3
I HİSSƏ
Faktlar nə deyir
1813-1828-ci ilə qədər Azərbaycanın sahəsi: təxminən 410 min kv.km.
1813-1828-ci illərdə işğal edilmiş Azərbaycan əraziləri: İran əsarəti
altındakı Cənubi Azərbaycan – sahəsi təxminən 280 min kv.km.
Rusiya əsarəti altındakı Şimali Azərbaycan - sahəsi təxm. 130 min kv.km.
1918-ci ildə Rusiyanın təzyiqi ilə ermənilərə verilmiş İrəvan xanlığı - sahəsi
9 min kv.km.
Rusiya əsarəti altındakı Dərbənd xanlığı - sahəsi 7 min kv.km.
1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının qurulduğu
ərazi - təxminən 114 min kv.km.
1920-ci ildə ADR-i işğal edən rus-Sovet İmperiyasının bölüşdürdüyü
Azərbaycan əraziləri:
Ermənistan Sovet Sosialist Respublikasının nəzarətinə verilən Zəngəzur,
Göyçə, Dərələyəz, Dilican və gürcülərin qismən nəzarətinə verilən (Gürcüstan
Sovet Sosialist Respublikası) Borçalı - birlikdə sahəsi: təxm. 27, 4 min kv.km.
1920-1991-ci illərdə SSRİ əsarəti altında qalmış Azərbaycan Sovet Sosialist
Respublikasının ərazisi - 86,6 min kv.km.
Azərbaycanın 1988-1994-cü illərdə işğal olunmuş əraziləri:
Dağlıq Qarabağ (Şuşa, Xankəndi, Xocavənd, Xocalı, Əsgəran, Ağdərə,
Hadrut): İşğal tarixi – 1988
Laçın (18 may 1992-ci il) - 1835 kv.km.
Kəlbəcər (2 aprel 1993-cü il) - 1936 kv.km.
Ağdam (23 iyul 1993-cü il) - 1094 kv.km.
Cəbrayıl (23 avqust 1993-cü il) - 1050 kv.km.
Füzuli (23 avqust 1993-cü il) - 1386 kv.km.
Qubadlı (31 avqust 1993-cü il) - 802 kv.km.
Zəngilan (29 oktyabr 1993-cü il) - 725 kv.km.
Beləliklə, Azərbaycanın, deyildiyi kimi, 20 faiz yox, təxminən 80 faiz
ərazisi işğal altındadır.
Qərbi Azərbaycan
Bilgə Kağanın sözləri yada düşür: «Ey türk oğuz bəyləri! Türk xalqı, eşidin!
Üstdən göy çökmədikcə, altdan yer dəlinmədikcə, bil ki, türk ulusu, türk yurdu,
türk dövləti, türk törəsi pozulmaz. Su təki axıtdığın qanına kimi yığdığın
sümüklərinə layiq ol! Ey ölümsüz türk ulusu, özünə dön»!
Şamilin sözləri: «İşğal olunmuş Vətən torpaqları yalvarışla qaytarılmaz,
döyüşlə alınar».
4
İndi Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus Cənubi Qərbi
Qafqaz Respublikası mövcud olub. 1918-ci ilin 18 noyabrından 1919-cü ilin 2
aprelinədək ömür sürmüş bu respublikanın ərazisi Batum, Əspircə, Axalcixe,
Ağbaba, Qəmərli və bir sıra bölgələr daxil olmaqla Naxçıvanadək uzanıb. Bəzi
tarixi sənədlərdə həmin dövlət «Qars hökuməti» kimi təqdim olunur ki, bunun da
səbəbkarı «Mudros» müqaviləsidir. Bəs biz CQQR haqqında nə bilirik? Əvvəlcə
ensiklopedik məlumata nəzər salaq. 2004-cü ildə professor Yaqub Mahmudovun
baş redaktorluğu ilə nəşr olunan «Azərbaycan Xalq Cümhuriyyəti
Ensiklopediyasında CQQR haqqında deyilir.
Cənub-Qərbi Qafqaz Cümhuriyyəti (CQQC), Qars Demokratik
Cümhuriyyəti - Birinci dünya müharibəsi (1914-18) dövründə erməni-daşnak
silahlı quldur dəstələri tərəfindən türk-müsəlman əhalinin soyqırımına məruz
qaldığı Cənub-Qərbi Qafqazda yaranmış demokratik respublika. Osmanlı
imperiyası ilə Antanta dövlətləri arasında Mudros barışığı (1918) ərəfəsində və
ondan az sonra Cənub-Qərbi Qafqazda bir neçə dövlət qurumu yarandı. 1918-ci il
oktyabrın 29-da Ömər Faiq Nemanzadənin başçılığı ilə Axıska hökuməti quruldu.
1918 il noyabrın 5-də «Qars İslam Şurası» adı ilə milli hökumət yaradıldı. Bu
hökuməti yaradanlar sırasında Piroğlu Fəxrəddin (Ərdoğan) bəy, əslən Borçalıdan
olan Kəpənəkçi Emin ağa və b. vardı. Noyabrın 14-də birinci Qars konqresi
çağırıldı. Bölgələrin milli şura rəhbərlərinin qatıldığı konqresdə Emin ağa hökumət
funksiyasını yerinə yetirən «Qars İslam Şurası»na sədr seçildi. Noyabrın 30-da
«Qars İslam Şurası»nın dəvəti ilə Naxçıvan, Ordubad, Qəmərli, Sürməli (İqdır),
Şərdi Şörəyel, Axıska, Axalkələk və Batum bölgələrindən gələn 60 nəfərlik
nümayəndə heyətinin iştirakı ilə 2-ci Qars konqresi keçirildi. Batumdan Ordubada
qədər ərazidə Qars İslam Şurası hökuməti quruldu. 12 nəfərdən ibarət hökumətə
əslən gümrülü olan, sonralar Qarsa köçən İbrahim bəy Cahangirzadə rəhbərlik
edirdi. İ.Cahangirzadə rus ordusunun zabiti olmuş və Araz Türk Cümhuriyyətinin
hərbi naziri kimi, bölgə əhalisinin silahlandırılmasına və hərbi təlimlər keçməsinə
rəhbərlik etmişdi. Qars Milli Şura hökumətinin əsas vəzifəsi daşnakların türk-
müsəlman əhaliyə qarşı törətdikləri soyqırımlarının və bölgəni işğal etməyə çalışan
gürcü qoşunlarının hücumlarının qarşısını almaq və əhalinin təhlükəsizliyini təmin
etmək idi.
1919-cu il yanvarın 13-də ingilis generalı Bisç Qarsa gələrək, Ermənistanın
Stepan Korqanovu Qars vilayətinin başçısı təyin etdiyini bildirdi. Milli Şura
hökumətinin rəhbərləri ingilis generalına bəyan etdilər ki, bölgə əhalisinin 85%-i
türklərdən ibarətdir və vilayətin rəhbərliyinə erməninin təyin edilməsi Vilson
prinsiplərinə ziddir. Bundan sonra general Bisç Milli Şura hökumətini tanıdığını
bildirdi və Gümrüyə qayıtdı.
Bölgə təmsilçilərinin 1919-cu il yanvarın 17-də Qarsda keçirilən
toplantısında Cənub-Qərbi Qafqaz hökumətinin yaradıldığı elan olundu. Bu siyasi
qurum Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyəti adlandı. CQQC-