RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə30/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   26   27   28   29   30   31   32   33   ...   97

108 
sözləri arasında olan fərqi seçə bilirik. “Araz aşığından, 
Kür topuğundan” məsəlində fikirin emosional ifadəsi ona 
atalar sözü yerində  işlənməyə imkan vermir. Burada 
emosiya məzmunu üstələdiyindən obyektə münasibət 
dolayısı ilə göstərilir.  Əgər məsəllərdə  məzmun qəti 
şəkildə öz ifadəsini tapırsa, o, tam formalaşmış şəkildədir 
və onun atalar sözünə çevrilməsi imkanı yoxdur. Amma 
elə məsəllərə də rast gəlirik ki, onlarda fikir yarımçıqlığı 
vardır, obyektə, hadisəyə münasibət zəifdir. Belə 
məsəlləri tamamlamaq, fikiri qüvvətləndirmək və atalar 
sözünə çevirmək hər zaman mümkündür. Belə məsəllərə 
qrammatik  şəkilçi və ya tamamlayıcı söz artırsaq, asan-
lıqla atalar sözünə çevirmək olar. “Dişsiz ağız, daşsız 
dəyirman” məsəldirsə, “kimidir” tamamlayıcı ifadəsi onu 
atalar sözünə döndərər. 
Deməli, məsəllərin yaranma prosesində üç şərt 
tələb oluna bilər: fikirin qəti  şəkildə birbaşa ifadəsi, 
fikirin dolayı ifadəsi və məzmunun yarımçıq ifadəsi. 
Birinci  şərt (fikirin qəti  şəkildə birbaşa ifadəsi) 
məsəllərin  şəklini dəyişməz edir; ikinci şərt (fikirin 
dolayı ifadəsi) məsəlləri hissi-emosional səviyyədə 
formalaşdırır, birinci və ikinci şərt məzmunlu məsəllər 
atalar sözünə çevrilə bilmir; üçüncü şərt (məzmunun 
yarımçıq ifadəsi) isə  məsəllərin atalar sözü kimi 
formalaşmaq imkanını nəzərdə tutur. 
Qısaca məsəllərin ifadə etdiyi üç şərti göstərdik, bu 
şərtlər daha çox ola bilər. Bu üç şərtdən istifadə edib 
atalar sözü və  məsəllərin oxşar və  fərqli cəhətlərini 
tapmaq olar: 
- birinci şərt məzmunlu məsəllərdə fikir 
ümumiləşmişdir; 
- atalar sözü də ümumiləşmiş fikiri ifadə edir; 
- ikinci şərt məzmunlu məsəllərdə obyektə
hadisəyə zəif işarə edilir; 


109 
- atalar sözündə obyektə, hadisəyə birbaşa işarə 
edilir; 
- üçüncü şərt məzmunlu məsəllər ilə uyğun atalar 
sözündə fikir oxşarlığı vardır (“Ayrı qardaş – yad qonşu” 
və “Yaxın qonşu uzaq qohumdan irəlidir” məsəl və atalar 
sözündə fikir yaxınlığı hiss edilir). 
Bu deyilənlərdən belə  nəticəyə  gəlmək olar ki, 
atalar sözü və  məsəllər fikirin həqiqi və  məcazi 
mənasında işlənə bilər. 
Atalar sözündə bitmiş bir fikir və hökm ifadə 
olunur (“Səbir bəlaya qarşı ibadətdir” atalar sözündə 
olduğu kimi). Məsəllərdə isə fikrin tamamlanmasına 
ehtiyac hiss olunur. Məsələn, “Hər  şeyin təzəsi, dostun 
köhnəsi”, “Dişsiz ağız, daşsız dəyirman” kimi məsəllərdə 
məna başa düşülsə  də, onun qrammatik cəhətdən 
tamamlanmasına ehtiyac vardır. Məsəllər mənanın 
qrammatik cəhətdən tamamlanması  nəticəsində atalar 
sözünə çevrilə bilir. 
Atalar sözü və məsəllərin yaranmasında bayatıların, 
məşhur lətifələrin, tapmacaların rol oynaması barədə bu 
vaxta qədər az yazılmışdır. Bu, olduqca ciddi məsələdir 
və dərin tədqiqata ehtiyacı vardır. Atalar sözü və məsəllər 
lakonik bir janrdır. Atalar sözündə fikrin bədii ifadəsi bir 
misranın (bəzən də yarıya bölünmüş iki misranın) içində 
verilir: “Dəryaca ağlın olsa, kasıb olsan gülərlər”. Bu 
misra iki bərabər hissəyə ayrıla bilir (7 hecalı), eynilə 
bayatının 3 və 4-cü misralarındakı kimidir. Başqa atalar 
sözlərində də hecaların eyni sayda bölünməsini müşahidə 
edə bilərik. 
 
Rəvayətlər. 
 Əfsanələrdə təsnifat məsələləri geniş öyrənilsə də
rəvayətlərin təsnif olunmasına az cəhdlər edilmişdir. 
Rəvayətlərin təsnif olunmasının bəzi çətinlikləri vardır. 


110 
Ən əsas səbəb həmin janrın az tədqiq olunmasıdır. Məhz 
rəvayətlərin janr spesifikası, tipoloji və semantik 
xüsusiyyətləri öyrənildikdən sonra onların təsnifi 
haqqında geniş danışmaq olar. 
Epik üslubda yaranan rəvayətləri,  əfsanələri və 
lətifələri bir-biri ilə tutuşdursaq belə nəticəyə gələrik ki, 
rəvayətlərdə  əsas  şərt tarixilikdir, ən çox da bu tarixilik 
müəyyən gümanlara əsaslanmaqla olmuş hadisələrlə 
bağlıdır. Müdrik adamların, alimlərin, yazıçıların, 
hökmdarların həyatı, fəaliyyəti rəvayətlərin mövzusu 
olmuşdur. Mifoloji, dini və tarixi rəvayətlər özlərinin 
yaranma üsullarına görə bir-biriləri ilə eynilik təşkil 
edirlər. Əfsanə mətni etioloji cəhətdən izah edir. Rəvayət 
isə  mətn haqqında məlumat verir. Rəvayətlər baş verən 
hadisənin haqqında məlumat verərkən kiməsə istinad 
edir. Rəvayətdə məlumat verən konkret şəxs də ola bilər, 
əhvalat naməlum adamın da adına bağlana bilər. 
Rəvayətdə 
məchulluğu ifadə edən “deyirlər”, 
“söyləyirlər”, “rəvayət edirlər” kimi şəhadətlərdir. Buna 
görə  də  rəvayətlərin həqiqət olduğuna  şəhadət verən alt 
məzmuna və nisbətən təhrif olunmuş hissəyə malik 
olmasını düşünmək olar. A.Nəbiyev rəvayətləri 3 qrupa 
bölür:  əxlaqi-ibrətamiz rəvayətlər, toponimik rəvayətlər, 
dini rəvayətlər. O, folklorşünaslıqda ilk dəfə olaraq 
rəvayətlərin təsnifatını verir. Bu təsnifat bütün rəvayətləri 
əhatə etməsə  də, uğurlu cəhddir. Xüsusilə toponimik 
rəvayətlərin araşdırılması zamanı onların toponimik 
əfsanələrdən fərqi, nəqlolunma xüsusiyyətləri, hadisənin 
başvermə  səbəbi və s. cəhətlərin tədqiqi rəvayət 
probleminin öyrənilməsinə kömək etmiş olar. Bu 
dediklərimizi dini rəvayətlərə  də aid edə bilərik. Dini 
əfsanələrlə dini rəvayətlərin fərqləndirilməsi də bu 
səbəbdən gələcək araşdırmaların üzərinə düşür. Onu 
demək olar ki, dini rəvayətlər də kiminsə  şahidliyinə  və 


111 
ya səhih hədislərə əsaslanır. 
Rəvayət təhkiyə  əsasında qurulur, yəni olmuş  hər 
hansı bir əhvalata şahidlik edərək, onu təkrar söyləyirlər. 
Burada təhkiyənin  əsasında yenə  təhkiyə, nəqletmə  və 
şahidlik durur. Məsələn, babam deyirdi ki, onun babası 
danışırdı ki və s. Rəvayətdə zaman çevrəsi 2-3 nəsil 
arasında söylənilən  əhvalatı  əhatə edir. Rəvayətdə 
əvvəlki danışanla sonrakı danışan arasındakı  əlaqə 
obyekt və mövzuya olan baxışla ölçülür. Daha doğrusu, 
baxış eynidir, mövzunun dairəsi kiçildilmədən nəsildən-
nəsilə ötürülərək kiçik ştrixlərlə tamamlanır. Mifdə  və 
əfsanədə bədiilik olduğu halda, rəvayətdə bədiilik bəzək-
düzəksiz, söyləyicinin fakta münasibətində aşkar olunur. 
Məsələn,  əfsanədə çevrilmə  bədiiliyə xidmət edir, 
rəvayətdə isə belə deyildir. Rəvayətdə  bədiilik mətnin 
daxilindədir. Əfsanələrdə motiv süjetə tam çevrilə bilmir
bəsitdir, rəvayətlərdə isə süjet xətti qurulur. Rəvayətlər 
ağızdan-ağıza keçərək ilkin məzmunundan uzaqlaşır, 
bədii dəyişikliyə  uğrayaraq  şahid söhbətləri kimi 
formalaşmaqda davab edir.  
İ.Abbaslı isə rəvayətləri etimoloji rəvayətlər, izahlı 
rəvayətlər, real və yarımtarixi  şəxsiyyətlərlə bağlı 
rəvayətlər adı ilə 3 qrupa bölür (1).  
Etimoloji rəvayətlər dar və geniş mənada mətndəki 
sözləri, ifadələri, hadisələri, ayrı-ayrı  əşyaların, 
predmetlərin adlarını, xalqın etnogenezisini, tarixi 
şəxsiyyətlərlə bağlı etnonimləri, qala adlarının mənşəyini 
və s. tarixi aspektdə əks etdirir. 
İzahlı  rəvayətlərdə isə dünyanın, kainatın, Ayın, 
Günəşin, ulduzların, dağların, dərələrin, çayların, 
bulaqların, bitki və heyvan adlarının necə yaranması 
haqda məlumatlar verilir. Belə  rəvayətlərin  əsas 
funksiyası orada təqdim olunan hadisəni etimoloji 
cəhətdən izah etməkdir. Belə  rəvayətlərə “Ağca qala”, 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə