RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə26/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   22   23   24   25   26   27   28   29   ...   97

93 
 
Eləmi, qara bağla,
 
Qara gey, qara bağla. 
Yolun yomrulsun, düşmən 
Nə işin var Qarabağla. 
 
Əzizinəm, məst edən, 
Gül-çiçəyi məst edən, 
Bərabərin yox, Şuşam 
Yansın sənə qəsd edən. 
 
Kəlbəcərə həsr olunmuş 42 “qaçqın bayatısı”nı isə 
kəlbəcərli “Divanə” təxəllüslü el şairi Cəfərov Cümşüd 
Göyüş  oğlu qələmə almışdır. Bunların içində  şəhid 
bayatıları, ağıları daha hüznlüdür.  
 
Bu necə gündü, qardaş, 
Dağ-dərə dindi, qardaş. 
İyirmi iki yaşında 
Ölmək çətindi, qardaş. 
 
Bayatıların məzmunu rəngarəngdir. Onun 
məzmununu qürbətlik, vətən həsrəti, sevgi, ayrılıq 
hissləri təşkil edir. Bayatılarda bəyani-hallar orta əsr 
ictimai-siyasi quruluşunda insan hüquqlarının 
tapdalandığını göstərir. Bəyani-halların məzmununu 
insanın öz dərdini yüngülləşdirmək məqsədilə cəmiyyətə 
etdiyi çağırışlar təşkil edir. Bu lirik hiss bayatılarda əsas 
leytmotivə çevrilir.  
Prof. M.Həkimov bayatı yaradıcılığının üç yolunu 
göstərir: 
1. Dildə-dodaqda dolaşa-dolaşa, nəsillərdən 
nəsillərə keçərək şifahi tərzdə yaradılma yolu ilə; 
2. Arxivlərə düşmüş cünglərdə  və divanlarda öz 


94 
əksini tapma yolu ilə
3. Ayrı-ayrı əsrlərdə yaşayıb-yaratmış şairlərimizin, 
ustad-dədə  aşıqlarımızın fərdi yaradıcılığının dövri 
mətbuatda çap olunması yolu ilə. 
Bayatı xalq ədəbiyyatında ən çox yayılan lirik şeir 
növüdür. Onun birinci, ikinci və dördüncü misraları 
qafiyələnir, üçüncü misra isə  sərbəst buraxılır. Lakin bu 
sərbəst buraxılma dördüncü misrada ifadə edilən 
mənanın qüvvətləndirilməsinə xidmət edir. Bayatıların 
mövzusu rəngarəngliyi ilə diqqəti çəkir. Bayatılarda 
vətən sevgisi, qürbətlik, həsrət, ayrılıq motivləri üstünlük 
təşkil edir. Bayatı poetikasından danışarkən onun az 
sözlə böyük mənaları ifadə etmə imkanlarını, lirik 
qəhrəmanın daxili aləminin küskünlüyünü, kədər qarışıq 
sevinc hisslərinin olmasını da bu poetik dünyanın 
ölçülərindən biri hesab etmək olar. Azərbaycan dilinin 
poetikliyini göstərən aforizmlər, məcazlar, təkrirlər, 
metaforalar, paremiyalar hamısı birlikdə bayatı dilinin 
üslub xüsusiyyətlərini göstərməkdədir. Bayatıların 
sənətkarlıq xüsusiyyətləri xalq poeziyasının bədii təsvir 
və ifadə vasitələri ilə bağlıdır və orada işlənən metafora, 
məcazlar, metonimiya, mübaliğə, təşbeh, təkrar, təkrir, 
bədii təyin, atalar sözləri və  məsəllər bayatı sisteminin 
struktur modellərini təyin edir.  
Qısaca deyə bilərik ki, bayatılar başqa lirik 
janrlardan birinci növbədə  şəkli xüsusiyyətlərinə, az 
sözlə  dərin məna ifadə etmək imkanına, üçüncü və 
dördüncü misrada həllini tapan idiomatik sözlərin, atalar 
sözləri və  zərb-məsəllərin fikrin ifadəsində  nəticə kimi 
verilməsinə və s. görə fərqlənir. Bayat eyniadlı qəbilənin 
adındandır, Bayat Oğuz xanın nəvəsi Gün xanın ikinci 
oğlunun adıdır;  Sonradan müəyyən peşə ilə  məşğul 
olanları bir-birinə qohum edən totem adı bayatı – nəğmə 
mənasında işlənən bu söz peşə  və  məşğuliyyətlə bağlı 


95 
olsa da, sevgi, həsrət, iztirab və s. hisslərin ifadəsinə 
çevrilmişdir. Bayatının yaranmasında xüsusi qəliblərdən 
istifadə olunur. Bayatı söyləyən şairlərin – Ələmi, Əzizi 
və Sarı  Aşığın yaradıcılıqlarının bayatı ilə bağlı olması 
haqqında məlumatlar vardır. Təsadüfi deyildir ki, Sarı 
Aşıqla bağlı bütün dastanlar bayatı formasındadır. 
Azərbaycan bayatıları bitkin şifahi yaradıcılıq  şəklidir. 
Mövzusuna görə Azərbaycan bayatılarını aşağıdakı kimi 
qruplaşdırmaq olar: 
1. Təbiətlə bağlı bayatılar; 
2. Təbiət gözəlliklərini tərənnüm edən bayatılar; 
3. Əmək bayatıları; 
4. Məhəbbət bayatıları; 
5. İctimai məzmunlu bayatılar; 
6. Məişət bayatıları; 
7. Vətənpərvərlik bayatıları; 
8. Dostluqdan bəhs edən bayatılar və s. 
Biz bu bölgüdə ictimai məzmunlu bayatıları xüsusi 
seçmək istəyirik. Bu bayatılara daxil olanlar o biri 
məzmunlu bayatıları da öz içinə ala bilir. Burada ictimai  
məzmunlu bayatıların növlərini fərqləndirmək olar: 
qəhrəmanlıq, vətən, zülm və  ədalət, hakim təbəqələrin 
tənqidi, din xadimlərinin ifşası,  şairlərin yaratdığı 
bayatılar və yeni dövr bayatıları. Azərbaycan 
bayatılarının bu cür poetik qəliblərdə olması onun bir 
janr kimi inkişafından xəbər verir. İctimai məzmunlu 
bayatılarda  əksini tapan kədər, zülm, həsrət mövzusu 
onun  əsas mövzusunu təşkil edir. Bayatıların axırıncı 
misralarının atalar sözü və  məsəllərin yaranmasında 
iştirak etməsi də onun xüsusiyyəti kimi izah oluna bilər. 
 


96 
DRAMATİK ÜSLUBUN JANRLARI 
 
Xalq dramları. 
 Azərbaycan folklorunda janrlararası  əlaqənin və 
qarşılıqlı  təsirlərin mümkünlüyünü üzə  çıxaran 
üslublardan biri də dramatik üslubdur. Şifahi  ənənədə 
dramatik üslub folklorda özünün janrlarını yaratmışdır. 
Dramatik üslubun janrları içərisində xalq dramlarının bir 
neçə növünü qeyd etmək olar: faciəvi dramlar, komik 
dramlar, ailə-məişət dramları, ictimai məzmunlu dramlar 
və dini dramlar. 
Xalq dramları öz qədimliyinə görə aşıq ifaçılığı ilə 
yanaşıdır. Erkən orta əsrlərdə xalq tamaşaları tipində 
müxtəlif etiqad və ritualla əlaqəli meydan tamaşaları 
göstərilirdi. Meydan tamaşaları,  əsasən, hərəkətlərlə, 
pantomimik jestlərlə dolu olurdu. Sonra meydan 
tamaşalarının  əsasında sözlü tamaşalar oynanmağa 
başladı ki, bu da sonralar xalq dramlarının əsasını təşkil 
etdi. Xalq dramları ilkin dövrlərdə məhəlli xüsusiyyətlərə 
malik idi və qapalı  şəkildə ritual-tamaşa,  əyləncə, 
lağlağıçılıq prinsiplərinə  əsaslanırdı. Sonrakı dövrlərdə 
xalq dramları oyun, mərasim-tamaşa, xalq bayramı 
statusunda yerli əhali tərəfindən qəbul olunmağa başladı 
ki, bunların da kökündə yenə ritual, ənənə, adət və 
təqvimlə bağlı görüşlər dayanırdı. Xalq dramının 
təşəkkülündə sinfi ziddiyyətlər də rol oynayırdı. Belə ki, 
belə tamaşalarda  əzən və  əzilənlər müəyyən obrazlar 
vasitəsilə dinləyicilərə çatdırılırdı. Deməli, xalq 
tamaşalarının ictimai düşüncəyə  təsiri də baş verirdi. 
Lakin bu o qədər də önəm daşımırdı. Bu tamaşalarda 
estetik düşüncə şüura hakim kəsilirdi. Xalq tamaşalarının 
cəmiyyətdəki bu iki roluna əsasən, onun iki növü 
formalaşırdı: faciəvi və komik dramlar. 
A.Nəbiyev xalq dramlarındakı faciəviliyi  şərti 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə