28
İrşad İbrahimov yazır: «Roma sərkərdəsi Mark Antoni e.ə. 34-cü ildə
uydurma "böyük Ermənistan" çarı II Tiqranın oğlu II Artavaxdı ona xəyanət etdiyi
üçün qandallayıb İsgəndəriyyəyə aparmış və başını kəsdirməklə edam etmişdir.
Ermənilər indi yaşadıqları ərazidə, qədim, avtoxton olduqlarını sübut etmək üçün
dəridən-qabıqdan çıxırdılar. Onlar müsəlman qəbir daşlarını, Atabəylərin
buraxdıqları sikkələri və onlardakı ərəb əlifbasıyla yazılmış yazıları tərsinə oxuyub
öz tarixlərini süni surətdə qədimləşdirmək istəyirdilər. Ancaq bəzən onların
fırıldaqları baş tutmur. Bu mənada akademik B.Piotrovski onları ölümcül ifşa
etmişdir. Ermənilər Yerevan şəhərinin yaşının 2750 il olduğunu iddia edib BMT
xətti ilə onun yubileyinin keçirilməsini planlaşdırırdılar. Lakin iddia əsassız olduğu
üçün BMT onu qəbul etmədi. Həqiqətən Yerevan İrəvan adlanmaqla 1509-cu ildə
Şah İsmayılın əmri ilə salınmışdır. Yalnız 1936-cı ildə şəhər Yerevan adlandırılıb.
Ermənilər Qərbi Azərbaycan torpaqlarındakı türk nişanələrini kəsmək üçün
buradakı bütün türk adlarını dəyişdirmişlər. Əziz Ələkbərlinin «Qədim türk-oğuz
yurdu «Ermənistan» kitabında bu məsələlərə işıq tutulur. Bu gün «Ermənistan»
adlanan Qərbi Azərbaycanın sahəsi 29,8 min kv.kilometrdir. Buraya 36 rayon, 24
şəhər və kəndlər daxildir. O cümlədən vaxtilə Qərbi Azərbaycanda 7 mahal var
idi.
Ermənilər zaman-zaman türk izlərini itirmək üçün buradakı türk yer adlarını
erməniləşdirmək siyasətini də həyata keçiriblər. Məsələn, rayon adlarını onlar belə
erməniləşdiriblər: Abaranı «Aparan» eləyiblər. O cümlədən Damcılını «Mravjan»,
Babakişini «Bujakan», Gülablını «Dzoraqlux» şəklinə salıblar və sair.
Akin rayonunu «Ani»ya çeviriblər. Eləcə də həmin rayonun kəndlərindən
Söyüdlünü «Sarnaxpyur», Bəbirlini «Bartsraşen», Daşqalanı «Karaberd» kimi
dəyişiblər və sair. Vaxtilə dədə-babalarımızın Manas adlandırdığı rayonu əvvəl
Allahverdi, sonra isə «Tumanyan» eləyiblər. Eləcə də Qaçağan kəndinin adını
«Arevadzor», Uzunları isə «Odzun» şəklinə salıblar və sair. 1988-89-cu illərdə isə
bu rayonun dörd sakini ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib.
Amasiya rayonunun İlli kəndini «Hoğmak», Qaraməmmədi «Məğraşat»,
Cələbi «Rodzor» adlandırıblar. 1988-89-cu illərdə 13 nəfər soydaşımız öldürülüb.
Axta rayonunun adı dəyişib «Hrazdan», kəndləri Dərəçiçək «Tsaxkadazor»,
Ərzəkəndə «Arzakan», Paşakənd «Marmarik» kimi dəyişikliyə məruz qalıb. Bu
rayonun da üç nəfər Azərbaycan türkü olan sakini 1988-89-cu illər hadisələri
zamanı vəhşicəsinə öldürülüblər. Aşağı Qaranlıq rayonu Martuni adlandırılıb.
Həmçinin rayonun bir sıra kəndlərinin də adı dəyişdirilib: Avdalağlı «Vavaşen»,
Vəliağalı «Dzorakyuğ», Göl «Liç», Kəsikbaş «Lernaker» və sair şəklinə salınıb.
Barana rayonu Noyamberyan edilib. Habelə rayonun kəndləri Əskipara
«Boskepar», Ləmbəli «Debedaşen», Qalaça «Berdavan», Körpülü «Haxtanak»
adlandırılıb və sair. Məlum hadisələr zamanı üç nəfər rayon sakini olan soydaşımız
öldürülüb. Basarkeçər rayonunun adı dəyişdirilib Vardanes edilib. Kəndlərindən
Ağkilsə -«Azad», Qırxbulaq - «Akunk», Gödəkbulaq - «Karçaxpyur», Yarpızlı -
29
«Lçavan» edilib və sair. Rayonun 45 Azərbaycan türkü 1988-89-cu illərdə
vəhşicəsinə qətlə yetirilib. «Böyük Qarakilsə» rayonunu Quqark, «Vedini» Ararat
eləyən ermənilər bir şeyi başa düşmürlər ki, yer adını dəyişmək olar, amma
ruhumuzu dəyişmək, ruhumuzu işğal etmək mümkün deyil.
Ermənilər bütün rayonların, kəndlərin adını dəyişdilər. 1988-ci il
hadisələrindən sonra isə Azərbaycanın 20 faiz torpaqlarını işğal etdilər. «Ocaq»
kitabının müəllifi Zori Balayanın fitvası ilə minlərlə Azərbaycan türkünün qanını
tökdülər.
Ermənilər torpaqlarımızı işğal etməklə özlərini dünya ilə üz-üzə qoydular.
İndi mən sizə BMT-nin sənədlərini bütöv halda çatdırmaq istəyirəm:
BMT-nin Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsilə bağlı bəyanatları
Təhlükəsizlik Şurası sədrinin bəyanatı
12 may 1992-ci il
Təhlükəsizlik Şurasının üzvləri arasında məsləhətləşmədən sonra Şuranın
sədri Şuranın adından 1992-ci il mayın 12-də onun 3072-ci iclasında «Dağlıq
Qarabağda vəziyyətə dair» sərlövhəli bəndin Şura tərəfindən baxılması ilə əlaqədar
aşağıdakıları bəyan etmişdir: «Təhlükəsizlik Şurasının üzvləri Dağlıq Qarabağa
dair vəziyyətin pisləşməsi və atəşkəs barədə sazişlərin pozulması ilə bağlı böyük
insan tələfatına və xeyli maddi ziyan vurulmasına gətirib çıxaran son
məlumatlardan, eləcə də, bunların region ölkələri üçün nəticələrindən dərin
narahatlıq keçirirlər.
Təhlükəsizlik Şurasının üzvləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Müşavirəsi (ATƏM) çərçivəsində görülən səyləri, eyni ilə tərəflərə sülh yolu ilə
nizamlanma əldə etməyə və humanitar yardım göstərilməsinə yönələn digər səyləri
yüksək qiymətləndirir və dəstəkləyirlər.
Onlar Baş Katib tərəfindən bu bölgəyə təcili olaraq faktların araşdırılması
və tərəflərə sülh yolu ilə nizamlanma əldə etmək üçün ATƏM çərçivəsində
göstərilən səylərə tezliklə kömək edilməsi yollarının və vasitələrinin öyrənilməsi
üçün missiya göndərilməsini alqışlayır. Bu missiya həmçinin beynəlxalq birlik
tərəfindən təxirəsalınmaz humanitar yardım göstərilməsinin mümkün yollarının
öyrənilməsi üçün özünə müvafiq texniki elementi daxil edəcəkdir.
Təhlükəsizlik Şurasının üzvləri bütün maraqlı tərəfləri zorakılığa son
qoyulması, Baş Katibin missiyasının işini asanlaşdırmaq və onun personalının
təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görməyə çağırır. Onlar
Şuranın Sədri adından 1992-ci il yanvarın 23-də (S/23496) və fevralın 14-də (S-
23597) müvafiq olaraq Ermənistanın və Azərbaycanın Birləşmiş Millətlər
Təşkilatına üzv qəbul olunması barədə edilən bəyanatlarını və xüsusilə də,