R b a y c a n X z r d n z g m



Yüklə 29,63 Mb.
Pdf görüntüsü
səhifə8/8
tarix01.07.2018
ölçüsü29,63 Mb.
#52594
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


25 noyabr 2016-cы il   № 77-80 (9083)

BAş ReDAktoR

Rasif iman oğlu

tAhiRov

ünvanımız:

AZ1003, Bakı şəhəri,

Xanlar küçəsi, 22

telefoNlARIMIZ:

Baş redaktor

(050) 670-33-76

Redaktor

(070) 252-39-02

Qəzetin təsisçisi:

“Azərbaycan Xəzər Dəniz

Gəmiçiliyi”

Qapalı Səhmdar 

cəmiyyəti

Qəzet “Dəniz” qəzetinin 

kompyuter mərkəzində 

yığılmış, səhifələnmiş və 

“Azərbaycan” nəşriyyatında 

çap olunmuşdur

şəhadətnamə: 275

tiraj: 2000

Sifariş: 3348

8

“Gənclik” Tələbə İdman Cəmiy-

yəti Respublika Şurasının təşkilatçılığı 

ilə orta ixtisas təhsili müəssisələrinin 

tələbələri arasında respublika birinciliyi 

keçirilib.

Təqvim  planına  şahmat,  dama,  sto-

lüstü tennis, voleybol və basketbol daxil 

idi.


Oğlanlar arasında voleybol üzrə yarış 

Azərbaycan  Dövlət  Dəniz Akademiyası-

nın  Dənizçilik  Kollecinin  idman  zalında 

keçirilib.

Bütün  rəqiblərinə  qalib  gələn  Azər-

baycan  Pedaqoji  Kollecinin  kollektivi 

birinci olub. Azərbaycan Dənizçilik Kol-

lecinin  təmsilçiləri  ikinci,  Bakı  Dövlət 

Sosial  İqtisad  Kollecinin  yetirmələri  isə 

üçüncü pillədə qərarlaşıblar.



Xaçmaz Olimpiya İdman Komp-

leksində Azərbaycan Respublikasının 

dövlət müstəqilliyinin bərpasının 25-ci 

ildönümünə həsr olunan, “Təhsil” 

Respublika İdman Mərkəzinin (RİM) 

sərbəst və yunan-Roma güləşi üzrə açıq 

respublika birinciliyi keçirilib.

Təhsil  Nazirliyindən    bildiriblər  ki, 

respublika  birinciliyi  2002-2004-cü  il 

təvəllüdlü  yeniyetmələr  arasında  təşkil 

edilib.  Birinciliyin  keçirilməsinin  əsas 

məqsədi mərkəzin yeniyetmələrdən ibarət 

yığma  komandalarını  formalaşdırmaq, 

perspektivli  idmançıları  aşkarlamaq  və 

bu idman növünə uşaqların marağını ar-

tırmaq olub.

Sərbəst güləş üzrə yarışlarda ümumi-

likdə  300-dək,  yunan-Roma  güləşi  üzrə 

yarışlarda isə 280-dək idmançı mübarizə 

aparıb.


Yarışın  nəticələrinə  əsasən  sərbəst 

güləş üzrə komanda hesabında birinci yeri 

Abşeron Uşaq Gənclər İdman Mərkəzinin 

(UGİM),  ikinci  yeri  “Təhsil”  RİM-in  1 

nömrəli  Respublika  İxtisaslaşdırılmış 

Olimpiya  Ehtiyatları  İdman  Mərkəzinin 

(RİOEİM),  üçüncü  yeri  Siyəzən  rayon 

Uşaq-Gənclər İdman Mərkəzinin (UGİM) 

komandaları qazanıblar.

Yunan-Roma güləşi üzrə isə koman-

da  hesabında  birinci  yeri  “Təhsil”  RİM-

in  1  nömrəli  RİOEUGİM-in,  ikinci  yeri 

Beyləqan  rayon  UGİM-in,  üçüncü  yeri 

isə  “Təhsil”  RİM-in  Sumqayıt  filialının 

komandaları tutublar.

Azərbaycanın 

veteran cüdoçusu 

Fərhad Rəcəbli  

ABŞ-ın Florida şta-

tında keçirilən dünya 

çempionatında qızıl 

medal qazanıb.

90  kiloqram  çəki  dərəcəsində  çıxış 

edən  Rəcəbli  mübarizəyə  dörddəbir  fi-

nal  mərhələsindən  başlayıb.  Cüdoçumuz 

çexiyalı  Yaroslav  Banszelə  2  dəqiqə  20 

saniyə  ərzində  ipponla  qalib  gəlib.  İd-

mançımızın  yarımfinalda-

kı rəqibi finlandiyalı Yuk-

ka Laytinen cərimə xalları 

üzündən  mübarizəni  tərk 

edib. F.Rəcəbli finalda ru-

siyalı Vladimir Markelovu 

2 dəqiqə 33 saniyə ərzində 

ipponla  məğlub  edərək  dünya  çempionu 

olub.

Azərbaycanın daha bir təmsilçisi Arif 



Qasımov  100  kiloqram  çəki  dərəcəsində 

beşinci yerlə kifayətlənib.



kriştianu Ronaldo ilə müqavilənin 

müddəti 2021-ci ilədək artırılıb

“Real Madrid” futbol klubu portuqaliyalı ulduz Kriştianu 

Ronaldo ilə müqavilənin müddətini 2021-ci ilədək artırıb.

Yeni  müqaviləni  “Santyaqo  Bernabeu”  stadionunda  klubun 

prezidenti Florentino Perez ilə Kriştianu Ronaldo imzalayıblar.

Müqavilə 2021-ci il iyunun 30-dək qüvvədə olacaq.

Hazırda 31 yaşlı hücumçu həftədə 410 min avro qazanır. O, 

komandanın ən yüksək məvacibli futbolçusu hesab edilir.

Kriştianu  Ronaldo  kral  klubuna  2009-cu  ildə  İngiltərənin 

“Mançester Yunayted”  komandasından  80  milyon  funt  sterlinq 

dəyərində müqavilə əsasında transfer olunub.

Pankration üzrə dünya çempionatında 

4 qızıl medal qazanıblar

İtaliyanın Eboli şəhərində keçi-

rilən pankration üzrə dünya çempio-

natında Azərbaycan idmançıları 4-ü 

qızıl və 1-i gümüş olmaqla ümumilik-

də beş medal qazanıblar.

Azərbaycan Pankration, Qrappling 

və MMA Federasiyasından  bildiriblər 

ki,  “Neftçi  İdman  Klubu”nun  yetir-

mələrindən  Pərviz  Qasımov  (53  kq), 

Ömər  Mutayev  (78  kq), Amil  Məhər-

rəmli (85 kq), Seymur Quliyev (93 kq) 

qızıl, Xəyalə Əsgərova (57 kq) isə gü-

müş medal qazanıblar.

Qeyd edək ki, dünya çempionatın-

da 43 ölkənin idmançıları iştirak edib.

Gənclər və İdman Nazirliyi və 

Azərbaycan Stolüstü Tennis Fede-

rasiyasının təşkilatçılığı ilə “Şüa” 

İdman-Sağlamlıq Kompleksində 

Konstitusiya Gününə həsr olunmuş 

2005-ci il təvəllüdlü və daha az yaşlı 

oğlan və qızlar arasında Azərbaycan 

birinciliyinə yekun vurulub.

Noyabrın  9-da  başlayan  və  şəxsi  xa-

rakter daşıyan yarışda Bakı və regionlardan 

140-a yaxın idmançı mübarizə aparıb.

Bu  münasibətlə  təşkil  edilən  tədbir-

də  çıxış  edən Azərbaycan  Stolüstü Tennis 

Federasiyasının  vitse-prezidenti  Səbuhi 

Mehdizadə  ölkə  başçısı,  Milli  Olimpiya 

Komitəsinin  Prezidenti  İlham  Əliyevin 

rəhbərliyi  ilə  fiziki  sağlamlığın  qorunma-

sı,  idman  və  bədən  tərbiyəsinin  inkişafı 

sahəsində kompleks tədbirlərin həyata ke-

çirildiyini  diqqətə  çatdırıb,  respublikamı-

zın idman imicinin yüksəldilməsi, idmanın 

maddi-texniki  bazasının  möhkəmləndiril-

məsi, bölgələrdə müasir idman infrastruk-

turunun  yaradılması  istiqamətində  reallaş-

dırılan tədbirlərdən danışıb. Federasiyanın 

vitse-prezidenti  ölkəmizdə  digər  idman 

növləri  ilə  yanaşı,  stolüstü  tennisin  də  in-

kişaf  etdiyini,  bu  idman  növünə  uşaq  və 

yeniyetmələrin  getdikcə  artan  marağını, 

onun  inkişafı  istiqamətində  görülən  işləri 

vurğulayıb.

Oğlanların yarışında Emin Məmmədov 

qızıl, Xaliq Becanov gümüş, İlkin Abdulov 

və Adil Əhmədzadə bürünc medal qazanıb-

lar.  Qızların  mübarizəsində  Fidan  İranpur 

fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Xədicə Əbilzadə yarışı ikinci, Aysu Rəsul-

zadə  və  Hüsniyyə  Novruzova  isə  üçüncü 

pillədə başa vurublar.

Sonda  mükafatçılara  Azərbaycan  

Stolüstü Tennis Federasiyasının diplom və 

mükafatları təqdim edilib.

Beynəlxalq nüfuzlu “Sportcal” (Sport 

Market Intelligence) şirkəti dünyanın 

qabaqcıl idman ölkələri və şəhərlərinin 

siyahısını açıqlayıb.

Ev  sahibliyi  etdiyi  yarışların  nüfuzu, 

səviyyəsi və təşkilatçılığına görə müəyyən-

ləşən  reytinq  siyahısında  Azərbaycan  da 

yer alıb. Belə ki, müxtəlif mötəbər çempi-

onatların,  həmçinin  “Formula-1”  və  Şah-

mat Olimpiadası kimi yarışların keçirildiyi 

Azərbaycan  siyahıya  daxil  olan  86  ölkə 

arasında  33-cü  yerdə  qərarlaşıb.  Dörd  pil-

lə  irəliləyən  ölkəmizin  əmsalı  5406  xalla 

dəyərləndirilib. Ermənistanın düşmədiyi si-

yahıda Azərbaycan MDB ölkələri arasında 

ötən il olduğu kimi, yenə də üçüncü pillədə 

yer alıb.

Ölkəmizi yalnız ümumi siyahıda ikinci 

olan Rusiya (39145) və 29-cu pillədə qərar-

laşan  Qazaxıstan  (6469)  qabaqlayır.  Buna 

baxmayaraq, Azərbaycan Belçika, Argenti-

na, Yunanıstan, Ukrayna, Portuqaliya, Ser-

biya kimi idman ölkələrini arxada qoyub.

İlk üçlükdə də dəyişiklik olub. Ötən il 

beşinci olan ABŞ (39262) bu dəfə liderliyi 

ələ keçirib. İkinci Rusiya, üçüncü yerdə isə 

Kanada (35474) gəlir. Siyahıda iki pillə ge-

riləyən Türkiyə (11652) 20-ci yerə enib.

Şəhərlərin  siyahısına  isə  bu  dəfə 

London  (19549)  başçılıq  edir.  İlk  üçlüyə 

Rio-de-Janeyro  (18240)  və  Tokio  (17808) 

daxildir. Bakı isə 5283 xalla dünyanın 17-

ci  şəhəridir.  Paytaxtımız  doqquz  pillə  irə-

liləyib.  Bakı  Minsk,  Vankuver,  Sankt-Pe-

terburq,  İstanbul,  Barselona,  Los-Anceles, 

Roma, Milan, Amsterdam və bir sıra aparıcı 

şəhərlərdən öndədir.

Həmçinin Bakı MDB məkanında Mos-

kva, Kazan və Soçidən sonra dördüncü yer-

də qərarlaşıb.

Azərbaycanın bad-

minton idman növü üzrə 

15 yaşadək gənclərdən 

ibarət milli komandası 

(U-15) Şimalı Kiprdə keçi-

rilən beynəlxalq turnirdə 

ikinci yerə sahib olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan 

yığması  Girne  şəhərində  keçirilən  “XVI 

Dr. Fazil küçük idman oyunları” turnirində 

Türkiyə, Gürcüstan, Makedoniya və Şimalı 

Kiprin birinci və ikinci komandaları ilə qar-

şılaşıb.

Yarışda  Azərbaycanı  gənclərdən 

ibarət  yığma  komandanın  məşqçisi 

Ceyhun  Əlizadənin  rəhbərliyi  altında 

Nigar Əliyeva, Nazənin Əvesta, Negin 

Əvesta, Adəm  Əliyev, Asiman  Məsi-

yev və Vaqif Səfərzadə təmsil ediblər.

Yarışın nəticələrinə əsasən, Azər-

baycan yığma komandası Gürcüstan (3:2), 

Makedoniya  (4:1),  Şimalı  Kiprin  birinci 

(5:0) və ikinci (5:0) komandaları üzərində 

qələbə qazanıb. Yalnız finalda Türkiyə ko-

mandasına 0:5 hesabı ilə məğlub olan milli-

miz turnirin gümüş mükafatçısı olub.



İranın İsfahan şəhərində keçirilən 

yeniyetmələr arasında sərbəst və yu-

nan-Roma güləşi üzrə “Day of Child-

ren” beynəlxalq turnir keçirilib. 

Sərbəst güləşçilərin yarışlarında Azər-

baycan, İran, Rusiya, Gürcüstan, Tacikis-

tan,  Qırğızıstan,  Ukrayna  və  Ermənistan 

komandaları  mübarizə  aparıb.  Sərbəst 

güləşçilərimiz  turniri  ikinci  pillədə  başa 

vurublar.

Qrup yarışlarında sərbəst güləşçiləri-

miz  Qırğızıstana  8:2,  Gürcüstana  və  Er-

mənistana isə 9:1 hesabı ilə qalib gəliblər. 

Yığmamız  Ukrayna  ilə  5:5  hesablı  heç-

heçə edib. Xalların sayına görə 22:18 he-

sabı ilə üstün olan güləşçilərimiz qrup 

mərhələsini  lider  kimi  başa  vuraraq 

finala  vəsiqə  qazanıblar.  Finalda  İran 

idmançılarına 7:3 hesabı ilə uduzan sər-

bəst güləşçilərimiz gümüş medalla ki-

fayətlənməli olublar. Beləliklə, sərbəst 

güləş yarışlarında İran, Azərbaycan və 

Ukrayna idmançıları müvafiq olaraq ilk üç 

pillədə yer alıblar.

Yunan-Roma  güləşi  yarışında  isə 

Azərbaycan, İran, Rusiya, Türkmənistan, 

Gürcüstan,  Moldova,  İraq,  Ermənistan, 

Ukrayna,  Qırğızıstan  və  Tacikistan  yığ-

maları  mübarizə  aparıb.  Qrup  yarışların-

da  Türkmənistanı  10:0,  Qırğızıstanı  9:1 

hesabı  ilə  üstələyən  təmsilçilərimiz  İran 

idmançılarına məğlub olublar. Bununla da 

güləşçilərimiz 9-cu yerdə qərarlaşıblar.

Yarışların  idarə  olunmasında  Azər-

baycanı beynəlxalq dərəcəli hakim Kam-



ran Əliyev təmsil edib.

AZəRBAYcAN iDMAN ölkələRiNiN 

ReYtiNQiNDə iRəliləYiB

YAlNIZ fiNAlDA MəğlUB olUBlAR

SəRBəSt GüləşçiləRiMiZ BeYNəlXAlQ 

tURNiRi ikiNci PilləDə BAşA vURUBlAR

veteRAN cüDoçUMUZ DüNYA çeMPioNU olUB

DəNiZçilik kolleciNiN təMSilçiləRi 

ikiNci PilləDə QəRARlAşIBlAR

Güləş üZRə ReSPUBlikA BiRiNciliYiNiN 

QAliBləRi MüəYYəNləşDiRiliB

StolüStü teNNiS üZRə AZəRBAYcAN 

BiRiNciliYiNə YekUN vURUlUB

Yüklə 29,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə