RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə28/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   24   25   26   27   28   29   30   31   ...   97

100 
mərasim nəğmələri ilə bağlı olmuş, onun janr kimi 
formalaşmasına bu nəğmələr kömək etmişdir. Məsələn, 
keçmişdə  Şəkinin toy nəğmələrində qarşı-qarşıya duran 
tərəflər bəyin və gəlinin adamları kimi deyişir, oğlan evi 
bu deyişmədə qalib gələnə  qədər nəğmələr oxunurdu. 
Məhz xalq dramlarının kökünü təşkil edən bu ayin-
nəğmələr sonralar müxtəlif bayramlara tətbiq edilərək 
daha da ictimailəşdirilmişdir. Deməli, xalq dramlarının 
geniş yayılmasının  əsas səbəbi onun ictimai məzmun 
daşıması idi. Xalq dram və oyunlarını ideya və 
məzmununa görə belə  təsnif edirlər: 1. Mərasimlər və 
oyunlarla bağlı dramlar; 2. İctimai məzmunlu dramlar;  
3. Məişət dramları. Bu təsnifin içərisində ən çox yayılan 
qədim görüş  və etiqadları, oyun və  mərasimləri  əks 
etdirənlərdir və bunların kökü ən qədim zamanlara gedib 
çıxır.  Əgər fikirləşsək ki, əmək nəğmələrində, 
bayatılarda, laylalarda və s. insan özü özü ilə dialoqda 
olur, dramatik vəziyyətləri yaşayır,  şübhə qalmaz ki, 
insan hər hansı bir mərasimi və oyunu qarşı tərəfin passiv 
iştirakı ilə həyata keçirir (ana balası ilə, sağıcı heyvan ilə 
və s.). Məhz bu deyişmələrdəki xorla deyilən sözlər bədii 
yaradıcılıq kimi həm də  məzhəkə, gülüş xarakteri 
daşımış, teatral ünsürlərlə müşayiət olunmuşdur. Bu 
zaman istifadə olunan yeddi biçimli şeir parçaları 
sonradan bayatı şəklinə düşərək müstəqil forma almışdır. 
Məsələn, iştirakçıların “Bənövşə” oyunun əvvəlində 
söylədiyi “Bənövşə, bəndə düşə, sizdən bizə kim düşə, 
adı gözəl, özü gözəl Aybəniz”  şeirinin bayatı ahəngi ilə 
yaxınlığı vardır. Bu oyunun rəqs və musiqi ilə müşayiət 
olunması qədim ritual görüşlərindəki adətləri sanki təkrar 
etməkdədir. Məsələn, “Dağla aranın deyişməsi” 
nəğməsində xalq dramının izləri qorunmaqdadır. Onun 
süjeti mərasim nəğməsidir. 
 


101 
Xalq oyunları.  
Folklor janrlarını bir müstəvidə birləşdirən onların 
məişət həyatı ilə bağlılığıdır. Məişət psixologiyası bütün 
folklor janrlarına sirayət edərək xalqın estetik zövqünün 
cilalanmasında, bədii nümunələrin yaranmasında iştirak 
edir. Bu xüsusiyyət daha çox xalq oyunlarında, tamaşa və 
məzhəkələrdə yaşanılır. Xalq oyunlarının da tarixi 
folklorun tarixi qədər qədimdir. Bu oyunlar əyləncə 
xarakteri daşısa da, onlar kütləvi  şəkil alaraq süjetli 
tamaşalar kimi xalq yaradıcılığına daxil olmuşdur. Buna 
görə  də onların tarixini müəyyənləşdirmək, başqa ilkin 
janrlarla  əlaqəsini öyrənmək çətindir. Belə düşünmək 
olar ki, ilk meydan tamaşaları sehirbazlıqla məşğul 
olanların öz sənətini nümayiş etdirməsi ilə bağlı 
olmuşdur. Onların pantomim hərəkətləri də meydan 
tamaşalarında ilk ünsürlərdən biri olmuşdur ki, sonradan 
müstəqil pantomim səhnələrin qurulmasında,  əl-qol 
hərəkətləri, mimikalarla bağlı səhnələrin oynanılmasında, 
hətta süjetli rəqslərdə fikrin ifadəsinə  əsaslanmışdır. 
“Yallı” rəqsinin formalaşmasında oğuzlar içərisində 
yayılan “Yelli” adlanan ritual rəqslər rol oynayır (19, 
s.83).  
Bu gün meydan tamaşalarına aşağıdakıları daxil 
edirlər: cıdır tamaşaları, zorxana tamaşaları, kəndirbaz 
oyunları,  əyləncə tamaşaları, qaraçı tamaşaları, fərdi 
tamaşalar. Bu əyləncə-tamaşaların içərisində  qədim 
əcdadlarımıza  ən yaxın olan cıdır tamaşalarıdır. “Cıdır 
tamaşaları əmək mövsümlərinin qurtarması və ya başlan-
ması, habelə yazın gəlişi ilə  əlaqədar keçirilərdi”. Hətta 
qədim toylarda cıdır yarışları xüsusi toyqabağı  mərhələ 
idi ki, burada da cavanlar öz şücaətlərini göstərir, atlarını 
öyürdülər. Cıdırda qalib gəlməklə  hər bir cavan özünün 
mahir minici olmasını sübut edirdi. Sonradan cıdır 
yarışlarının miqyası genişlənmiş, adqoyma, bəylik 


102 
vermə, qız seçmə  və s. mərasimlərinin də  tərkib 
hissəsində aparıcı ünsürə çevrilmişdir. Məsələn, 
sevdikləri qızın tərifini qazanmaq üçün cavanlar cıdır 
yarışında öz hünərlərini göstərərmişlər. Cıdır yarışlarında 
iştirak etməzdən qabaq cavanlar öz atlarını öyən 
nəğmələr oxuyardılar. 
 
Qaşovlaram belini, 
Sığallaram telini, 
Mənim vəfalı atım, 
Ümid yerim, muradım. 
Yalmanına yataram, 
Darda olsan çataram, 
Mənim vəfalı atım, 
Ümid yerim, muradım. 
Səfərdə yoldaşımsan, 
Qardaşım, sirdaşımsan, 
Mənim vəfalı atım, 
Ümid yerim, muradım.  
 
Bir də onu deməyi özümüzə borc bilirik ki, o vaxtın 
cıdır yarışları indiki cıdır yarışlarından  əhəmiyyətli 
dərəcədə fərqlənirmiş. 
Meydan tamaşalarının içində  məşhur olanlardan 
biri də zorxana tamaşaları idi. Zorxana tamaşaları 
Azərbaycanda  ən qədim dövrlərdən yayılmışdı. Bu, 
pəhləvanlıqla bağlı keçirilən böyük xalq bayramı idi. Bu 
meydan tamaşası bir vaxtlar Şəkidə daha geniş vüsət 
almışdı. Şəkidə böyük zorxana meydanı var idi.  
Zorxanalar pəhləvan güləşmələrinin meydanı olsa 
da, sim pəhləvanlarının da meydanı  kəndir idi. Onlar 
kəndir üstündə müəyyən akrobatik hərəkətlər 
göstərərdilər. Sim pəhləvanlarından başqa kəndirbazlıq 
edən oyunçular sim üzərində musiqinin ahənginə uyğun 


103 
olaraq rəqs edərdilər. Kəndirbazlıq tamaşalarında camaatı 
ən çox güldürən təlxək olardı.  
Vaxtilə Azərbaycanda toy və bayramlarda ictimai 
məzmun daşıyan oyunların icra edildiyi bizə  məlumdur. 
Keçmişdə Azərbaycanda toylarda “Xan-xan” oyununun 
(yaxud “Xan-vəzir” oyunu da deyilir) oynanması  qədim 
adət kimi toylarda toy xanının seçilməsini və  hər cür 
imtiyaza malik olmasını bir daha aşkara çıxarır. 
Anadoluda yaşayan türkmənlərin məişətində bu adətin 
qalması da “Xan-xan” oyununun əski dövrlərlə üst-üstə 
düşdüyünü sübut edir. 
S.Mümtaz göstərir ki, “Xan-xan” oyunu toylarda o 
qədər ciddi xarakter alırdı ki, hətta hökumət adamları da 
“bir saatlıq xəlifə”nin  əmrlərinə tabe olurdular, bu 
dramatik səhnədə onlar da cəzalandırılırdılar. 
Məişət mərasimlərinin geniş  şəkil alması onların 
tərkib hissəsi kimi güləşmə, atçapma, daşqaldırma, 
gözbağlıca kimi milli adət-ənənələrin davam 
etdirilməsindən bilavasitə asılıdır. Zorxana oyunlarının 
və digər oyunların geniş yayılması Azərbaycanda 
meydan tamaşalarının da təşkil edilməsindən xəbər verir. 
Azərbaycan folklorunda xalq dramları daha 
islahedici xarakterə malikdir. “Aşna”, “Bic nökər”, 
“Tapdıq çoban” kimi xalq dramlarının iştirakçıları  ər, 
arvad, aşiq və s. olur. Azərbaycan xalq dramlarından olan 
“Tənbəl qardaş”, “Əkəndə yox, biçəndə yox, yeyəndə 
ortaq qardaş”, “Xan-xan” kimi tamaşalarda ictimai 
məzmun daha qabarıq verilir və  iştirakçılar da xalq 
içərisindən çıxmış məzhəkəçilərdir. 
Bütün bunlar göstərir ki, folklorda ənənə və varislik 
problemi hər bir xalqın özünə  məxsus olsa da, onların 
bir-biri ilə qarşılıqlı münasibəti folklorun bütün 
növlərində, janrlarında keçici xasiyyətdə olmuş, milli 
dəyərlərin inkişafında rol oynamışdır. 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə