Ramazan qafarli



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə138/148
tarix23.08.2018
ölçüsü5,35 Mb.
#63949
1   ...   134   135   136   137   138   139   140   141   ...   148

Mifologiya 

- 417 - 


 

Faktlar göstərir ki, Azərbaycanda rəqəmlərin sakrallığı hə-

mişə  diqqət  mərkəzində  olmuşdur.  N.Gəncəvi  XII  yüzillikdə 

«Rəqəmlər  rəmzinin  taxtasında  Nücuma  aid  bütün  yazıları 

oxuduğunu»

1

 yazırdı.  O,  rəqəmlərin  simvollaşması  –  sakrallığı 



barədə nücum elmindəki bilikləri dərindən mənimsəmiş və yad-

daşlardan götürdüyü mifik görüşlər əsasında formalaşan müqəd-

dəs saylar (1, 2, 3, 4, 5, 7, 9) əsasında poetik fiqurlar yaratmış-

dır. «Bir» sayına canlı varlıq kimi müraciət edərək (şəxsləndirə-

rək)  onu  mifopoetik  mənada  Allahla  eyniləşdirmişdir:  «Sayın 

əvvəlində (bütün) birincilərin birincisisən, İşlərin sonunda bü-

tün  axırıncıların  axırıncısısan»

2

.  Şair  Yaradıcının  ikili  xüsusiy-



yətini  «birinci-axırıncı»  arxetipik  simvollarını  qarşılaşdırmaqla 

üzə çıxarırdı.  Çünki  Tanrı mərhəmətli  olmaqla bərabər həm  də 

qəzəbli və cəzalandıran idi. O, cənnətlə yanaşı cəhənnəmi də ya-

ratmışdı.  Nizamiyə  görə,  tanrı  sayların  birincisi  və  ən  böyüyü-

dür. Hər şeyin bünövrəsi Vahidlə qoyulmuş, bütün varlıqlar Va-

hiddən törəmiş və bütün yerdə qalan varlıqlar – rəqəmlər Vahi-

din ətrafında daim dolanmaqla dünyanın bütövlüyünü təmin et-

mişdir.  Çox  hallarda  Nizaminin  nəzərində  «iki»  «Avesta»dakı 

dualizmi  mənalandırdı.  Şair  dünyadakı  əksliklərin  bir-biri  ilə 

əlaqələndirilməsindən danı-şanda da «iki» rəqəminə üz tuturdu: 

«Ancaq nə edim ki, hava iki rənglidir, Fikir geniş, sinəm isə dar-

dır»


3

Ümumiyyətlə, Nizaminin əsərlərində sakral rəqəmlərin iş-



lək  dairəsi  çox  genişdir.  Müasirlərinin  və  özündən  sonra  gələn 

sənətkarların heç birinin yaradıcılığında onun qədər saylara mü-

raciət  edən,  onların  sakrallığına  söykənib  fikrini  daha  obrazlı, 

anlaşıqlı  ifadə edən olmamışdır. Bu səbəbdən də şairin poema-

larının poetik strukturunda rəqəmlərin rolu və əhəmiyyəti ayrıca 

araşdırılmalıdır.  «Xəmsə»dəki  rəsmi  hissələrdə  dini  mövzular-

                                            

1

 Nizami Gəncəvi.  Sirlər xəzinəsi. Filoloji tərcümə prof. R.Əliyevindir. –B., 



1981, s. 15. 

2

 Nizami  Gəncəvi.  İsgəndərnamə.  İqbalnamə.  Filoloji  tərcümə  filologiya 



elmləri doktoru Vaqif Aslanovundur. - B., Elm, 1983, s. 17. 

3

 Yenə orada, s. 36. 




Ramazan Qafarlı 

 

- 418 - 



 

dan  yazması,  mədhnamələrdə  hökmdarları  tərifləməsi,  özü  və 

ailəsi barədə məlumat verməsi qayəsinə, məramına görə bir-bi-

rindən tamamilə fərqli mövzular olsa da, hər birində məqam dü-

şən  kimi  fikirlərini  sakral  rəqəmlərlə  ifadə  etmişdir,  eləcə  də 

ayrı-ayrı məsnəvilərindəki epik təsvirlərdə onlardan poetik vasi-

tə  kimi  gen-bol  faydalanmışdır.  Nizami  Azərbaycan  xalqının 

mifologiyasına,  inanclarına  bələdliyini  nümayiş  etdirməklə  ya-

naşı,  miflərin  qədimliyinə,  zənginliyinə  və  əhatəliliyinə  hey-

rətini gizlətməmişdir. O, deyirdi ki:  

 

«Yeddi xəzinənin [yeddi göyün] qapısını [sən] açdın.  



Dörd gövhərə qədəm basdın...»

1

  



 

Bəzən bir beytində bir neçə sakral rəqəmi bir-biri ilə əla-

qələndirməklə bütöv mif strukturunu yazı yaddaşına köçürürdü. 

Məsələn:  

 

«O, yeddi məclisin, doqquz beşliyin Yusifi,  



Həm zamanın valisi, həm də vəliəhdidir».  

 

Xristian və islam dünyasında Yusif haqqında çoxsaylı mi-



foloji əhvalatlar yaranmışdır və Azərbaycanda onun möcüzələri 

barədə bu  gün də xalq  arasında  əfsanələr dolaşmaqdadır. Yusif 

haqqında mifdə yeddi, doqquz və beş rəqəmləri elə sakrallaşmış-

dır ki, Şərqin və Qərbin bütün mütəfəkkirləri öz yaradıcılıqların-

da ona üz tutmaq məcburiyyətində qalmışlar.  

Məşhur  «Məndə  sığar  iki  cahan,  mən  bu  cahana  sığ-



mazam»

2

 misrasını  sakrallığın,  mifopoetikliyin  ən  yüksək  nü-

munəsi  hesab  etmək  olar.  Təkcə  Nəsimi  (1369-1417)  yaradıcı-

lığı  imkan  verir  ki,  Azərbaycan  mifologiyasının  mükəmməl 

                                            

1

 Nizami  Gəncəvi.  İsgəndərnamə.  İqbalnamə.  Filoloji  tərcümə  filologiya 



elmləri doktoru Vaqif Aslanovundur. - B., Elm, 1983, s. 43. 

2

 Nəsimi  İmadəddin.  Mən  bu  cahana  sığmazam.  Seçilmiş  əsərləri.  Tərtib 



edəni Ə.Səfərlidir. – B., Gənclik, 1991, s. 115. 


Mifologiya 

- 419 - 


 

strukturlara  malikliyindən  söz  açaq.  Diqqət  edin:  misrada  işlə-

nən ilk birdə (allahın zərrəsi olan insanda) iki (gerçək dünya və 

mənəvi  dünya)  yerləşir,  lakin  onun  özü  üçüncü  birdə  cisminə 

yer tapmır. Görəsən, nə səbəbə? Çünki birinci bir tək deyil, onda 

iki dünya yerləşməklə üçləşmişdir. Mifik görüşlərdə bir-üç bağ-

lılığı  qarşıdurmanın,  ziddiyyətin  zirvəsi  sayılır.  Əslində  mifik 

anlamda üçdən başqa digər rəqəmlər (dünyanın elementləri) bi-

rin (bütövün, vahidin) içərisində əridilir. Eləcə də inanclarımıza 

görə,  iki  vahidi,  yəni  iki  yaradıcını  –  iki  dini  ideologiyanı  bir 

nöqtədə birləşdirmək mümkünsüzdür. Deməli, şair insanı allah-

laşdırmağa  təşəbbüs  göstərir.  Bu,  türkün  çox  dərin  qatlardakı 

Atalar  kultundan  gəlirdi  və  islama  zidd  mövqedə  duran  baxış 

idi. Digər tərəfdən, Nəsimi müsəlman görüşləri ilə tam razılaşır-

dı. Bəlkə, bu səbəbdən çox ehtiyatlı tərpənirdi: kamil insanı tan-

rının özü ilə deyil, bir-iki mühüm xüsusiyyəti ilə (düşünmək və 

yaratmaq  qabiliyyəti  ilə)  eyniləşdirirdi.  Və  Nəsimiyə  qarşı  din 

xadimlərinin etirazının mayasında o dururdu ki, şair Allahla üst-

üstə düşən cəhətlərini verməklə İnsanın öz daxilində real və mi-

fik dünyalardan ibarət daha möhtəşəm bir aləm yaratdığını vur-

ğulayırdı. Məhz bu mənada Nəsimi kamil, yetkin insanı da vahid 

sayır  və  onda  ikini,  daha  doğrusu,  iki  biri  yerləşdirmək  istəyir. 

İki  vahidi (iki  yaradıcı anlamında) isə bir-birinə qovuşdurmağa 

heç  bir  qüvvənin  qüdrəti  çatmırdı.  Təsadüfi  deyil  ki,  Şərq  mü-

nəccimləri və astroloqlar on biri (11) ən ziddiyyətli, uğursuz rə-

qəm  sayırlar.  Çünki  on  birdə  də  Nəsiminin  irəli  sürdüyü  kimi, 

iki bir yanaşı işlənir 

Beləliklə,  müəyyən  çağlarda  ulu  əcdadın  mifik  təfəkkürü 

elə  mərhələyə  çatmışdır  ki,  o,  adi  danışığında,  söyləmələrində 

rəqəmlərlə çatdırmaq istədiyi bütün hadisələri mifik dünya mo-

delinin  meydana  gəlməsi  prosesinə  uyğunlaşdırmışdır.  Diqqət 

edin,  əhvalatlar  vahidlə  başlayır:  «Biri  varımış,  biri  yoxumuş, 

allahdan başqa heç kəs yox imiş»

1

. Sonra bir naməlum ölkə ilə 



                                            

1

 Azərbaycan  mifoloji  mətnləri.  Tərtib  edəni,  ön  söz  və  şərhlərin  müəllifi 



A.Acalov. – B., Elm, 1988, s. 149. 


Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə