RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə35/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   31   32   33   34   35   36   37   38   ...   97

126 
Aristotel, Platon, Qız qalası haqqındakı  rəvayətləri çap 
etdirmişdir.  Əfsanə kimi çap olunan bu nümunələr 
əslində keçmişdə baş vermiş hadisələr və real tarixi 
şəxslər haqqında məlumat xarakteri daşıyır. Bu isə 
bilavasitə  rəvayətləri səciyyələndirən  əsas xüsusiyyətdir 
(26). 
Əsrlərdən bəri tarixçi, etnoqraf, arxeoloq və 
salnaməçilər öz əsərlərində xalq rəvayətlərindən ilkin 
mənbə kimi istifadə etmişlər. Bu baxımdan Herodotun 
“Tarix”  əsəri daha zəngindir.  Əsərdən bəlli olur ki
Herodot burada işlətdiyi müxtəlif tipli tarixi, toponimik 
rəvayətlərlə, canlı söyləyicilərlə söhbət  əsasında tanış 
olaraq, onlardan əsas qaynaq kimi bəhrələnmişdir. Bu 
cəhətdən “Tarix” əsərindəki iki rəvayət – “Astiaq” və 
“Tomris” xüsusi maraq doğurur. Tarixi qaynaqlar olaraq 
bu rəvayətlərin  əsas və başlıca ideyası  vətənpərvərlik, 
sülh və əmin-amanlığın təbliğidir. Astiaq, Mandana, Kir, 
Harpaq, Mitridat (“Astiaq”), Tomris, Qistapses, 
Sparqapses (“Tomris”) bu rəvayətlərin müxtəlif 
xarakterli surətləridir. Hər iki rəvayətin qəhrəmanları – 
Kir və Tomris tarixi şəxsiyyətlərdir. Rəvayətlərdəki 
hadisələrin gedişi də bunu açıq-aşkar sübut edir. 
Rəvayətlərin məzmununa diqqət yetirək: 
“Astiaq” rəvayətində göstərilir ki, Midiya padşahı 
Astiaqın Mandana adında bir qızı olur. Bir dəfə Astiaq 
yuxusunda görür ki, Mandananın ətrafında böyük bir göl 
əmələ  gələrək, Asiyanı basır. Midiyalıların maq 
tayfasından olan rəmmalları yuxunu belə yozurlar ki, 
Mandanadan doğulan uşaq məmləkətin süqutuna səbəb 
olan böyük bir padşah olacaqdır. Bu hadisədən qorxuya 
düşən Astiaq qızını Kambiz adlı yoxsul iranlıya ərə verir 
ki, doğulan uşaq hakimiyyəti  ələ keçirmək fıkrinə 
düşməsin. Midiyalıların təsəvvürünə görə, iranlılar 
midiyalıların qulu olduğundan, hakim və nəcib təbəqəyə 


127 
mənsub ola bilməzlər. Bu halda iranlıdan dünyaya gələn 
uşaq da heç zaman padşahlıq iddiasında ola bilməz. 
Hadisədən bir il keçir. Astiaq yenə yuxu görür ki, 
qızının bədənindən bir üzüm tənəyi göyərərək, bütün 
Asiyanı bürüyür. Rəmmallar bu yuxunu da əvvəlki kimi 
yozduqda, Astiaq qorxuya düşərək, qızını yanına 
çağırtdırır, doğulacaq uşağını öldürmək üçün onu ciddi 
nəzarətdə saxlayır. Uşaq anadan olandan sonra Astiaq 
uşağı yaxın adamı Harpağa verərək, onu öldürməyi 
tapşırır. Harpaq uşağı evinə  gətirir,  əhvalatı arvadına 
danışır və deyir ki, Astiaqın  əmrini yerinə yetirə 
bilməyəcək. Əvvəla ona görə ki, uşaq onun qohumudur, 
ikincisi də Astiaq qocalıb, oğlu da yoxdur. O, öləndən 
sonra taxt-tac qızına qalacaq. Qızı isə  oğlunun qisasını 
ondan mütləq alacaqdır. Harpaq çoban Mitridatı yanına 
çağırır, uşağı öldürməyi ona tapşırır. Mitridatın uşağı ölü 
doğulduğundan uşağı öldürməyib özü boyüdür. Ölü uşağı 
isə Harpağın adamlarına göstərərək  əmri yerinə 
yetirdiyini bildirir. Bu yolla Kir sağ qalır. 
Herodot “Tarix”inin sonrakı hissəsində Astiaqın 
taleyindən, Kirin hakimiyyətə gəlməsindən ətraflı şəkildə 
danışılır. 
Görkəmli alimlərdən M.Rəfıli,  M.H.Təhmasib, -
B.A.Turayev bu rəvayəti təhlil etmişlər. Tədqiqatçıların 
bu rəvayətə, xüsusən, Astiaq obrazına münasibəti fərqli 
və maraqlıdır. M.Rəfıli yazırdı: “Astiaqın təbiətindəki 
ehtiyatsızlığa və zülmkarlığa baxmayaraq, o, yenə  də 
rəvayətin sonunda bizim qarşımızda vətənini və xalqını 
sevən bir adam kimi canlandırılır... Astiaqı düşündürən 
şəxsən özünün məhv olması, yaxud tac və taxtını itirməsi 
deyil; o, bu taxtı midiyalı Harpağın özünə belə verməyə 
razı olardı. Astiaqı düşündürən ölkənin düşmən əlinə, yad 
istilaçıların  əlinə düşməsidir. O, Harpağı  ən alçaq adam 
kimi qiymətləndirmiş, çünki o, ana yurdunu düşmənlərə 


128 
satmış, onun xalqını istilaçılara təslim etmişdir. Harpaq 
Astiaqdan aldığı şəxsi intiqamla eyni zamanda vətəninin 
məhvinə  səbəb olmuş, ölkənin, xalqın azadlığını  şəxsi 
mənafeyinə qurban vermişdir. Rəvayətin quruluşu, süjeti 
bədii vəhdətə malikdir, yüksək bir sənət  əsəri kimi 
inkişaf edir. Hadisələr gərgin və maraqlı bir şəkildə 
davam edərək, təsvir olunan insanların təbiətini doğru və 
canlı cizgilərlə göstərir” (62, s.31-32). 
M.H.Təhmasib isə bu obraza fərqli mövqedən 
yanaşaraq yazırdı: “Astiaq əsərin ta əvvəlindən 
xudpəsənd, taxt-tac üçün rəzil cinayətə hazır olan bir 
hökmdar kimi görünür. O, doğma qızının yeganə balasını 
əlindən alır, öldürülməsinə  fərman verir. Ataya öz 
oğlunun  ətini yedirtdirmək kimi cəza tədbiri ilə 
despotizmin böyük bir sənətkar ehtirası ilə yaradılmış 
canlı heykəlini tamamlamış olur. Bu qədər vəhşi bir 
adam, həm də kütbeyindir. Hər addımda kahinlərə, 
yuxuyozanlara inanan Astiaq, nəhayət, Kirə qarşı 
çıxardığı ordunun başçılığını da Harpağa tapşırır. Lakin 
şahların çoxuna xas olan belə xasiyyətlərlə  bərabər, o, 
həm də çox ziddiyyətli yaradılmışdir. Əsərin sonunda o, 
Harpağa dediyi sözlərlə, hər nə olursa olsun vətənini, 
Midiyanı sevən bir hökmdar kimi yüksəlir” (62, s.33). 
M.H.Təhmasibin Astiaqla bağlı dolaşıq fikirləri ilə 
razılaşmaq mümkün deyil. Astiaq obrazına belə yanaşma 
səhvdir. Ataya öz oğlunun ətini yedizdirmə motivi yunan 
mətnlərində  də vardır. Yunan mətnlərindəki faktlardan 
fərqli olaraq, Astiaqın bu hərəkəti Midiya mətnində 
qanuni cəza kimi görünür. Tomrisin Kirə verdiyi cəza 
kimi Astiaqın da Harpağa verdiyi cəza düzgündür. O, 
hökmdar kimi Harpağı cəzasız qoymamalı idi.  
Herodotun Azərbaycanla bağlı qələmə aldığı ikinci 
maraqlı  rəvayət “Tomris”dir. “Tomris” haqqında  əsas 
məlumat onun “Tarix” əsərində qorunmuşdur. Onun on 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə