RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə33/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   29   30   31   32   33   34   35   36   ...   97

119 
epoxa kimi bitdikdən sonra, mif mətnləri inanc obyekti 
kimi öz dəyərini, sakral mahiyyətini itirdikdən sonra 
birbaşa  əfsanə  mətnlərinə transformasiya etmişdir” (46, 
s.71).  Əfsanələrdə mifdən yaranma prosesi diaxron 
olaraq baş verir. Rəvayətlərdə  də  hər hansı bir tarixi 
hadisə mətnin izahında əsas rol oynayır. İntəhası, həmin 
tarixi hadisənin gerçəkliyi əks etdirmə imkanları zamana 
tabe olduğundan hadisə ilə zaman arasındakı  əlaqə 
fantastikanın köməyi ilə  bədiiləşməyə  məruz qalır, ora 
yeni zamanın  əlavələri daxil olur (sinxron), tarixi 
qəhrəman folklorlaşır. Bu da rəvayətin əfsanə biçimində 
yenidən janrlaşmasına səbəb olur. İ.Abbaslı  rəvayətləri 
etimoloji rəvayətlər, izahlı rəvayətlər, real və yarımtarixi 
şəxsiyyətlərlə bağlı rəvayətlər adı ilə 3 qrupa bölür (1). 
Etimoloji rəvayətlər dar və geniş mənada mətndəki 
sözləri, ifadələri, hadisələri, ayrı-ayrı  əşyaların, 
predmetlərin adlarını, xalqın etnogenezisini, tarixi 
şəxsiyyətlərlə bağlı etnonimləri, qala adlarının mənşəyini 
və s. tarixi aspektdə əks etdirir. 
İzahlı  rəvayətlərdə dünyanın, kainatın, Ayın, 
Günəşin, ulduzların, dağların, dərələrin, çayların, 
bulaqların, bitki və heyvan adlarının necə yaranması 
haqda məlumatlar verilir. Belə  rəvayətlərin  əsas 
funksiyası orada təqdim olunan hadisəni etimoloji cəhət-
dən izah etməkdir.  İ.Abbaslı belə  rəvayətlərə “Ağca 
qala”, “Pir dağı”, “Daş çoban”, “Gəlin qaya”, Lələ 
haqqındakı rəvayətləri və s. daxil edir. 
Real və yarımtarixi 
şəxsiyyətlərlə bağlı 
rəvayətlərdə isə tarixi və  əfsanəvi  şəxsiyyətlərin 
həyatından bəhs edən folklorlaşmış süjetli mətnlərdə 
informasiyalar  əks etdirilir. Belə  şəxsiyyətlərdən Astiaq, 
Tomris, Teymurləng, Nadir şah, Hacı  Çələbi xan, 
Makedoniyalı  İsgəndər, Nuh peyğəmbər, Süleyman 
peyğəmbər, Oğuz xan haqqında söylənən rəvayətlər bu 


120 
bölgüyə daxil edilir. İ.Abbaslı belə rəvayətlərin özünü də 
padşahlar, hökmdarlar, alimlər, sənətçilər, müqəddəslər, 
övliyalar, el qəhrəmanları və başqalardan bəhs edən kiçik 
qruplara ayırır (1, s.15). Tədqiqatçının özünün də qeyd 
etdiyi kimi, bu bölgü təxmini bölgüdür. Bu bölgüyə dini 
mövzulu rəvayətləri və mifoloji rəvayətləri də  əlavə 
etmək olar. 
Məlumdur ki, əfsanələr mahiyyətcə  əsatirə çox 
yaxındır. Qeyd etmək lazımdır ki, əsatir yalnız Günəş, 
Ay, ulduz, tanrılar panteonu, bir sözlə, təbiətdə baş verən 
müxtəlif  əhvalat və hadisələr haqqında hekayələrin 
toplusundan ibarət deyil. Əsatir insanların təbiət və ya 
həyat hadisələrinə olan baxışını  əks etdirən  şifahi 
hekayələrdir. Həm  əsatir, həm də  əfsanənin  əsasında 
qeyri-adi, möcüzəli hadisələr dayanır. Bu nümunələr 
içərisində daha qədim olan və  bəşər tarixinin ilkin 
dövrlərində yaranmağa başlayan  əsatirlər mifin sırf 
fantaziya ünsürlərinə maiik olur. Əfsanələrdə isə gerçək 
tarixi hadisə və real coğrafı ərazi ilə bağlılıq vardır. 
Mif-əsatirə, həm də  əfsanələrə çevrilmələr 
xarakterikdir. Birincilərdə tanrının qüdrəti ilə heyvan, 
quş, torpaq, daş, su insana çevrilir. İkincilərdə isə əksinə, 
əxlaqi-etik normaların pozulması ilə insan çevrilib quş, 
daş, çay, göl olur. Rəvayətlər üçün bu cəhət – çevrilmə 
səciyyəvi deyil. Rəvayətlər daha çox real həyat həqiqətlə-
rinin təhkiyəsi formasında təzahür edir. Bu janrda 
həyatda baş vermiş real hadisələr yığcam  şəkildə  əks 
olunur. Rəvayətlərdə hadisələr nənənin nəvəyə, babanın 
nəvəyə danışığı şəklində nəql olunur. Bu janr özlüyündə 
bir sıra funksiyalara malikdir: 
 
1.   Şahidlik                                   5.  Tarixilik 
2.   Qoruyuculuq                           6.  Ənənəvilik 
3.  İzahedicilik                               7. Şifahilik 


121 
4.   Transformativlik                     8. Çoxvariantlılıq  
  9. Retrospektivlik və s. 
 
Hər hansı  şəxsin  şahidliyi yolu ilə  nəql oıunan 
rəvayətlər, eyni zamanda, özündə müəyyən tarixi faktları 
qoruyub saxlayır. Mətn həyatda mövcud hadisələrin 
başvermə  səbəbini, onun əsasında hansı  həqiqətlərin 
durduğunu izah edir. 
Rəvayətlər müəyyən dövr ərzində  şahid söhbətləri 
əsasında yaranaraq, ağızdan-ağıza, dildən-dilə keçərək 
müəyyən dəyişikliyə  uğrayır və  əsil zəminindən 
uzaqlaşaraq həqiqi mənasını itirir, əfsanələşir. Bu 
xüsusiyyət rəvayətlərdə transformativlik funksiyasını 
şərtləndirir. 
Rəvayətlərimizdə tarixi faktların qorunub 
saxlandığı danılmazdır. Elmi araşdırmalar zamanı 
rəvayətlər mühüm mənbə kimi əhəmiyyətlidir. Rəvayət 
hər hansı tarixi şəxsiyyət, yaxud tarixi hadisə haqqında 
məlumat verməklə  tədqiqata kömək etmiş olur. Misal 
üçün Nadir şah haqqında rəvayətlərin birində deyilir ki, 
“Nadir şah Tbilisi şəhərinə hücum edərkən Şəmkirdən bir 
neçə gözəl qızı seçib özü ilə aparır. Yerli əhalidən bir 
nəfər belə qorxusundan səsini çıxarmır. Bədir adlı elatın 
igid oğlu Nadir şahın üstünə at sürür və deyir: “Bu nə 
qeyrətdi? Nişanlı  qızları obasından ayırırsan?”. Qızları 
Nadir  şah geri qaytarır, lakin arxasınca qoşun göndərib, 
gələcəkdə təhlükə olar deyə Bədiri öldürtdürür” (39). 
Ənənəvilik rəvayətlərin  əsas funksiyalarından 
sayılır. Ənənədən kənarda yenilik ola bilməz. Rəvayətlər 
də tarixən malik olduğu ümumi qəlib əsasında nəsildən-
nəsilə  şifahi  şəkildə ötürülmüş, bunun əsasında bəzən 
dəyişikliyə  uğramış, yeni məzmun və formaya malik 
olmuşdur.  Ənənəvilik janrın tarixi-mədəni mövcudluğu-
nun  əsas poetik mexanizmlərindən birini ortaya qoyur. 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə