24
qurtardığı «Quran» kitabının nəfis toxunmuş, üstündə qılınc şəkli olan dəsmala
bükülü bir nüsxə əlyazmasını Sultanbəyə bağışladı.
1917-ci ilin may ayının 10-da Sultanbəy döyüşə rəhbərlik etmək üçün
Çınqıllı dağın döşündə tikilmiş alaçığın qabağında atdan düşüb dürbünlə
daşnakların qərargahına və ətraflara bir qədər baxdıqdan sonra Sultanbəylə
görüşməyə hazır dayanmış Çal Aslana əl uzatdı. Çal Aslan iki əllə Sultanbəylə
görüşüb səngərlərdən yenicə gəldiyini bildirdi. Əlavə etdi ki, hər şey öz
qaydasındadır. Lazımlı bütün tədbirlər görülmüşdür. Hamı sizin işarənizi gözləyir.
Sultanbəy cib dəsmalını çıxarıb alaçığın qabağındakı daşın üstünə sərdi. Sol döş
cibindən Bəhlul Behcətin Azərbaycan dilində verdiyi «Quran»ı dəsmalın üstünə
qoyub üzü qibləyə doğru dedi: «Ey «Quran», haqq işimizə görə bizə kömək elə».
Sonra ehtiramla «Quranı» götürüb yenə döş cibinə qoydu. Şad təbəssümlə Çal
Aslana baxıb qaranlıq dərədə yerləşən topçulara tərəf bir fişəng atdı. Bir anda
topların səsi dağları lərzəyə gətirdi. Sərrast nişanlanmış topların mərmiləri düşdüyü
yerlərdə daşnakların bütün sursatlarını torpaqla birlikdə göylərə sovurdu. Güclü top
atəşinə məruz qalmış daşnaklar səhərin ala qaranlığında nəinki müqavimət
göstərməyə imkan tapa bilmirdilər, hətta qaçmağa belə yer yoxuydu. Hansı səmtə
üz tuturdularsa, güllə yağış kimi yağırdı. Topların səsinə Gorus şəhərinin və ətraf
kəndlərin camaatı da oyanmışdı.
Qaragöl döyüşündə Sultanbəy 9 uzaqvuran, 5 yaxınvuran toplardan, 40
pulemyotdan, 3 min müxtəlif növ tüfəngdən, 120 qılıncdan, 50-dən çox gürzdən, 9
minə yaxın adamdan istifadə edirdi. Döyüş axşama qədər davam elədi. Demək olar
ki, düşmənin əsas hərbi sursatı məhv edilmişdi. Əsir alınanların sayı 600-dən çox
idi. Böyük düz qırılan və yaralananlarla dolu idi. Qaranlıq düşənə yaxın Sultanbəy
topları döyüş meydanından çıxartdırıb Gorusun qaşına apartdırdı. Bir qədər sonra
Gorus şəhəri toplardan atəşə məruz qaldı. Şəhərdə ciddi qarmaqarışıqlıq
yaranmışdı. Bu vaxt Xınzirək kəndinə tərəf qaçanların sayı daha çox idi. Çal
Aslanın göstərişi ilə Ağaməmməd Minkənd alayı ilə Xınzirək kəndini mühasirəyə
aldı.
Ağaməmməd dəfələrlə ağır döyüşlərdən zəfərlə çıxmışdı. Ona Zəngəzurun
dişli qartalı deyərmişlər. Ağaməmmədin adam gəmirən atları çox daşnak başı
qopartmışdı.
Sabahısı günü Sultanbəyin Qaragöl ətrafındakı dəstələri bəzi işləri sahmana
saldıqdan sonra qələbə mahnıları oxuya-oxuya Xınzirək kəndini mühasirədə
saxlayan Ağaməmmədin dəstələrinə köməyə gəldilər. Xınzirək kəndinin camaatı
müqavimətsiz Ağaməmmədin dəstələrinə qoşularaq daşnakları kənddən qovdular.
Bununla Zəngəzur yaylaqlarındakı bütün təhlükələr aradan qaldırıldı. Sultanbəy
Araz çayı ətrafındakı tərəkəmə ellərinə adam göndərdi ki, yaylaqlara arxayın köçə
bilərsiniz.
25
Sahil əməliyyatı
Sultanbəyin qəfil zərbələrinə tab gətirməyib İrana qaçmaq istəyən silahlı
daşnak dəstələri Araz çayı sahilindəki qamışlıqlara doluşaraq gecələr fürsət tapan
kimi çaya tökülüb o taya adlayırdılar. Sahil əməliyyatında Həkəri və Bərgüşad
çaylarının vadilərindəki kəndlərin camaatı fəallıq göstərirdilər.
Qaçaq dəstələri Arazın sahilində sol cinaha Diri dağı, Xudafərin körpüsünü,
sağ cinahda isə Mincivanadək sahil boyunu nəzarət altında saxlayıb Araza tökülən
daşnak dəstələrini gülləbaran edib axırlarına çıxırdılar.
Qaçaqlar donuzları neftləyib, od vurub qamışlıqlarda yanğınlar törədərək
düşmənləri məhv edirdilər. Yanğından qaçan erməniləri Zəngilan, Məmmədbəyli
kəndlərinin ətrafındakı dərələrdə kütləvi şəkildə qırırdılar. Daşnakların xaricə
aparmaq istədikləri var-dövləti əllərindən alıb Azərbaycan kəndlərinə paylayırdılar.
Sahil əməliyyatı zamanı ermənilərdən alınmış silahlarla Çaytumas, Ağalı,
Alaqurşaq, Xanlıq kəndlərində güclü silahlı dəstələr yaradırdılar.
Sultanbəyin qızı Bəyim xanımın xatirələrindən
Uzun illər sürgünlərdə olmuş Bəyim xanım ailələrinin faciəli taleyindən
belə nəql edir:
- Qırmızı Ruslar Zəngəzura gəldikdən sonra atama ardı-arası kəsilmədən
sui-qəsdlər təşkil edirdilər. Qəsdlərin birində atama güllə də atdırdılar. İncəvardan
güllə kişinin başından yox, çənəsinə dəyərək az yaralamışdır. Atam vəziyyətin
gərginliyini başa düşmüşdü. Düşmənlərdən qoruduğu vətənində özünün
qorunmağına heç bir ümid qalmamışdı.
Atam gələcəkdə vətəni yenə düşmənlərdən xilas etmək üçün xarici
mühacirətə getmək qərarına gəldi. Bundan sonra bizim indiki Laçın rayonundakı
mülklərimizdə yaşamağa imkan vermədilər. Anam Qarabağ xanlarının nəslindən,
şair Natəvanın nəslinin ziyalı qızlarından biri idi. Bu günkü Xan kəndi mənim Ana
babalarımın torpaqlarıdı. Biz bir qədər Qarabağdakı qohumlarımızın himayəsində
yaşadıqdan sonra Bakıya köçməli olduq.
Anam ziyalı, qoçaq və bir qədər də diplomat qadın olduğundan xeyli vaxt
məsul vəzifələrdə işlədi. Bir müddət Bakı şəhər sovetinin deputatı da oldu.
Otuzuncu illərin həyəcanlı gecələrinin birində qapımız döyüldü. Anam
qapını açdı. Hərbi formada bir neçə adam icazəsiz evə girib başladılar evi
axtarmağa. Evi alt-üst etdilər. Biz hələ də məəttəl qalmışdıq ki, bunlar nə axtarırlar.
Demiyəsən, NKV-də işləyən daşnak agentlər çoxdan bizim evi nəzarət
altında saxlayıb güdürmüşlər. Bir azdan atamın şəkli, «Quran»ı, müxtəlif, lazımlı
sənədləri, qiymətli əşyaları saxlanan boxçanı yükün arasından götürüb açdılar.
Gələnlərdən biri erməni idi. O atamın şəklini görən kimi həyəcanla: «vot, vot,
Sultanbek» deyib şəkli onunla gələnlərə göstərdi. Bir neçə dəqiqədən sonra anama