RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə34/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   30   31   32   33   34   35   36   37   ...   97

122 
Bu halda rəvayətin varlığı onun özü-özünü necə  təşkil 
etməsinə (yaratmasına) müncər olur. 
Rəvayətlər bəşəriyyətin fövqündə dayanan 
hadisələri, insanları özündə yaşadır. Yuxarıda nəql 
olunan mətn nümunəsi rəvayətlərin 
ənənəvilik 
funksiyasını da öz içinə almış olur. Belə ki, şahid 
söhbətləri əsasında nəql olunan bu rəvayət çox güman ki, 
əsas mövzu, ideya saxlanılmaqla  ənənə  əsasında yeni 
əlavələr və  dəyişikliklərə  məruz qalmış, yeni novator 
keyfıyyətlər qazanmışdır. 
Rəvayətlərin hələ yazılı  ədəbiyyatın meydana 
gəlmədiyi bir dövrdə mövcud olduğunu nəzərə alsaq, bu 
folklor nümunələrinin dövrümüzədək gəlib çatmasının 
əsas səbəbi onun şifahi yolla nəsildən-nəsilə 
ötürülməsidir. Bəzən eyni məzmuna malik olan müxtəlif 
sayda rəvayətlərə rast gəlmək mümkündür. Bu da 
rəvayətlərin respublikamızın ayrı-ayrı bölgələrində, yerli 
camaatın təxəyyülünə, dünyagörüşünə uyğun  şəkildə 
yaranması ilə bağlıdır. Toplanan nümunələri tədqiq edən 
zaman eyni məzmun, lakin fərqli forma müşahidə olunur. 
Bu xüsusiyyət rəvayətlərin variantlılığıdır. 
Belə  rəvayətlərdən birində deyilir ki, “Şahab 
məhləsində Məmən adında bir kişi varmış. Bunun evində 
ocaq ilanı yaşayırmış. Bu ilan hər gün üç balasını da 
yanına salıb evi, həyət-bacanı dolanır, ancaq heç kimə 
zərər vermirmiş. Bir gün Məmən fıkirləşir ki, qoy bu 
ilanın balalarından birini gizlədim, görüm, neynir. 
Məmən aşsüzəni çevirir bala ilanlardan birinin başına, 
ilan qalır aşsüzənin altında. Ocaq ilanı bir də baxır ki, 
bala ilanlardan biri yoxdur. Başlayır axtarmağa. Nə qədər 
axtarırsa tapa bilmir. Bərk hirslənir. Pəncərədə qatıq dolu 
kasa vardı.  İlan gedir bu qatığı  zəhərləyir. Sonra su 
qabına girir, onu da zəhərləyir. Məmən qorxub aşsüzəni 
götürür, ilanın balasını buraxır. Ocaq ilanı balasını 


123 
görəndə duruxur. Sonra gedib kasanı  aşırır, qatığı yerə 
tökür. Ondan sonra da gedib özünü palçıga bələyir, 
qayıdıb su qabına girir. Bir neçə  dəfə belə edir, su 
bulanır, daha içməli olmur. 
Sonra da ocaq ilanı balalarını götürüb gedir. 
Məmən bir də onları görmür. İlanla bərabər xoşbəxtlik də 
Məməngildən gedir” (27, s.204). 
Digər nümunəyə nəzər salaq: “Belə deyirlər ki, bir 
kənddə bir kişi varmış. Bu kişinin daxmasının ətrafı bağ-
bağat imiş. Kişi həmişə tezdən durub bağa qulluq 
edərmiş. Adəti üzrə yenə  də bağa çıxır. Görür ki, bir 
böyük ilan daşın üzərində  qıvrılıb özünü günə verir. 
İstəyir öldürsün, ilan fışıltıyla daşların arasında görünməz 
olur. 
Kişi  əhvalatı qoca adamlara danışır. Ona məsləhət 
görürlər ki, ilana toxunmasın. O, ocaq ilanıdır, yurdun 
bərəkətidir. Onu incidib eləsə küsüb gedər, yurdun 
bərəkətini də özü ilə aparar. Əgər öldürsə, böyük bəla üz 
verər. Çünki onlar yeddi qardaş olurlar. Harda olsalar, 
gəlib öz qardaşlarının intiqamını alarlar. Kişi onların 
sözünə əməl etməyib, ilanı güdməyə başlayır. İlanı görən 
kimi fürsəti əldən verməyib, tez bir daş götürüb ilana atır. 
Ancaq daş ilana dəymir.  İlan yerindən sıçrayıb, ordan 
uzaqlaşır. 
Bu  əhvalatdan xeyli keçir. Kişi hər səhər gizlənib 
ilanı güdsə  də, ondan əsər-əlamət görünmür. Belə-belə 
günlər bir-birini əvəz edir. Kişinin bağ-bağatı yavaş-
yavaş quruyur, tez-tez bədbəxt hadisə baş verir. Kişi başa 
düşür ki, nahaq yerə qocaların sözünə baxmayıb, ocaq 
ilanını küsdürmüşdür. Ona görə  də  bədbəxt hadisə baş 
verir” (27, s.205 ). 
Haqqında  danışılan  rəvayətlər  xalqın  əski   
inanclarından   gələn  mifoloji təsəvvürləri əks etdirir. 
Epik folklorumuzda müstəqil janr kimi formalaşan 


124 
rəvayətlər özünəməxsus quruluş, biçim, məzmun və 
ideya cəhətlərinə malikdir. Rəvayətlərə  məxsus bu 
xüsusiyyətlər hələ  də  dəqiqləşdirilməmiş, mübahisələrə 
səbəb olmuşdur. Bu sahədəki axtarış  və araşdırmalarda 
sabit fıkirlər olsa da, fərqli mülahizələr də mövcuddur. 
Rəvayətlərin fərdi xüsusiyyətlərinin, janr özəlliklərinin 
tədqiq olunması bu günün vacib məsələlərindəndir. Bu 
sahədə  əldə edilən hər bir uğur, yenilik rəvayət janrının 
folklorumuzdakı yerini qətiləşdirə, möhkəmləndirə bilər. 
Rəvayətlərin fərdi  şəkildə  tədqiqinə lazımınca 
diqqət yetirilməsə  də, onlar əfsanələrlə  bərabər, paralel 
şəkildə  tədqiq olunmuşdur. Hələ XIX əsrin sonu və XX 
yüzilliyin  əvvəllərində az-çox toplanmış  rəvayətlərin 
nəşri bilavasitə SMOMPK-un fəaliyyəti ilə bağlıdır. 
Misal olaraq “Nour gölü haqqında rəvayət” Qutqaşen 
kənd məktəbinin inspektoru R.Əfəndiyev tərəfındən 
toplanmış və çapa verilmişdir. Zaqatalada Çariça Tamara 
haqqında yazılmış  rəvayətlərdən biri də bu məcmuədə 
“Balakən kəndinin rəvayəti” kimi nəşr edilmişdir (66, 
s.21-22). 
XX  əsrin 80-ci illərinə kimi Azərbaycan 
rəvayətlərinin tədqiqinə diqqət yetirilməmişdir. 
Rəvayətlərimizin küll halında toplanması, nəşri və 
tədqiqinə,  əsasən, XX əsrin 60-70-ci illərindən 
başlanılmışdır. Sovet hakimiyyəti illərində 
folklorumuzun bir sıra janrları ilə yanaşı, rəvayətlərlə də 
bağlı bəzi işlər görülmüşdür.  
Rəvayətlər tip, motiv və janr elementlərinə görə 
öyrənilmiş və tədqiqata cəlb olunmuşdur. Bu mənada rus 
folklorşünaslığında rəvayətlərin xüsusi göstəricisi 
hazırlanmışdır. Bu göstəricidə rəvayət motivlərinin tipləri 
müəyyən edilmişdir (62, s.24). Hazırladığımız əfsanə və 
rəvayət motivlərinin içində isə  rəvayət motivlərinin 
tipləri 300-dən artıqdır. 


125 
Ümumiyyətlə, yeni tədqiqat işində min səkkiz 
yüzdən artıq Azərbaycan rəvayəti nəzərdən keçirilmişdir. 
Nəticədə onları  təxminən bu cür təsnif etmək mümkün 
olmuşdur: 
•   Etimoloji və ya toponimik rəvayətlər
•   Tarixi qəhrəmanlıqdan bəhs edən rəvayətlər; 
•   Tarixi və tarixi şəxsiyyətlərlə bağlı rəvayətlər; 
•   Ailə-məişət rəvayətləri; 
•   Dini rəvayətlər; 
•   Mifoloji rəvayətlər. 
Rəvayətlərimizin təqribi olaraq bu cür təsnifı 
torpaqlarımızın, xalqımızın qədimliyi, onun tarixi, 
görkəmli şəxsiyyətləri, tarixi qəhrəmanları, keçmişdən bu 
günə  qədər gəlib çıxan adət-ənənələri, ibtidai dini 
görüşləri haqqında ətraflı məlumat almağa imkan yaradır. 
Rəvayətlərin xalq içərisində yayılması  hələ 
eramızdan  əvvəlki dövrlərlə bağlıdır. Çox güman ki
yazılı  ədəbiyyatın meydana gəldiyi ilk dövrdən etibarən 
daş kitabələrə, papiruslara, perqamentlərə köçürülən ilk 
əsər  əfsanələrlə  bərabər rəvayətlər olmuşdur. Bu 
cəhətdən Orxon-Yenisey kitabələrindəki mətnlər 
türklərin, eyni zamanda Azərbaycan türklərinin həyatı, 
tarixi, bədii yaradıcılığı haqqında dəyərli mənbədir. 
Yazılı  ədəbiyyatın epik ənənəsinin bəhrələndiyi 
mühüm mənbələrdən biri də  rəvayətlər sayılır. Antik 
dövr tarixçisi Herodot “Tarix” əsərində Midiya dövrünə 
aid olan “Astiaq” və “Tomris” rəvayətlərindən istifadə 
etmişdir. Bundan sonra bir sıra tarix əsərləri, salnamələr 
və görkəmli  şəxsiyyətlərin yaradıcılığında rəvayətlərdən 
istifadə olunmuşdur. Müxtəlif dövrlərdə  rəvayətlərin 
toplanması sahəsində Azərbaycana müxtəlif məqsədlərlə 
gələn alim, yazıçı, tarixçi və  səyyahların da müəyyən 
rolu olmuşdur. 1930-cu ildə “Literaturnaya qazeta”da 
şərqşünas V.Romanoviç Bakıda yerli əhalidən topladığı 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə