RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə25/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   21   22   23   24   25   26   27   28   ...   97

89 
Sonra bu şəkilçi cəmlik  şəkilçisi kimi təsbit olunaraq 
qurd sözünün adında qalmışdır. 
V.Vəliyev də “bayatı” sözünün qəbilə adından 
götürüldüyünə şübhə etmir. Lakin qəbilə adından çox bu 
sözün tanrı adı olduğu ehtimalı da vardır.  İraq 
ədəbiyyatşünası  Şakir Sabir Zabit “Bayat oymağı 
haqqında tarixi araşdırma” adlı kitabçasında qədim 
türkdilli xalqlardan olan Ağru dilində “Bayat”ın “ulu 
tanrı” adı olduğunu göstərir. Oğuz xanın oğlu Gün xanın 
oğlanlarından birinin adının Boyat olduğu məlumdur. 
Çox güman ki, vaxtilə tanrı adı olan “Boyat” sözü zaman 
keçdikcə konkret adam adı kimi formalaşmış, qəbilə adı 
kimi sabitləşmişdir (74, s.124). Bizə elə  gəlir ki, bayatı 
türkün qədim allahı Bayatın  şərəfinə xalq tərəfindən 
qoşulan ilk nəğmədir, onun 7 hecalı olması tanrının 
rəqəm işarəsi ilə üst-üstə düşür. Elə 7 rəqəminin 
formalaşmasında qəbul olunmuş riyazi cəm də (3 +4; 
4+3; 2+5) bunu təsdiqləyir. Bayatıdakı misraların 
hecalara bölünməsi də bu cəmlərin əsasındadır. 
İranda, Türkiyədə  və  İraqda bayatı toplama işləri 
ilə sanballı şəxslər məşğul olmuşlar. Bu yerlərdə yığılan 
xoyrat və manilər quruluşuna görə Azərbaycan 
bayatılarının oxşarıdır. Kərkük bayatılarının toplanması 
və 
nəşrində Ata Tərzibaşının fəaliyyətini 
qiymətləndirmək olar. Onun 1975-ci ildə  İstanbulda çap 
olunan “Kərkük xoyratları  və maniləri” kitabındakı 
xoyrat və manilər də bayatılar kimi 4 + 3, 3 +4, 2 + 5 
strukturuna malikdir. Prof. M.Həkimov Ata Tərzibaşının 
“Kərkük xoyratları  və maniləri” kitabını  hərtərəfli təhlil 
edərək “Anonim cinaslı xoyratlar”ın, “çağdaş cinaslı 
xoyratlar”ın, “anonim cinassız manilər”in, “çağdaş 
cinassız manilər”in mətndə seçilərək kitabda verilməsini, 
xoyrat və manilərin musiqi ilə  əlaqəsini araşdırmasını 
təqdir edir.
 


90 
Bayatıların yaranması onu düzüb-qoşan adamın adı 
ilə bağlıdır. Folklorşünaslıqda belə bir fikir 
formalaşmışdır ki, bayatı çağıranlar ustad sənətkarlardır. 
Hətta bayatıların birinci misrasında rast gəlinən “əzizim”, 
“mən aşiq”, “eləmi” sözləri konkret şəxs adları ilə 
bağlıdır. Eyni zamanda bayatı qoşan el sənətkarları  və 
onların yaradıcılığında bayatı növü tədqiqatçılar 
tərəfindən geniş öyrənilmişdir.  
Bayatılarda diqqəti cəlb edən lirik qəhrəmanın 
“mən”idir. Bəzən lirik “mən” öz yerini lirik “biz”ə  də 
verir. Beləliklə, bayatı  sətirlərində lirik “mən”lə lirik 
“biz”, lirik “sən”lə lirik “siz” uzlaşır, poetik ahəng 
yaradır. Bayatılarda lirik “mən”in məkanı onu yaradan el 
şairinin doğma yurdudur. Bu məkanın melodiyası 
bayatının içində olan həzinliyin, kədərin musiqisidir. 
 
Eləmi, dərdə kərəm, 
Bağlanıb dərdə Kərəm. 
Qoşaram qəm kotanı 
Sürərəm, dərd əkərəm. 
 
Bayatının daxilində olan sızıntı cinas qafiyələr 
yaradaraq səssiz musiqi kimi onun məzmununa hopur. 
Ümumiyyətlə, bayatılarda kədər pafosu üstünlük təşkil 
edir. Və bizə elə gəlir ki, bayatını ancaq yaradıcılıq ruhu 
olan xalq çağıra bilər. Bayatı oxucunu düşündürmək 
xüsusiyyətinə malikdir. Xalq dilində yaradıldığına görə 
bayatı asan başa düşülür. Xalq öz kədərini ifadə etmək 
üçün bayatıdan, onun lirik imkanlarından istifadə edir. 
Ancaq bayatının məzmunu ilə onu yaradan şəxs arasında 
əkslik də ola bilir. Bayatı yaradanda nə qədər həyat eşqi, 
güclü mübarizə, qələbə  əzmi çox olursa, onun yaratdığı 
nümunədə bir o qədər sızıntı var, yəni bayatı deyən şəxs 
özü o sızıntını mütləq mənada yaşamır. Bayatılarda 


91 
yadellilərin təzyiqinə, istismarına qarşı bir mübarizə ruhu 
olduğu da müşahidə edilir. Bayatı  həmişə dinamik 
inkişafda olan şeir növüdür. Bu dinamiklik də onun çoxlu 
variantlarının yaranmasına səbəb olur. 
İlk baxışdan bayatıların mərasim folkloru ilə 
əlaqəsinin olmadığı görünür. Dərindən araşdırılsa, 
bayatıların da mərasim folkloru ilə bağlılığı üzə  çıxa 
bilər. Bayatı  qədim bir ədəbi növ kimi, mövzu və 
məzmunca məişət və mövsüm mərasimlərinə daxil edilir. 
Bayatıların bu xüsusiyyətinə görə  ən çox onlardan toy, 
yas və doğum mərasimlərində istifadə olunduğunu 
demək olar. Toy mərasimlərində mahnılar, vəsfi-hallar, 
yas mərasimlərində ağı-edilər, doğum mərasimlərində isə 
laylalar, oxşamalar bayatının motivləri üzərində deyilir. 
Şəkli xüsusiyyətlərinə görə ağılar, oxşamalar, laylalar və 
s. bayatıların eyni olsa da (hecaların sayı, qafiyələnmə, 
sərbəst misra və s.), məzmunca fərqlidir. Bayatılardakı 
məhəbbət motivi ilə toy nəğmələrindəki məhəbbətin 
tərənnümünü bir-birinə yaxın edən poetik qəliblərdir. 
Məsələn: 
 
Anam-bacım qız-gəlin, 
Əl-ayağı düz gəlin. 
Yeddi oğul istərəm, 
Bircə dənə qız gəlin. 
 
Kəmər bağla belinə, 
Şərbət verim əlinə. 
Sən gəlinim olanda 
Xına qoyum telinə. 
 
Bu toy nəğmələrini bayatıdan fərqləndirən ancaq 
onun məzmunudur. Bayatılarda mövzu çoxçeşidli olur, 
toy nəğmələrində isə ancaq bir motiv – toyla, nişanla 
bağlı motivlər verilir. Toy mərasiminin bir çox arxaik 


92 
cəhətləri olduğu üçün bəzən onların bərpasında toy 
nəğmələrindən istifadə oluna bilir. Məsələn, 
 
Alma atdım yar gəldi, 
Kətan köynək dar gəldi. 
O yanda kölgə gördüm,
 
Elə bildim yar gəldi. 
 
Bu toy nəğməsindəki  əvvəlki iki misra qədim toy 
adətlərindən bəhs edir. Qədim toylarda gəlin öz 
nişanlısına ona göndərilən xonçanın içərisinə alma qoyub 
göndərərdi. Oğlanın qaytardığı xonçanın içində isə  qıza 
köynək qoyularmış. Prof. M.Həkimov qeyd edir ki, 
“dünya xalqlarında olduğu kimi Azərbaycan xalqının da 
yaratdığı  məişət, mövsüm mərasimləri, ayinləri 
zamanının tələbi ilə unudulur, yaxşı xüsusiyyətləri isə 
yaşadılır, yeniləşir və ya yenisi yaranır. Bu baxımdan 
orucluq, qətlsınma, ata-baba günü, İsmayıl qurbanı, dini 
nikahların bir zaman unudulduğu halda, indi yenidən 
bərpa olunması fikrimizi təsdiq edir”. Beləliklə, 
yuxarıdakı toy nəğməsində gördüyümüz iki misra – iki 
adət indi arxaikləşmiş, yeni-yeni adətlərlə  əvəz 
olunmuşdur. Toy mərasiminin yaratdığı ab-hava, toyda 
cavanların, xüsusən, dəstəyə bölünərək qız və oğlanların 
oynadığı toy ritualları da indi çoxdan arxaikləşmişdir. 
Bayatılar qədim olduğu üçün özündən sonra 
yaranan nəğmələrin də formalaşmasına ciddi təsir 
etmişdir. Həm bayatılarda, həm də ağılarda ifadə olunan 
fikir böyük əsərlərin məzmununun yığcamlaşdırılmış, 
qəlibə sığışdırılmış  məğzidir. Folklor mətnləri içərisində 
ən qədim ağı Alp ər Tonqanın ölümünə  həsr edilmişdir. 
Qaçqın bayatılarında da ağı  dərdi var. M.Həkimov belə 
bayatılara qərib bir ad verib: “qaçqın bayatıları”. Bu 
bayatılarda Qubadlı, Laçın, Kəlbəcər, Şuşa həsrəti vardır: 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə