Ramazan qafarli



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə134/148
tarix23.08.2018
ölçüsü5,35 Mb.
#63949
1   ...   130   131   132   133   134   135   136   137   ...   148

Mifologiya 

- 405 - 


 

qız, qırx quldur, qırx qapı,  qırx otaq, qırx div,  qırxbaşlı  əjdaha 

mifopoetik  obrazları  poetik  mətnlərdə  ağırlıq,  böyüklük,  nə-

hənglik, yüksəklik, qorxu, fəlakət, quraqlıq, sevinc və ölüm an-

lamlarından birinin yerini tutur.  

Yazqabağı  keçirilən  mərasimlərdən  aydın  olur  ki,  «çillə» 

qırx deməkdir. Y.V.Çəmənzəminli məsələyə bir qədər də aydın-

lıq gətirərək yazır ki, «Ən çox samilərdə təsadüf olunan qırx rə-

qəmi  bilaxirə  arilərə  və  türklərə  keçmiş  olmalıdır.  Hər  halda 

Azərbaycan  əfsanələrində  istər  doğrudan-doğruya,  istərsə  «çil-

lə» şəklində işlənməkdədir»

1

.  Lakin  «Ölən adama qırx gün  yas 



tutulması», «ruhun mərhumun məzarını qırxıncı gün tərk etmə-

si», «Qırxında saz öyrənənin, gorunda çalması» (atalar sözü) ki-

mi  təsəvvürlər  göstərir  ki,  xalq  arasında  «qırx»  rəqəminin  sak-

rallaşmasının tarixi çox qədimdir və samilərdən keçmə deyil. Bu 

rəqəm  digər müqəddəs rəqəmlərlə müqayisədə ikili xarakterdə-

dir – həm ölümlə, həm də həyatla əlaqələnir. Belə ki, qırx – ölü-

mün astanasını göstərməklə yanaşı ailənin təməlinin qoyulması-

nı  da  şərtləndirir.  Epik  ənənədə  toy  şənliklərinin  müddəti  40 

gün, 40 gecə müəyyənləşir. Deməli, insan doğulanda, evlənəndə 

və dünyasını dəyişəndə qırx rəqəmi ilə üz-üzə dayanır: körpəlik-

də qırxdan çıxması ilə həyata vəsiqə alır, camaat üzünə çıxarılır. 

Cavanlıqda  qırx  gün,  qırx  gecə  toyu  olur.  Və  öləndə  ruhu  qırx 

günə bədənini tərk edir. 

Sakral  rəqəmlərin epik  ənənədə kompleks şəklində iştira-

kına da rast gəlirik. Məsələn: «Quş Məlikməmmədin bikef oldu-

ğunu görüb dedi:  

«-Ey  Məlikməmməd,  qırx  ağaclıqda  bir  padşahın  ölkəsi 

var.  Bir  əjdaha  gəlib  suyun  qabağını  kəsib.  Nə  qədər  ərzuman 

pəhləvanlar var, onu öldürə bilməyib. Yeddi ildi ki, doqquzbaşlı 

əjdaha suyun qabağını kəsib. Hər gün bir qız aparıb onun ağzına 

atırlar. Əjdaha qızı yeyəndə bir az su axır, camaat da su götürür. 

İndi görürəm, sən qüvvətli pəhləvansan, olsa-olsa, o əjdahanı da 

                                            

1

 Çəmənzəminli Y.V. Nağıllarımızı necə toplamalı. Əsərləri. Üçüncü cild.  – 



B., Elm, 1977, s. 47. 


Ramazan Qafarlı 

 

- 406 - 



 

sən öldürə bilərsən. Get o əjdahanı öldür. Padşahdan qırx şaqqa 

ət, qırx tuluq su al»

1

.  



Kiçik bir mükalimədə «bir», «yeddi», «doqquz» və «qırx» 

müxtəlif  mifik  obrazların  keyfiyyət-kəmiyyət  göstəricisinə 

çevrilir.  Eləcə  də  «Məlikməmməd»  nağılının  əvvəli  1,  2  və  3 

rəqəmlərinin  sakral  anlamları  ilə  başlayır,  hadisələr  3,  7,  9-un 

uğur  və  uğursuzluqları  ilə  davam  etdirilir,  40-ın  mütləq 

xoşbəxtliyi ilə tamamlanır.  



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                            

1

 Nağıllar.  Tərtib  edəni  N.Seyidov.  Azərbaycan  ədəbiyyatı  inciləri.  On  iki 



kitabda. Birinci kitab. – B., Yazıçı, 1985, s. 17. 


Mifologiya 

- 407 - 


 

 

 

 

 

 

 

OĞUZ-TÜRK KOSMOSUNUN 

KƏMİYYƏT MODELİ 

 

Əski  çağlarda  toplumun  üzvləri  təbiətin  hazır  məhsulları 



ilə  kifayətlənməyib  özləri  primitiv  istehsala  başlayanda  əllə-

rinin  zəhməti  ilə  yaratdıqlarının  sayını  günü-gündən  artırmış 

(yayın kəşfi ilə ox ucluqları, əkin-biçin üçün müxtəlif alətlər, kə-

sici  ləvazimatlar,  ibtidai  toxuculuq  qurğuları  və  s.),  bu  andan 

maddi varlıqları qruplaşdırmağa, bir-birindən ayırmağa, yaxşını 

pisdən fərqləndirməyə ehtiyac duymuşdular. Beləcə inkişaf edən 

mədəniyyətlərdə  rəqəmlər  mifoloji  anlamlarla  yanaşı  gerçək 

funksiya da daşımağa başlanılmışdır. Rəqəmlərin sakrallıqla yo-

zulan tərəfləri isə bədii yaradıcılıqda poetikliyi qüvvətləndirmək 

vasitəsinə  çevrilmiş,  epik  ənənədə  mifoloji  əhvalatlarla,  mə-

rasimlərdə oyun-tamaşa, nəğmə və rəqslərlə, inanc sistemlərində 

isə fetişləşdirilən cisimlərlə əlaqələndirilib insanların məişətinə, 

fəaliyyətinin bütün sahələrinə sirayət edilmişdir. Sakral rəqəmlər 

sistemləşdirilib  ayrı-ayrı  silsilələrə  ayrılmışdır.  Bu  qayda  ilə 

müxtəlif yollarla dərk olunan saylar bütövlükdə bir-biri ilə daxili 

qanunauyğunluqla  bağlanaraq  dünyanın  mifoloji  modelini 

meydana  gətirmişdir.  V.N.Toporovun  göstərdiyi  kimi,  «bütün 

obyektlər (xüsusilə sakral anlamlılar) müəyyən sistemdə ierarxik 

vasitələrlə bir-biri ilə əlaqələnir»

1



Ümumiyyətlə,  mifik  dünya  modelində  hər  elementin  rə-

qəmlə  öz  işarəsi  mövcuddur  ki,  sonrakı  mədəniyyətlərdə  onlar 

fəal metoforik dil faktoru kimi arxetipik simvol funksiyasını da-

                                            

1

 Топоров В.Н. Числа. / В кн.:  «Мифы народов мира». Энциклопедия в 



2-х томах. Том II. – М.: Советская энциклопедия, 1992, с. 630. 


Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə