108
sözləri arasında olan fərqi seçə bilirik. “Araz aşığından,
Kür topuğundan” məsəlində fikirin emosional ifadəsi ona
atalar sözü yerində işlənməyə imkan vermir. Burada
emosiya məzmunu üstələdiyindən obyektə münasibət
dolayısı ilə göstərilir. Əgər məsəllərdə məzmun qəti
şəkildə öz ifadəsini tapırsa, o, tam formalaşmış şəkildədir
və onun atalar sözünə çevrilməsi imkanı yoxdur. Amma
elə məsəllərə də rast gəlirik ki, onlarda fikir yarımçıqlığı
vardır, obyektə, hadisəyə münasibət zəifdir. Belə
məsəlləri tamamlamaq, fikiri qüvvətləndirmək və atalar
sözünə çevirmək hər zaman mümkündür. Belə məsəllərə
qrammatik şəkilçi və ya tamamlayıcı söz artırsaq, asan-
lıqla atalar sözünə çevirmək olar. “Dişsiz ağız, daşsız
dəyirman” məsəldirsə, “kimidir” tamamlayıcı ifadəsi onu
atalar sözünə döndərər.
Deməli, məsəllərin yaranma prosesində üç şərt
tələb oluna bilər: fikirin qəti şəkildə birbaşa ifadəsi,
fikirin dolayı ifadəsi və məzmunun yarımçıq ifadəsi.
Birinci şərt (fikirin qəti şəkildə birbaşa ifadəsi)
məsəllərin şəklini dəyişməz edir; ikinci şərt (fikirin
dolayı ifadəsi) məsəlləri hissi-emosional səviyyədə
formalaşdırır, birinci və ikinci şərt məzmunlu məsəllər
atalar sözünə çevrilə bilmir; üçüncü şərt (məzmunun
yarımçıq ifadəsi) isə məsəllərin atalar sözü kimi
formalaşmaq imkanını nəzərdə tutur.
Qısaca məsəllərin ifadə etdiyi üç şərti göstərdik, bu
şərtlər daha çox ola bilər. Bu üç şərtdən istifadə edib
atalar sözü və məsəllərin oxşar və fərqli cəhətlərini
tapmaq olar:
- birinci şərt məzmunlu məsəllərdə fikir
ümumiləşmişdir;
- atalar sözü də ümumiləşmiş fikiri ifadə edir;
- ikinci şərt məzmunlu məsəllərdə obyektə,
hadisəyə zəif işarə edilir;
109
- atalar sözündə obyektə, hadisəyə birbaşa işarə
edilir;
- üçüncü şərt məzmunlu məsəllər ilə uyğun atalar
sözündə fikir oxşarlığı vardır (“Ayrı qardaş – yad qonşu”
və “Yaxın qonşu uzaq qohumdan irəlidir” məsəl və atalar
sözündə fikir yaxınlığı hiss edilir).
Bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki,
atalar sözü və məsəllər fikirin həqiqi və məcazi
mənasında işlənə bilər.
Atalar sözündə bitmiş bir fikir və hökm ifadə
olunur (“Səbir bəlaya qarşı ibadətdir” atalar sözündə
olduğu kimi). Məsəllərdə isə fikrin tamamlanmasına
ehtiyac hiss olunur. Məsələn, “Hər şeyin təzəsi, dostun
köhnəsi”, “Dişsiz ağız, daşsız dəyirman” kimi məsəllərdə
məna başa düşülsə də, onun qrammatik cəhətdən
tamamlanmasına ehtiyac vardır. Məsəllər mənanın
qrammatik cəhətdən tamamlanması nəticəsində atalar
sözünə çevrilə bilir.
Atalar sözü və məsəllərin yaranmasında bayatıların,
məşhur lətifələrin, tapmacaların rol oynaması barədə bu
vaxta qədər az yazılmışdır. Bu, olduqca ciddi məsələdir
və dərin tədqiqata ehtiyacı vardır. Atalar sözü və məsəllər
lakonik bir janrdır. Atalar sözündə fikrin bədii ifadəsi bir
misranın (bəzən də yarıya bölünmüş iki misranın) içində
verilir: “Dəryaca ağlın olsa, kasıb olsan gülərlər”. Bu
misra iki bərabər hissəyə ayrıla bilir (7 hecalı), eynilə
bayatının 3 və 4-cü misralarındakı kimidir. Başqa atalar
sözlərində də hecaların eyni sayda bölünməsini müşahidə
edə bilərik.
Rəvayətlər.
Əfsanələrdə təsnifat məsələləri geniş öyrənilsə də,
rəvayətlərin təsnif olunmasına az cəhdlər edilmişdir.
Rəvayətlərin təsnif olunmasının bəzi çətinlikləri vardır.
110
Ən əsas səbəb həmin janrın az tədqiq olunmasıdır. Məhz
rəvayətlərin janr spesifikası, tipoloji və semantik
xüsusiyyətləri öyrənildikdən sonra onların təsnifi
haqqında geniş danışmaq olar.
Epik üslubda yaranan rəvayətləri, əfsanələri və
lətifələri bir-biri ilə tutuşdursaq belə nəticəyə gələrik ki,
rəvayətlərdə əsas şərt tarixilikdir, ən çox da bu tarixilik
müəyyən gümanlara əsaslanmaqla olmuş hadisələrlə
bağlıdır. Müdrik adamların, alimlərin, yazıçıların,
hökmdarların həyatı, fəaliyyəti rəvayətlərin mövzusu
olmuşdur. Mifoloji, dini və tarixi rəvayətlər özlərinin
yaranma üsullarına görə bir-biriləri ilə eynilik təşkil
edirlər. Əfsanə mətni etioloji cəhətdən izah edir. Rəvayət
isə mətn haqqında məlumat verir. Rəvayətlər baş verən
hadisənin haqqında məlumat verərkən kiməsə istinad
edir. Rəvayətdə məlumat verən konkret şəxs də ola bilər,
əhvalat naməlum adamın da adına bağlana bilər.
Rəvayətdə
məchulluğu ifadə edən “deyirlər”,
“söyləyirlər”, “rəvayət edirlər” kimi şəhadətlərdir. Buna
görə də rəvayətlərin həqiqət olduğuna şəhadət verən alt
məzmuna və nisbətən təhrif olunmuş hissəyə malik
olmasını düşünmək olar. A.Nəbiyev rəvayətləri 3 qrupa
bölür: əxlaqi-ibrətamiz rəvayətlər, toponimik rəvayətlər,
dini rəvayətlər. O, folklorşünaslıqda ilk dəfə olaraq
rəvayətlərin təsnifatını verir. Bu təsnifat bütün rəvayətləri
əhatə etməsə də, uğurlu cəhddir. Xüsusilə toponimik
rəvayətlərin araşdırılması zamanı onların toponimik
əfsanələrdən fərqi, nəqlolunma xüsusiyyətləri, hadisənin
başvermə səbəbi və s. cəhətlərin tədqiqi rəvayət
probleminin öyrənilməsinə kömək etmiş olar. Bu
dediklərimizi dini rəvayətlərə də aid edə bilərik. Dini
əfsanələrlə dini rəvayətlərin fərqləndirilməsi də bu
səbəbdən gələcək araşdırmaların üzərinə düşür. Onu
demək olar ki, dini rəvayətlər də kiminsə şahidliyinə və
111
ya səhih hədislərə əsaslanır.
Rəvayət təhkiyə əsasında qurulur, yəni olmuş hər
hansı bir əhvalata şahidlik edərək, onu təkrar söyləyirlər.
Burada təhkiyənin əsasında yenə təhkiyə, nəqletmə və
şahidlik durur. Məsələn, babam deyirdi ki, onun babası
danışırdı ki və s. Rəvayətdə zaman çevrəsi 2-3 nəsil
arasında söylənilən əhvalatı əhatə edir. Rəvayətdə
əvvəlki danışanla sonrakı danışan arasındakı əlaqə
obyekt və mövzuya olan baxışla ölçülür. Daha doğrusu,
baxış eynidir, mövzunun dairəsi kiçildilmədən nəsildən-
nəsilə ötürülərək kiçik ştrixlərlə tamamlanır. Mifdə və
əfsanədə bədiilik olduğu halda, rəvayətdə bədiilik bəzək-
düzəksiz, söyləyicinin fakta münasibətində aşkar olunur.
Məsələn, əfsanədə çevrilmə bədiiliyə xidmət edir,
rəvayətdə isə belə deyildir. Rəvayətdə bədiilik mətnin
daxilindədir. Əfsanələrdə motiv süjetə tam çevrilə bilmir,
bəsitdir, rəvayətlərdə isə süjet xətti qurulur. Rəvayətlər
ağızdan-ağıza keçərək ilkin məzmunundan uzaqlaşır,
bədii dəyişikliyə uğrayaraq şahid söhbətləri kimi
formalaşmaqda davab edir.
İ.Abbaslı isə rəvayətləri etimoloji rəvayətlər, izahlı
rəvayətlər, real və yarımtarixi şəxsiyyətlərlə bağlı
rəvayətlər adı ilə 3 qrupa bölür (1).
Etimoloji rəvayətlər dar və geniş mənada mətndəki
sözləri, ifadələri, hadisələri, ayrı-ayrı əşyaların,
predmetlərin adlarını, xalqın etnogenezisini, tarixi
şəxsiyyətlərlə bağlı etnonimləri, qala adlarının mənşəyini
və s. tarixi aspektdə əks etdirir.
İzahlı rəvayətlərdə isə dünyanın, kainatın, Ayın,
Günəşin, ulduzların, dağların, dərələrin, çayların,
bulaqların, bitki və heyvan adlarının necə yaranması
haqda məlumatlar verilir. Belə rəvayətlərin əsas
funksiyası orada təqdim olunan hadisəni etimoloji
cəhətdən izah etməkdir. Belə rəvayətlərə “Ağca qala”,
Dostları ilə paylaş: |