30
nizamlanan mübahisələrin dinc yollarla və güc tətbiq etmədən nizamlanmasına aid
prinsiplərinə istinadları xatırlayırlar».
Təhlükəsizlik Şurası sədrinin bəyanatı.
26 avqust 1992-ci il
Təhlükəsizlik Şurasının üzvləri arasında məsləhətləşmələrdən sonra Şuranın
Sədri adından «Dağlıq Qarabağda vəziyyətə dair» sərlövhəli bəndlə əlaqədar
aşağıdakıları bəyan etmişdir: «Dağlıq Qarabağda vəziyyətin pisləşməsi, çoxlu
insan tələfatına və geniş miqyasda maddi zərərə səbəb olması haqqında məlumatlar
Təhlükəsizlik Şurasının üzvlərini dərindən narahat etmişdir.
Təhlükəsizlik Şurasının üzləri bütün tərəfləri və digər əlaqədar tərəfləri atəşi
dərhal dayandırmağa və ATƏM çərçivəsində Dağlıq Qarabağ məsələsinə dair
Minsk Konfransının səylərinə, habelə Romada keçirilən hazırlıq danışıqlarına
yardım göstərməyə qətiyyətlə çağırırlar. Onlar bütün tərəfləri və digər əlaqədar
tərəfləri ATƏM ilə sıx əməkdaşlıq etməyə və öz mübahisələrinin dinc yolla aradan
qaldırılmasına mümkün qədər tez nail olmaq məqsədilə danışıqlarda müsbət
mövqedən iştirak etməyə təkidlə çağırırlar. Onlar qeyd etmişlər ki, Baş Katib
faktları müəyyən etmək üçün həmin bölgəyə nümayəndələr göndərmiş və ATƏM-
in yuxarıda adı çəkilən danışıqlarına nümayəndələr göndərməyə hazırdır. Şuranın
üzvləri Dağlıq Qarabağda vəziyyətin inkişafı ilə əlaqədar olaraq həmin rayonlarda
Birləşmiş Millətlər Təşkilatının rolunu sonralar, lazımı vaxtda müzakirə
edəcəklər».
Təhlükəsizlik Şurası sədrinin bəyanatı
27 oktyabr 1992-ci il
Təhlükəsizlik Şurasının üzvləri arasında məsləhətləşmədən sonra Şuranın
sədri Şuranın adından 1992-ci il sentyabrın 27-də keçirilmiş 3127-ci iclasında
«Dağlıq Qarabağda vəziyyətə dair» sərlövhəli bəndin Şura tərəfindən baxılması ilə
əlaqədar aşağıdakıları bəyan etmişdir: «Təhlükəsizlik Şurası 1992-ci il sentyabrın
21-də Soçidə atəşkəs barədə sazişin bağlanmasına baxmayaraq Dağlıq Qarabağda
və onun ətrafında ciddi vəziyyətin qalmasından, eləcə də bununla əlaqədar insan
tələfatı və maddi itkilər olmasından dərin narahatdır.
Təhlükəsizlik Şurası özünün 1992-ci il 26 avqust (S/24493) tarixli «Dağlıq
Qarabağda vəziyyətə dair bəyanat»ının məzmunu, xüsusilə də, ATƏM-in Dağlıq
Qarabağa Minsk konfransının səylərinə dəstəyini təsdiq edir. O, qətiyyətlə bütün
tərəfləri və bu məsələyə aid olan digərlərini dərhal atəşi dayandırmağa və
blokadanın bütün növlərini aradan qaldırmağa çağırır. O, Minsk Konfransının
işinin dərhal başlanılmasına və Sədrin təklif etdiyi qayda və proseduralar əsasında
siyasi danışıqların açılmasına çağırır. O, təkidlə bu məsələyə aidiyyatı olan bütün
31
tərəfləri və digərlərini onların mübahisələrinin tezliklə hərtərəfli nizamlanmasını
əldə etmək üçün ATƏM-lə sıx əməkdaşlığa və Konfransın işində əsaslı iştirak
etməyə çağırır. Təhlükəsizlik Şurasının Baş Katibi Birləşmiş Millətlər Təşkilatının
ATƏM-in səylərinin dəstəklənməsi planına, eləcə də humanitar yardım
göstərilməsinə nə kimi töhfə verə biləcəyi məsələsinin öyrənilməsi üçün bu regiona
öz nümayəndəsini göndərməyə dair niyyətindən məmnun olduğunu bildirir».
Təhlükəsizlik Şurası sədrinin bəyanatı
29 yanvar 1993-cü il
Təhlükəsizlik Şurasının Sədri 1993-cü ilin 29 yanvarında keçirdiyi
məsləhətləşmələrdən sonra, Şuranın üzvləri adından kütləvi informasiya vasitələrin
nümayəndələrinə aşağıdakıları bəyan etmişlər:
«Ermənistan və Azərbaycanın Naxçıvan Muxtar Respublikasına malların və
metarialların göndərilməsi, xüsusilə, elektrik enerjisi verilməsindəki fasilələrin
dağıdıcı nəticələri ilə əlaqədar Təhlükəsizlik Şurasının üzvləri dərin narahatlıq
keçirdiklərini bildirirlər. Qeyri-adi dərəcədə sərt qışın genişləndirdiyi bu fasilələr
həmin bölgələrin iqtisadiyyatını və infrastrukturunu iflas həddinə gətirib çıxarmış
və real aclıq təhlükəsi yaratmışdır.
Şuranın üzvləri təkidlə bütün kömək edə biləcək ölkələri, yanacaq və
humanitar yardımın göndərilməsinə kömək etməyə və region ölkələrinin
hökumətlərini humanitar vəziyyətin gələcəkdə daha da pisləşməsinin qarşısını
almaq məqsədilə humanitar yüklərin, xüsusilə də yanacağın Ermənistan və
Azərbaycanın Naxçıvan bölgəsinə maneəsiz çatdırılmasını təmin etməyə çağırır.
Şuranın üzvləri tərəfləri bir araya gətirmək və ATƏM-in bu regionda sülhün
bərqərar olmasına yönələn bütün səylərini tam dəstəklədiklərini bir daha bəyan
edirlər. Onlar tərəfləri dərhal atəşkəsə və tezliklə ATƏM çərçivəsində danışıqların
yenidən başlanılmasına razılaşmağa çağırırlar.
Təhlükəsizlik Şurasının üzvləri bu məsələyə baxmağı davam etdirəcəklər».
Təhlükəsizlik Şurası sədrinin bəyanatı.
6 aprel 1993-cü il
Təhlükəsizlik Şurasının üzvləri ilə məsləhətləşmələrdən sonra Şuranın Sədri
Şuranın adından 1993-cü il aprelin 6-da onun 3194-cü iclasında «Dağlıq
Qarabağda vəziyyətə dair» sərlövhəli bəndin Şura tərəfindən baxılması ilə əlaqədar
aşağıdakıları bəyan etmişdir: «Təhlükəsizlik Şurası Ermənistan Respublikası ilə
Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsindən və Dağlıq
Qarabağ münaqişəsində düşmənçilik hərəkətlərinin güclənməsindən, xüsusilə yerli
erməni
qüvvələrinin
Azərbaycan
Respublikasının
Kəlbəcər
rayonuna
müdaxiləsindən ciddi narahat olduğunu bildirir. Şura sülh və bölgənin