34
3. Bütün hərbi əməliyyatların təxirə salınmadan dayandırılmasını və
münaqişədə iştirak edən işğal qüvvələrinin Azərbaycan Respublikasının Ağdam
rayonundan dərhal, tamamilə və qeyri - şərtsiz çıxarılmasını tələb edir;
4. Əlaqədar tərəfləri atəşin dayandırılması haqqında razılığa gəlməyə və bu
razılaşmalara əməl etməyə çağırır;
5. Bölgədə iqtisadi, nəqliyyat və energetika əlaqələrini bərpa etməyə dair
özünün əvvəlki çağırışlarını yuxarıdakı 3 və 4-cü bəndləri baxımından bir daha
təsdiq edir;
6. Münaqişənin dincliklə aradan qaldırılmasına nail olmaq sahəsində
ATƏM-in Minsk Qrupunun davam etdirdiyi səyləri, o cümlədən, 822 (1993-cü il)
saylı qətnamənin həyata keçirilməsi sahəsində səyləri bəyənir və hərbi
əməliyyatların gücləndirilməsinin bu səylər üçün fəlakətli nəticələr verə biləcəyi
ilə əlaqədar ciddi narahatlıq keçirdiyini ifadə edir;
7. ATƏM-in müşahidə üzrə nümayəndə heyətinin, həmçinin onun
yerləşdirilməsi cədvəlinin hazırlanması sahəsində tədbirləri, habelə bölgədə
ATƏM-in nümayəndələrinin olmasının təmin edilməsinə dair təkliflərə ATƏM
çərçivəsində baxılmasını alqışlayır;
8. Əlaqədar tərəfləri münaqişənin dincliklə aradan qaldırılmasına maneçilik
törədən hər hansı hərəkətlərdən çəkinməyə və vəziyyətin qəti şəkildə nizama
salınmasına nail olmaq məqsədilə danışıqları ATƏM-in Minsk Qrupu çərçivəsində,
habelə əlaqədar tərəflər arasında birbaşa görüşlər vasitəsi ilə davam etdirməyə
təkidlə çağırır;
9. Ermənistan Respublikasının hökumətini Azərbaycan Respublikasının
Dağlıq Qarabağ bölgəsi ermənilərinin 822 (1993-cü il) saylı qətnamənin
müddəalarına əməl etməsi və ATƏM-in Minsk Qrupunun təkliflərini həmin tərəfin
qəbul etməsi məqsədilə öz təsirini göstərməyi davam etdirməyə təkidlə çağırır;
10. Dövlətləri münaqişənin güclənməsinə və ya ərazinin işğalının davam
etdirilməsinə gətirib çıxara biləcək hər hansı silah və ləvazimat göndərməkdən
çəkinməyə təkidlə çağırır;
11. Mülki əhalinin artmış iztirablarını yüngülləşdirmək üçün bölgədə,
xüsusən münaqişənin əhatə etdiyi bütün rayonlarda humanitar yardım göstərilməsi
sahəsində beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsini təmin etməyə
yenidən çağırır və bir daha təsdiq edir ki, bütün tərəflər beynəlxalq humanitar
hüququn prinsiplərinə və normalarına əməl etməyə borcludurlar;
12. Baş Katibdən və müvafiq beynəlxalq idarələrdən xahiş edir ki, zərər
çəkmiş mülki əhaliyə təcili humanitar yardım göstərsin və didərgin düşmüş
şəxslərə öz evlərinə qayıtmağa kömək etsinlər;
13. Baş Katibdən xahiş edir ki, ATƏM-in indiki sədri ilə məsləhətləşərək
yaranmış vəziyyət haqqında Şuraya məruzələr təqdim olunmasını davam etdirsin;
14. Bu məsələ ilə fəal məşğul olmağı davam etdirməyi qərara alır.
35
Təhlükəsizlik Şurası sədrinin bəyanatı.
18 avqust 1993-cü il
Təhlükəsizlik Şurasının üzvləri ilə məsləhətləşmələr apararaq, Şuranın sədri
Şuranın adından onun 1993-cü il avqustun 18-də keçirilmiş 3264-cü iclasında
«Dağlıq Qarabağda vəziyyətə dair» sərlövhəli bəndin Şura tərəfindən baxılması ilə
əlaqədar aşağıdakıları bəyan etmişdir:
Təhlükəsizlik Şurası Ermənistan Respublikası ilə Azərbaycan Respublikası
arasında münasibətlərin pisləşməsi ilə və onların arasındakı gərginliklə əlaqədar
ciddi narahatlıq keçirdiyini bildirir. Şura Ermənistan Respublikasının hökumətini
Azərbaycanın BMT TŞ-nin 822 və 853 saylı qətnamələri ilə razılaşmalarına nail
olmaq məqsədilə öz təsirindən istifadə etməyə çağırır.
Şura habelə bu günlərdə Füzuli rayonunda döyüş əməliyyatlarının
güclənməsindən dərin narahatlıq keçirdiyini bildirir. Şura əvvəllər Azərbaycan
Respublikasının Kəlbəcər və Ağdam rayonlarına müdaxilənin və onların işğalını
pislədiyi kimi, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən Füzuli
rayonuna edilən hücumları sülh və təhlükəsizlik üçün qorxu törədən hərbi
əməliyyatların və bombardmanların dərhal dayandırılmasını tələb edir, habelə,
işğalçı qüvvələrin Füzuli zonasından, həmçinin, Azərbaycan Respublikasının
Kəlbəcər, Ağdam rayonlarından və bu yaxınlarda işğal olunmuş başqa
rayonlarından dərhal, tamamilə və qeyri-şərtsiz çıxarılmasını tələb edir. Şura
Ermənistan Respublikasının hökumətinin bu məqsədlə öz təsirindən istifadə
etməyə çağırır.
Şura Azərbaycan Respublikasının və regionun bütün başqa dövlətlərinin
suverenliyini və ərazi bütövlüyünü, habelə, onların sərhədlərinin pozulmazlığını bir
daha təsdiq edir və münaqişənin sülh yolu ilə aradan qaldırılmasına nail olmağa
dair ATƏM-in Minsk Qrupunun səylərinə döyüş əməliyyatlarının göstərdiyi
təsirdən dərin narahatçılıq keçirdiyini bildirir. Şura ATƏM-in sülh prosesini
tamamilə müdafiə etmədiyini qeyd edir və Minsk Qrupunun danışıqlarını indiki
mərhələsində öz baxışlarını və mövqelərini bilavasitə ifadə etmək üçün
münaqişədə iştirak edən tərəflərə verilmiş imkanı xüsusilə nəzərə çarpdırır. Bu
baxımdan Şura bütün tərəfləri avqustun 13-də Minsk Qrupunun təqdim etdiyi
«BMT Təhlükəsizlik Şurasının 822 və 853 saylı qətnamələrinin yerinə
yetirilməsinə dair təxirə salınmaz tədbirlər cədvəli»nin dəqiqləşdirilmiş variantına
müsbət cavab verməyə və məsələnin sülh yolu ilə həllini poza biləcək hər hansı
hərəkətdən çəkinməyə çağırır. Şura yaranmış vəziyyətin bütün cəhətləri barədə
məruzə hazırlamaq üçün bölgəyə missiya göndərmək haqqında ATƏM-in niyyətini
alqışlayır.
Son günlərdə münaqişənin genişlənməsi ilə əlaqədar Şura dövlətləri
münaqişənin güclənməsinə və ya Azərbaycan Respublikası ərazisinin işğalının
davam etdirilməsinə gətirib çıxara biləcək hər hansı silah və döyüş sursatı