RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə37/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   33   34   35   36   37   38   39   40   ...   97

132 
alır. Bu zaman onun dediyi sözlər övladını itirmiş ananın 
kədərinin, bu kədərdən doğan nifrətin, qəzəbin ifadəsi 
idi: “Mən səni döyüşdə məğlub etdim, ancaq sən məkr ilə 
oğlumu əlimdən almaqla ürəyimə dağ çəkmisən. Mən də 
dediyim kimi, səni qanla doydururam. İç, istədiyin qədər 
iç, bəlkə doyasan!” (62, s.35) 
M.Rəfıli “Tomris” rəvayətini “Yüksək və  şairanə 
qəhrəmanlıq dastanı” adlandırır: “Ürəkləri vətən 
məhəbbəti ilə  çırpınan xalq şairləri Tomrisin simasında 
qəhrəman, cəngavər, nəcib və namuslu bir azərbaycanlı 
qadın timsalı yaratmışlar” (62, s.36). 
XX  əsrdə S.Vurğun xalq düşmənlərinə, elm və 
mədəniyyət düşmənlərinə qarşı mübarizədə bu rəvayətdə 
əks etdirilən xalq hikmətindən yaradıcı  şəkildə 
bəhrələnmişdir: 
 
...Bir varaqla tarixləri, utan mənim qarşımda,  
Anam Tomris kəsmədimi Keyxosrovun başını?  
Koroğlunun, Səttarxanın çələngi var başımda.  
Nəsillərim qoymayacaq daş üstündə daşını,  
Anam Tomris kəsmədimi Keyxosrovun başını?  
 
Bu    tarixi    rəvayətlər  haqqında  fıkir  bildirən 
M.H.Təhmasib yazır: “Herodot bunları (“Astiaq” və 
“Tomris”) tarixi həqiqət kimi vermişdir. Lakin bu tarixi 
həqiqətlər daha çox yarımtarixi  əfsanələr, yaxud 
yarıməfsanəvi tarixi hadisələrdən ibarətdir”. Eyni 
zamanda M.H.Təhmasib bu rəvayətləri Herodota qədər 
formalaşmış, geniş yayılmış əsərlər kimi də dəyərləndirir. 
Hər iki rəvayət bir sıra cəhətləri, özünəməxsusluğu 
ilə diqqəti cəlb edir. Bu ilk növbədə Azərbaycan xalqının 
təfəkkürünün zənginliyindən, dünya bədii fıkrinin 
nailiyyətlərindən yaradıcı  şəkildə  bəhrələnməsindən 
xəbər verir. Bəzi tədqiqatçıların haqlı  fıkirlərinə görə, 


133 
Azərbaycan  ədəbiyyatı dünya xalqları  ədəbiyyatı, eləcə 
də mədəniyyəti ilə sıx qarşılıqlı əlaqədə inkişaf edir (62, 
s.36). 
Prof  İ.Abbaslı “Astiaq”, “Tomris” və skif 
rəvayətləri haqqında danışarkən qeyd etmişdir ki, bu 
rəvayətlər “... həm də el ədəbiyyatı nümunəsi olmuşdur. 
Çünki Herodot əsərini yazarkən  şifahi sorğulara da 
əsaslanmış, Midiya ilə bağlı  şifahi hekayələrdən geniş 
istifadə etmiş, öz hekayətlərini daha çox folklor motivləri 
əsasında qurmuşdur”. Midiya rəvayətləri epik 
folklorumuzun bu janrının tarixən qədim köklərə bağlı 
olduğunu söyləməyə əsas verir. 
S.Paşayevin fikrincə, bu rəvayətlər bədiilik və 
kompozisiya cəhətdən Azərbaycan  şifahi nəsrinin 
başlanğıcı sayıla bilər. Bu rəvayətlərdə hadisələrin təsvir 
edildiyi coğrafi  ərazilər Azərbaycan xalqının tarixində 
başlıca yer tutur. Həmin rəvayətlərdəki təbiət təsvirləri də 
Azərbaycan ərazisi ilə bağlıdır. 
Azərbaycan rəvayətlərinin ilk dəfə e.ə. V əsrdə 
yazıya alınmasına baxmayaraq, tədqiqatlar onların daha 
qədim tarixə malik olduğunu göstərir. Bu, özünü 
Herodotun “Tarix” əsərindəki rəvayətlərlə yanaşı, 
müxtəlif rayon və  kəndlərdən toplanan rəvayətlərdə  də 
göstərir. Bu rəvayətlərin bəziləri yazıya alınmış, bəziləri 
unudularaq yaddaşlardan silinmiş, bəziləri isə tarixi 
hadisələrə, tarixi şəxsiyyətlərin adları  və  fəaliyyəti ilə 
bağlanaraq yaşamaq hüququ qazanmışdır. Rəvayətlər 
yazılı  ədəbiyyatla  şifahi  ədəbiyyat arasındakı qarşılıqlı 
əlaqəni, onların bağlılığını göstərmək baxımından xüsusi 
əhəmiyyətə malikdir. 
Prof. S.Paşayev tədqiqatında rəvayətlərin 
dövrümüzə qədər üç yolla gəlib çatdığını söyləyir: 
1)
 
Şifahi yolla, müstəqil bir əsər kimi: Qız qalaları 
və Ovçu Pirim haqqındakı rəvayətlər və s. 


134 
2)
 
Nağılların və dastanların daxilində, onların 
tərkib hissəsi kimi: “Tapdığın nağılı”, “Koroğlu” 
eposundakı  Çənlibel, Qırat, Düratın doğulması, Misri 
qılınc və s. 
3)
 
Klassik sənətkarlarımızın əsərlərində: Nizaminin 
“Xəmsə”, Arif Ərdəbilinin “Fərhadnamə”,  Əlinin 
“Qisseyi-Yusif',  Əssar Təbrizinin “Mehr və Müştəri” 
əsərləri və s. (62, s.39). 
Azərbaycan rəvayətlərinin tədqiqi və  təsnifində 
folklorşünas alim S.P.Pirsultanlının yeri xüsusilə 
fərqlənir.  Əfsanələrlə yanaşı, rəvayətlər də onun elmi 
fəaliyyətində  əsas yeri tutmuş  və alim bu janrlarda olan 
nümunələrin toplanması və tədqiqinə fundamental əsərlər 
həsr etmişdir. Onun araşdırmalarında reallaşdırdığı elmi 
fikirlər, rəvayət janrının öyrənilməsi ilk növbədə onlarda 
yaşayan milli tarixlə  əlamətdardır: “Azərbaycan 
folklorunun müstəqil janrlarından sayılan rəvayətlər 
özünəməxsus yaranma, formalaşma və yayılma 
mərhələləri keçirmişdir. Bu janr ideya-məzmun tutumuna 
görə yüzilliklərə yoldaşlıq etmiş, cəmiyyətdə baş verən 
ictimai-siyasi hadisələrə biganə qalmamışdır” (64, s.5). 
Tədqiqatçı alimin fikrincə,  əfsanə ilə  bərabər 
rəvayətlərin poetik təbiəti elə qurulmuşdur ki, onlarda 
etnosun həyatının daha çox ictimai-siyasi hadisələri 
işarələnir (64, s.5). S.P.Pirsultanlı yaradıcılığını  tədqiq 
edən S.Rzasoy da qeyd edir ki, “Bu fıkir ilk baxışda 
etiraz doğura bilər. Çünki elə əfsanə və rəvayət vardır ki, 
onlar lirik-psixoloji məzmunlu olub, zahiri planda 
ictimai-siyasi məzmun daşımır. Ancaq S.Pirsultanlının 
şərhinə görə, gerçəkliyin istənilən tematik bütövü bu 
janrların poetik strukturundan keçərkən ictimai-siyasi 
koda uyğun obrazlaşır. Bu cəhətdən, hətta sevgi 
məzmunlu nümunələrin məzmununun struktur planını da 
ictimai-siyasi kod təşkil edir. Alim bu xüsusda yazır ki, 


135 
“mifoloji-tarixi gerçəkliyi bu və ya başqa formada 
özündə qoruyan əfsanə və rəvayətlər poetik söz sənətinin 
ənənəvi janrları, xüsusilə epik növü ilə  həmişə  təmasda, 
qarşılıqlı  əlaqədə  təkmilləşib özünəməxsus bir təkamül 
yolu keçmişdir. Bu janrlara dair örnəklər Azərbaycan 
türklərinin ayrı-ayrı tarixi kəsimlərdəki inkişaf yolunu, 
həyat və  məişətini, adət-ənənəsini işıqlandırmış, mənəvi 
dünyasının, ovqatının tərcümanına çevrilmişdir” (64, 
s.5). 
Bununla yanaşı, S.P.Pirsultanlı adı çəkilən janrların 
ozan-aşıq sənətindən gələn epos-dastan yaradıcılığı üçün 
rüşeym, başlanğıc rolunu oynadığı  qənaətindədir: “Bu 
janrlarda qorunan süjet və motivlərin xalq hekayələrinə 
çevrilməsi prosesi bunu bir daha aşkar etməkdədir. Başqa 
sözlə,  şeirlə  nəsrin növbələşməsində nizamlanan 
Azərbaycan epos-dastan yaradıcılığı öz formalaşma 
istiqamətində  əfsanə  və  rəvayətlərdən də köklü surətdə 
bəhrələnmişdir” (64, s.5). 
Qeyd etmək yerinə düşər ki, prof. S.P.Pirsultanlının 
yaradıcılığında epik janrlar bütün hallarda bir sistem 
halında öyrənilmişdir. Bu cəhətdən o, daima mübahisə 
mənbəyi olan, sərhədləri hələ də dəqiq müəyyənləşməyən 
əfsanə  və  rəvayətlərin epik düşüncə sistemində yerini 
müəyyənləşdirməyə çalışaraq yazırdı: “Kollektiv 
yaradıcıhq məhsulu kimi əsrdən-əsrə keçərək məzmun və 
ideyaca zənginləşən, xalq təcrübəsinin  ən yaxşı 
keyfıyyətləri ilə  bəzənən  əfsanə  və  rəvayətlər folklorun 
epik növünə daxil olan müstəqil janrlar kimi şifahi xalq 
yaradıcılığının  ənənəvi janrları içərisində özünəməxsus 
yer tutur” (64, s.6). 
Onun araşdırmalarının ümumi nəticəsi olaraq 
əsatir,  əfsanə  və  rəvayətlər arasındakı yaxınlıq, oxşarlıq 
və fərqi belə müəyyənləşdirmək mümkün olmuşdur: 
1.  Əsatir,  əfsanə  və  rəvayətlər epik janrlar kimi 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə