36
göndərməkdən çəkinmək barədə 853 saylı qətnamədəki çağırışını bir daha təkidlə
təsdiq edir. Şura Ermənistan Respublikasının hökumətini cəlb olunmuş qüvvələrin
gələcəkdə hərbi əməliyyatı genişləndirmək üçün vəsait almamalarını təmin etməyə
çağırır.
Şura habelə mülki əhalinin getdikcə artan iztirablarını yüngülləşdirmək
məqsədilə bölgəyə, münaqişədən zərər çəkmiş bütün zonalara beynəlxalq
humanitar yardımın maneəsiz çatdırılmasını təmin etməyə dair 822 və 853 saylı
qətnamələrdə olan çağırışları bir daha təkrar edir. Şura tərəflərə xatırladır ki, onlar
beynəlxalq humanitar hüququn prinsiplərinə və normalarına əməl etməyə
borcludurlar və əməl etməlidirlər. Təhlükəsizlik Şurası bu məsələ ilə fəal məşğul
olmaqda davam edəcək və özünün qətnamələrinə bütün tərəflərin tamamilə razı
olmasını və əməl etməsini təmin etməkdən ötrü müvafiq tədbirləri nəzərdən
keçirməyə hazır olacaqdır.
BMT Təhlükəsizlik Şurasının 874 saylı qətnaməsi.
14 oktyabr 1993-cü il
Təhlükəsizlik Şurası özünün 1993-cü il 30 aprel tarixli 822 saylı və 1993-cü
il 29 iyul tarixli 853 saylı qətnamələrini təsdiq edərək və Şuranın sədrinin Şura
adından 1993-cü il avqustun 18-də oxunmuş bəyanata (S/26326) istinad edərək,
Avropada Təhlükəsizlik və Əməkdaşlıq məsələlərinə dair Müşavirənin (ATƏM)
Dağlıq Qarabağa dair Minsk Konfransı sədrinin Təhlükəsizlik Şurası sədrinin
adına göndərilmiş məktubunu (S/26522) nəzərdən keçirərək, Azərbaycan
Respublikasının Dağlıq Qarabağ bölgəsində və onun ətrafında münaqişənin
davam etməsinin və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası
arasındakı münasibətlərdəki gərginliyin bölgədə sülh və təhlükəsizlik üçün qorxu
yarada biləcəyindən ciddi narahat olduğunu bildirərək, 1993-cü il oktyabrın 8-də
Moskvada yüksək səviyyədə keçirilmiş görüşləri qeyd edərək və bu görüşlərin
vəziyyətin yaxşılaşmasına və münaqişənin sülh yolu ilə aradan qaldırılmasına
kömək edəcəyinə ümid bəsləyərək, Azərbaycan Respublikasının və regiondakı
bütün başqa dövlətlərin suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq edərək,
habelə, beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazi əldə etmək üçün qüvvə
tətbiq olunmasının yolverilməzliyini bir daha təsdiq edərək, münaqişənin adamlara
gətirdiyi münasibətlərdən ciddi narahat olduğunu bir daha bildirərək və o cümlədən
Azərbaycan Respublikasında böyük sayda mülki şəxslərin köçkün vəziyyətə
düşməsi ilə əlaqədar özünün ciddi narahatlığını ifadə edərək:
1. Əlaqədar tərəfləri ATƏM-in Minsk Qrupuna dəstək olaraq Rusiya
Federasiyası hökumətinin köməyi ilə birbaşa əlaqələr nəticəsində müəyyən
olunmuş atəşkəsə səmərəli və daimi əməl etməyə çağırır;
2. ATƏM çərçivəsində həyata keçirilən sülh prosesini, habelə ATƏM-in
Minsk Qrupunun daimi səylərini tamamilə dəstəklədiyini bir daha bəyan edir;
37
3. 1993-cü il oktyabrın 8-də ATƏM-in Minsk Qrupunun müşavirəsində
hazırlanmış və qrupun sədri tərəfindən əlaqədar tərəflərə təqdim olunmuş və həmin
qrupun digər 9 üzvünün hərtərəfli dəstəklədiyi «Təhlükəsizlik Şurasının 822
(1993) yə 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsinə dair təxirəsalınmaz
tədbirlərin yeniləşdirilmiş cədvəli»ni alqışlayır və tərəflərin buna diqqət
yetirilməsini tövsiyə edir və tərəfləri həmin cədvəli qəbul etməyə çağırır;
4. Əmin olduğunu bildirir ki, münaqişədən doğan və «yeniləşdirilmiş
cədvəl»də bilavasitə nəzərdən keçirilməyən bütün başqa həll edilməmiş məsələləri
ATƏM-in Minsk prosesi baxımından tezliklə sülh danışıqları çərçivəsində həll
etmək lazımdır;
5. Qüvvələrin bu yaxınlarda işğal edilmiş ərazilərdən çıxarılması,
kommunikasiya və nəqliyyat üçün olan bütün maneələrin aradan qaldırılması da
daxil olmaqla, ATƏM-in Minsk Qrupunun «yeniləşdirilmiş cədvəl»də nəzərdə
tutulmuş qarşılıqlı və təxirəsalınmaz tədbirləri dərhal həyata keçirməyə çağırır;
6. Habelə, cədvəldə nəzərdə tutulduğu kimi münaqişənin danışıqlar yolu ilə
aradan qaldırılmasına nail olmaq məqsədilə, ATƏM Nazirlər Şurasının 1992-ci il
24 mart tarixli mandatına uyğun olaraq, ATƏM-in Minsk Konfransını tezliklə
keçirməyə çağırır;
7. Baş Katibdən ATƏM-in Minsk Konfransından iştirak etmək üçün
nümayəndə göndərmək təklifinə müsbət yanaşmağı və konfransın açılışından sonra
danışıqların mətləbdən kənara çıxması üçün mümkün olan hər cür kömək
göstərməyə xahiş edir;
8. ATƏM-in müşahidə üçün yaratdığı missiyanı dəstəkləyir;
9. Bütün tərəfləri beynəlxalq humanitar hüququ hər hansı şəkildə
pozmaqdan çəkinməyə çağırır və münaqişənin toxunduğu bütün rayonlarda
humanitar yardım göstərməsinə dair beynəlxalq fəaliyyətin maneəsiz həyata
keçirilməsini təmin etmək barədə 822 (1993) və 853 (1993) saylı qətnamələrdəki
çağırışını bir daha təkrar edir;
10. Regiondakı bütün dövlətləri münaqişənin genişlənməsinə, bölgədə sülh
və təhlükəsizliyin pozulmasına səbəb ola biləcək hər hansı düşmənçilik
hərəkətlərindən, işə hər hansı şəkildə qarışmaqdan və ya hərbi müdaxilədən
çəkinməyə təkidlə çağırır;
11. Baş Katibdən və müvafiq beynəlxalq idarələrdən xahiş edir ki, zərər
çəkmiş mülki əhaliyə humanitar yardım göstərilsin, qaçqınlara və köçkün şəxslərə
öz evlərinə ləyaqətlə və təhlükəsizlik şəraitində qayıtmağa kömək etsinlər;
12. Habelə, Baş Katibdən, ATƏM-in indiki sədrindən və ATƏM-in Minsk
Konfransının sədrindən xahiş edir ki, Minsk prosesinin gedişi haqqında və yerlərdə
vəziyyətin bütün cəhətlərinə dair, habelə bununla əlaqədar ATƏM ilə Birləşmiş
Millətlər Təşkilatı arasında indiki və gələcəkdəki əməkdaşlıq haqqında Şuraya
məruzələr təqdim olunmasını davam etdirsinlər;
13. Bu məsələ ilə məşğul olmağı davam etdirməyi qərara alır.
38
BMT Təhlükəsizlik Şurasının qərarları qətnaməsi.
11 noyabr 1993-cü il
Təhlükəsizlik Şurası özünün 30 aprel 1993-cü il tarixli 822 saylı və (1993)
29 iyul 1993-cü il tarixli 853 saylı (1993) və 14 oktyabr 1993-cü il tarixli 874 saylı
(1993) qətnamələrini təsdiq edərək, Azərbaycan Respublikasının Dağlıq Qarabağ
regionunda və onun ətrafında münaqişənin davam etməsinin və Ermənistan
Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin gərgin olaraq
qalmasının regionda sülhü və təhlükəsizliyi təhdid edəcəyinə görə ciddi narahatlıq
ifadə edərək, atəşkəsin pozulması nəticəsində hərbi əməliyyatların eskalasiyasının
və bu pozuntulara cavab olaraq həddindən artıq güc tətbiq edilməsini, o cümlədən
Azərbaycan Respublikasının Zəngilan rayonunun və Horadiz şəhərinin işğalını
təşvişlə qeyd edərək, Azərbaycan Respublikasını və regiondakı bütün digər
dövlətlərin suverenliyini və ərazi bütövlüyünü təsdiq edərək, həmçinin, beynəlxalq
sərhədlərin pozulmazlığını və ərazi əldə etmək üçün güc tətbiq edilməsinin
yolverilməzliyini bir daha təsdiq edərək, böyük sayda mülki şəxsin ən sonuncu
yerdəyişmə hadisəsinə və Zəngilan rayonunda, Horadiz şəhərində və Azərbaycanın
cənub sərhədində fövqəladə humanitar şəraitin yaranmasına görə ciddi narahatlıq
ifadə edərək:
1. Tərəflərin qəbul etdiyi atəşkəsin bu yaxında hərbi əməliyyatların yenidən
başlanmasına səbəb olmuş pozulmasını, o cümlədən Zəngilan rayonu və Horadiz
şəhərinin işğalını, dinc sakinlərə hücumları və Azərbaycan Respublikası
ərazilərinin atəşə tutulmasını məhkum edir;
2. Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda ermənilər
tərəfindən 822 (1993), 853 (1993) saylı qətnamələrə riayət edilməsinə nail olmaq
və hərbi kompaniyaya cəlb olunmuş qüvvələrin onu davam etdirmək üçün vəsaitlə
təchiz olunmasını təmin etmək məqsədi ilə Ermənistan dövlətini öz təsirindən
istifadə etməyə çağırır;
3. ATƏM-in Minsk Qrupunun 9 üzvünün 4 noyabr 1993-cü il tarixli
(S/26718) bəyanatını məmunluqla qeyd edir, orada əks olunmuş atəşin
dayandırılması barədə birtərəfli bəyannamələrə aid təklifləri yüksək qiymətləndirir;
4. ATƏM-in Minsk Qrupunun 2-8 noyabr 1993-cü il tarixli Vyana
müşavirəsində edilmiş müraciətlər də nəzərə alınmaqla «Təhlükəsizlik Şurasının
822 (1993) və 853 (1993), (S/26522, əlavə) saylı qətnamələrin yerinə yetirilməsi
üzrə «Təxirəsalınmaz tədbirlərin yeniləşdirilmiş cədvəli»nə əsasən hərbi
əməliyyatların və düşmənçilik aktlarının dərhal və ləngidilmədən dayandırılmasını,
işğalçı qüvvələrin Zəngilan rayonundan və Horadiz şəhərindən birtərəfli surətdə
çıxarılmasını maraqlı tərəflərdən tələb edir;
5. Ən təkidli sürətdə maraqlı tərəfli ATƏM-in Minsk Qrupuna dəstək olaraq
Rusiya Federasiyası hökumətinin yardımçılığı ilə qurulmuş birbaşa əlaqələrin
nəticəsində əldə olunmuş atəşkəsin təcili bərpa olunmasına, onun səmərəli və
39
daimi olmasına; münaqişənin danışıqlar yolu ilə ATƏM-in Minsk prosesi və
ATƏM-in Minsk Qrupunun 1993-cü il 2-8 noyabrında Vyanada keçirilmiş
müşavirəsində «Yeniləşdirilmiş cədvəli»nə edilən düzəlişlər kontekstində
nizamlanmasının imkanlarını axtarmağı davam etməyə çağırır;
6. Yenidən təkidlə regionun bütün dövlətlərini münaqişələrinin böyüməsinə,
regionda sülhü və təhlükəsizliyi poza biləcək hər hansı bir düşmənçilik aktından,
hər hansı bir müdaxilədən çəkinməyə çağırır;
7. Baş Katibdən və müvafiq beynəlxalq təsisatlardan zərər çəkmiş mülki
əhaliyə, o cümlədən, Zəngilan rayonunun və Horadiz şəhərinin və Azərbaycan
cənub sərhədlərinin əhalisinə təcili humanitar yardım göstərilməsini; qaçqınlara və
məcburi köçkünlərə öz evlərinə ləyaqətlə və təhlükəyə məruz qalmadan
qayıtmasına kömək etməyi xahiş edir;
8. Yenidən Baş Katibə, ATƏM-in Fəaliyyətdə olan Sədrinə və ATƏM-in
Minsk Konfransının sədrinə müraciət edərək gələcəkdə Minsk prosesinin gedişatı
barədə və yerdə vəziyyətin bütün aspektləri, xüsusilə Şuranın müvafiq
qətnamələrinin həyata keçirilməsi, ATƏM və BMT arasında bu münasibətlərdə
indiki və gələcəkdə əməkdaşlıq barədə məlumat vermələrini xahiş edir;
9. Bu məqsədlə fəal məşğul olmağı davam etdirməyi qərara alır.
Təhlükəsizlik Şurası sədrinin bəyanatı
26 aprel 1995-ci il
Təhlükəsizlik Şurası 1995-ci il aprelin 26-da onun 3525-ci iclasında
«Dağlıq Qarabağda vəziyyətə dair» sərlövhəli bəndin Şura tərəfindən baxılması ilə
əlaqədar aşağıdakıları bəyan etmişdir: «Təhlükəsizlik Şurası özünün 884 saylı»
qətnaməsinin 8-ci bəndinə uyğun olaraq ATƏT-in «Dağlıq Qarabağa dair» Minsk
Konfransının həmsərhədlərinin təqdim etdiyi məruzələrə (S/1995/249) və
(S/1995/321) baxmışdır. Təhlükəsizlik Şurası 1994-cü il mayın 12-də Rusiya
Federasiyasının vasitəçiliyi və ATƏT-in Minsk Qrupu ilə qarşılıqlı fəaliyyət
sahəsində razılaşdırılmış atəşkəsin bir ilə yaxın müddətdə saxlanılmasından
məmnunluğunu bildirir.
Eyni zamanda, Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Dağlıq
Qarabağ regionunda və onun ətrafında münaqişədən və gərginlikdən təkrarən
narahatlığını bildirir. Təhlükəsizlik Şurası xüsusilə bu yaxınlarda baş vermiş zorakı
hadisələrlə əlaqədar narahat olduğunu bildirir və 1995-ci il fevralın 6-da
razılaşdırıldığı kimi hadisələrin nizamlanmasında birbaşa əlaqələr mexanizmindən
istifadə edilməsinin vacibliyini vurğulayır. O, qətiyyətlə tərəfləri belə hadisələrin
gələcəkdə qarşısının alınması üçün bütün zəruri tədbirləri görməyə çağırır.
Şura, regionun bütün dövlətlərinin suverenliyi və ərazi bütövlüyünə
əsaslanan özünün bütün qətnamələrini təsdiq edir. O, həmçinin beynəlxalq
40
sərhədlərinin toxunulmazlığını və ərazi zəbt edilməsi üçün gücdən istifadənin
yolverilməzliyini təsdiqləyir.
Təhlükəsizlik Şurası qoşunların geri çəkilməsini təmin etməklə
münaqişənin bütün tərəfləri üçün əsas nəticələri aradan qaldırmaq və Minsk
Konfransının çağırılmasına imkan yaradacaq, silahlı münaqişənin dayandırılmasına
dair siyasi sazişə yönələn Minsk Konfransının həmsədrlərinin bütün səylərinə
özünün tam dəstəyini yenidən başlayır.
Təhlükəsizlik Şurası vurğulayır ki, sülh nizamlanmasını əldə etmək üçün
əsas məsuliyyəti münaqişə tərəfləri daşıyırlar. Təhlükəsizlik Şurası silahlı
münaqişənin dayandırılmasına dair siyasi sazişin BMT Nizamnaməsi və ATƏT-in
müvafiq prinsipləri əsasında bağlanmasının zəruriliyini bildirir. O, qətiyyətlə
tərəfləri, hər hansı bir ilkin şərtləri və prosedur maneələrsiz, konstruktiv danışıqlar
aparmağa, sülh prosesini sarsıda biləcək istənilən hərəkətlərdən çəkinməyə çağırır.
O, vurğulayır ki, belə sazişin əldə edilməsi ATƏT-in çoxmillətli sülhməramlı
qüvvələrinin yerləşdirilməsi üçün ilkin şərtdir.
Təhlükəsizlik Şurası ATƏT-in Budapeşt sammitinin 1994-cü il 6 dekabr
tarixli «Dağlıq Qarabağ münaqişəsilə əlaqədar ATƏT-in fəaliyyətinin
intensivləşdirilməsi» qərarını alqışlayır. O, tərəflər arasında silahlı münaqişələrin
dayandırılmasına dair lazımı qətnamələrlə davamlı siyasi dəstək verməyə hazır
olduğunu təsdiqləyir, BMT həmçinin texniki məsləhətlər və ekspert rəyi verməyə
hazırdır.
Təhlükəsizlik Şurası tərəflərin Minsk Qrupu çərçivəsində 1994-cü il aprelin
15-də razılaşdırıldığı kimi etibar yaradılmasına dair tədbirləri, xüsusilə də
humanitar sahədə, o cümlədən bütün hərbi əsirləri və mümkün saxlanılmaları
atəşkəsin birinci ildönümünə azad edilməsinin yerinə yetirilməsinin zəruriliyini
vurğulayır. O, tərəfləri silahlı münaqişə ilə toxunulmuş mülki əhalinin
iztirablarının qarşısının alınmasına çağırır. Təhlükəsizlik Şurası Baş Katibə,
ATƏT-in sədrinə və ATƏT-in Minsk Qrupunun həmsədrliyinə öz tələbini
yeniləşdirir ki, Minsk prosesinin irəliləyişi, yerlərdə vəziyyəti, xüsusilə müvafiq
qətnamələrin yerinə yetirilməsi, ATƏT və BMT arasında indiki və gələcək
qarşılıqlı fəaliyyət haqqında Şuraya məruzə etməyi davam etdirsinlər.
Şura bu məsələyə baxmaqda davam edəcək».
41
Ermənilər haqqında
«Qaraçıdan törəmiş erməni ifadəsi elə-belə deyil... ermənilər arasında xeyli
miqdarda assimilliyasiya olunmuş qaraçı var...»
V.İ.Veliçko
«...Erməni tarixi sanki satqınlarsız ola bilmir...»
V.Petrosyan
«Ermənilər ağ dərili kölələr içərisində ən pisləridir. Onlarda xəcalət hissi
yoxdur. Oğurluq onlarda geniş yayılıb. Onların təbiəti və dilləri kobuddur. Onlar
ancaq döyülmək təhlükəsi və digər qorxu olduqda yaxşı işləyirlər».
Adam Mess
«Qarakalis və Dilicanda işlədiyim 5 ay ərzində ancaq 6 namuslu erməniyə
rast gəldim. Rast gəldiyim digər ermənilər etibarsız və oğru idilər. Ümumiyyətlə,
bu adamlar pozğun əxlaqlı adamlar idi...»
D-R Brot
ABŞ siyasətçisi.
«Nə Rusiya, nə Qafqazda elə bir adam tapa bilməzsən ki, ermənilər
haqqında hansısa bir xoş söz desin. Rusların, tatarların və gürcülərin onlardan
zəhləsi gedir, onları görməyə gözü yoxdur. Doğrudur, ya yox, bunu mən demirəm,
lakin fakt göz qabağındadır. Ermənilər nifrət oyadan irqdir».
Skotlent Liddel
ingilis jurnalisti.
«...aclıq illərində ermənilər bir-birini öldürür, oğul-uşaqlarını qızardıb
yeyirdilər. Ər arvadını, arvad ərini, bir-birini öldürür, yeyir, doymurdular...»
Foma Metsonmski,
erməni keşiş.
«Bu xalq /ermənilər/ istər xasiyyətinə, istərsə də coğrafi vəziyyətinə görə
qədimdən ikiüzlü və riyakardır».
Tasit
«Ermənilərin eyibi: badfel, kündəbədən, oğru, gözü götürməyən, bir ayağı
qaçmaqda olan, əmrə baxmayan, yersiz hay-küy, vəfasız, riyakar, söyüş söyən,
ürəyi xıltlı, ağasına düşmənçilik edən».
«Qabusnamə»
42
Son söz
Son sözü adətən məhkəmədə deyirlər. Bir həqiqəti dərk etməliyik ki, biz
Azərbaycan türkləri böyük bir məhkəmə - tarix məhkəməsi qarşısındayıq! Deməli,
son söz deməyə hələ vaxtımız var. Mən daha nə deyərdim? Böyük azadlıq
mücahidi Xiyabani deyirdi: «Millətin şərəfini ancaq onun istiqlaliyyəti təmin edə
bilər».
Mete Xaqan deyirdi: “Biz tarix yazmadıq, tarix yaratdıq”.
Atatürk deyib: “Milli mənliyi olmayan millətlər başqa millətlərin ovu
olurlar”.
Aristotel yazırdı: “Ədalət bərabərlikdir… amma hamı üçün yox, yalnız
bərabərlər üçün bərabərlikdir”.
43
Mündəricat
I hissə. Faktlar nə deyir ............................................................................................ 3
Qərbi Azərbaycan Mühacir Hökuməti;
.................. Error! Bookmark not defined.
II hissə. Tarix nə deyir .............................................................................................. 8
Sahil əməliyyatı ...................................................................................................... 25
Sultanbəyin qızı Bəyim xanımın xatirələrindən ..................................................... 25
BMT-nin Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsilə bağlı bəyanatları .......... 29
BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi. ............................................... 32
BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi. ............................................... 33
BMT Təhlükəsizlik Şurasının 874 saylı qətnaməsi. ............................................... 36
BMT Təhlükəsizlik Şurasının qərarları qətnaməsi. ................................................ 38
Ermənilər haqqında ................................................................................................ 41
Son söz ................................................................................................................... 42
44
Ramazan Hüseynov
Qərbi Azərbaycan
Bakı, Şirvannəşr, 2006
İstehsalat müdiri
Nərmin İsabəyli
Sex müdiri Günel Cəfərli
Çapçı Rüxsarə Hüseynli
Baş mühasib Həlimə Qasımlı
Ofset üzrə çapçı Fariq Tofiqoğlu
Çapa imzalanıb 31.05. 2006
Formatı 60x84 1/16
Fiziki çap vərəqi 7,5
Sayı 500
Dostları ilə paylaş: |