Ramazan qafarli



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə135/148
tarix23.08.2018
ölçüsü5,35 Mb.
#63949
1   ...   131   132   133   134   135   136   137   138   ...   148

Ramazan Qafarlı 

 

- 408 - 



 

şımışdır.  Ayrı-ayrılıqda  sayların  birinin  digərindən  üstünlüyü-

nün  səbəbi  isə  dünyanın  yaranmasında  hansı  funksiyanı  yerinə 

yetirən  ünsürü  işarələməsindən  asılı  olmuşdur.  Söylənənləri 

əsaslandırmaq  üçün  qədim  Misir  geliopol  variantındakı  «Doq-

quz böyük allah»la şərtlənən mifik dünya modelini  yada salaq: 

Vahid (Atum-Ra) bir cütü - ikini (Şu və Tefnutu), onlar da başqa 

cütü - ikini (Heb və Nutu), bu cütlər birləşib dördü (Osiris, İsida, 

Set  və  Neftid)  yaradırlar  –  hamısının  bütövləşməsidən  doqquz 

alınır. Mifdə dünya rəqəmlərin növbələşməsi, daha doğrusu, bir-

biri  ilə  bağlanaraq  artması  nəticəsində  formalaşır.  Sakrallaşan 

rəqəmlərin  sxemini  qursaq,  görərik  ki,  misirlilərin  mifik  təsəv-

vüründə  dünya  1,  2,  4  və  9-un  magik  gücünün  hesabına  mey-

dana gəlir:  



1 + (2 + 2) + 4 = 9  

(Sxemə bax).  

 

Əski  oğuz-türk  mifologiyasında  bu  üsulla  yaranan  başqa 



say sistemində dünyanın daha dolğun, mükəmməl və tam mode-

linə rast gəlirik: Vahid başqa biri (Oğuzu) dünyaya gətirir, on-

dan iki üçlük (toplusu altı edir) doğulur.  

Birinci üçlük barədə mətndə deyilir ki, göydən şüa düşür. 

Oğuz görür ki, Günəşdən işıqlı, Aydan parlaq işığın arasında gö-

zəl  bir qız oturmuşdur. Başı  qızıl qütb  ulduzlu  bu qızdan onun 

üç oğlu olur: Gün, Ay və Ulduz. Üç qardaşın nəsli sonralar Bo-

zoxlar – pozuxlar adı ilə tanınır.  



İkinci üçlüklə bağlı mifdə göstərilir ki, Oğuz göl ortasın-

da  bir  ağac  görür.  Ağacın  oyuğunda  gözəl  bir  qız  oturmuşdu. 

Gözləri göydən də göy,  saçları  dalğa kimi,  dişləri inci tək olan 

bu qızdan da Oğuzun üç oğlu dünyaya gəlir: Göy, Dağ, Dəniz.  

Bu üç qardaşdan törəyən nəsillər isə Üçoxlar adını daşıyır. 

Azərbaycan türklərinin soy-kökündə həm Bozox, həm də Üçox 

tayfaları iştirak edir.  

Altılardan isə altı dördlük meydana gəlir:  



Mifologiya 

- 409 - 


 

QƏDİM MİSİR GELİOPOL MƏTNİNDƏ  

MİFİK DÜNYA MODELİ 

XAOS 

ATUM-RA (GÜNƏŞ) 

BİR 

İKİ (QADINLAR):  

NUT-GÖY, TEFNUT- 

SU 

İKİ (KİŞİLƏR): 

HEB-YER, ŞU-HAVA 

NUT-

GÖY 

 

HEB-

YER 

TEF-

NUT-

SU 

ŞU-

HAVA 

DÖRD 

O





S

 

(T

əbi

ətin

 ya

ra

dıcıs

ı)

 

İSİ

D

A

  

(M



əh

su

ld

ar

lıq

, s





 kü





alla

hı)

 

SE

T

 

 (





hr





 y

ad

 ö

lk

əl

ər

in

 

hima



da





NE

F

T

ID

  

(E



vl

ər

in

 h

ima



çisi



Kişi 

Qadın 

 

Kişi 

 

Qadın 

















9 

BOZOXLAR (pozuxlar). Oğuzun kosmosdan gələn qadın-

dan  doğulan  3  oğlunun  hərəsinin  4  oğlu  dünyaya  gəlir.  12  nə-



Ramazan Qafarlı 

 

- 410 - 



 

vədən törəyən nəsillər oğuz türklərinin sağ qanadı  hesab edilir. 

Ona görə Bozoxlar adlanırlar ki, Oğuzun üç oğlu - Gün xan, Ay 

xan və Ulduz xan atalarının tapşırığı ilə dünyanı gəzib qeyri-adi 

varlıq  axtararkən  bir  qızıl  yay  tapırlar.  Onu  üçü  öz  arasında 

bölməli  idi.  Lakin  atalarının  vəsiyyətinə  görə  qızıl  yayı  pozul-

mamış saxlayırlar. Vərəsəliyə əsasən bu yay üç qardaşın törəmə-

lərinə  çatırdı.  Üç  yerə  bölünüb  pozulması  yayı  gərəksiz  bir  əş-

yaya çevirir, magik gücünü - ox atmaq funksiyasını əlindən alır-

dı. O səbəbə də 3 oğlun və 4 nəvənin ardıcılları simvolik şəkildə 

özlərini yayın üç parçası – pozuğu sayırdılar. Və qızıl yay kimi 

bütövlüklərini  –  birlikdə  olmalarını  nümayiş  etdirirdilər.  Bo-

zoxlar öz aralarında dörd olmaqla üç qrupdan ibarət idilər:  

Birinci  dördlük  Gün  xanın  övladlarıdır:  Kayı,  Bayat, 

Alkaravlı (Alka-evli), Qara Avul (Qara-evli);  



İkinci  dördlük  Ay  xanın  övladlarıdır:  Yazır,  Dogər, 

Dodurğa (Durdurqa), Yaparlı (Cayurlu);  



Üçüncü dördlük Ulduz xanın övladlarıdır: Avşar (Əfşar), 

Kızık,  Bəgdili,  Karkın  (Bayat,  Əfşar,  Bəgdili  sonralar  əsasən 

Azərbaycan türklərinin içərisində ərimişdir);  

ÜÇOXLAR - Oğuzun Yer qızından (onu su və ağacla əla-

qələndirirlər) doğulan oğlanları Göy xan, Dağ xan və Dəniz xa-

nın dünya səyahətində tapdıqları üç qızıl oxu bildirir. Oğuzların 

sol qanadı da 12-dir, eyni ilə 3-ün 4-ə nisbəti ilə artıb çoxalır:  

Dördüncü dördlük Göy xanın övladlarıdır: Bayındur, Be-

çenə (Peçeneq), Çavuldur, Çəpəni;  



Beşinci  dördlük  Dağ  xanın  övladlarıdır:  Salur,  Eymur, 

Alayurtlu, Ürəgür;  



Altıncı  dördlük  Dəniz xanın  övladlarıdır:  İqdır,  Bəgdüz, 

Yıva,  Kınık.  Bu  boylardan  Bayındur,  Beçənə,  Çavuldur,  Salur, 

Alayurtlu,  Bəgdüz  Azərbaycan  türklərini  formalaşdıran  tayfa-

lardandır.  

Qədim  oğuzların  Bayındur,  Salur  və  Əfşar  soyu  Azər-

baycan  tarixinin  müxtəlif  dönəmlərində  ictimai-siyasi  hadi-




Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə