22
Artıq deyildiyi kimi cəbhədəki məğlubiyyətə rəğmən Türk ordusu bir az
sonra Azərbaycanı tərk edir və noyabrın 17-də ingilis generalı Tomson başda
olmaqla ingilis ordusu Bakıya daxil olur. Bir yandan da daxili satqınlarımız
bolşevikləri Bakıya çağırırdılar. Beləcə Azərbaycan Demokratik Cümhuriyyətinin
özü təhlükə qarşısında ola-ola arxalarında ingilisin, rusun dayandığı ermənilərlə bir
neçə cəbhədə vuruşa bilməzdi. Bir qədər sonra isə bolşeviklər gənc müstəqil
respublikamızı devirdilər və üstəlik Zəngəzuru da ermənilərə verməklə
dayanmayıb Azərbaycanın bətnində gələcəyin daşnak ocağını - Dağlıq Qarabağ
Muxtar Vilayətini yaratdılar.
Bir həqiqəti bilmək lazımdır ki, istər cümhuriyyət dövründəki müstəqil
dövlətimizin ordusu, istərsə də özünümüdafiə dəstələri ermənilərin vəhşiliklərinə
layiqli cavab vermiş, onların azğınlaşmasının qarşısını alaraq əhalimizin
təhlükəsizliyini təmin etmişlər. Belə qeyrətli ziyalılardan, el qəhrəmanlarından biri
Zəngəzurun igid oğlu Sultan bəy idi. Sultan bəy Zəngəzurda böyük hörmət və izzət
sahibi Paşa bəyin oğludur. Paşa bəy oğlanları Sultan bəylə Xosrov bəyi vətəninə
layiq övlad kimi yetişdirmişdir. Sultan bəy bir bacarıqlı hərbçi, Xosrov bəy isə
həkim kimi kamil təhsil alaraq elinə-obasına xidmət etmişdir.
Böyük təsərrüfatı və var-dövləti olan Sultan bəyin çevik süvari dəstəsi
vardı. Türk ordusunun sirrini ingilislərə satdığına görə qulağı kəsilərək Türkiyədən
qovulmuş Andranik Uzanyan dəstələr düzəldib türk kəndlərinə hücumlar təşkil
edir, insanların var-dövlətini əlindən alırdı. Onlar tutduqları türk kəndlərində
insanlara olmazın işgəncələrini verirdilər. Onlar uşaqları tonqallarda yandırır,
boylu qadınların qarnına xəncər soxur, adamların başına paslı mismar vurur,
kürəyinə qaynar samovar bağlayır, qız və qadınların üzlərinə xaç şəkli çəkirdilər.
Lakin Andronikin qarşısında Sultan bəy kimi bir zəka və qüdrət sahibi var
idi. Buna görə də o, Sultan bəydən Qarabağa keçmək üçün izn istəyir. Şuşa
quberniyasında işləyən qardaşı general Xosrov bəylə məsləhətləşdikdən sonra
Andronikə bildirir ki, bir şərtlə razıyam ki, sənin dəstənin təhlükəsizliyini təmin
etmək üçün mənə iyirmi qatır yüklü silah verməlisən. Silahları ondan aldıqdan
sonra xəbər göndərir ki, gəlib keçsin. Əvvəlcə onun 170 qatıra yüklənmiş
silahlarını, sonra isə özünü və dəstəsini pusquya salıb mühasirəyə alır. Andronikin
30 min əsgəri Zabıx dərəsində məhv edilir.
Zəngəzurun daha bir zəka sahibi, dini lideri və alimi Bəhlul Behcət də
erməni və rus birləşmələrinə qarşı öz dəstəsilə igidcəsinə vuruşurdu. Sultanbəy
Məlik-Əjdər türbələri yanında tikilmiş böyük çadırda Araz çayı ətrafından gəlmiş
nümayəndələr ilə yaylaq məsələsini müzakirə edirdi. Görüşdə Qatar, Zəngilan,
Cəbrayıl bəyləri də iştirak edirdilər.
Qatar bölgəsindəki vəziyyət haqqında çıxış edən nümayəndə daşnakların
Cavidan tarixi abidələrini vəhşicəsinə dağıtmalarından kədərlə danışdı.
Sultanbəy üzünü Çal Aslana tutub Qaragöl döyüşü haqqında tədbir
deməsini təklif etdi. Çal Aslan ağır döyüşlərdən qalib çıxmış sərkərdə təmkinilə
23
ayağa durub bir qədər qəzəblə Cavidan abidələrinin sındırılmasından danışan
nümayəndəyə baxdı. Bu baxış məxvi müşavirədə iştirak edən bütün bəylərə xüsusi
təsir bağışladı. O açıb deməsə də, daxilən keçirdiyi gərginlik aydın hiss olunurdu.
Baxışlarıyla soruşurdu ki, bəs hanı sizin elin kişiləri ki, ata-baba yurdlarınızı
dığalar dağıdırlar? Sonra o Qaragölü Zəngəzur dağlarının üzük qaşı adlandırdı.
Onun xalq təsərrüfatı üçün böyük əhəmiyyətindən danışdı. Bu göldə qiymətli balıq
növlərinin yetişdirilə bilməsindən dedi. Nəhayət, yaxın vaxtda Qaragöldə
başlanacaq ağır döyüşlərin necə əlaqələndirilməsindən və necə idarə olunmasından
danışaraq fikirlərini belə şərh etdi:
- Daşnaklar Qaragöl ətrafına böyük qüvvə toplamışlar. Məqsədləri qar
əriyən kimi yaylaqları tutmaq, Minkənd, Şəlvə istiqamətində hərəkət edib Dəli
dağdan Qarabağa enmək, bu yay aran ellərimizi yaylaqdan məhrum etməkdir. Bu
çox təhlükəli bir siyasətdir. Hərgah biz aran ellərimizin mal-qarasını, qoyun-
quzunu yaylağa çıxartmasaq hamısı qızdırıb və müxtəlif xəstəliklərə tutulub qırıla
bilər. Bununla düşmənlər bizim iqtisadiyyatımıza böyük zərbə vurmuş olarlar. Biz
Qaragöl yaylağından düşmənləri yaxın vaxtda təmiz qovmalıyıq. Bunun üçün təklif
edirəm:
1.
Qatar Zəngilan, Qubadlı ellərindən təşkil olunmuş dəstələr Gorusa sağ
cinahdan hücum edib daşnakların şəhərdəki qüvvələrinin başını qatsınlar.
2.
Bəhlul Behcətin yaratdığı Müsəlman din ordusu Kəcavə yolu ilə gəlib
Yazı düzünə çıxsın. Ağdərə yoxuşundan aşıb Qaragölün Qannıca dağı tərəfdən
olan sahəsini mühasirəyə alsınlar.
3.
Xilaskar ovçular: Balakişinin, Əhmədin, Xəlilin, Kərəmin, Əlyanlı
Sultanın dəstələri Burunkənddən Qaragölə gedən yolu kəssinlər.
4.
Minkənd alayı Sisyandan gələn yolu kəsməklə hərdən arxa tərəfdən
zərbə endirsin.
5.
Dəli Xanların dəstəsi Xosrovbəyin Şuşadan göndərdiyi pəhləvanlar
dəstəsinə qoşulub Qannıca dağından Qaragölə gələn yolu nəzarət altında saxlasın.
6.
Pulemyotçular Çınqıllı dağda pusqu yaratsınlar.
7.
Düşmənə əsas zərbə qaranlıq dərədən toplarla endirilsin.
8.
Aşıq Abbasın təbilçi və zurnaçılar dəstələri döyüş günü tezdən Dəli
Xanların dəstələrinin qabağında meydana tərəf hərəkət etsinlər. Gürz vuran, qılınc
çalanları döyüşə ruhlandırsınlar.
Dünya görmüş Kərbəlayı Məmməd, Bəhlul Behcət, Qazi Çələbi Çal
Aslanın çıxışına heyran qalmışdılar. Güləbirdli Aslanbəy yerindən qalxıb
«döyüşün vaxtını bilmədim» - dedi. Sultanbəy özü cavab verərək bildirdi ki,
Qaragöl döyüşü may ayının onunda səhər saat dörddə başlanacaq. Bununla Məlik-
Əjdər məxvi görüşü öz işini qurtardı. Hamı verilən tapşırıqları yerinə yetirmək
üçün böyük məsuliyyət hissi ilə çadırdan çıxırdı. Bəhlul Behcət Sultanbəyi ilk dəfə
burada gördüyü üçün ona yaxınlaşıb əl verdi. Sultanbəy ona ehtiramla baş əyib
təşrif gətirməyinə təşəkkür etdi. Bəhlul Behcət Azərbaycan dilinə tərcümə edib