  JSC”  (Litva),  “DIK-

KAN” (Türkiyə) şirkətləri ilk dəfə iştirak 

ediblər. Sərgidə Azərbaycan Respublikası 

Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi, 

Naxçıvan Muxtar Respublikası Ekologiya 

və  Təbii  Sərvətlər  Nazirliyi, Azərbaycan 

Respublikası  Fövqəladə  Hallar  Nazirliyi, 

“Təmiz Şəhər” ASC, “Azərbaycan Xəzər 

Dəniz Gəmiçiliyi” QSC… ilə təmsil olu-

nub. Bu il Avropa İttifaqının Azərbaycan-

dakı  nümayəndəliyi  sərgidəki  stendində 

ölkəmizdə  həyata  keçirilən  birgə  ekoloji 

layihələri nümayiş etdirib.

Sərginin əsas məqsədlərindən biri in-

sanların  diqqətini  ətraf  mühit  problemlə-

rinə  cəlb  etmək  olub.  Bu  sərgi  Xəzər  və 

Qafqaz  regionlarında  ekologiya  və  ətraf 

mühitin mühafizəsi sahəsində təşkil edilən 

ən iri tədbirdir. Burada ətraf mühitin mü-

hafizəsi  və  təbiətdən  səmərəli  istifadə 

sahəsində  innovativ  layihələr  kompleks 

şəkildə təqdim edilib.

Ümumilikdə  “Caspian  Ecology”  sər-

gisində təbii resurslardan səmərəli istifadə 

sahəsində  ən  son  məhsullar,  sülb  (bərk) 

tullantıların  toplanması  və  utilizasiyası 

sistemləri,  eləcə  də  alternativ  energetika 

üzrə müasir avadanlıq nümunələri nüma-

yiş olunub. 

Azərbaycan  Xəzər  Dəniz  Gəmiçili-

yinin stendi həmişə olduğu kimi, bu dəfə 

də  böyük  maraqla  qarşılanıb.  Stendimiz-

də yer almış maketlər, şəkillər, videoçarx 

ətraf  mühitin  mühafizəsi  istiqamətində 

aparılan  bir  çox  digər  mühüm  işlərin,  o 

cümlədən  üzən  vasitələrdə,  sahil  obyekt-

lərində formalaşan bərk və maye istehsa-

lat,  məişət-təsərrüfat    tullantılarının  top-

lanması,  saxlanması,  daşınması,  təhvili, 

utilizasiyası  və  təkrar  emalı  kimi  ekoloji 

proseslərin  Gəmiçilikdə  necə  həyata  ke-

çirildiyini əyani nümayiş etdirib. Ziyarət-

çiləri maraqlandıran suallar isə əməkdaş-

larımız tərəfindən ətraflı cavablandırılıb. 

Üç gün davam edən beynəlxalq “Cas-

pian  Ecology”  sərgisi  işgüzar  əlaqələrin 

genişləndirilməsi,  təcrübə  mübadiləsi, 

habelə  sənayedəki  yeni  avadanlıq  və  tə-

mayüllərlə  tanışlığa  imkan  yaratmaqla 

yanaşı, ətraf mühitin yaxşılaşdırılması is-

tiqamətində görülən işlərə də əlavə təkan 

verib.


Tahir DADAŞOV

iPotekA AlMAQ iStəYəNləRiN GəliRiNiN 

heSABlANMASI QAYDASI MüəYYəNləşiB

AZəRBAYcAN XəZəR DəNiZ GəMiçiliYiNiN SteNDi  

BU Dəfə Də BöYük MARAQlA QARşIlANIB

Milli DiRçəlişDəN 

Milli təRəQQiYə DoğRU

elektRoN iNfoRMASiYA 

BAZASI iStifADəYə 

veRiləcək

Gələn ildən Bakı Limanının fəaliyyətini asan-

laşdırmaq üçün elektron informasiya bazası istifa-

dəyə veriləcək.

Bu sözləri "Bakı Beynəlxalq Dəniz Ticarət Lima-

nı" QSC-nin baş direktoru Taleh Ziyadov deyib.

O bildirib ki, Bakı Limanı ilə Dövlət Gömrük Ko-

mitəsi sıx əməkdaşlıq edir, yaxın vaxtlarda bu iş avto-

matlaşdırılmış, elektron formada aparılacaq.

T.Ziyadovun sözlərinə görə, gələn ildən Azərbay-

cana gələn "TIR"ların gömrükdən keçən zaman artıq 

Bakı Limanına bu barədə məlumat daxil olacaq. “Biz 

elektron informasiya bazası vasitəsilə "TIR"ın limana 

çatma vaxtı, hansı gəmi ilə yola salınması və digər 

məlumatları qabaqcadan bilib, planlı şəkildə hərəkət 

edəcəyik”, - deyə limanın baş direktoru bildirib.

Noyabrın 21-də Bakıda “Neftin 

dənizə və quruya sızması: yanacaq–

energetika kompleksində sənaye təh-

lükəsizliyi” mövzusunda IV praktiki 

konfrans keçirilib.

Konfransın əsas müzakirə mövzuları 

Xəzəryanı  ölkələrin  ekoloji  çağırışlara 

hazırlığı, neft sızmalarının aradan qaldı-

rılması,  monitorinqi  və  qarşısının  alın-

ması  üzrə  yeni  texnologiyaların  tətbiqi, 

sızmaların  və  çirklənmələrin  nəticələri-

nin aradan qaldırılması, təmizlənməsi və 

rekultivasiyası, habelə neft və neft məh-

sulları sızmalarının, neftin qəza nəticəsin-

də suya və quruya sızmasının qarşısının 

alınması və profilaktikası məsələləri olub.

Konfransın  moderatoru,  “Lamor 

Turkey”  şirkətinin  baş  direktoru  Mətyu 

Brayzə  deyib  ki,  məqsəd  Xəzər  dənizi 

akvatoriyasına,  onun  sahillərinə  və  quru 

yataqlarına  neft  və  neft  məhsullarının 

sızmasına  gətirib  çıxaran  qəza  hallarının 

profilaktikası  işində  Xəzəryanı  ölkələrin 

neft-qaz  sahəsi  və  dövlət  təşkilatlarının 

səylərini birləşdirməkdir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) 

Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin 

xüsusi  avadanlığın  təchizatı  üzrə  aparıcı 

mühəndisi  Əkrəm  Qəhrəmanov  FHN-in, 

o  cümlədən  Qəza-xilasetmə  Xidmətinin 

neft sızmalarının aradan qaldırılması üzrə 

fəaliyyətindən, neft sızmalarının nəticələ-

rinin  aradan  qaldırılması  çərçivəsində 

Azərbaycanla Xəzəryanı ölkələrin əmək-

daşlığından danışıb.

SOCAR-ın  Təlim,  Tədris  və  Sertifi-

katlaşdırma  İdarəsinin  (TTSİ)  direktoru 

Fuad Süleymanov Dövlət Neft Şirkətinin 

ekoloji  təhlükəsizlik  sahəsində  kadrların 

ixtisasının  artırılması  istiqamətində  gör-

düyü işlər barədə məlumat verib.

“Seanews” şirkətinin direktoru Cahid 

İstikbal Türkiyə limanları, habelə Bosfor 

və Cəbəllütariq boğazları timsalında neft 

və neft məhsullarının sızmasının nəticələ-

rinin  necə  aradan  qaldırılmasından  danı-

şıb. O, hadisəyə çevik reaksiya tədbirləri, 

ekoloji  fəlakətlər  əleyhinə  səmərəli  mü-

barizə vasitələri barədə məlumat verərək 

bildirib ki, bu ilin sonuna qədər Antalyada 

Qəza Hallarında Neft Sızmalarına Reak-

siya Regional Mərkəzi fəaliyyətə başlaya-

caq.

“Dentons”  şirkətinin  böyük  hüquq-



şünası  Sona  Tağıyeva  Xəzər  regionunda 

sənaye  təhlükəsizliyi  siyasətindən,  neft 

şirkətlərinin  fəaliyyətinin  tənzimlənmə-

sindən və podratçıların Azərbaycana cəlb 

olunmasından  danışıb.  O,  neft-qaz  kəş-

fiyyatı  və  hasilatında  tətbiq  edilən  əsas 

normativ-hüquqi  rejimlər,  ətraf  mühitin, 

həyat və əmlakın mühafizəsi, tullantıların 

məhv edilməsi, zərərli maddələrin atmos-

ferə  atılması  əleyhinə  mübarizə  yolları 

barədə məlumat verib.

Böyük Britaniyanın “Confidence Ca-

pital”  şirkətinin  təşkilatçısı  olduğu  bey-

nəlxalq  konfransda  operator  şirkətlər, 

texnologiya, avadanlıq və xidmət təchizat-

çıları,  dövlət  orqanlarının  nümayəndələ-

ri  arasında  Xəzər  regionunda  fövqəladə 

hallara  reaksiya  və  neft  sızmalarının  nə-

ticələrinin  aradan  qaldırılması  məsələləri 

ilə bağlı əməkdaşlığın və qarşılıqlı fəaliy-

yətin yolları müzakirə edilib.

XəZəR DəNiZi AkvAtoRiYASINA, oNUN SAhilləRiNə və QURU YAtAQlARINA 

Neft və Neft MəhSUllARININ SIZMASINA GətiRiB çIXARAN QəZA hAllARININ 

PRofilAktikASI işiNDə SəYləR BiRləşDiRilMəliDiR



Yüklə 29,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə