93
Eləmi, qara bağla,
Qara gey, qara bağla.
Yolun yomrulsun, düşmən
Nə işin var Qarabağla.
Əzizinəm, məst edən,
Gül-çiçəyi məst edən,
Bərabərin yox, Şuşam
Yansın sənə qəsd edən.
Kəlbəcərə həsr olunmuş 42 “qaçqın bayatısı”nı isə
kəlbəcərli “Divanə” təxəllüslü el şairi Cəfərov Cümşüd
Göyüş oğlu qələmə almışdır. Bunların içində şəhid
bayatıları, ağıları daha hüznlüdür.
Bu necə gündü, qardaş,
Dağ-dərə dindi, qardaş.
İyirmi iki yaşında
Ölmək çətindi, qardaş.
Bayatıların məzmunu rəngarəngdir. Onun
məzmununu qürbətlik, vətən həsrəti, sevgi, ayrılıq
hissləri təşkil edir. Bayatılarda bəyani-hallar orta əsr
ictimai-siyasi quruluşunda insan hüquqlarının
tapdalandığını göstərir. Bəyani-halların məzmununu
insanın öz dərdini yüngülləşdirmək məqsədilə cəmiyyətə
etdiyi çağırışlar təşkil edir. Bu lirik hiss bayatılarda əsas
leytmotivə çevrilir.
Prof. M.Həkimov bayatı yaradıcılığının üç yolunu
göstərir:
1. Dildə-dodaqda dolaşa-dolaşa, nəsillərdən
nəsillərə keçərək şifahi tərzdə yaradılma yolu ilə;
2. Arxivlərə düşmüş cünglərdə və divanlarda öz
94
əksini tapma yolu ilə;
3. Ayrı-ayrı əsrlərdə yaşayıb-yaratmış şairlərimizin,
ustad-dədə aşıqlarımızın fərdi yaradıcılığının dövri
mətbuatda çap olunması yolu ilə.
Bayatı xalq ədəbiyyatında ən çox yayılan lirik şeir
növüdür. Onun birinci, ikinci və dördüncü misraları
qafiyələnir, üçüncü misra isə sərbəst buraxılır. Lakin bu
sərbəst buraxılma dördüncü misrada ifadə edilən
mənanın qüvvətləndirilməsinə xidmət edir. Bayatıların
mövzusu rəngarəngliyi ilə diqqəti çəkir. Bayatılarda
vətən sevgisi, qürbətlik, həsrət, ayrılıq motivləri üstünlük
təşkil edir. Bayatı poetikasından danışarkən onun az
sözlə böyük mənaları ifadə etmə imkanlarını, lirik
qəhrəmanın daxili aləminin küskünlüyünü, kədər qarışıq
sevinc hisslərinin olmasını da bu poetik dünyanın
ölçülərindən biri hesab etmək olar. Azərbaycan dilinin
poetikliyini göstərən aforizmlər, məcazlar, təkrirlər,
metaforalar, paremiyalar hamısı birlikdə bayatı dilinin
üslub xüsusiyyətlərini göstərməkdədir. Bayatıların
sənətkarlıq xüsusiyyətləri xalq poeziyasının bədii təsvir
və ifadə vasitələri ilə bağlıdır və orada işlənən metafora,
məcazlar, metonimiya, mübaliğə, təşbeh, təkrar, təkrir,
bədii təyin, atalar sözləri və məsəllər bayatı sisteminin
struktur modellərini təyin edir.
Qısaca deyə bilərik ki, bayatılar başqa lirik
janrlardan birinci növbədə şəkli xüsusiyyətlərinə, az
sözlə dərin məna ifadə etmək imkanına, üçüncü və
dördüncü misrada həllini tapan idiomatik sözlərin, atalar
sözləri və zərb-məsəllərin fikrin ifadəsində nəticə kimi
verilməsinə və s. görə fərqlənir. Bayat eyniadlı qəbilənin
adındandır, Bayat Oğuz xanın nəvəsi Gün xanın ikinci
oğlunun adıdır; Sonradan müəyyən peşə ilə məşğul
olanları bir-birinə qohum edən totem adı bayatı – nəğmə
mənasında işlənən bu söz peşə və məşğuliyyətlə bağlı
95
olsa da, sevgi, həsrət, iztirab və s. hisslərin ifadəsinə
çevrilmişdir. Bayatının yaranmasında xüsusi qəliblərdən
istifadə olunur. Bayatı söyləyən şairlərin – Ələmi, Əzizi
və Sarı Aşığın yaradıcılıqlarının bayatı ilə bağlı olması
haqqında məlumatlar vardır. Təsadüfi deyildir ki, Sarı
Aşıqla bağlı bütün dastanlar bayatı formasındadır.
Azərbaycan bayatıları bitkin şifahi yaradıcılıq şəklidir.
Mövzusuna görə Azərbaycan bayatılarını aşağıdakı kimi
qruplaşdırmaq olar:
1. Təbiətlə bağlı bayatılar;
2. Təbiət gözəlliklərini tərənnüm edən bayatılar;
3. Əmək bayatıları;
4. Məhəbbət bayatıları;
5. İctimai məzmunlu bayatılar;
6. Məişət bayatıları;
7. Vətənpərvərlik bayatıları;
8. Dostluqdan bəhs edən bayatılar və s.
Biz bu bölgüdə ictimai məzmunlu bayatıları xüsusi
seçmək istəyirik. Bu bayatılara daxil olanlar o biri
məzmunlu bayatıları da öz içinə ala bilir. Burada ictimai
məzmunlu bayatıların növlərini fərqləndirmək olar:
qəhrəmanlıq, vətən, zülm və ədalət, hakim təbəqələrin
tənqidi, din xadimlərinin ifşası, şairlərin yaratdığı
bayatılar və yeni dövr bayatıları. Azərbaycan
bayatılarının bu cür poetik qəliblərdə olması onun bir
janr kimi inkişafından xəbər verir. İctimai məzmunlu
bayatılarda əksini tapan kədər, zülm, həsrət mövzusu
onun əsas mövzusunu təşkil edir. Bayatıların axırıncı
misralarının atalar sözü və məsəllərin yaranmasında
iştirak etməsi də onun xüsusiyyəti kimi izah oluna bilər.
96
DRAMATİK ÜSLUBUN JANRLARI
Xalq dramları.
Azərbaycan folklorunda janrlararası əlaqənin və
qarşılıqlı təsirlərin mümkünlüyünü üzə çıxaran
üslublardan biri də dramatik üslubdur. Şifahi ənənədə
dramatik üslub folklorda özünün janrlarını yaratmışdır.
Dramatik üslubun janrları içərisində xalq dramlarının bir
neçə növünü qeyd etmək olar: faciəvi dramlar, komik
dramlar, ailə-məişət dramları, ictimai məzmunlu dramlar
və dini dramlar.
Xalq dramları öz qədimliyinə görə aşıq ifaçılığı ilə
yanaşıdır. Erkən orta əsrlərdə xalq tamaşaları tipində
müxtəlif etiqad və ritualla əlaqəli meydan tamaşaları
göstərilirdi. Meydan tamaşaları, əsasən, hərəkətlərlə,
pantomimik jestlərlə dolu olurdu. Sonra meydan
tamaşalarının əsasında sözlü tamaşalar oynanmağa
başladı ki, bu da sonralar xalq dramlarının əsasını təşkil
etdi. Xalq dramları ilkin dövrlərdə məhəlli xüsusiyyətlərə
malik idi və qapalı şəkildə ritual-tamaşa, əyləncə,
lağlağıçılıq prinsiplərinə əsaslanırdı. Sonrakı dövrlərdə
xalq dramları oyun, mərasim-tamaşa, xalq bayramı
statusunda yerli əhali tərəfindən qəbul olunmağa başladı
ki, bunların da kökündə yenə ritual, ənənə, adət və
təqvimlə bağlı görüşlər dayanırdı. Xalq dramının
təşəkkülündə sinfi ziddiyyətlər də rol oynayırdı. Belə ki,
belə tamaşalarda əzən və əzilənlər müəyyən obrazlar
vasitəsilə dinləyicilərə çatdırılırdı. Deməli, xalq
tamaşalarının ictimai düşüncəyə təsiri də baş verirdi.
Lakin bu o qədər də önəm daşımırdı. Bu tamaşalarda
estetik düşüncə şüura hakim kəsilirdi. Xalq tamaşalarının
cəmiyyətdəki bu iki roluna əsasən, onun iki növü
formalaşırdı: faciəvi və komik dramlar.
A.Nəbiyev xalq dramlarındakı faciəviliyi şərti
Dostları ilə paylaş: |