R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə148/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   145   146   147   148   149   150   151   152   153

1075.  1000 kv.km hesabı ilə ən çox avtomobil yolları hansı ölkələr 

üçün xarakterdir? Belçika (4700 km), Yaponiya (3000 km), 

Niderland (3350km), Almaniya (1800 km). 

1076.  Dünyada neçə beynəlxalq çay hövzələrinin olduğunu 

bilirsinizmi? - 214: Reyn, Amazonka, Konqo, Nil, Niger, Dunay 

və başqaları 

1077.  O hansı çaydır ki, 12 ölkə ərazisindən keçir? - Dunay 

1078.  Dünyada nə qədər aeroport vardır ki, onun da neçəsi 

beynəlxalq əhəmiyyət kəsb edir? - 15 min aeroportdan 1100-ü 

beynəlxalq əhəmiyyət kəsb edir. 

1079.  Dunyada maliyyə fəaliyyətinin hansı sayda və başlıca 

arealları hansılardır? - 3 başlıca arealı: - ABŞ, Qərbi Avropa, 

Asiya, Yaponiya 

1080.  Dünya maliyyə təşkilatlarının bir neçəsini göstərin: Dünya 

Bankı, Beynəlxalq Bank, Avropa Yenidən Qurma və Đnkişaf 

Bankı, Asiya Đnkişaf Bankı, Ərəb Valyuta Fondu, Afrika Đnkişaf 

Bankı. 

1081.  Beynəlxalq turizmin inkişafına təsir edən amilləri 



bilirsinizmi? — Sosıa-ıqtısadi vəziyyət, ərazinin rekreasiya 

resursları potensialı, infrastruktur, ərazinin coğrafi mövqeyi, 

subyektiv faktorlar və s. 

1082.  Yaponiyada dövlət bayramları əgər istirahət gününə düşürsə, 

onda növbətin iş günü istirahət günü hesab edilir. 

1083.  Dünyanın hansı ölkəsidir ki, ancaq orada bərpa olunan enerji 

mənbələri üzrə xüsusi nazirlik fəaliyyət göstərir? - Hindistan 

Respublikası 

1084.  Qanq çayı üzərində 114 şəhərin yerləşdiyini bilirsinizmi? 

1085.  Afrikanın 56 dövlətinin neçəsində prezident üsul-idarəsi 

mövcuddur? - 46 dövlət prezidentli respublikadır 

1086.  Hansı qitədə 52 dövlət inzibati-ərazi quruluşuna görə unitar 

dövlət sayılır? - Afrikada 52 unitar dövlət vardır, federal 

dövlətlərin sayı isə 4-dən çox deyildir (CAR, Nigeriya, Komor 

adaları, Efiopiya) 

1087.  Afrikada 650 mln. əhalinin olmasını, doğum koeffısientinin 

isə 45 promilə çatdığını bilirsinizmi? 

1088.  Nil çayı üzərində tikilmiş Nasir adına su anbarının 

uzunluğunun 500 km, eninin 9-40 km arasında dəyişdiyini, orta 

dərinliyinin 30 m olduğunu, yaradılmış Asuan SES-inin 12 




turbininin 2,1 mln. kvt.gücünün və ildə 10 mlrd.kvt-saatdan çox 

elektrik enerjisi hasil etdiyini bilirsinizmi? 

1089.  Afrikanın hansı şimal dövıətində neft hasil olunur? -

Əlcəzairdə 

1090.  Dünyada hansı ölkəni immiqrantlar ölkəsi adlandırırlar? - 

Amerika Birləşmiş Ştatlarmı, bunlar işləyənlərin 8 %-ni təşkil 

edır. 

1091.  ABŞ öz inkişaf tarixində nə vaxt ən çox neft hasilatına malik 



olmuşdur? - 1972-ci ildə 530 mln.ton 

1092.  ABŞ-ın neçə ştatında neft hasil olunur? - 20 ştatında 

1093.  Uzunluğu 1288 km-ə çatan, 12 nasos stansiyası olan, ildə 120 

mln.ton neft axıtma qabiliyyətinə malik Transalyaska neft 

kəməri nə vaxt çəkilmişdir? - 1971-1977-ci illərdə 

1094.  ABŞ-da nə vaxt, harada və hansı AES-də qəza hadisəsi baş 

vermişdir?-1979-cu ilin   martında, Pensilvaniya ştatının 

Harrisberq şəhərindəki Tri-Mayl-Aylend AES-ində. 

1095.  ABŞ-da qeyri-ənənəvi elektrik stansiyalarından ən çoxluq 

təşkil edəni GeoĐES-lərdir. Hal-hazırda onların sayı və gücü nə 

qədərdir?-70 sayda olan GeoĐES-lərin gücü 2,7 mln.kvt-dan 

çoxdur. 


1096.   ABŞ-in «avtomobil ştatı» hansı hesab edilir? - Miçiqan ştatı. 

Ölkənin 26 ştatının 150 şəhərində avtomobil zavodu məhsul 

verməkdədir. 

1097.  ABŞ-ın dünyada dəmir yollarının, avtomobil yollarını, boru-

kəmər xətlərinin uzunluqlarına, dəmir yollarının və avtomobil 

nəqliyyatının yük dövriyyəsinə, avtomobil və hava nəqliyyatının 

sərnişin dövriyyəsinə, avtomobil parklarına, aeroportların illik 

sərnişin buraxma qabiliyyətinə və sayına, elektrik stansiyalarının 

gücünə, hasil etdiyi ejektrik enerjisinin illik miqdarına, elektrik 

enerjisinin illik istehlakına, AES-lərin sayına və gücünə görə 1-

ci yeri tutduğunu unutmayın. 

1098.  Đnternetdən istifadəyə görə dünyanın hansı ölkəsi 1-ci yeri 

tutur və istifadə edənlərin sayı nə qədərdir? - ABŞ, 132 milyon 

nəfərdən çox Đnternetdən istifadə edir. 

1099.  Aşağıdakıları bilmək yaxşı olardı:-Miqrasiya-insanların 

yerdəyişməsi; Emiqrasiya-ölkədən getmə; Đmmiqrasiya-ölkəyə 

insanların gəlməsi; Reemiqrasiya-ölkədən gedənlərin yenidən öz 

vətəninə qayıtması; Repatrasiya-uzun illərdən sonra ölkəyə 

qayıtma. Məsələn, II Dünya müharibəsindən, Böyük Vətən 



müharibəsindən çox müddətdən sonra. SSRĐ-yə qayıdanların 

sayı 30 mln.nəfərdən çox olmuşdur. 

1100.  Dünyada inkişafda olan ölkələr hansı regionlarda yerləşməklə 

onların sayını bılirsinizmi? -Asiya, Afrika, Okeaniya, Latm 

Amerikası regionunda yerləşməklə 160-dan az saya malik 

deyillər. 

1101.  Đqtisadi inkışaf səviyyəsinə görə ĐOÖ-i neçə qrupa ayırmaq 

olar? - 5 qrupa. 

1102.  Dünyada inkişaf etmiş ölkələrin saymı göstərməklə onların 

müasir siyasi və iqtisadi xəritədəki mövqelərini araşdırm; -

Đnkişaf etmiş ölkələrin sayı 60-a qədər olmaqla dünya illik 

sənaye məhsulunun 60 %-ə qədərini, kənd təsərrüfatı 

məhsullarımn isə 40 % - dən artığım verirlər. 

1103.  ABŞ-da maşınqayırmanın ən çox turizm təsərrüfatında 

turistlərin yaşayışı üçün istifadədə gərəkli hesab olunan 

avtomobil qoşquları-treylerlər sahəsi geniş inkişaf etdiyindən hər 

il 30 mln. turistin bunlardan istifadə etdiyini bilirsinizmi? 

1104.  «Amerikanın Aralıq dənizi» haranı adlandırdıqlarını 

bilirsinizmi? - Meksika körfəzi hövzəsini 

1105.  Latın Amerikasında başlıca neft ölkələrinin hansılar olduğunu 

bilirsinizmi? - Meksika, Venesuela 

1106.  Braziliyanın dünyada hər il 2,0 mln. ədədə qədər istehsal 

etdiyi avtomobilin şəkər qamışından aldığı etil spirti əsasında 

işlədiyini bilirsinizmi? 

1107.  Đllik kofe, şəkər qamışı, banan, portağal (21 mln. t) məhsulu 

toplanmasına görə Braziliyanın 1-ci yeri tutduğunu, dünyada ən 

böyük gücü olan Đtaypu SES-inə malik olduğunu yadda saxlayın. 

1108.  Göydələnlərin çoxluğuna görə Latın Amerikasının Nyu-

Yorku adlandınlan San-Paulo şəhəri Braziliyanın «iqtisadi 

paytaxtı» hesab edildiyini yəqin ki unutmazsınız. 

1109.  Panama kanalının «Amerika körpüsü» adlandırıldığını da 

yəqin ki, unutmazsınız. 

1110.  Đslam Đnkişaf Bankının (ĐĐB) 47 ölkəni özündə birləşdirərək - 

Azərbaycan da daxil olmaqla 1984-cü ildən fəaliyyət 

göstərdiyini bilirsinizmi? 

1111.  Ərəb dövlətləri liqası 1945-ci ildən fəaliyyət göstərərək 22 

ərəb ölkəsini birləşdirdiyini yadda saxlayın. 

1112.  Birləşmiş Millətlər Təşkilatı (BMT) 1945-ci il oktyabrın 24-

də yaradılarkən neçə dövlət imza atmışdır? - 51 ölkə 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə