26
bildirdilər ki, evdən heç nə götürmədən həbs olunursunuz. Əynimizin paltarını da
götürməyə imkan vermədilər. Gecə hamımızı gətirdilər Bayıl türməsinə. Biz
türmədə eşitdik ki, Məmməd Əmin Rəsulzadənin ailəsi də buradadır. Sonra bizə
dedilər ki, 700 azərbaycanlı qadını bu gecə sürgün edəcəklər. Səhərə yaxın bizi yük
vaqonlarına doldurub Bakıdan çıxartdılar. Hara apardıqlarını bilmirdik. Yağışın,
küləyin, günün altında bir aya yaxın yollarda qaldıq. Aclığa, susuzluğa tab
gətirməyib ölənləri qatar gedə-gedə hara gəldi atırdılar. Demək olar ki, hamı
üzülmüşdü. Körpə uşaqların vəziyyəti daha ağır idi. Üstümüzdə dayanan silahlılar
azərbaycan uşaqlarına düşmən uşağı kimi baxırdılar. Hər gün gözümüzün
qabağında onlarla uşaq ölürdü. Bu vaxt ən dəhşətlisi ölən azərbaycanlıların
məzarları üstündə ad-soyad yazmağa icazə verməmələri idi. Gələcəyə iz qalmasın
deyə, qəbiristan yaratmağa qoymurdular. Azərbaycanlıları mənəvi cəhətdən ən çox
sarsıdan burada da məhbusların taleyinin ermənilərin ixtiyarına verilməsi idi.
Azərbaycanlılar yaşayan həbs düşərgələrində ermənilər ağlasığmaz dəhşətlər
törədirdilər. Canilər qadınların üstlərindəki qızıl zinətləri (təsadüfi hallarda bəzi
qadınların üstündə qızıl olurdu) açırdılar, hətta ağızlarındakı qızıl dişlərini də
kəlbətinlə sındırıb çıxarırdılar. Düşərgələr dolu idi azərbaycanlılarla. Çox vaxtı
adamlar bir-birlərindən soruşurdular ki, görən Azərbaycanda heç azərbaycanlı
qalıbmı?! Sürgündəki adamları çox işlədirdilər. Qazaxıstanın bir çox vilayətləri
sürgün olunmuş azərbaycanlıların qabarlı əlləri, alın tərləri hesabına
abadlaşdırılmışdır. Anam qoçaqlıqda ad qazanmışdı. İşdən sonra sürgündəki
azərbaycan uşaqlarına savad öyrətmək məqsədi ilə dərnək təşkil etmişdi. Uşaqlar
anamı "müəllim" deyə çağırırdılar.
1948-ci ildə anam icazə ilə Bakıya gəlib, Bağırovun qəbuluna yazılıb
onunla görüşür. Ailəmizin Bakıya qayıtması haqqında icazə istəyir. Lakin anam
istəyinə nail ola bilməyib kor-peşman yenə Qazaxıstana qayıtdı. 1956-cı ilə qədər
bir sürgündə qaldıq.
Qaradərə kəndində Qaçaq Fərzalı, Vedibasarda Kərbəlayı İsmayıl və Qəmlo
daşnaklara və bolşeviklərə qarşı vuruşaraq xalqımızın qəhrəmanlıq tarixini yenidən
yazırdılar. Xalqımızın tarixində qaçaq dövrü həm də torpaqlarımızın müdafiəsində
mühüm bir mərhələ kəsb edir.
Ermənilərin və bolşeviklərin zaman-zaman xalqımıza etdikləri zülmlər Bilal
Ənsərin və onun ailəsinin taleyində öz əksini tapa bilib. Onun qeydlərində deyilir:
"17 il bundan əvvəl böyük qardaşlarının - rusların köməyi ilə 216 nəfəri qətlə
yetirib, 250 min türkü topla-tüfənglə doğma dədə-baba yurdlarından qovmuş
ermənilər, hələlik o torpağa sahib çıxıblar. Elə buna görə də qaldırdığınız məsələ,
eyni vaxtda, Dağlıq Qarabağın həlli üçün də əsas amil olar.
Bu bir həqiqətdir ki, dünyada ilk dəfə 1828-ci ildə, Azərbaycan
parçalanandan sonra, böyük qardaşların köməyilə 1111 kənddən ibarət erməni
vilayəti yaradıldı. Həmin kəndlərin də yalnız 62-də erməni yaşayırdı. Bu da
həqiqətdir ki, 1914-cü ilə kimi İrəvan xanlığını bir-birinin ardınca 49 türk idarə
27
edib. Şərqi Anadolunun sınırlarında yaşamış 2 milyon 29 min sakini ancaq o
torpaqlara sahib olmaq arzusu ilə çarpışıb.
Rusiyada kommunistlər hakimiyyətə gələndən sonra, xüsusilə, Qafqazda
kütləvi qırğınlar başladı. Rusiya-Türkiyə, erməni-gürcü, erməni-müsəlman
qırğınları ara vermirdi. Ermənilərin silahlı hücumları qarşısında əliyalın türklər
aciz qalırdılar. Ona görə də doğma torpaqlardan uzaqlarda yaşamağa məcbur
olundular. Voronsovka, Cəlaloğlu, Qızıl Qoç, Amasiya, Başkeçid, Bolnisi
bölgələrindən Türkiyənin Qars, Ərdahan, İqdır, Ərzurum, Bitlis, Muş, Ərzincan...
bölgələrinə pənah aparmış yüzlərcə həmvətənlərimiz var.
Tarixçi-alim Sevil Kərimovanın «Çarizmin Azərbaycanın işğalında və
müstəmləkəçilik siyasətində erməni siyasətbazlarının rolu» kitabında XVIII əsrin I
yarısında Qafqazın işğalında erməni təhriki və rusların onlara himayədarlığı, eləcə
də XVIII əsrin II yarısında, həmçinin də XIX əsrdə bu prosesin inkişafı tamamilə
sübuta yetirilib. 1669-cu ildə İsfahandakı erməni tacirləri I Pyotra qiymətli
hədiyyələr bağışlayaraq Qafqazın işğal yolunu ona izah etmişlər. Erməni «milli
azadlıq hərəkatının lideri» kimi qələmə verilən İzrail Ori isə I Pyotra məktub
yazaraq erməniləri müsəlman zülmündən qurtarmağı din qardaşlarından xahiş edib.
Özü də rus ordusunun 100 min əsgərinin ərzağının erməni tacirləri tərəfindən
ödəniləcəyini də bəri başdan vəd verir. İ.Ori məktubunda bir az da qabağa gedərək
rus ordusunu təkcə Qafqazı deyil, həm də Osmanlı dövlətini də ələ keçirməyə
çağırırdı.
Ermənilərin ruslara sədaqətli olduğunu görən çarizm 1779-cu ildə Rostov-
Don şəhəri ətrafında bir erməni şəhəri saldırır, erməniləri ora köçürür, şəhərin adını
da qoyur Naxçıvan!
1803-cü ildə Sisianov hələ Gəncə üzərinə hücum etməzdən xeyli əvvəl
erməni əsilli general-mayor Lazarov ona yazırdı: «Bütün Gəncə erməniləri Rus
ordusunun Gəncəyə hücumunu səbirsizliklə gözləyir».
Qafqazın, o cümlədən Azərbaycanın işğalında rusların ən yaxın köməkçisi
olan erməni generalı Valerian Mədətəvun əli xalqımızın qanına batmışdır.
Türkmənçay müqaviləsi başa çatdıqdan sonra müqavilənin 15-ci maddəsinə
əsasən ermənilər İrandan Azərbaycana, Qarabağa köçürülürlər. Bu işdə Rusiyanın
İrandakı səfiri A.Qriboyedov xüsusi rol oynamışdır.
Sonrakı dövrlərdə də ermənilər rusların ətəyindən tutaraq özlərinə Qafqazda
yer eləməyə çalışırdılar. Və Azərbaycan torpaqları hesabına buna nail oldular da.
Erməni satqınlığı və erməni yalanı bəzən ayaq tutub yerisə də, bəzən bu
hiylə və yalan hörümçəyinin toxuduğu torlar dağılır. Məşhur erməni yazıçısı
Vardges Petrosyan yazır: «...erməni tarixi sanki satqınsız ola bilməz. Bizim bir çox
satqınlarımız tarixi şəxsiyyətlərdir və hətta biz onların harada dəfn olunduqlarını da
bilirik... Bu Melik Frankül, Vasak, Merujan, Arsruni, Best-Sarkis, yüzbaşı Miqran,
onların sayı-hesabı yoxdu».