Ramazan qafarli



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə137/148
tarix23.08.2018
ölçüsü5,35 Mb.
#63949
1   ...   133   134   135   136   137   138   139   140   ...   148

Ramazan Qafarlı 

 

- 414 - 



 

Dağ xanın hər dörd oğlundan 5,  

Dəniz  xanın  hər  dörd  oğlundan  6  övlad  dünyaya 

gəlmişdi


1

.  


Bu rəqəmlərin cəmi 21-dir: 

(1+2+3+4+5+6=21). 

Nəzərə  alsaq  ki,  Oğuzun  6  oğlunun  hər  birinin  4  övladı 

vardı,  onda Ulu Atanın  nəticələrinin sayı aşağıdakı  şəkildə sis-

temləşdirilir:  

Dəniz xandan (6 x 4) 32,  

Dağ xandan (5 x 4) 20,  

Göy xandan (4 x 4) 18,  

Ulduz xandan (3 x 4) 12,  

Ay xandan (2 x 4) 8,  

Gün xandan isə (1 x 4) 4 nəticəsi var idi.  

Ümumilikdə şəcərənin dördüncü nəslinin nümayəndələri - 

(32 + 20 + 18 + 12 + 8 + 4) 94 nəfər idi. 

Dörd nəslin üst-üstə gəlməsi (6 + 24 + 94) 124 edir.  

Və bu rəqəmə bir kişi, ilahi aləmdən gələn iki qadın baş-

lanğıcları da artırsaq, son nəticə (124+3) 127 alınır.  

Əski  tarixi  qaynaqlarda  Ağqoyunlular  dövlətinin  başçısı 

Uzun Həsənin  nəsil şəcərəsindən bəhs açarkən  yazılır:  «Bayın-

dur xan ki,  bu tayfa özünü onun nəsli hesab edir, Gün xan ibn 

Oğuz xanın oğludur; Oğuz xan Həsən padşahın  əlli  birinci ba-

basıdır»

2

. Deməli,  XV  yüzilliyədək  Oğuzun 51 nəsli ömür sür-



müşdür. Hər nəslə orta hesabla 50-60 yaş versək, Uzun Həsənlə 

Oğuz xanı təxminən 3 min illik məsafə ayırır. Bu da b. e. ə. II 

minilliyin  əvvəllərinə  təsadüf  edir.  Ona  görə  də  Oğuzun  belə 

uzaqlıqdan Mətə dövrünə gətirilməsi inandırıcı görünmür. 

Göründüyü kimi, qədim misirlilərə aid mifik dünya mode-

linin  qurulması  sakral  doqquz  rəqəmi  ilə  başa  çatır.  Türklərə 

                                            

1

 Seyidov M. Qam-şaman və onun qaynaqlarına ümumi baxış. – B., Gənclik, 



1994, s. 218. 

2

 Tarix-i  qezelbaşan  («Qızılbaşlar  tarixi).  Fars  dil.  tər.  M.Ə.Məhəmmədli-



nindir. – B., «Azərbaycan» nəşriyyatı, 1993, s. 7. 


Mifologiya 

- 415 - 


 

məxsus strukturda isə birinci mərhələdə alınan cəm doqquzdur

kainat  bütün  elementləri  ilə  otuz  üçlə  meydana  gəlir.  Bir  mə-

sələni də açıqlamaq lazımdır ki, çox hallarda Oğuz yaradıcı kimi 

götürülür və ziddiyyət ortaya çıxır. Kişi-qadın başlanğıclar bəzi 

məqamlarda  eyniləşdirilir.  Faktiki  olaraq  əldə  olan  variantlarda 

qadınlar  ancaq  altı  oğulun  –  dünyanın  və  kosmosun  formalaş-

masında  iştirak  edirlər.  Sonra  meydandan  çıxarılırlar.  Eləcə  də 

iki  istiqamətli  qadın  başlanğıcının  kökü  kənar  dünyalarla  bağ-

lanır.  Daha  doğrusu,  göyün  yuxarı  qatındakı  Əsas  Yaradıcının 

əhatəsindən gəlir. Bu, Oğuzun tanrıçılığına inamın üstündən xətt 

çəkir, ya da çox dərin qatlarda belə təsəvvür türk soylarının an-

caq bir hissəsində mövcud olmuşdur.  

Oğuz mifinin əldə olan əsas iki qaynağının birində («Oğuz 

kağan»  eposunun  uyğur  variantında)  göstərilir  ki,  Oğuzun  qa-

dınlarla əvvəlcədən heç bir əlaqəsi və tanışlığı olmamışdır. Özü 

də hərəsi bir inancdan – biri animistik (kosmosa aid cisim can-

landırılır),  digəri  isə  totemistik  (insan  ağacdan  doğulur)  görüş-

lərdən miras qalmışdır.  Doğrudur, mifin islam  görüşləri ilə qo-

humlaşdırılan F.Rəşidəddinə aid digər qaynağında (Oğuz Nuhun 

oğlu Yafəsin törəməsi kimi təqdim olunur) Oğuzun öz əmisi qızı 

ilə evlənməsinə işarə var. Belə ki, arzularının gerçəkləşməsində 

ona  kömək  edən  qadın  Allaha  pənah  gətirib  öz  doğmalarından 

üz döndərir. Həmin xəttin oğuz türklərinin islamı qəbul etməsin-

dən sonra mifoloji hadisələrə artırılması şübhəsizdir

Ümumiyyətlə, indiyədək türk və bəzi rus alimlərinin fikri 

bundan ibarət  idi ki,  oğuzların  ən uğurlu  və əsas sakral  rəqəmi 

24-dür,  çünki  tayfa  birliyi  bu  rəqəmlə  tamamlanır.  Əslində  isə 

oğuz və ümumtürk mifoloji sistemində 24 - mifik dünyanın ya-

ranmasında mövcud olan iki mərhələdən ancaq birində iştirakçı-

dır və bütövlükdə götürəndə əsas rol onun deyil, son nəticənin – 

33-ün üzərinə düşür. Başqa sözlə, 24 müqəddəsliyin zirvəsi he-

sab ediləndə Oğuzun özü, iki arvadı  və  altı  oğlu kənarda qalır. 

Dəlilləri  ümumiləşdirəndə  aydınlaşır  ki,  oğuz-türk  mifik  dünya 

modelinin  ilk  mərhələsi  Oğuzun  6  oğlunun  doğulması  ilə  başa 

çatır:  



Ramazan Qafarlı 

 

- 416 - 



 

Oğuz + iki arvadı + onların altı oğlu – nəticədə 9 alınır.  

Əslində bu mərhələdə dünyanın əsas qatları formalaşır. İl-

kin  olaraq  kosmos-fəza:  günəş,  ay  və  ulduzlar  meydana  gəlir. 

Bu,  dünyanın  birinci  qatıdır.  Sonra  göy  təbəqəsi,  dənizlər  və 

dağlar  yaranır.  Qəribə  orasıdır  ki,  Göy  ikinci  üçlüyün  başında 

dayanır  və  Kosmosla  Yer  qatına  –  Dağ  və  Dənizə  vasitəçilik 

misiyasını  öhdəsinə  götürür.  İlk  baxışda  adama  elə  gəlir  ki,  bu 

strukturda  dünyanın  əsas  elementi  –  Yerüstü  torpaq  çatışmır. 

Ev-yurd, yaşayış məntəqələri, şəhərlər salmaq üçün əsas məkan 

–  çöllüklər,  düzənlər  də  yoxdur.  Lakin  diqqət  etdikdə  görürük 

ki,  mifik  dünya  modelinin  qurulmasının  ikinci  mərhələsi  məhz 

yerin  –  məkanın  atributlarının  meydana  gəlməsinə  həsr  olunur. 

Orada daha çox insandan – türk soylarının yaranmasından, yurd 

yerlərindən bəhs açılır. Əgər oğuzların 33-lük sakral  say siste-

mində  mifik  dünya  modelinin  kosmosla  əlaqələnən  hissəsinin 

yaranması  doqquz  (1  +  2  +  6  =  9  –  Oğuz,  iki  arvadı  və 



oğlanları:  Gün,  Ay,  Ulduz,  Göy,  Dağ,  Dəniz)  rəqəmində  ta-

mamlanırsa,  qədim  misirlilərin  «Doqquz  Böyük  Allah»  mət-

nində  analoji  funksiya  «beş»in  (Günəş  –  Atum-Ra,  onun  öv-

ladları qadın Nut – Göy, kişi Heb –Yer, oğlan Şu – hava, qız 

Tefnut – su) öhdəsinə buraxılır.  

Bir cəhətə də diqqət yetirək: türk-oğuz sakral say sistemin-

də mifik dünya modelinin formalaşmasında iştirak edənlərin ha-

mısı ikinci mərhələdə ancaq kişilərdir, lakin misirlilərdə Günəş 

tanrısı  Atum-Ranın  övladlarının  ikisi  qız  (Nut  və  Tefnut),  ikisi 

isə oğlandır (Heb və Şu). Nəslin davamı üçün bacı-qardaşla ev-

lənir. Oğuzun özü, oğlanları və nəvələri daha sivil hərəkət edir-

lər, onlar qan qohumları ilə ailə qurmurlar. Lap başlanğıcda iki 

möcüzəli qadın kənar dünyalardan gəlib analıq vəzifələrini yeri-

nə yetirməklə meydandan çəkilirlər. Bu, bəlkə də Dünya mifolo-

ji  sistemlərində  yeganə  haldır.  Sonrakı  proseslərdə  qadın  tərəf 

tamamilə  nəzərdən  qaçırılır,  yəni  Oğuzun  oğlanlarının  kimlərlə 

evləndiyi barədə məlumat dumanlı qalır, ərlər bütün hallarda ön-

də gedirlər. 




Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə