R b a y c a n X z r d n z g m



Yüklə 29,63 Mb.
Pdf görüntüsü
səhifə7/8
tarix01.07.2018
ölçüsü29,63 Mb.
#52594
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


25 noyabr 2016-cы il   № 77-80 (9083)

7

Sloveniya Avropa İttifaqında ilk 

dövlət olaraq içməli sudan istifadə 

hüququnu konstitusiya ranqına 

qaldıraraq təməl hüquqlar sırasına 

daxil edib. 

Ölkə  parlamentinin  deputatları 

konstitusiyaya əlavə fəslin daxil edil-

məsinə dair qərarı yekdilliklə dəstək-

ləyiblər. Həmin fəsildə “hər bir şəxsin 

içməli sudan istifadə hüququ” olduğu 

göstərilib və içməli suyun “əmtəə ol-

madığı” qeyd edilib. Əhalinin içməli 

su ilə təchizatı dövlət tərəfindən bələ-

diyyələr vasitəsilə həyata keçirilməli 

və  bu,  “birbaşa  və  qeyri-kommersi-

ya” formasında olmalıdır.

Bununla  da  içməli  su  mənbələri 

və içməli su ilə təchizatın özəlləşdi-

rilməsinə  dair  ölkədə  uzun  müddət-

dən  bəri  aparılan  müzakirələrə  son 

qoyulub.  Müxtəlif  cəmiyyətlər  tərə-

findən  özəlləşdirməyə  qarşı  qaldırı-

lan təşəbbüsə Baş nazir Miro Tserarın 

rəhbərlik  etdiyi  mərkəz-solçu  hö-

kumət də qoşulub.

Parlamentdə  aparılan  müza-

kirələrdə  çıxış  edən  M.Tserar  depu-

tatları  “XXI  əsrin  maye  qızılı”nı  ən 

yüksək hüquqi müdafiə ilə təmin et-

məyə çağırıb.

İndiyədək  dünyanın  15  ölkəsin-

də içməli sudan istifadə konstitusiya 

ranqlı təməl hüquq kimi qəbul edilib.

İtaliyanın sahil mühafizə 

xidməti noyabrın 14-də gecə 

Aralıq dənizində Avropaya keçmək 

istəyən 550 nəfərə yaxın qey-

ri-leqal mühaciri xilas edib.

Interfax  informasiya  agentliyi 

xəbər  verir  ki,  bundan  başqa,  xila-

sedicilər  axtarış  əməliyyatı  zamanı 

dənizdə 5 nəfərin cəsədini də aşkar-

layıblar.



içMəli SU təMəl hüQUQlAR 

SIRASINA DAXil eDiliB

550 NəfəRə YAXIN MühAciR XilAS eDiliB

YARIZARAfAt, 

YARIGeRçək

Sirkə nə qədər tünd olsa, ona o qədər də su 

çox əlavə etmək olar.

Deyəsən yandan pis görünürəm axı?! Yoxsa 

niyə mənə daha çox ya yuxarıdan aşağı baxır, ya 

da aşağıdan yuxarı yaxşı-yaxşı süzürlər?

Başa düşdüm ki, papaq dəbdən düşüb. kişi-

lik yox ki!

Bəzilərinə elə gəlir ki, yalnız tox olanda 

başqasının haqqını yemək günahdır.

Zəmanədən niyə narazıyıq? Bütün günahla-

rımızı zəmanənin boynuna yıxmırıq məgər?!

istəyirsən bütün ömrün boyu aş bişirmə, 

fərqi yoxdur, elədiklərin bir gün qarşına çıxa-

caq.

Yadımda deyil, bığım olmayanda da sözüm 

keçmirdi?

Asfalt yolların xeyirdən çox, ziyanı var. An-

caq hamar yollarda yeriməyə öyrəşirik.

Gərək at sürməyi öyrənəm. özgənin atına 

minənlər yaman bərk gedirlər.

Bilmirəm fikir vermisiniz, yoxsa yox, 

həqiqətlə yalanı qarışdıranda çox qəribə bir şey 

alınır.

özünü apara bilməməyin ilk göstəricisi özü-

nü çoxbilmiş kimi aparmaqdır.

Görəsən göndərilən hər yerdən əli ətəyindən 

uzun qayıdanların ətəyini uzatmağın faydası 

olar?

Pişiyin ağzı ətə çatmır, deyir “vegetarian”am.

Yaxşı ki, heç kəs mən deyəni demir. hərə öz 

dediyinə cavabdehdir.

Bəziləri ürəyi yumşaqlıqdan pambıqla baş 

kəsirlər?

Az bilən, baş çox aparar.

Dəryalardan heç xoşum gəlmir. hamı özünü 

ağıl dəryası kimi aparır.

iştah diş altındadırsa, vurub dişini sındırma-

lıyam?

Zaman hər şeyi yerinə qoyur? Deyəsən tən-

bəlləşib axı. Yox?

Savadlıdan  müəyyən vaxtadək, ağıllıdan isə 

həmişə öyrənmək lazımdır.

Səhv etmədiyini düşünənlər öyrənmək 

istəməyənlərdir.

heç kəsə yuxarıdan-aşağı baxmayın. Yuxarı-

dan baxan var.

Ucuz ətin təkcə şorbası yox, heç torbası da 

bir şey olmur.

Niyə yaltaqlara elə gəlir ki, onlardan təkcə 

mənim zəhləm gedir?

ermənilər əvvəlcə yalan danışırlar. Son-

ra özləru bu yalanlara inanmağa başlayırlar. 

Daha sonra başqalarını inandırırlar. hər halda 

kişilikdən əsər-əlamət olmayan millətdə bu, pis 

alınmır.

hətta itə də it günündə yaşamağı arzulamı-

ram.

Yaxşı adam olmaq pis şey olsaydı, hətta  ən 

pis adamlar da özlərini yaxşı adam kimi təqdim 

etməyə çalışmazdılar.

“kitayski” olmasa, hər şeyin təzəsi yaxşıdır.

çox adamın piyada olduğu piyada gəzərkən 

yox, ağzını açarkən bilinir.

əsl dostunuzla aranızda o qədər məsafə sax-

layın ki, başqaları girə  bilməsin.

idarəetmənin ən çətini özünü idarə etməkdir.

Adamın gözü nə boyda olanda  ona gözüaçıq 

deyirlər?

Suallardan yox, verdiyiniz cavablardan 

qorxun.

 “kişinin başına iş gələr”ə əmin olduqları 

üçün çoxu nakişiliyə meyl edir?

Ağlım kəsəndən dünyanın düz vaxtını gör-

mədim. Siz görmüsünüz?

Mənim sözüm xoşuna gəlməyə bilər. ən azı 

mən sözü kiməsə xoş gəlmək üçün demirəm.

heç kəsə həsəd çəkməyin. həsəd çəkdiyiniz 

adamın bir dərdi sizin bütün dərdlərinizi çəkə 

bilər.

Bir adam uzağı neçə yerə işləyə bilər?

cılız, küt, lovğa adamlarla danışmaqdan  

çətin şey yoxdur.

Məni oxusan da sağ ol, oxumasan da. Amma 

mənə oxuma.

çox adam başa düşmür ki, başa düşmədiyi 

çox şey var.

heç kəsin faciəsinə sevinməyin. Sevinməyə o 

qədər yaxşı şeylər var ki...

əvvəllər elə bilirdim yalnız hindistanda fil 

qulağında yatırlar.

indi başa düşdüm ki, bəziləri niyə pullu 

adamların ya sağında dayanır, ya da solunda. 

Adətən imkanlılar pullarını daha çox sağa-sola 

xərcləməyi xoşlayırlar.

heç vaxt elə yerə getməyin ki, başqaları heç 

nə deməsə də, özünüz özünüzü qınayasınız: 

“Mənim  burada nə işim var?”

Bütün nifrətimizi bir-birimizə yönəltdiyimiz 

üçün düşmənə nifrətimiz yoxdur?

Bəzilərinin dilindən tez-tez eşidirik: “Başıma 

haranın külünü töküm?” külün nə fərqi var?

Bəziləri yalanı elə iştahla danışır ki...

hər gün ünsiyyətdə olduğum  dostumu tanı-

ya bilmədimsə, düşmənimi necə tanıyım?

ən yaxşı “yalan” dilə gətirilməyən, ən yaxşı 

həqiqət isə vaxtında deyilən həqiqətdir.

kağız-qələmlə işləyirəm. çörəyim niyə daş-

dan çıxsın?

Alın bizimdirsə, yazısını da özümüz yazma-

lıyıq.

Görəsən min namərdi qovmaqla heç olmasa 

birini mərd etmək olar?

Qırıq iplərdən nə isə düzəltmək olmur? Gör 

nə qədər ipiqırıq  var...

çörəkdə bərəkət qalar?! Gör nə qədər ada-

mın çörəyi düz üstədir?

Doğru olan yerdə oğru olmaz.

Rasif  TAHİROV

Neft axtarışına mane olub

Barak Obama ABŞ-ın enerji şirkətlərinin qütb 

bölgələrində neft axtarışı fəaliyyətini əngəlləyib.

ABŞ Prezidenti Barak Obama vəzifə müddətinin 

bitməsinə iki ay qalmış ABŞ-ın Alyaska ştatı sahillə-

rində  neft-qaz  axtarışı  və  hasilatı  fəaliyyətinə  mane 

olub.

Belə ki, Obama hökuməti neft-qaz axtarışı və ha-



silatı fəaliyyətləri üçün enerji şirkətlərinə verilən icarə 

haqlarını ləğv edib. Sözügedən qanun 2017-ci il iyu-

lun 1-dən qüvvəyə minəcək, Alyaska ştatının şimalın-

dakı  Bofort  və  Çukot  dənizlərində  işləyən  şirkətləri 

əhatə edəcək.

Partlayış nəticəsində 73 nəfər 

həlak olub, 100 nəfər yaralanıb

Mozambikin 

Malavi sərhədi 

yaxınındakı Tete 

şəhərində yanacaq 

tankerində partlayış 

baş verib. Partlayış 

nəticəsində 73 nəfər 

həlak olub, 100-ü 

yaralanıb.

 Anadolu agentliyi xəbər verir ki, yaralılar ətrafdakı 

xəstəxanalara yerləşdirilib.

Sözügedən yanacaq tankerinin hadisədən qabaq aş-

dığı və partlayışa isə tankerdən neft çəkməyə çalışan 

insanların səbəb olduğu bildirilir.



çirkli su hövzələrindən tutulan 

balıq sağlamlıq üçün təhlükəlidir

ABŞ-ın Skrip-

ps Okeanoqrafiya 

İnstitutunun alim-

lərinin sözlərinə 

görə, çirkli su höv-

zələrində tutulan 

balıqlarla qidalan-

maq zəhərlənmə 

riskini xeyli artırır. 

Məsələ bundadır 

ki, həmin hövzələrdəki davamlı üzvi çirkləndiricilər 

bəzi balıqların əzələ toxumasında toplanır.

 “meddaily.ru” saytı xəbər verir ki, bu birləşmələr 

pestisidlərdə,  neft-kimya  sənayesi  məhsullarında  və 

odadavamlı  materiallarda  var.  Həmin  birləşmələr  im-

mun  müdafiəsini  asanlıqla  yararaq,  orqanizmə  daxil 

olur və maddələrin hüceyrə membranı ilə daşınmasını 

təmin edən P-qlikoprotein zülalına yapışır.

Gəmidə qaynaq işlərinin 

aparıldığı bildirilsə də...

İndoneziyanın 

Batam adası lima-

nında “MT Sone-

con” tankerində baş 

vermiş yanğın və 

partlayış nəticəsində 

bir nəfər həlak olub, 

üç nəfər isə yarala-

nıb. Bu barədə yerli 

hərbi hissənin kapi-

tanı məlumat verib.

Kapitanın sözlərini sitat gətirən Detik.com saytı ya-

zır: “Heyət üzvlərindən ikisi ciddi yanıq yaraları alıb və 

hazırda vəziyyətləri ağırdır. Daha bir nəfər isə yüngül 

yanıb”.

Hadisə  zamanı  gəmidə  qaynaq  işlərinin  aparıldı-



ğı bildirilsə də, hələlik partlayışın başvermə səbəbləri 

dəqiq müəyyənləşdirilməyib.

Hazırda istintaq davam edir.

işiNi itiRMəkDəN QoRXANlAR DiABetə DAhA çoX tUtUlURlAR

Bir qrup tədqiqatçı sübut edib 

ki, işini itirməkdən qorxan kişi və 

qadınlar diabetə daha çox tutu-

lurlar.

  “healthvesti.com”  saytı  xəbər 

verir  ki,  Bristol  Universitetinin  (Bö-

yük  Britaniya)  əməkdaşlarının  müşa-

hidələrinə görə, işini itirmək qorxusu 

mürəkkəb  xəstəliklərin  əmələ  gəlmə-

sinə  şərait  yaradır.  Layihələrin  icrası 

zamanı  həkimlər  dünyanın  müxtə-

lif  ölkələrində  yaşayan  on  minlərlə 

respondentin  sağlamlıq  durumunu 

təhlil ediblər.

Məlum olub ki, iş yerini itirmək-

dən qorxan insanın şəkərli diabetə tu-

tulması  ehtimalı  xeyli  artır.  Bildirilir 

ki,  təcrübə  müəllifləri  Avropa,  Avst-

raliya və ABŞ-ın klinik mərkəzlərinin 

məlumatlarına əsaslanıblar.

Noyabrın 19-dan etibarən 

Bakı-Sumqayıt-Bakı istiqamətində 

hərəkət edən elektrik qatarlarına 

Biləcəri və Xırdalan stansiyalarında 

dayanacaq verilir.

“Azərbaycan Dəmir Yolları” QSC-

nin mətbuat katibliyindən  bildirilib ki, 

Biləcəri  stansiyasında  tək  istiqamət-

də  (Sumqayıta  gedən  istiqamətdə) 

250  metr  uzunluğunda  platforma,  7 

ədəd  oturacaq,  12  ədəd  turniket,  cüt 

istiqamətdə  (Sumqayıtdan  gələn  is-

tiqamətdə) isə 140 metr uzunluğunda 

platforma, 1 ədəd turniket, 4 ədəd otu-

racaq quraşdırılıb.

Xırdalan  stansiyasında  isə  450 

metr  uzunluğunda  platforma,  2  ədəd 

turniket,  10  ədəd  ikitərəfli  oturacaq 

tikilib.

Bakı-Sumqayıt-Bakı marşrutu 

üzrə hərəkət edən elektrik qatarla-

rında gediş haqqı tarifləri

BAkI-SUMQAYIt-BAkI QAtARlARI BiləcəRi 

və XIRDAlAN StANSiYAlARINDA DA DAYANIR

Milli rəqəmsal valyutasını 

buraxmağı planlaşdırır

İsveç yaxın iki il 

ərzində "ekrona" adlı 

milli rəqəmsal valyuta-

sını buraxmağı plan-

laşdırır.

Bu  barədə  "banks.

eu" saytı xəbər verir.

İsveçin  "Riksbank" 

Mərkəzi Bankının müdirinin müavini Sesiliya Skinqs-

ley bildirib ki, İsveç ölkədə nağd vəsaitlərin istifadə-

sinin kəskin düşməsindən atılacaq addımları nəzərdən 

keçirir. Belə ki, 2009-cu ildən ölkədə dövriyyədə olan 

banknot və sikkələrin sayı 40 faiz düşüb.

Bu  ilin  əvvəllərində  Böyük  Britaniyanın  Daxili 

İşlər Nazirliyi rəqəmsal valyutanın ölkə üçün bir sıra 

üstünlüklərə malik olduğunu deyib.

Qeyd edək ki, 1660-cı ildə İsveçin "Riksbank" ban-

kı  dünyada  kağız  əsginaslar  buraxmağa  başlayan  ilk 

Mərkəzi Bank olub.

Alimlər insanı daha çox acdıran ərzaq məhsullarını 

müəyyən ediblər.

 “healthvesti.com” saytı xəbər verir ki, kompleks mü-

şahidələri  İtaliyada  yerləşən  klinik  mərkəzin  əməkdaşla-

rı  aparıblar.  Dietoloqların  fikrincə,  ağ  çörəyin  tərkibində 

çoxlu faydalı maddələr var, lakin onu cem və ya kərəyağı 

ilə yemək lazımdır. Yumurtada zülal çoxdur, lakin onu ye-

dikdən sonra insan yağ və kalori ilə zəngin əlavə yeməklər 

istəyir.


Yağsızlaşdırılmış süd məhsulları orqanizmi zəruri miq-

darda vitaminlərlə təmin etmir, ona görə də kişilərdə və qa-

dınlarda aclıq hissi yaranır. Bu cür yoqurtların əvəzinə adi 

süd içmək daha yaxşıdır. Konservlərdə və duza qoyulmuş 

məhsullarda aclıq yaradan və iştahanı artıran çoxlu duz var. 

Kəpəkli undan hazırlanan krekerlər və ağ düyü aclıq his-

si yarada bilər, bu səbəbdən onları axşam yemək məsləhət 

deyil.


iNSANI DAhA çoX AcDIRAN əRZAQ MəhSUllARI

Beynəlxalq Miqrasiya Təşkilatı 

ilin əvvəlindən bəri Aralıq dənizi 

vasitəsilə Avropa ölkələrinə gələn 

mühacir və qaçqınların sayının 335 

min nəfəri keçdiyini bildirib. 

TASS  informasiya  agentliyi  xə-

bər  verir  ki,  təşkilatın  noyabrın  4-də 

Cenevrədə dərc olunan məlumat bül-

letenində  noyabrın  2-dək  Avropaya 

335031  qaçqın  gəldiyi  qeyd  olunur. 

Onların əsas hissəsini Yunanıstan (170 

min nəfərə yaxın) və İtaliya (158 min 

nəfərdən çox) qəbul edib.

Həmçinin cari ilin əvvəlindən in-

diyədək Aralıq  dənizində  4220  nəfər 

həlak olub və ya itkin düşüb. Hazırda 

ən təhlükəli miqrasiya marşrutu Şimali 

Afrikadan İtaliyaya gedən dəniz yolu 

sayılır. Bu marşrutda 3743 nəfər həya-

tını itirib. Türkiyədən Yunanıstana ge-

dən dəniz yolunda isə 415 nəfər həlak 

olub.


Beynəlxalq  Miqrasiya  Təşkilatı-

nın rəsmi nümayəndəsi İtayi Virrinin 

sözlərinə  görə,  bu  il  Avropaya  keç-

mək istəyərkən həyatını itirən müha-

cir və qaçqınların sayı ötən ilin ana-

loji  dövrü  ilə  müqayisədə  725  nəfər 

artıb. Bu siyahıya noyabrın 2-də Ara-

lıq dənizinin Liviya və İtaliya sahillə-

ri arasında baş verən iki gəmi qəzası 

nəticəsində  ölən  240  nəfər  də  əlavə 

edilib.

BU il DəNiZ YolU ilə AvRoPAYA 335 MiN MiQRANt GəliB

iStiQAMət

tARif (MANAtlA)

ekonom 

Biznes

Bakı - Sumqayıt (Sumqayıt - Bakı)

0.80

1.20

Bakı - Biləcəri (Biləcəri - Bakı)

0.30

0.80

Bakı - Xırdalan (Xırdalan - Bakı)

0.40

1.00

Biləcəri - Xırdalan (Xırdalan - Biləcəri)

0.20

0.40

Biləcəri - Sumqayıt (Sumqayıt - Biləcəri)

0.60

1.00

Xırdalan - Sumqayıt (Sumqayıt - Xırdalan)

0.40

0.80



Yüklə 29,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə