RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə31/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   27   28   29   30   31   32   33   34   ...   97

112 
“Pir dağı”, “Daş çoban”, “Gəlin qaya”, Lələ haqqındakı 
rəvayətlər və s. daxil edilir. 
Real və yarımtarixi 
şəxsiyyətlərlə bağlı 
rəvayətlərdə  də tarixi və  əfsanəvi  şəxsiyyətlərin 
həyatından bəhs edən folklorlaşmış süjetli mətnlər 
şəklində məlumatlar verilir. Belə şəxsiyyətlərdən Astiaq, 
Tomris, Teymurləng, Nadir şah, Hacı  Çələbi xan, 
Makedoniyalı  İskəndər, Nuh peyğəmbər, Süleyman 
peyğəmbər, Oğuz xan haqqında söylənən rəvayətlər bu 
bölgüyə daxil edilir. İ.Abbaslı belə rəvayətlərin özünü də 
padşahlar, hökmdarlar, alimlər, sənətçilər, müqəddəslər, 
övliyalar, el qəhrəmanları və başqalardan bəhs edən kiçik 
qruplara ayırır (1, s.15). Tədqiqatçının özünün də qeyd 
etdiyi kimi, bu bölgü təxmini bölgüdür. Bu bölgüyə dini 
mövzulu rəvayətləri və mifoloji rəvayətləri də  əlavə 
etmək olar. 
Rəvayətin məzmunu təhkiyəçinin üslubundan da 
asılıdır. Rəvayət söyləyən bəzən ona əlavələr də edir ki, 
bu da məzmunun genişlənməsinə səbəb olur. Əfsanə kimi 
rəvayətlər də müxtəlif  ərazilərə yayıla bilir, bu, əhalinin 
miqrasiyasından asıdır. Yaxın miqrasiyalar zamanı 
rəvayətin məzmunu o qədər də dəyişikliyə məruz qalmır, 
miqrasiyanın sahəsi böyüyəndə 
rəvayət ciddi 
dəyişikliklərə məruz qalır.  
Rəvayətin bir xüsusiyyəti onların tarixi fakta 
əsaslanmasıdır. Tarixi hadisələr xalqın yaddaşında 
möhkəm kök saldığından onu uzun zaman unutmur, 
təhkiyə zamanı müəyyən faktları artırıb və ya azaldıb 
auditoriyaya çatdırırlar. Bu proses zaman hüdudundan 
asılıdır. Əgər tarixi hadisədəki zaman epos düşüncəsində 
öz rolunu itirmişsə, real əsasını qoruyub saxlaya 
bilməmişsə, söylənilən hadisə tarixi rəvayət tipinə 
çevrilir. 
Rəvayətlərdə obrazlar tarixi və mifoloji olmaqla iki 


113 
qrupa bölünür. Eyni mövzulu rəvayət mətnlərinin 
müxtəlif tarixi şəraitdən asılı olaraq məzmunu ikiləşir, 
üçləşir və s. Tarixi hadisələr bəzən bir-birinin oxşarı 
olduğu üçün düşüncədə olan model strukturu həmin 
mətnləri tipoloji cəhətdən də yaxınlaşdırır. Deməli, oxşar 
süjetlər bir-biri ilə tipoloji bağlılıqda olur. Bu zaman 
tipoloji bağlılıq janrları mövzu cəhətdən də bir-birindən 
ayıran xüsusiyyət kimi önə  çıxır. Məsələn, R.Qafarlı 
yazır: “Cəfər Cabbarlının qələmə aldığı  rəvayətdə, hətta 
Azərbaycan türklərinin tarixdə baş verməsi mümkün 
olmayan nikah adətlərindən bəhs olunur: ata öz qızına 
evlənmək arzusuna düşür” (45, s.192). Bu mövzuda olan 
bütün rəvayətlər bir-birinin tipoloji təkrarıdır. Bu 
hadisənin – mövzunun tipoloji cəhətdən təkrar 
olunmaması isə həmin rəvayətin Azərbaycanla bağlılığını 
göstərmir. “Qız qalası” rəvayəti üzərində tədqiqat aparan 
prof. E.Paxomov göstərir ki, atanın öz qızı ilə evlənmə 
məsələsi Sasanilərdə (fars əsilli) müqəddəs bir adət kimi 
mövcud olmuşdur (74, s.274).  
Bu düşüncə modeli onu sübut edir ki, hansı rəvayət 
mövzusu milli gerçəkliyə bağlanırsa, deməli, onun real 
etnoqrafik kökləri vardır. Həm də  rəvayətlərin digər bir 
xüsusiyyəti onun tarixi və mifoloji əsasa söykənməsinə 
şəhadət verməkdir. Elə bunları nəzərdə tutaraq, R.Qafarlı 
rəvayətlərin janr spesifikasını 4 qisimə ayırır: 
1. Birbaşa tarixi hadisələrdən doğan rəvayətlər; 
2. Hansısa  əlamətinə görə tarixi abidələrə çox 
qədim və tamamilə başqa münasibətlə yaranan 
rəvayətlərin (yaxud, əfsanə, nağıl, mif motivlərinin) 
şamil edilməsi; bunlarda təsvir olunan hadisələr 
aldadıcıdır. 
3. Tarixi şəxsiyyətlərin adlarından qalxan kimi 
istifadə edərək, xalqa lazım olan əxlaqi-etik normaları 
yaymaq məqsədi güdülür. Belə  rəvayətlərdə tarixi 


114 
abidələrin mənşəyi çox dumanlı  şəkildə göstərilir. 
Onlarda əfsanə elementləri güclü olur. 
4. Məhəmməd peyğəmbərin və onun doğmalarının, 
yaxınlarının fəaliyyətini  əks etdirən dini rəvayətlər (45, 
s.192-193). 
Rəvayətlərin  əsas xüsusiyyətlərindən biri odur ki, 
orada baş verən hadisənin həqiqət olduğuna inanılır. Bu 
cəhət rəvayətləri  əfsanələrə yaxınlaşdırır. N.İ.Kravtsov 
yazır ki, “Əfsanələrdəki hadisələr həqiqət kimi verilir. Bu 
zaman danışan və dinləyənlər hadisələrin baş verməsinə 
inanırlar. Lakin əfsanələrdəki hadisə  və  hərəkətlərin 
hamısı uydurmadır, onlarda fantastika mövcuddur” (43, 
s.204).  Əfsanələrin bu  xüsusiyyəti onları  rəvayətə 
yaxınlaşdırır. “Rəvayətlər daha çox tarixdə baş vermiş və 
ya baş verməsi güman edilən hadisələr və tarixdə olan və 
ya olması güman edilən  şəxslər haqqında olan 
informasiyalar  əsasında formalaşır” (16, s.68-87). Bu 
tezis rəvayət termininin önə  çəkilməsini tədqiqatçıdan 
tələb edir. Rəvayətin bir forma olaraq təhkiyə  məhsulu 
olması  şübhəsizdir. Söylənilən bütün mətnlər təhkiyə 
əsasında qurulur. Belə yanaşanda  əfsanəyə  də  təhkiyə 
üsulunda formalaşmış janr kimi baxmaq olar. Rəvayət 
olunmuş  mətn öz söyləyicisini unutduğundan mətnlə 
gerçəklik arasında  əlaqə pozulur, ona şişirdilmiş faktlar 
əlavə olunur və  mətn fantastik təfəkkürün məhsuluna 
çevrilir. Bu isə tarixi rəvayətin  əfsanəyə çevrilməsini 
göstərir. Bu prosesi S.Paşayev belə izah edir ki, “Rəvayət 
real həyat həqiqətlərinin təhkiyə formasında bədii 
ifadəsidir. Rəvayətdə olmuş, baş vermiş həyat hadisələri 
yığcam şəkildə inikas olur. Doğrudur, rəvayət də dəyişir, 
vaxt keçdikcə törəndiyi yerdən başqa bir yerə,  əraziyə 
adladıqca o da nəyisə itirir və ya nə isə yeni bir ştrix
əhvalat, hadisə ona əlavə olunur. Bütün bunlarla yanaşı, 
rəvayətlərdəki reallıq öz varlığını daha çox tarixi 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə