RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə29/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   25   26   27   28   29   30   31   32   ...   97

104 
EPİK ÜSLUBUN JANRLARI 
 
Atalar sözü və məsəllər. 
 Ən qədim dövrlərdə atalar sözü və  məsəllərin bir 
hissəsi mərasim folklorunun müəyyən elementlərinin 
(toy, yas və s.) hələ janrlaşmadığı şifahi üslubda daha çox 
əxlaqi nəticə, ümumiləşmiş fikir məzmunu daşımasından 
sonra formalaşmışdır. Bu prosesi daha da incələmiş ol-
saq, hələ mif-ritual dövründə atalar sözü və  məsəllərin 
şüurda formasının yaranması  və ritualdan (mərasimdən) 
doğan nəticənin mifopoetik şəkildə ifadə olunması 
qənaətindəyik. Atalar sözü və  məsəllər söz yaradıcılığı 
prosesi kimi ritual, etiqad və  mərasim düşüncəsinin 
məhsulu olaraq ortaya çıxmışdır. Atalar sözü və 
məsəllərin yaranma və inkişaf strukturunda bir neçə 
mərhələnin olması diqqət çəkir: 
1.
 
Ritual mərhələsi; 
2.
 
Əmək mərhələsi; 
3.
 
Təcrübə mərhələsi; 
4.
 
Sınaq mərhələsi; 
5.
 
Ümumiləşmə mərhələsi. 
Tarixən yaranan atalar sözü və  məsəllər ilk olaraq 
ritual və  əmək mərhələsi dövrlərindən keçmişdir. 
Təcrübə mərhələsi qədim insanların həyatında yaşla bağlı 
fizioloji xüsusiyyət kimi diqqəti cəlb edir. Sınaq 
mərhələsi müəyyən vərdişlərin, toplanmış həyat və əmək 
təcrübəsinin bir növ sınaqdan keçirilməsi və  əminlik 
qazanılması, ümumiləşmə  mərhələsi isə  əldə olunan 
nəticələrin yekunu, az sözlə çox məna ifadə etmək 
xüsusiyyətinin ortaya çıxması ilə bağlıdır. 
Atalar sözü və  məsəllərin  şifahi nitqdən yazıya 
alınması isə nisbətən çox sonrakı dövrlərə aiddir. Orxon-
Yenisey abidələrinin dilində atalar sözlərinin və 
məsəllərin işlənməsinə rast gəlirik. Sonrakı abidələrin – 


105 
“Oğuznamə”lərin mətnində atalar sözü və məsəllər ozan 
ədəbiyyatında fikri yığcam ifadə etmək vasitəsinə 
çevrilir. Atalar sözü və  məsəllərin toplanması isə XVI 
əsrin axırlarında Abbasqulu Marağayinin “Əmsali-
Türkanə” toplusunda, “Əkinçi” qəzetmin 1875 – 1877-ci 
illər nömrələrində öz əksini tapmışdır. Eyni zamanda 
SMOMPK məcmuəsində, XIX əsrdən başlayaraq, milli 
mətbuatda atalar sözü və  məsəllərin müxtəlif 
səviyyələrdə nəşrini görürük. 
Atalar sözü və  məsəlləri ilk dəfə toplu kimi 
M.Qəmərlinski çap etmişdir (1899). Sonrakı illərdə 
maarifçi pedaqoqların – F.Köçərlinin, 
A.O.Çernyayevskinin, R.Əfəndiyevin, A.Şaiqin və 
başqalarının bu sahədə böyük xidmətləri olmuşdur. 
Onların çap etdirdikləri dərslik,  ədəbiyyat və 
müntəğəbatlardakı atalar sözü və  məsəlləri, qədim 
dastanlarımızdakı atalar sözlərini də bu sıraya aid etmək 
olar.  
Atalar sözü və 
məsəllərin toplanmasında 
Əbdülqasım Hüseynzadənin və  Hənəfi Zeynallının 
xidmətləri təkcə toplayıcı kimi yox, tədqiqatçı kimi bu 
gün də xatırlanır. Bu qədər işlərin görülməsinə 
baxmayaraq, atalar sözü və  məsəllərin təsnifində  hələ 
qaneedici elmi nəticələr yoxdur. A.Nəbiyev atalar sözü 
və məsəlləri 4 qrupa bölür: 
- əmək haqqında; 
- vətən, dostluq və sədaqət haqqında; 
- əxlaq, tərbiyə, məhəbbət və gözəllik haqqında; 
- zülm, ədalət və qadın hüquqsuzluğu haqqında. 
Göründüyü kimi, bu bölgüdə atalar sözü və 
məsəllərin 10 növü öz əksini tapmışdır. O, əxlaq və 
tərbiyəyə aid atalar sözü və  məsəlləri də daxili 
qruplaşdırma apararaq belə bölür: 
- düzlük, sədaqət, doğruçuluq, yüksək  əxlaqi 


106 
keyfiyyətlər aşılayan atalar sözü və məsəllər; 
-  əməyə, Vətənə  məhəbbət oyadan atalar sözü və 
məsəllər; 
- böyüyə hörmət, vətənə etibarlılıq, sənətə, peşəyə 
yiyələnmək, saf məhəbbət və s. ilə bağlı yaranan atalar 
sözü və məsəllər. 
Mahmud Kaşqarlı isə “Divanu lüğat-it-türk”də 
atalar sözlərini mövzular üzrə  aşağıdakı kimi 
qruplaşdırır: 
- vətənpərvərlik; 
- əmək-əməksevərlik; 
- dostluq, həmrəylik və ayrılıq; 
- müdriklik və nadanlıq; 
- mərdlik və qorxaqlıq; 
- ehtiyatlılıq və tədbirlilik; 
- vəfadarlıq və xəyanətkarlıq; 
- ədəb və tərbiyə
- qədir və qiymət; 
- qonaqsevərlik; 
- yaxşılıq və yamanlıq; 
- doğruluq və münafiqlik; 
- qənaət, səbir və səbirsizlik; 
- sağlıq və salamatlıq; 
- lovğalıq və peşmanlıq; 
- insaf, ədalət, zülm və ədalətsizlik; 
- səxavətlilik və xəsislik; 
- bəxt və bəxtsizlik; 
- tənlik (bərabərlik); 
- təbii və qanuni hadisələr; 
- dini əlamət və etiqad (36, s.28). 
Atalar sözü və məsəllərin məzmununa, mövzusuna 
və ideyasına görə  təsnif edilməsində  fərqlər çoxdur. 
A.Nəbiyev təklif edir ki, çoxmənalı atalar sözü və 
məsəllər qabarıq mənalarına görə təsnif edilsin. Məsələn, 


107 
əmək haqqında,  əxlaq-tərbiyə, məhəbbət və gözəllik 
haqqında, vətən, dostluq, sədaqət haqqında, zülm, ədalət, 
qadın hüququ haqqında və s. Paşa  Əfəndiyev isə atalar 
sözü və  məsəlləri ideya və  məzmununa görə 
qruplaşdırmağı əsas götürür. 
Diqqətlə fikir verəndə atalar sözü və məsəllər kiçik 
janrlarla böyük janrlar arasında keçid mərhələsi, körpü 
kimi xarakterizə oluna bilər. Eyni zamanda lirik növdən 
epik növə keçiddə atalar sözü özünün yaşamaq hüququnu 
qorumalı olmuşdur. Onun epik növə yaxınlığı atalar 
sözünün inkişafına təsir etmiş oldu. 
Atalar sözü və  məsəllərin işləmə mexanizmi, 
məzmundakı  məntiqilik onun hamı  tərəfindən başa 
düşülməsində, daha çox təkrar olunmasında və  qəbul 
edilməsində, yaddaşlardan keçərək toplum üçün işlək 
formaya çevrilməsində  təsdiqini tapır. Belə bir müdrik 
kəlam var: söz dildən doymur, dil sözdən. Bu ifadə atalar 
sözü və məsəllərin formulunu ifadə edir. 
Atalar sözü və məsəllər danışıq dilində fikrin daha 
təsirli olmasına xidmət edir. Çünki belə ifadələr uzun 
əsrlərin təcrübəsi əsasında formalaşdığından onların təsir 
qüvvəsi qarşı  tərəf üçün inandırıcı rol oynayır. Atalar 
sözü və məsəllərin şifahi nitqdə istifadə olunması harada 
və nə zaman, hansı səbəbdən işlədilməsindən asılıdır. Bu 
onların üslubi xüsusiyyətlərindən irəli gəlir. Məsələn, 
atalar sözü başa salmaq, nəsihət vermək, ibrət götürmək 
məzmununda tez-tez çəkilirsə, məsəllərdə bu üslubi 
imkanlar özünü yarımçıq şəkildə göstərir. Atalar sözündə 
böyük ümumiləşdirməyə, məsəllərdə isə fikirin qısa 
şəkildə, məcazi ifadə olunmasına rast gəlirik. “Yüz ölç 
bir biç” məsəlində fikir məzmunu birbaşa, qəti  şəkildə 
izah edir. “Asta gedən çox gedər” atalar sözündə isə 
fikirin təsir qüvvəsi ümumiləşmiş dolayı  şəkildədir. 
Məhz məzmun xüsusiyyətlərinə görə  məsəllər və atalar 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə