RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə36/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   32   33   34   35   36   37   38   39   ...   97

129 
hissədən ibarət “Tarix” əsəri yunan-fars müharibələrinə 
və bu müharibələrin  ətrafında baş verən hadisələrə  həsr 
olunmuşdur. Burada qələmə alınan hadisələr dövrün 
tarixçilik  ənənələrinə uyğun olaraq, miflə gerçək tarixi 
rəvayətçilik hüdudlarında yazılmışdır. Herodotun 
kitabında yer alan hadisələrdən biri də  Əhəməni 
hökmdarı II Kirin e.ə 530-cu ildə Araz çayı yaxınlığında 
köçəri massaget tayfaları ilə döyüşdə öldürülməsi ilə 
bağlıdır. Belə ki, tarixdən məlum olduğu kimi,  II Kir 
Midiyanı  işğal etdikdən sonra Əhəməni fars dövlətinin 
əsasını qoymuş, bir neçə il ərzində Midiyanın bütün 
ərazisini, Babilistanı, Anadoluda Lidiya dövlətini istila 
etmiş, daha sonra Araz çayı yaxınlığındakı  ərazilərin 
işğalı iddiasına düşmüşdür. Lakin bu ərazidə yaşayan 
massaget tayfalarının başçısı Tomris tərəfindən məğlub 
edilmişdir. 
Rəvayətdə  də  ən qədim Azərbaycan tayfalarının 
həyatı, azadlıq uğrunda mübarizələri təsvir olunur. 
Rəvayət qəhrəmanlıq tariximizi sübuta gətirən dəyərli 
nümunələrdəndir. Onun əsas qəhrəmanı 
qədim 
tayfalardan olan massagetlərin qətlə yetirilmiş  şahının 
dul qadını Tomrisdir. Herodot yazır: “Massagetlər, 
deyilənə görə, çoxsaylı  və  cəsur bir tayfa olub. Onlar 
issedonlarla qarşı-qarşıya, Günəşin doğuşu istiqamətində 
şərqdə, Araz çayının arxasında yaşayırdılar. Bəziləri 
onları skif tayfalarından sayır. Massagetlərin şahı ölmüş, 
tayfanın başına onun dul qadını Tomris keçmişdi” (38). 
Yazılı qaynaqlara görə, sak-massaget tayfaları Orta 
Asiyada və Şimali Azərbaycan ərazisində yaşamışlar. 
Mahiyyət etibarilə bu rəvayət “Astiaq” rəvayətinin 
davamıdır. Rəvayətə görə, Kir Azərbaycan torpaqlarını 
işğal etmək üçün hiylə  işlədərək Tomrisə evlilik təklif 
edir. Tomris rədd cavabı verir. Belə olduqda Kir 
hiyləgərliklə öz istəyinə nail ola bilmədiyini görüb, 


130 
massagetlər üzərinə açıq hücuma keçir. Araz çayından 
keçmək üçün Kirin gəmilərdən körpü düzəltmək və 
həmin gəmilərin üzərində qüllələr qurmaq haqqında əmr 
verdiyini görən Tomris ona belə müraciət edir: “Ey 
Əhəməni hökmdarı! Öz niyyətindən geri çəkil. Axı  sən 
irəlicədən bilə bilməzsən ki, bu körpülərin qurulması 
sənə xeyirdir, yoxsa ziyan? Bu işin başını burax, get öz 
ölkəndə  şahlıq elə  və bizim öz ölkəmizdə hökmranlıq 
etməmizə paxıllıq etmə. Ancaq sən əlbət ki, bu məsləhətə 
qulaq asmayacaqsan və öz bildiyin kimi hərəkət edəcək
aramızdakı sülhü pozacaqsan. Əgər sən massagetlərin 
üzərinə hücuma keçməyi belə çox istəyirsənsə, körpü 
qurulmasını dayandır. Rahatca ölkəmizə gir, biz 
qoşunlarımızı çaydan üç günlük məsafəyə geri çəkərik.  
Yox,  əgər sən bizi öz torpağına buraxmaq istəyirsənsə, 
işini davam elətdir”. Bu müraciətdən sonra Kir fars 
əyanlarını çağırtdırıb, onlardan məsləhət istəyir. Hamı bir 
ağızdan məsləhət görür ki, Tomrisin qoşununu burada 
gözləmək daha məqsədəuyğundur. Müşavirədə  iştirak 
edən midiyalı Krez isə bu qərarın əleyhinə çıxır: “Mənə 
elə  gəlir ki, biz gərək çayı keçərək, ölkənin içərilərinə 
doğru irəliləyək. Onlar geri çəkildikcə biz irəliləyək. Mən 
bilən fars həyat tərzinin gözəllikləri və bizim aldığımız 
böyük həzz və ləzzətlər massagetlərə məlum deyil. Buna 
görə  də  mən düşünürəm ki, biz gərək öz düşərgəmizdə 
onlar üçün qonaqlıq düzəldək, çoxlu qoyun kəsək, 
masaların üstünə  şərab və cürbəcür yeməklər düzək. 
Bütün bunlardan sonra az miqdarda qoşunu orda 
saxlayıb, qalanları ilə çaya tərəf geri çəkilək.  Əgər mən 
öz düşüncəmdə yanılmıramsa, düşmən bu tələyə düşərək, 
özünü nemətlərimizin üstünə atacaq və bizim hünərlər 
göstərməmiz üçün şərait yaranacaqdır” (38). 
Kir Krezin təklifinə  tərəfdar çıxır. Tomrisə  xəbər 
göndərir ki, biz sənin ölkənə keçmək istəyirik, geri çəkil. 


131 
Tomris sözünə  əməl edərək qoşununu geri çəkir. Kir 
Krezin planı üzrə hərəkət edir və gözlədikləri kimi uğurla 
nəticələnir. Əvvəlcə farsların zəif ordusu üzərində qələbə 
çalan massagetlər Krezin dediyi kimi qələbəni qeyd 
etməyi də yaddan çıxarmırlar. Yeyib-içdikdən sonra 
onları yuxu tutur. Beləliklə, onlar yuxuda ikən farsların 
hücumuna məruz qalır, bir çoxları isə  əsir düşürlər. 
Massagetlərin sərkərdəsi, Tomrisin oğlu Sparqapis də 
əsir düşənlərin içərisində idi. Şərabın dumanı başından 
çəkilən kimi hansı  vəziyyətə düşdüyünü anlayan 
Sparqapis Kirdən  əllərini açdırmasını xahiş edir. Əlləri 
açılan kimi şahzadə özünü öldürür. 
Bu rəvayətdə  və ya tarixi hadisədə Tomrisin Kirə 
yalnız öz vətənini, elini sevən hökmdar kimi deyil, həm 
də bir ana kimi tələbli, hökmlü müraciəti oxucuda rəğbət 
hissi oyadır: “Qandan doymayan acgöz Kir, üzüm 
suyunun köməyi ilə qalib gəlməyinə öyünmə, özünüz 
üzüm suyu içirsiniz, qudurursunuz, qarnınız çaxırla 
dolduqca daha da boşboğaz olursunuz. Özünün çox 
hiyləgər olmağına və  oğlumu belə bir vasitə ilə  ələ 
keçirməyinə öyünmə, onu döyüş  və  hərbi  şücaətlə  ələ 
keçirməmişsən.  İndi mənə qulaq as, çünki dediklərim 
sənin xeyrinədir: oğlumu özümə qaytar və qoşunun 
üçüncü hissəsi ilə etdiyin bu cür həyasız rəftarının 
cəzasını almadan bizim ölkədən çıxıb get, əgər dediyimi 
etməsən, Günəşə, massagetlər hökmdarına and olsun ki, 
nə  qədər doymaz olsan da, mən səni qanla 
doyduracağam” (62, s.35). 
Bu ifadələrlə o, xalqımızın nəinki kişi, hətta qadın 
qəhrəmanlarının ümumiləşdirilmiş obrazını vermiş olur. 
Tomris ideal hökmdar olmaqla yanaşı, həssas qəlbə 
malik bir anadır. O, Kirin məsləhətə qulaq asmadığını 
bilən kimi öz qoşunu ilə farsların üzərinə hücuma keşir
onları  məğlub etdikdən sonra Kirdən amansız qisasını 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə